Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix23.09.2018
ölçüsü1,19 Mb.
#70200
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   22

Qrip infeksiyası

Diaqnoz

Xəstəlik hadisəsi tarixçəsi

Xəstəlik hadisəsi tarixçəsi #1

Yanvar ayının 2-sində 30 yaşlı qadın anamnezdə hərarət, öskürək, başağrı və generalizə olunmuş zəiik

əlamətləri ilə müraciət edir. Əlamətlər qəl başlanmışdır və o zamanadək xəstə özünü sağlam hiss

etmişdir. Bu qış bir neçə dəfə virus xəstəliyinə yoluxmuşdur, lakin onların ağırlıq dərəcəsi indiki kimi

olmamışdır. Xəstə işdə xəstə şəxslərin olduğunu və bu mövsümdə qripə qarşı peyvənd olunmadığını

bildirir.

Xəstəlik hadisəsi tarixçəsi #2

Qış ayında pediatra anamnezdə 2 gündür davam edən 38.9°C (102°F) hərarət, taxipnoe, konyunktivanın

eriteması, burun tıxanması və burundan şəaf ifrazat axması əlamətləri ilə 12 aylıq körpə gətirilir.

Xəstədə iştahasızlıq və bir dəfə qusma müşahidə edilmişdir. Xəstənin yaşadığı ərazidə son vaxtlarda

qrip infeksiyasının olduğu haqqda məlumat vardır. Valideynlər anamnezində yumurtaya qarşı məlum

allergiya olduğuna görə uşağın peyvənd edilməməsindən narahatdırlar.

Digər təzahürlər

Mövsümi qrip nadir hallarda yuxarı tərəüs yollarının adi soyuqdəyməyə daha çox bənzəyən afebril

xəstəliyi kimi, yaxud da respirator simptomların azlığı ilə səciyyələnən və əsasən hərarət və mialgiya ilə

müşayiət olunan formada təzahür edə bilər.

[2]


 Yüksək risk qrupuna aid (məs., xroniki ürək və ağciyər

patologiyaları, şəkərli diabet, böyrək pozğunluğu, hemoqlobinopatiya, immunosuppressiya, xroniki

baxım mərkəzlərində yaşama, yaşın 50-dən artıq olması və ya hamiləliyin üçüncü trimestri) xəstələrdə

birincili viral və ya ikincili bakterial pnevmoniya təzahür edə bilər.

[3]

 Birincili viral pnevmoniyanın



səciyyəvi əlamətlərinə hərarətin davamlı olması və ya getdikcə proqressivləşməsi, təngnəfəsliklə və ya

digər respirator distress vəziyyətilə müşayiət olunması aiddir.

[4]

 Əgər simptomlarda ilkin yaxşılaşma



müşahidə olunarsa, lakin daha sonra hərarətin qayıtması, produktiv öskürək və təngnəfəslik rast gələrsə,

ikincili bakterial pnevmoniyaya şübhə yaranmalıdır. Döş qəfəsinin rentgen müayinəsində ağciyər

inltratları təsdiq olunur.

[5]


 

[6]


Mərhələli diaqnostik yanaşma

Qrip alovlanmaları şimal yarımkürəsində əsasən dekabr-mart, cənub yarımkürəsində isə may-sentyabr

aylarında baş verir. Xəstədə qrip ehtimalını qiymətləndirərkən yerli şəraitdə xəstəliyin fəallığı haqqda

məlumatlılıq əhəmiyyət kəsb edir. ABŞ-da XNM qrip hadisələrinə dair həftəlik hesabat dərc edir. 

 [CDC:

FluView: weekly inuenza surveillance report] 



 Həmçinin, ÜST qrip üzrə insidentlik göstəricilərini izləyir və

hesabat verir.

Diaqnoz adətən, icmada alovlanma olduqda klinika əsasında qoyulur. Xroniki ağciyər, ürək və ya

böyrək xəstəliklərindən əziyyət çəkənlər, körpə və azyaşlı uşaqlar və ahıl yaşlı şəxslər də daxil olmaqla,

ağırlaşmaların inkişaf etmə riski yüksək olan xəstələrə xüsusi diqqət tələb olunur.

[15]


 Qripin laborator

müayinəsi antiviral terapiyaya başlanması, əlavə diaqnostik müayinələrin aparılması, infeksiyaya nəzarət

DİAQNOZ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

9



Qrip infeksiyası

Diaqnoz

DİAQNOZ


tədbirlərinin icrası və ya icmada qripin sirkulyasiyasının müşahidəsinə dair qərarlara təsir edəcəyi təqdirdə

aparılmalıdır.

[61]

Anamnez və müayinə

Qrip ən çox qış mövsümündə kəskin respirator xəstəlik şəklində təzahür edir. Təxminən 2 gün sürən

inkubasiya dövründən sonra qəl başlanan yüksək hərarət, üşütmə, başağrısı və əzələ ağrıları müşahidə

edilir. Qeyd edilən sistemli əlamətlər yuxarı və aşağı tənəüs traktının öskürək və boğazağrı kimi

soyuqdəymə əlamətləri ilə də əlaqəli ola bilər.

[62]


 Qrip zamanı virusun ətrafa yayılması xəstəliyin ilk

48 saatı ərzində pik həddə çatır və fəsadlaşmasız keçən əksər hallarda 1 həftə ərzində sağalma müşahidə

edilir.

[63]


 Pediatrik xəstələr istisna olmaqla, adətən, qrip ürəkbulanma və qusma kimi birincili mədə-

bağırsaq əlamətlərilə müşayiət olunmur. Qrip zamanı ishal nadir rast gəlir və çox vaxt mədə qripi

adlandırılan viral qastroenteritin göstəricisi olur.

Məlum qrip alovlanması zamanı kəskin hərarət və respirator əlamətləri olan istənilən şəxs qripə şübhəli

hesab edilməlidir və çox vaxt diaqnoz klinika əsasında daha əminliklə qoyula bilir. Bununla belə, əgər

şəxs qripə yoluxmuşdursa və ya qripin daha sürətlə yayılması təhlükəsi varsa (məsələn, beynəlxalq səfər

zamanı və ya kruiz gəmilərində) ilin istənilən vaxtı qrip diaqnozu nəzərdə saxlanılmalıdır.

Qripin heç bir aydın pataqnomonik əlaməti olmasa da, o, sistem əlamətlərlə birlikdə yuxarı və aşağı

tənəüs yollarını zədələyir. Boğaz ağrısı kimi yuxarı tənəüs yolları və öskürək kimi aşağı tənəüs

yolları simptomlarını tez-tez hərarət, başağrı, əzələ ağrısı və yorğunluq kimi əlamətlər müşayiət edir.

[64]

Bu əlamətlər qrip xəstələrinin hamısında olmaya bilər və əksinə, bu əlamətlərinin olduğu xəstələrin



hamısında qrip olmaya bilər. Ümumilikdə, qrip xəstələrinin 85%-ə qədərində qripin kliniki əlamətləri

müşahidə edilir. Qrip infeksiyasının manifestasiyaları həm də xəstənin yaşı və immun statusundan

asılıdır.

3[B]Evidence

 

4[B]Evidence



Sporadik qrip hallarında qripi digər respirator viruslar tərəndən törədilən infeksiyalardan fərqləndirmək

çətin ola bilər. Bu ssenaridə qrip virusu infeksiyası belə xəstəlik hadisələrinin yalnız kiçik bir faizini

təşkil edə bilir. 1992-1994-cü illərdə müəyyən ərazidə yaşayan 497 ahıl yaşlı xəstədə yuxarı tənəüs

yollarının infeksiyası hallarının nəzərdən keçirilməsi zamanı bunların cəmi 43%-də patogenin

identikasiya olunduğu müəyyən edilmişdir. Ən çox rast gələn törədicilərə rinoviruslar (52%) və

koronaviruslar (26%) aid olmuş, A və B qrip virusları isə cəmi 10% təşkil etmişlər.

[65]

Kliniki məlumatlar əhəmiyyətli olsa da, qrip diaqnozunu təsdiqləmə və ya inkar etməyə imkan



vermir.

[62]


 Müayinə zamanı qeyri-spesik göstəricilər aşkar oluna bilər, belə ki, qrip zamanı ziki

əlamətlər, adətən, çox olmur. Xəstədə istilik və hiperemiya, ağız-udlaq nahiyəsində qızartı və boğazda

güclü ağrı şikayəti ola bilər. Yüngül dərəcəli boyun limfadenopatiyası rast gələ bilər və bu hal nisbətən

cavan xəstələrdə daha çox təsadüf edir.



Laborator müayinə

Laborator müayinələrin məqsədi səmərəsiz olaraq antibiotik istifadəsinin azaldılması və antiviral

terapiya seçiminin təklif edilməsidir. Diaqnostik müayinə müşahidə tədbirləri ilə birlikdə qrip

törədicisinin sirkulyasiya edən əsas tip, subtip və ştammlarını da müəyyən etməyə imkan verir.

[61]

• Qripin ağırlaşmalarının inkişaf etmə riski yüksək olan şəxslərdə və kəskin febril xəstəlik (5



günədək) müşahidə olunanlarda ambulator şəraitdə laborator müayinə nəzərdə saxlanılmalıdır.

10

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə