Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix23.09.2018
ölçüsü1,19 Mb.
#70200
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   22

Qrip infeksiyası

Əsaslar

ildən-bir alovlanma törədir, lakin A 

[11]

tipi ilə müqayisədə daha yüngül dərəcəli xəstəliklə nəticələnir.



Epidemiyalar adətən, payızın sonlarından yazın əvvəlinədək baş verir.

Qrip virusunu təşkil edən zülallarda xırda nöqtəvi mutasiyalar antigen dreynə səbəb olur və məhz buna

görə də, hər qrip mövsümündə yeni peyvəndlər tələb olunur. Yeni hemaqqlütinin və ya neyraminidazanın

əmələ gəlməsilə səciyyələnən daha iri dəyişikliklər isə antigen şiftinə səbəb olur və pandemiya ilə nəticələnə

bilər. Qrip virusunun müzakirəsi zamanı istifadə olunan xüsusi terminologiyaya qrip virusunun tipi, ilk

yerləşmə yeri və ilk dəfə kəşf olunduğu il aiddir.



Patoziologiya

Mövsümi qrip virusu tənəüs yollarından öskürmə, asqırma və ya danışma zamanı aerozollaşaraq xaric olan

yoluxmuş damcılar vasitəsilə ötürülür. Nisbətən az hallarda yoluxma fomitlərlə təmas zamanı da baş verə

bilər.


[7]

Virus səthi hemaqqlütinin (H antigeni) vasitəsilə traxeya və bronxların kirpikli epitelinə birləşir və buraya

daxil olur. Daha sonra virusun replikasiyası baş verir. Pik yoluxduruculuq virusa yoluxduqdan 48-72 saat

sonra müşahidə edilir, daha sonra azalır və 10 gün ərzində aşkar oluna bilməyəcək həddədək enir. Uşaqlar

və immunokompromisli şəxslərdə virus bir neçə həftə ərzində ətrafa xaric edilə bilər.

[12]


Təsnifat

Mövsümi qrip viruslarının növləri

Qrip virusu antigen müxtəliiyinə istinadən A, B və C növlərinə bölünür. Virusun strukturunu təşkil edən

digər elementlərə hemaqqlütinin (H antigeni) və neyraminidaza (N antigeni) aiddir.

A və B tipli qrip virusları bir neçə yarımtipə bölünür. Bu yarımtiplər virusun üzərindəki H və N antigenləri

ilə müəyyən olunur. H antigeninin 3 (H1, H2 və H3), N antigeninin isə 2 (N1 və N2) antigen subtipi vardır

ki, bu da onların müxtəlif kombinasiyalarının yaranmasına imkan verir.

C qrip virusu epidemiya və ya pandemiyalarla assosiasiya olunmur və yüngül ağırlıq dərəcəsinə malik

xəstəliklə nəticələnir.

ƏSASLAR


BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

5



Qrip infeksiyası

Prolaktika

PROFİLAKTİKA



İlkin prolaktika

Qripin ilkin prolaktikası qrip vaksini vasitəsilə təmin olunur.

[37]

 

[38]



 Hansı qruplarda peyvənd aparılması

ilə bağlı beynəlxalq təlimatlar müxtəlifdir. Hazırda ABŞ Xəstəliklərə Nəzarət və Prolaktika Mərkəzləri

(XNM) tərəndən yaşı ≥6 ay olan və peyvənd olunmaya qarşı heç bir əks-göstərişi olmayan bütün şəxslərə

qrip peyvəndinin vurulması tövsiyə edilir.

[39]

 2016-2017-ci illərdə XNM-in İmmunizasiya Praktikaları



üzrə Məsləhətçi Komitəsi (İPMK) durulaşdırılmış diri vaksinin istifadə edilməməsini tövsiyə edir. Azyaşlı

körpələrdə (<6 ay) qrip vaksininin istifadəsinə dair tədqiqatlar davam edir.

[40]

 6 aydan 8 yaşadək



uşaqlarda qrip törədicisinə qarşi optimal immun cavabın əldə edilməsi üçün ilk peyvənd mövsümündə

qrip peyvəndinin iki dozada təyini (≥4 həftə intervalla təyin edilir) tələb olunur.

[39]

 İPMK 6 aydan 8



yaşadək olan, 1 iyul, 2016-cı il tarixinədək üç və ya dördvalentli qrip vaksininin ≥2 dozası ilə peyvənd

edilmiş uşaqlarda 2016-2017-ci illər üçün peyvəndin yalnız bir dozasının təyinini tövsiyə edir.

[39]

 9 yaşdan



başlayaraq ildə bir doza tövsiyə olunur.

[41]


 Digər beynəlxalq təlimatlarda yüksək risk qruplarının peyvənd

olunması tövsiyə edilir. Bunun üçün yerli təlimatlara istinad edilməlidir.

Randomizə edilmiş eektivlik tədqiqatında qrip vaksininə adyuvant əlavə edilməsi pandemik A (H1N1)

qripinin prolaktikasında yaxşılaşmaya imkan vermişdir.

[42]

Qrip vaksinlərinin əzələdaxili, intranazal və dəridaxili yeridilən formaları mövcuddur:



[39]

• Əzələdaxili inaktivasiya olunmuş peyvənd: yumurta əsaslı, adyuvantlı və adyuvantsız üçvalentli qrip

vaksinləri və yumurta və ya hüceyrə kulturası əsaslı adyuvantsız dördvalentli qrip vaksinləri. ABŞ-

da ≥65 yaşlı şəxslərdə istifadə üçün ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəndən MF-59

adyuvantına malik əzələdaxili, üçvalentli, inaktivasiya olunmuş qrip peyvəndi lisenziyalaşdırılmışdır.

• Əzələdaxili rekombinant vaksin: həşəratların davamlı hüceyrə xətlərindən alınmış üçvalentli qrip

vaksini. Bu, rekombinant hemaqqlütinin (rHA) peyvəndidir, o səbəbdən də, istehsal prosesində qrip

virusu və ya yumurtalardan istifadə edilmir. Yumurtaya qarşı allergiyası olan ≥18 yaşlı şəxslərdə

XNM bu peyvəndin tətbiqini tövsiyə edir.

• İntranazal diri durulaşdırılmış vaksin: sağlam şəxslərdə göstəriş olan dördvalentli vaksindir. Bəzi

ölkələrdə (məs., ABŞ) intranazal diri durulaşdırılmış vaksin 2016-2017-ci illərin qrip mövsümü üçün

tövsiyə edilmir.

[39]

• Dəridaxili inaktivasiya olunmuş vaksin: böyüklərdə istifadəsinə (18-64 yaş) icazə verilən dördvalentli



vaksindir.

Həm üç, həm də dördvalentli peyvəndlər 2009-cu ildə pandemiya törətmiş A qripinin (H1N1) ştammına

qarşı da müdaəni təmin edir.

[20]


Qrip vaksini yumurta qəbulundan sonra ağır dərəcəli analaktik reaksiyası olmuş şəxslərdə əks-göstərişdir.

ABŞ-da İPMK aşağıdakıları tövsiyə edir:

[39]

• Anamnezində yumurtaya allergiyası olan, yumurta qəbulundan sonra yalnız köpüşükləri olan şəxslərə



qrip peyvəndi vurulmalıdır (inaktivasiya olunmuş və ya rekombinant).

• Yumurtaya qarşı reaksiyası müşahidə edilən (angio-ödem, respirator distress, başgicəllənmə və ya

təkrarlanan qusma kimi əlamətlər), yaxud da bu səbəbdən epinefrin (adrenalin) təyini və ya digər

təxirəsalınmaz tibbi müdaxilə tələb olunan şəxslərə qrip peyvəndi (inaktivasiya olunmuş və ya

rekombinant) vurula bilər. Peyvənd həkim tərəndən və ağır allergik vəziyyətlərdə müvaq tədbirlərə

hazırlıqlı şəkildə aparılmalıdır.

• Az bişmiş yumurtanı (məs., qayğanaq) yeyə bilən və bu zaman allergik reaksiya baş verməyən

şəxslərdə allergiya olma ehtimalı azdır. Yumurtaya qarşı allergik olan şəxslərdə bişmiş məhsullardakı

yumurtaya (məs., çörək və ya tort) tolerantlıq ola bilər. Tərkibində yumurta olan məhsullara

tolerantlıq yumurta allergiyası ehtimalını istisna etmir. Yumurtaya qarşı allergiya anamnezdə

yumurtaya və yumurta tərkibli ərzaqlara qarşı müntəzəm şəkildə reaksiyanın müşahidə edilməsi,

üstəlik yumurta zülallarına qarşı yaranan immunoqlobulin E-nin aşkar olunması üçün dəri sınağı və/

və ya qanın müayinəsi vasitəsilə təsdiq edilə bilər.

6

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə