Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix23.09.2018
ölçüsü1,19 Mb.
#70200
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

Qrip infeksiyası

Müalicə

MÜALİCƏ


Qeyd edilən ağırlaşmaların müalicəsində daha intensiv dəstəkləyici terapiya tələb olunur ki, bu zaman da

çox vaxt hospitalizasiya, antibiotik və/və ya antiviral preparatların təyini tələb olunur.

Ən yüksək hospitalizasiya göstəriciləri körpələr, >65 yaşlı şəxslər və xroniki patologiyaları olan

xəstələr arasında təsadüf edir. Qripdən ölüm hallarının 90%-dən artığı >65 yaşlı xəstə qrupunda qeydə

alınmışdır.

[92]


Qrip infeksiyasının erkən antiviral müalicəsi

Antiviral müalicə, tipik olaraq, infeksiyanın ağırlaşması zamanı və ağırlaşma riski yüksək olan xəstə

qruplarında tətbiq edilir. Neyraminidaza inhibitorları (zanamivir, oseltamivir) həm A, həm də B qripi

[93]


 

[94]


 

6[B]Evidence

 viruslarına qarşı aktivdir. Neyraminidaza inhibitorları digər heç bir xəstəliyi

olmayan şəxslərdə qripin simptomlarının aradan qaldırılmasında məhdud eektə

[95]

 malikdir və 2009-



cu ildə baş vermiş A/H1N1 qripinin müalicəsində geniş istifadə edilmişdir.

[93]


 

[96]


 

[97]


 

[98]


 Bununla

belə, oseltamivirin istifadəsi və onun digər heç bir xəstəliyi olmayan böyüklər və uşaqlarda ağırlaşmaları

azaldıb-azaltmadığı geniş müzakirələrin mövzusu olmuşdur.

[93]


 

[99]


 

[100]


 

[101]


 Aparılmış müşahidə

tədqiqatları mövsümi qripə görə hospitalizasiya edilmiş xəstələrdə oseltamivirin ölüm göstəricilərini

azaltdığını söyləməyə əsas verir.

[102]


 Metaanaliz nəticələri göstərmişdir ki, oseltamivir böyüklər

arasında qrip xəstələrində kliniki simptomların aradan qalxmasınadək keçən müddətdə cüzi azalma verir,

lakin ürəkbulanma və qusma hallarının sayını artırır.

[103]


Peramivir potensial neyraminidaza inhibotoru olaraq, venadaxili yeridilir; mövsümi qrip xəstələrində

vahid infuziyanın oseltamivirlə 5 günluk müalicə kursuna ekvivalent olduğu müəyyən edilmişdir.

[104]

Peramivir hazırda Avropada tətbiq olunur. ABŞ-da bu preparat 18 yaş və ondan yuxarı xəstələrdə



simptomların başlanma müddəti 2 gündən artıq olmayan kəskin ağırlaşmamış qripin müalicəsi üçün

göstərişdir.

M2 inhibitorları amantadin və rimantadin yalnız A qripi virusuna qarşı aktivdirlər. Mütəxəssislər

rimantadinin birinci sıra müalicə vasitəsi kimi istifadə edilməməli olduğu barədə həmkirdirlər,

belə ki, amantadinə qarşı çarpaz-rezistentlik yüksəkdir. Rezistent izolyatların sayının artması ilə

əlaqədar, həkimlər mövsümi rezistentlik xüsusiyyətləri əsasında yerli rəhbər orqanlardan tövsiyə

almalıdırlar.

[105]


Həm 12 yaşadək uşaqlarda, həm də böyüklərdə oseltamivirin peroral və zanamivirin inhalyasion

təyini zamanı, əgər təyinata simptomlar başlandıqdan sonra 48 saat ərzində başlanmışdırsa, qripin

davametmə müddətinin azaldığı qeydə alınmışdır.

[106]


 

[107]


 Müalicənin faydaları preparatların

təyininə simptomlar meydana çıxdıqdan sonra ilk 24-30 saat ərzində başlandıqda maksimal olur.

[106]

[108]


 

[109]


 

[110]


Oseltamivir və zanamivir dəstəkləyici terapevtik vasitə olaraq simptomlar başlandıqdan sonra 2 sutka

ərzində təyin edilməli və kurs 5 gün təşkil etməlidir. Tipik olaraq, infeksiyanın ağırlaşması zamanı və

ağırlaşma riski yüksək olan xəstə qruplarında tətbiq edilir.

Böyüklərdə oseltamivirə tolerantlıq, adətən, yaxşı olur, lakin uşaqlarda qusma törədir. Böyüklərdə

respirator ağırlaşmaların azaldılması ilə əlaqədar oseltamivirlə müqayisədə zanamivirə dair sübutlar

nisbətən azdır.

Oseltamivirin istifadəsilə əlaqədar özünə xəsarət yetirmə və sayıqlama halları haqqda məlumatlar daxil

olduqdan sonra 2006-cı ilin noyabrında onun təhlükəsizliyinə dair xəbərdarlıq məlumatları nəşr edildi.

Bu xəbərdarlıqda bildirilir ki, qrip xəstələri, xüsusilə uşaqlarda oseltamivirin qəbulundan qısa müddət

22

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Qrip infeksiyası

Müalicə

sonra özünə xəsarət yetirmə və sayıqlama riski artır və qeyri-adi davranış əlamətlərinin aşkarlanması

üçün onlara diqqətli nəzarət olmalıdır.

Ağırlaşmamış qrip infeksiyasına yoluxmuş, heç bir sistemli xəstəlik əlaməti olmayan hamilə qadınlarda

zanamivir və ya oseltamivir təyin oluna bilər.

[111]


 Sistem təsirlərinin azlığı ilə əlaqədar zanamivir

ilk seçim variantı olaraq tövsiyə edilir, lakin hər iki dərman preparatı istifadə oluna bilər. Südverən

qadınlarda zanamivirlə müqayisədə oseltamivirə üstünlük verilir. Mövsümi qrip əlamətləri olan bir

yaşdan kiçik uşaqlar oseltamivirlə müalicə edilməlidir.

[111]

Yoluxmadansonrakı antiviral kimyəvi prolaktika

Aşağıdakılar üçün nəzərdə tutulmalıdır:

[112]

 

[113]



• Qripin ağırlaşmalarının inkişaf riski yüksək olan xəstələrdə, əgər qrip vaksinasiyasından qısa

müddət sonra, adekvat immun cavab formalaşanadək xəstəlik baş verərsə

• Peyvəndə əks-göstərişi olan şəxslər. Buraya yumurtaya qarşı analaksiya və ya vaksinin digər

komponentlərinə qarşı allergiya, febril xəstəlik və ya daha əvvəl vurulmuş qrip vaksinindən sonra

6 həftə ərzində Giyen-Barre sindromunun inkişaf etməsi aid edilə bilər.

• Peyvənd olunmamış, lakin məlum qrip alovlanması zamanı kəskin respirator simptomlar inkişaf

edən xəstələr.

• Qrip alovlanması zamanı qripin ağırlaşmalarının başvermə riski yüksək olan xəstələrlə yaxın

təmasda olan peyvənd edilməmiş şəxslər.

• Uzunmüddətli qulluq müəssisələri və ya qocalar evlərində yaşayanların hamısı, eləcə də, artıq

peyvənd olunmuş şəxslər, əgər onların yaşadığı yerdə qrip alovlanması baş verərsə.

• Ölüm də daxil olmaqla, ağırlaşma riski yüksək olanlar. Bura immunokompromisli insanlar da aid

ola bilər.

• Vaksinin azlığı ucbatından peyvənd oluna bilməmiş şəxslər, əgər onlarda qripin ağırlaşmalarının

inkişaf riski yüksək olarsa.

Həm oseltamivir, həm də zanamivirin yoluxmadan qısa müddət sonra yoluxmuş şəxsə təyin edildikdə

infeksiyanın prolaktikası üçün eektiv olduğu nümayiş etdirilmişdir.

[106]


 Bir tədqiqatda müəyyən

edilmişdir ki, mövsümi qripəbənzər xəstəlik əlamətləri olan ilkin xəstənin ailə üzvlərinə 48 saat

ərzində oseltamivirin peroral və ya zanamivirin inhalyasion təyini zamanı ailədaxili təmaslar arasında

simptomlarla təzahür edən qrip hallarının sayında əhəmiyyətli azalma müşahidə edilir.

[106]

Antibiotik terapiyası

İkincili bakterial pnevmoniya mövsümi qripin əsas ağırlaşmasıdır və mövsümi qripdən bütün ölüm

hallarının 25%-i onunla əlaqədardır.

[5]


 Qrip koinfeksiyası baxımından pnevmoniyanın ən çox rast gələn

törədicilərinə  Streptococcus pneumoniae ,  Staphylococcus aereus  və  Haemophilus inuenzae  aiddir.

Antibiotiklər bu törədicilərə qarşı yönəlməlidir.

[114]


Müalicəyə dair təfsilatlı məlumatların icmalı

Əks göstərişlər, dərman maddəsinin qarşılıqlı təsirləri və alternativ doza daxil olmaqla, dərman haqqında

ətraı məlumat üçün yerli əzcaçılıq məlumatlar bazasına istinad edin. ( (baxın 

İmtina


 )

Ehtimal edilən

( xülasəyə )

Xəstə qrupu

Тх xətti

Müalicə


MÜALİCƏ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

23



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə