Xəbər bülleteni №11


Lisenziyaların ləğvinə start verildi



Yüklə 479,53 Kb.
səhifə17/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   13   14   15   16   17   18   19   20   21

Lisenziyaların ləğvinə start verildi


16.10.2015

İqtisadiyyat və Sənaye Nazirliyi bir sıra lisenziyanı ləğv edəcək. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, oktyabrın 15-də keçirilən kollegiya iclasında belə qərar qəbul edilib.

Rəsmi açıqlamada əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası sahəsində lisenziyaların ləğvi olunacağı vurğulanır. Məlumatda deyilir ki, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, onların sayının azaldılması barədə ən qısa zamanda təkliflər hazırlanacaq.

Transparency.az xatırladır ki, Nazirlər Kabinetinin 12 oktyabr iclasında prezident İlham Əliyev lisenziyaların çoxluğundan şikayət edib: “Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O, əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik”.



Mövzu ilə əlaqədar bax: Biznesə icazə dolanbacı

Müharibə əlilləri və şəhid ailələrinə yeni mənzillər təqdim olundu


16.10.2015

Oktyabrın 16-sı Bakının Mehdiabad qəsəbəsində müharibə əlilləri və şəhid ailələrinə 47 mənzil təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib ki, prezidentin 20 iyun 2014-cü il sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxs və şəhid ailəsi 2014-2018-ci illər ərzində mənzil və ya fərdi evlə təmin edilməlidir: “İlkin mərhələdə ölkənin 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb. İnşası yekunlaşan 41 ev istifadəyə verilib. Hazırda nazirliyin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün ümumilikdə 238 mənzili olan yaşayış binaları da inşa edilir”.

Nazirlik rəsmisi bildirib ki, Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması və təmir etdirilməsi işləri də görülür: “Təmir işləri yekunlaşan 47 mənzil bu gün müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir. Yaşayış binalarından mənzillərin satın alınması tenderə əsasən həyata keçirilir və hazırda yeni mənzillərin alınması istiqamətində iş aparılır”.

ev 1

ev 2

Azərbaycanda demoqrafik vəziyyətin ən yeni statistikası


16.10.2015

ehali-statistika2015-ci il sentyabr ayının 1-nə ölkə əhalisinin sayı 9 milyard 666 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən əhali 73 min nəfər və ya 0,8 faiz artıb. Bir kvadrat kilometrə 112 nəfərdir. 53,1 faizi şəhər, 46,9 faizi kənd yaşayan əhalinin 49,8 faizi kişilər, 50,2 faizini qadınlardır. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Rəsmi açıqlamada deyilir ki, bu ilin yanvar-avqust ayları ərzində doğulanların sayı ölənlərin sayından 71,8 min nəfər çox olub. İlin 8 ayı ərzində ölkədə 109 min uşaq doğulub. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin 8 ayı ərzində 37,2 min ölüm halı qeydə alıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Yanvar-avqust aylarında qeydiyyat şöbələri 43,9 min nikah və 8,6 min boşanma qeydiyyatdan keçirib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları 8 ayda Azərbaycana daimi yaşamaq üçün 1,8 min nəfər gələn və 0,7 min nəfər ölkədən gedən qeydə alıb.

Azərbaycanın dövlət müstəqilliyi illərində hər 1000 kişiyə düşən qadınların sayı 39 nəfər azalıb


16.10.2015

holding handsDövlət Statistika Komitəsinin ən son məlumatına görə, Azərbaycan əhalisinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür. Transparency.az/cnews qeyd edir ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri hər 1000 kişiyə düşən qadınların sayı 39 nəfər azalıb. Müstəqillik dönəmində hər 1000 kişiyə düşən qadınların sayı belə dəyişib:

1991-ci il: 1048

1992-ci il: 1046

1993-cü il: 1043

1994-cü il: 1039

1995-ci il: 1036

1996-cı il: 1032

1997-ci il: 1028

1998-ci il: 1028

1999-cu il: 1048

2000-ci il: 1046

2001-ci il: 1043

2002-ci il: 1040

2003-cü il: 1038

2004-cü il: 1035

2005-ci il: 1032

2006-cı il: 1030

2007-ci il: 1027

2008-ci il: 1025

2009-cu il: 1022

2010-cu il: 1019

2011-ci il: 1017

2012-ci il: 1015

2013-cü il: 1013

2014-cü il: 1011

2015-ci il: 1009.


Əhalinin cins üzrə bölgüsü


Avrasiya İqtisadi İttifaqı İsraillə azad iqtisadi zona yaradır


16.10.2015

avrasiya
Oktyabrın 16-da Qazaxıstanın Burabay qəsəbəsində Avrasiya Ali İqtisadi Şurasının iclası keçirilir. İclasa Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Ermənistan prezidenti Serj Sərkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Almazbek Atambayev, Rusiya prezidenti Vladimir Putin qatılıb.

Transparency.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələlərdən biri İsraillə azad ticarət zonasının yaradılması barədə danışıqlara başlanmasını nəzərdə tutan qərar layihəsidir. İclasda Avrasiya İqtisadi İttifaqına qəbul və qurumdan çıxmaq qaydası da təsdiqlənəcək.

2014-cü il mayın 29-da Rusiya, Qazaxıstan və Belarusun yaratdığı Avrasiya İqtisadi İttifaqına Ermənistan həmin il oktyabrın 10-da, Qırğızıstan dekabrın 23-də qoşulub.

Burabayda bu gün keçirilən MDB Dövlət Başçıları Şurasının iclası isə başa çatıb, qurumda sədrlik Qazaxıstandan Qırğızıstana ötürülüb. MDB liderlərinin növbəti sammiti 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçiriləcək.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə