Xəbər bülleteni №11


Nazirin əmri: əsgər valideynləri və yaxınları hərbi hissələrə buraxılacaq



Yüklə 479,53 Kb.
səhifə20/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   13   14   15   16   17   18   19   20   21

Nazirin əmri: əsgər valideynləri və yaxınları hərbi hissələrə buraxılacaq


19.10.2015

zakir hasanovMüdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, oktyabrın 25-i səhər saat 11-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçiriləcək. Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Nazirliyin yaydığı rəsmi məlumata görə, “Açıq qapı günü”ndə hərbi hissə komandanlığı ilə valideynlərin görüşünün təşkili, konsert proqramları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.


Amerika şirkəti Azərbaycanın reaksiyasını nəzərə alıb Dağlıq Qarabağdan çəkildi


19.10.2015

firmaABŞ-ın audit, vergi və məsləhət xidmətləri göstərən “Grant Thornton İnternational” şirkətinin Ermənistan nümayəndəliyinin Dağlıq Qarabağda iqtisadi fəaliyyəti təşviq edən nəşrlər buraxmaq niyyəti barədə məlumat alan İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan nümayəndəliyinin rəsmisini görüşə dəvət edib. Görüşdə Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin milli qanunvericiliyə, o cümlədən vergi, gömrük, maliyyə, sahibkarlıq, miqrasiya qanunvericiliyinə görə məsuliyyət tədbirlərinə səbəb olduğu izah edilib, “Grant Thornton İnternational” şirkətinin belə hallara yol verməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb və bu barədə şirkətin mərkəzi ofisinin məlumatlandırılması tələbi qoyulub.

“Grant Thornton İnternational” şirkətinə Azərbaycanın mövqeyini əks etdirən məktub da göndərilib.

Economy.gov.az-ın məlumatına görə, bu günlərdə şirkət İqtisadiyyat və Sənaye Nazirliyinə rəsmi cavab göndərib. Rəsmi cavabda “Dağlıq Qarabağ” adı altında hər hansı biznes bələdçisi, yaxud digər nəşrin buraxılmayacağı bildirilir.

Oktyabrın 19-da məlumat yayan iqtisadiyyat və Sənaye Nazirliyi bir daha beynəlxalq şirkət və təşkilatların diqqətinə çatdırır ki, Azərbaycanın işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və ölkə qanunvericiliyinə ziddir, bu kimi hallara qarşı ciddi məsuliyyət tədbirləri görüləcək.


Prezident parlamentə qanun layihəsi göndərib: sahibkarlıq sahəsində yoxlamalar tam dayandırılır


19.10.2015

prezident-ferman
Oktyabrın 19-da prezident İlham Əliyev Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev eyni gündə fərman imzalayıb. Fərman lisenziyaların sayının minimuma endirilməsini, bu sahədə qaydaların sadələşdirilməsini, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaları İqtisadiyyat və Sənaye Nazirliyinin “ASAN xidmət” mərkəzlərində verməsini nəzərdə tutur.


Dövlət Miqrasiya Xidməti 9 aya yekun vurub


19.10.2015

dmx
Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Rəsmi məlumata görə, müşavirdə hesabat dövrü ərzində 541 047 nəfər əcnəbinin olduğu yer üzrə qeydiyyata alındığı açıqlanıb. Qeyd olunub ki, 9 ayda Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan 76 553 şəxs müraciət edib.

Hesabata əsasən, yanvar-sentyabr aylarında 20 589 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarını pozması aşkara çıxarılıb. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarəti zamanı isə 123 inzibati pozuntu qeydə alınıb.


Lisenziya fərmanı: azaldılsın və sadələşdirilsin


19.10.2015

asan xidmet 1Oktyabrın 19-da prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman verib.

Fərmanın preambulasında qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaradıb”.

Sənədə əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir.

Xüsusi razılıq (lisenziya) verilməsi bu qaydalara uyğun həyata keçirilməlidir:

- sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;

- müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi;

- İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.

İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələlərə dair təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir:

- xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;

- dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi;

- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.

Nazirlik Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirmək tapşırığı da alıb.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə