Xəbər bülleteni №11


Nəqliyyatda yükdaşıma 1,9 faiz bahalaşıb



Yüklə 479,53 Kb.
səhifə16/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   13   14   15   16   17   18   19   20   21

Nəqliyyatda yükdaşıma 1,9 faiz bahalaşıb


16.10.2015

kargo
Sentyabrda nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 1,9 faiz artıb. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ay ərzində dəniz nəqliyyatında yükdaşıma qiymətləri 0,2 faiz enib, hava nəqliyyatında 8,7 faiz yüksəlib.

Rəsmi açıqlamaya görə, boru kəməri nəqliyyatında neftin nəql olunması 0,9 faiz bahalaşıb, qazın nəql olunması qiyməti isə sabit qalıb.

Dəmir yolu və avtomobil nəqliyyatında isə yükdaşıma qiymətlərində dəyişiklik olmayıb.

Burabayda MDB sammiti


16.10.2015

mbd 2
Oktyabrın 16-da Qazaxıstanın Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. Transparency.az xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrlik etdiyi iclasa Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Almazbek Atambayev, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti İmaməli Rəhman, Özbəkistan prezidenti İslam Kərimov, Moldova xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Andrey Qalbur, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Yuri Lazebnik və MDB icraçı katibi Sergey Lebedev qatılıb.

İclasın gündəliyində təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri xüsusi yer tutur. İştirakçılar hüquq mühafizə və fövqəladə hallar sahələrində müqavilələr imzalayacaq . 2020-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının qəbulu və başqa məsələlər də gündəlikdə durur.


Kənd təsərrüfatında nə haqq qoyma var, nə də başqa neqativ hal”


16.10.2015

heyder esedovKənd təsərrüfatı naziri Heydər Əsədov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Transparency.az oktyabrın 16-da dərc olunmuş həmin müsahibəni təqdim edir.

- Heydər müəllim, üzümçülük və pambıqçılıq rayonlarında fermerlər becərdikləri məhsullarını sata bilmədiklərindən şikayət edirlər. Bunun səbəbləri ilə maraqlanmısızmı?

- Elə söhbət yoxdur. Hər kəs öz becərdiyi məhsulu sərbəst şəkildə sata bilir. Kim sata bilmirsə buna nazirlik nə edə bilər?

- Hazırda üzümçülüklə məşğul olan fermerlər məhsullarının plantasiyalarda qalıb xarab olduğunu, bazar tapa bilmədiklərini deyirlər.

- Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkaların fəaliyyətinə yenidən start vermişik. Artıq Əhmədlidə biri fəaliyyətə başlayıb. Yasamal və Sumqayıtda da yarmarkalar açılacaq, danışıqlar gedir. Fermerlər, kəndlilər bu yarmarkalarda öz həyətyanı sahələrində yetişdirdikləri məhsulları rahat sata biləcək.

- Biz sizə faktlardan danışaq. Məsələn, üzümçülük rayonları olan Tovuzda, Cəlilabadda yüz tonlarla məhsul sahələrdə qalıb, bazar olmadığı üçün fermerlər sata bilmirlər. Bu problem niyə kütləvi hal alıb?

- Kütləvi deyil. Yaxşı bazarlara çıxışları yoxdur. Bir tərəfdən yarmarka yoxdur, o biri tərəfdən də devalvasiyaya görə xarici bazara çıxmırlar.

- Kənd təsərrüfatı məhsullarının xaricə çıxarılması ilə bağlı qadağa qoyulduğu deyilir. Bu nə ilə bağlıdır?

- Elə şey yoxdur. Əksinə, həvəsləndirici tədbirlər hazırlayırıq. Ümumi danışanlar çoxdur, keçən illərin təcrübəsi ilə danışır çoxu. Amma faktlar bunun əksini göstərir.

- Həvəsləndirici tədbirlər deyiləndə nə nəzərdə tutulur?

- Hələ bu barədə düşünürük. Dünyada bəzi təcrübələr var. Amma düzgün uçot olmadığı üçün bu təcrübənin tətbiqi ilə bağlı tərəddüdlərimiz yaranıb. Əksinə, indi biz həvəsləndirici tədbirlərə getmək istəyirik ki, kəndlinin öz malını satması, bazara çıxarması halları artsın.

- Amma yerlərdə sahibkarların əlində tonlarla məhsulu tökülüb qalır…

- Bir məsələni qəbul edin ki, bu məhsul ya daxili bazara çıxmalıdır, ya da xaricə. Daxili bazarla, yarmarka ilə bağlı əhalinin bəzi kəsimi narazılıq edir. Biri deyir yarmarka yolumu kəsir.  Mən nazir kimi qoyuram, amma cəmiyyətdən narazılıq var. Daxildə vəziyyət belə olur. Xaricə çıxmaq üçün də sərhəddən qoymurlar. Sonra da deyirsiz, sahibkarın əlində məhsulu qaldı. Mən də sizdən soruşuram: niyə qoymursuz?

- Son 2 ilə qədər Yasamalda, Ukrayna dairəsində bazarlar yox idi, onda bu mallar harada satılırdı?

- Bazarlar yox idi, ona görə də məhsul 6 qəpiyə evlərdə tökülüb gedirdi.

- Zavodlar da götürmür…

- Bəli, götürmürdü. Tökülüb gedirdi. Harada bazar açmışıq, orda bu məhsullar qəşəng satılıb. Harada ki, bazara çıxış yoxdur, orda “Meyvəli bazar”a (meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazası, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi) verirlər. Çıxış olmayanda gərək hər yerdə yarmarka edəm. İndi Sumqayıtda, Binəqədidə yarmarka açıram.

- Nə zaman olacaq açılış?

- Xətaini artıq açdıq. “Bakı” kinoteatrının yanında. Ya bu bazar, ya da gələn bazar Sumqayıt və Binəqədini istifadəyə verirəm. Sonra bir-bir davam edəcəyik.

- Bu yaxınlarda Baş Prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kənd Təsərrüfatı Nazirliyində yoxlama aparması ilə bağlı məlumatlar yaydı…

- Xeyr, bizdə yoxlama getmir. Səmimi deyirəm, yoxdur yoxlama.

- Prezidentin son müşavirədəki (Nazirlər Kabinetinin 12 oktyabr iclasında) çıxışında ciddi nüanslar vardı. Siz bu çıxışı necə qiymətləndirirsiz?

- Orda bizim sahə ilə, kənd təsərrüfatı ilə bağlı ancaq müsbət məqamlar idi. Cənab prezident bizi təriflədi.

- Korrupsiya, haqq qoyma ilə bağlı narazılığını bildirdi, “artıq hövsələ yoxdur” dedi…

- Bilirsiniz ki, cənab prezident onu başqa sahələrlə bağlı dedi. Kənd təsərrüfatında nə haqq qoyma var, nə də başqa neqativ hal. Subsidiya da tərtəmiz. Bir adam gəlsin, desin. Mən əminəm ki, kənd təsərrüfatında bir problem yoxdur. O sualları aidiyyəti yerlərə ünvanlayın mümkünsə.

- Subsidiyaların verilməsində vəziyyət necədir?

- Yaxşıdır. Birinci hissə açılmışdı, indi ikinci hissə də açıldı. Tamamilə şəffaf şəkildə fermerlər onlara ayrılmış subsidiyalarını alırlar. Heç bir problem yoxdur. Burda tam elektron hesab gedir — sahəsinə, adamına, kəndinə, torpağının sahəsinə qədər hesabını qurmuşuq. Elektron uçotu yavaş-yavaş sistemləşdiririk. Ona görə də bu sahədə heç bir problem yoxdur. Pul birbaşa Maliyyə Nazirliyindən xəzinənin hesabına, oradan da adamların kartına vurulur. Heç o pulu mən Kənd Təsərrüfatı Nazirliyinə almıram. Bizim hesaba gəlmədən birbaşa yerli xəzinə orqanlarına daxil olur, ardınca isə insanların kartlarına. Heç kim heç nə deyə bilməz. Kimsə kiminsə sahəsini düz ölçməyə bilər, ya da kimsə kiminsə sahəsində xırda nöqsanlara yol verə bilər. Amma ümumilikdə götürdükdə belə söhbət ola bilməz. Əgər bir fakt tapsanız, özümə deyə bilərsiz.

- Kəndli bu gün öz torpağından xeyir götürə bilmir. Becərdiyi məhsulu sata, ondan pul qazana bilmir. Halbuki sovet vaxtı tam əksinə idi.

- Yalan söhbətdir. Bu, ümumi şüar söhbətlərdir. Siz məhsuldan xeyir götürməsəz, onu bir daha əkərsiz? Torpaqda işləyirlər, məhsul da ildən-ilə artır. 7 faiz məhsul artıb. Necə torpaqdan qorxurlar ki, məhsul 7 faiz artıb?

- Siz statistikanı deyirsiz, biz sizə reallıqdan danışırıq…

- Mən də reallığı deyirəm. Mən pripiskaya gedən oğlan deyiləm. Reallıq isə budur ki, əhalinin bir qismi kartofu sahədə əkir. 50 dəfə deyirik ki, kartofu sahədə saxlayanda kəpənək onu yeyir. Kəpənək də arı kimi qonur kartofun başına, güvə salır. Ona nazirlik nə etməlidir?


Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə