Xəbər bülleteni №11


Bu il əmək pensiyaçılarının sayı 1709 nəfər artıb



Yüklə 479,53 Kb.
səhifə2/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   2   3   4   5   6   7   8   9   ...   21

Bu il əmək pensiyaçılarının sayı 1709 nəfər artıb


12.10.2015

elshen memmedeliyev
Ölkədə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1 milyon 290 min 882 nəfər olub. İlkin hesablamalara görə, əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 1709 nəfər (0,1%) artıb və oktyabrın 1-nə 1 milyon 292 min 591 nəfərə çatıb.

Dövlət Sosial Müdafiə Fondunun pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev jurnalistlərə deyib ki, pensiyaçıların 778 850 nəfəri (60,2%) yaşa görə, 371 941 nəfəri (28,8%) əlilliyə görə, 141 800 nəfəri (11%) isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.

Transparency.az-ın məlumatına görə, Elşən Məmmədəliyev oktyabrın 1-nə əmək pensiyalarının orta aylıq məbləğinin 175,8 manat olduğunu bildirib: “Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır. Bu isə ölkə üzrə orta aylıq əməkhaqqının təxminən 43 faizini təşkil edir”.

Vergi borcu olan iki nəfərə inzibati həbs cəzası verilib


12.10.2015

Vergi borcunu vaxtında ödəməyən iki nəfər tutulub. Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr qərarı ilə vergi ödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün inzibati həbs cəzası alıb. Vergilər Nazirliyindən Transparency.az-a verilən məlumata görə, məhkəməyə Vergi Borclarının Məcburi Alınması İdarəsi ilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçirdiyi birgə tədbirlər çərçivəsində müraciət olunub.

Məlumatda nazirliyin müraciəti də yer alır: “Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır”.

500000 manatlıq 24 qalib layihə müəyyənləşdirilib


12.10.2015

qrantPrezident yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, 2014-cü il noyabrın 10-da elan edilmiş müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 74 layihə daxil olub, Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Yekun qərara əsasən, ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 qalib layihə müəyyənləşdirilib.

Qalib layihələrdən 21-i fundamental-tətbiqi, 1-i axtarış-innovasiya xarakterlidir. 2 layihə üzrə isə AMEA-nın 70 illiyinə həsr olunan “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda gənc alim və tələbələrin 6-cı beynəlxalq elmi konfransı və “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 5, Yer haqqında elmlər üzrə 4, kimya elmləri üzrə 5, biologiya, tibb və aqrar elmləri üzrə 5, humanitar və ictimai elmlər üzrə isə 5 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 17-si qadın, 7-si kişidir.

Bankomatlar həm artır, həm də azalır


12.10.2015

bankomat2014-cü ildə dünyada bankomatların sayı 3 milyona çatıb. Novator.az-ın məlumatına görə, ekspertlər 2020-ci ilə qədər bankomatların sayının 4 milyon olacağını proqnozlaşdırır.

Bankomatların qlobal şəbəkəsinin genişlənməsi Hindistan və Çin kimi ölkələrin bazarlarından asılıdır. İnkişaf etmiş ölkələrdə isə bank şöbələri optimallaşdırılır və bankomat bazaları ixtisar edilir.

Çində 2009-cu ildən bəri bankomatların sayı üç dəfə artıb. Hindistanda da son 10 ildə bankomat şəbəkələri genişlənib. Ekspertlər Asiya və Sakit okean bölgələrində olduğu kimi Yaxın Şərq və Afrikada da bankomat sayının artacağını güman edirlər. Nigeriya və İranda artım gözlənir.

Mərkəzi və Şərqi Avropa ölkələrində isə bankomatların ixtisar olunacağı bildirilir. 2014-cü ildə Qərbi Avropanın 17 aparıcı ölkəsindən 10-da bankomatlar ixtisara salınıb. Ən çox ixtisar İspaniyada olub. Ekspertlər 5 il ərzində Qərbi Avropanın ən azı altı ölkəsində bankomatların ixtisara düşəcəyini ehtimal edirlər.

Tədricən nağdsız ödənişə keçən inkişaf etmiş ölkələrdə əhali arasında bankomatlar o qədər də populyar deyil.

İnkişaf etmiş ölkələrdə bankomat şəbəkəsinin azalmasına baxmayaraq ümumilikdə bu bazar genişlənməkdə davam edir.


Məhkəmə-Hüquq Şurasına məhkəmə sədrlərinin təyinatı ilə bağlı yeni səlahiyyət verilir


12.10.2015

meh-huqMəhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilir. Milli Məclisdən APA-ya bildiriblər ki, Azərbaycan prezidenti “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə dəyişiklik layihəsi təqdim edib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə aparılacaq.

Hazırda apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədrlərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin vəzifəyə təyin edilməsini prezident birbaşa aparır.

Transparency.az bildirir ki, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlayıb. 15 nəfərdən ibarət olan şuraya 9 hakim, hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxildir.

Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aiddir.


Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə