Xəbər bülleteni №11


Lukaşenko rəsmən qalib oldu



Yüklə 479,53 Kb.
səhifə18/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   13   14   15   16   17   18   19   20   21

Lukaşenko rəsmən qalib oldu


16.10.2015

lukashenkoOktyabrın 16-da Belarus Mərkəzi Seçki Komissiyası beş gün əvvəl keçirilmiş prezident seçkisində dövlət başçısı Aleksandr Lukaşenkonun 83,5% səs çoxluğu ilə qalib gəldiyini bəyan edib.

Novator.az xəbər verir ki, MSK-nın yekun protokoluna əsasən, Lukaşenko 5 milyon 102 min 478 səs alıb.

60 yaşlı Lukaşenko 1994-cü ildən prezident kürsüsünü tutur. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda iki dəfədən çox prezident seçilməyə məhdudiyyət götürüldüyündən Lukaşenko 2006 və 2010-cu illərdə də dövlət başçısı seçilib.

Rusiya hökumətinin ixtisarı layihəsi hazırlanıb


16.10.2015

rusiya hokumeti
Rusiya hökumətində struktur islahatları layihəsi hazırlanıb. Məlumatı oktyabrın 16-da Rbc.ru saytı yayıb. Transparency.az bildirir ki, dekabrın 1-nə qədər Rusiya prezidentinə təqdim olunacağı vurğulanan layihədə nazirliklərin sayını 21-dən 15-ə düşürmək, 11 federal agentliyin ləğvi nəzərdə tutulur.

Layihəyə əsasən, 9 federal nəzarət qurumu yaradılacaq. Həmin qurumların birbaşa hökumətə tabe olması planlaşdırılır.

Hökumətdəki mənbələr iddia edir ki, Uzaq Şərqin İnkişafı Nazirliyi ilə Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi ləğv olunacaq. Struktur islahatları layihəsində Xarici İşlər Nazirliyinin həmçinin xarici iqtisadi əlaqələr və gömrük siyasəti məsələləri ilə məşğul olması da nəzərdən keçirilir.

Hesablamalara görə, struktur islahatları Rusiya hökumətinə 4,5 milyard rubla qənaət etmək imkanı verəcək.


İqtisadiyyat və Sənaye Nazirliyindən daha bir təşəbbüs: ixrac xərcləri azaldılacaq


16.10.2015

İqtisadiyyat və Sənaye Nazirliyinin oktyabrın 15-də keçirilən kollegiya iclasında ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edilib.

Nazirlikdən Transparency.az-a verilən məlumatda o da qeyd olunur ki, qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılması nəzərdə tutulur. Bunun üçün Tarif (qiymət) Şurasına müraciət olunacaq.

Nazirlik sahibkarlıq subyektlərində apardığı bütün yoxlamaları dayandırdı

Lisenziyaların ləğvinə start verildi

Burabay sammitində bəyanatlar və qərarlar qəbul edilib


16.10.2015

AZƏRTAC Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində bu gün keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasından məlumat yayıb.

MDB Dövlət Başçıları Şurası əvvəlcə məhdud tərkibdə toplaşıb. Qurumun İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, məhdud tərkibli iclasda toplantının gündəliyi və reqlamenti təsdiqlənib, iki mühüm bəyanat — BMT-nin yaradılmasının 70 illiyi və beynəlxalq terrorizmlə mübarizə ilə əlaqədar MDB dövlət başçılarının bəyanatları qəbul edilib. Həmçinin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.

Sonra Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 30 illiyi ilə bağlı dövlət başçılarının müraciəti müzakirə olunub. Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun məlumatından sonra qəzanın 30 illiyi ilə əlaqədar MDB ölkələrinin birgə müraciətinin dünya ictimaiyyətinə çatdırılması təklif edilib və bununla bağlı qərar qəbul olunub.

Daha sonra iclasda MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası və Hava Hücumundan Müdafiə Koordinasiya Komitəsinin rəhbərlərinin namizədliyi təsdiqlənib.

MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşıb.

Geniş tərkibdə iclasda Belarus prezidenti Aleksandr Lukaşenko MDB çərçivəsində xalqların və dövlətlərin dostluğuna verdiyi töhfəyə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevə “Xalqlar Dostluğu” ordenini təqdim edib.

burabay 1

burabay 2

Gəlir vergisindən azad olunma qaydası dəyişəcək


16.10.2015

Oktyabrın 16-da Milli Məclisin iqtisadi siyasət komitəsi Vergi Məcəlləsində dəyişikliklər layihəsini müzakirə edib. İclasda danışan vergilər naziri Fazil Məmmədov deyib ki, layihədə fiziki şəxsin muzdlu işlə əlaqədar olan aylıq gəliri 2500 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun (hazırda 140 manatdır, gələn il 146 manat olacaq) 1 misli, illik gəliri 30000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsinin gəlir vergisindən azad olunması təklifi yer alır.

Hazırda fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar olan aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Fazil Məmmədov bildirib ki, dəyişiklik büdcə təşkilatlarında çalışan 500 min şəxsi və digər sahələrdə çalışanları əhatə edəcək: “Bu, çox dərin mühasibatlıqdır və onunla əlaqədardır ki, 200 manatdan yuxarı dərs yükü olan müəllimlər əsasən vergiyə cəlb olunduqları üçün onların əməkhaqqından vergi çıxılır. Nəticədə onlar dərs yükü 200 manata qədər olan müəllimlərdən daha aşağı əməkhaqqı alırlar, ədalətsizlik yaranır”.

Nazir əlavə edib ki, qanunda yenilik əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı əmək haqlarının leqallaşmasını da təşviq edəcək.

Xəbəri APA-Economics yayıb.


Paytaxtın bir neçə marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib


19.10.2015

avtobus
Oktyabrın 19-dan Bakıda bir neçə marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, əvvəllər Rəsulzadə qəsəbəsindən “28 May” metro stansiyasınadək hərəkət edən 79 saylı marşrut avtobusunun yolu qısaldılıb. İndi “79” Rəsulzadə qəsəbəsindən “20 Yanvar” metro stansiyasınadək gedir.

207 saylı marşrut xəttinin fəaliyyəti dayandırılıb və əvəzinə 193 saylı marşrut xətti təşkil edilib. 193 saylı marşrut avtobusu avtovağzaldan yol çıxıb “Binə” ticarət mərkəzində mənzil başına çatır.

9-cu mikrorayondan şəhərin mərkəzinə gedən 85 saylı marşrut avtobusunun son dayanacağı “Cəfər Cabbarlı“ metro stansiyası olub.

İlk dayanacağı Hidayətzadə küçəsi olan 24 saylı marşrut avtobusu indi yola “Nəriman Nərimanov” metro stansiyasından çıxır, “Azadlıq” metro stansiyasına kimi hərəkət edir.

30 və 49 saylı marşrut avtobuslarının ilk dayanacağı “28 May” metro stansiyasından “Xətai” metro stansiyasına keçirilib.


Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə