Xəbər bülleteni №11


Sentyabr ayında qiymətlər necə dəyişib?



Yüklə 479,53 Kb.
səhifə13/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Sentyabr ayında qiymətlər necə dəyişib?


15.10.2015

istehlakDövlət Statistika Komitəsi 2015-ci ilin sentyabr ayında istehlak bazarında qiymətlərin necə dəyişdiyini açıqlayıb. Rəsmi məlumata görə, sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz artıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişiklik baş verməyib. Ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlər əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkər və şəkər tozunun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, limonun, bananın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, kökün, kartofun, baş soğanın, sarımsağın, mineral sular və sərinləşdirici içkilərin, spirtli içkilərin qiymətlərində artım, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, balqabağın, şirin bibərin qiymətlərində isə azalma müşahidə olunub.

Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçalar, inşaat materialları, dərmanlarda ucuzlaşma, geyim, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazları, mebel və ev əşyaları, dəftərxana ləvazimatlarında isə bahalaşma qeydə alınıb.

Rusiya və Qazaxıstan Xəzər dənizi ilə bağlı yeni razılaşma imzaladı


15.10.2015

putin ve nazarbayev
Oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursiltan Nazarbayev Xəzər dənizinin dibinin şimal hissəsinin bölüşdürülməsi haqda iki ölkə arasında 1998-ci ildə bağlanmış saziş protokoluna dəyişikliyi nəzərdə tutan sənəd imzalayıblar.

Novator.az xəbər verir ki, yeni sənəd “Mərkəz” neftdaşıma qurumunun birgə istifadəsinin tənzimlənməsi barədədir.

Sənəd Vladimir Putinin Qazaxıstana səfəri çərçivəsində Astana şəhərində imzalanıb.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında sazişi, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokolu razılaşdırıblar.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

1991-ci ildə SSRİ dağılandan sonra Xəzər dənizi ilə bağlı məsələlər 5 Xəzəryanı ölkənin — Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiyanın çoxtərəfli və ikitərəfli razılıqları əsasında həll olunur. Ötən il sentyabrın 29-u Həştərxanda sammit keçirən Xəzəryanı ölkələrin prezidentləri 19 bənddən ibarət birgə bəyanat qəbul ediblər. Sənədə görə, ölkələr 25 dəniz mili hüdudunda ehtiyatlardan istifadə hüququ alır. Bu hüduddan kənar su səthi ümumi istifadədir. Bəyanatda həmçinin Xəzər dənizində kənar ölkələrin hərbi qüvvələrinin olmaması prinsipi, Xəzəryanı ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət vurğulanır, güc tətbiqinin və güc tətbiqi ilə hədələmənin yolverilməzliyi qeyd olunub.


Sığorta təhsili proqramı təqdim olunub


15.10.2015

sigorta 2
Azərbaycan Sığortaçılar Assosiasiyası oktyabrın 15-i Bakıda peşəkar sığortaçı sertifikasiyası (PSS) proqramının təqdimatını keçirib. PSS — sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramıdır.

Transparency.az xəbər verir ki, PSS proqramında dərs vəsaiti kimi Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabından istifadə olunacağı açıqlanıb. Kitab dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış “Chartered İnsurance İnstitute” qurumunun (Böyük Britaniya) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunub.

Təqdimatda çıxış edən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib ki, sığorta sahəsinin əsas problemlərindən biri peşəkar kadrların çatışmazlığıdır: “Bu sahədə boşluq var. Ali məktəblər sığorta sahəsində mütəxəssis hazırlamır. Qərar verdik ki, sığortaçılar bu işi boynuna çəksin. Bunun üçün sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan PSS proqramı tətbiq olunacaq. Ola bilər ki, gələcəkdə sığortaçılardan Dövlət Sığorta Nəzarəti Xidmətində keçirilən test əvəzinə bu sertifikat tələb edilsin. Bu sertifikat bilik səviyyəsini təsdiq edən sənəd olacaq, gələcəkdə sığorta şirkətləri işçi qəbul edərkən sertifikatı olan kadrlara üstünlük verəcək”.

sigorta

Kənd təsərrüfatında istehsalçı qiymətləri indeksi enib, sənayedə qalxıb


15.10.2015

Sentyabrda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi enib, sənaye məhsullarında isə bahalaşma olub. Transparency.az Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsaslanaraq bildirir ki, sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz artıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalı avqust ayı ilə müqayisədə 2 faiz ucuzlaşıb.

Birillik bitkilərdən buğdanın, payızlıq arpa dəninin, lobyanın, baş kələmin, qarpız və yemişin, bibərin, pomidorun, xiyarın istehsalçı qiymətləri düşüb, kartofun, badımcanın, baş sarımsağın, quru otun, baş soğanın istehsalçı qiymətləri artıb.

Ay ərzində çoxillik bitkilərdən üzümün, almanın, zoğalın, fındığın, nanə yarpaqlarının istehsalı ucuzlaşıb.

Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti enib, südün, yumurtanın, quş və qoyun ətinin istehsalçı qiymətləri isə yüksəlib.

Ay ərzində mədən sənayesi üzrə istehsalçı qiymətləri 2,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 7,5 faiz artıb. Emal sənayesində istehsal 0,5 faiz ucuzlaşıb. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz artıb.

Mədən sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,1 faiz yüksəlib, metal filizlərinin hasilatı üzrə 1,6 faiz düşüb.

Ay ərzində emal sənayesində istehsal metallurgiya sənayesi üzrə 3,2 faiz, kimya sənayesi üzrə 2 faiz, neft məhsullarının istehsalı üzrə 0,6 faiz, tikinti materiallarının istehsalı üzrə 0,3 faiz ucuzlaşıb. İçki istehsalı üzrə 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz qiymət artımı olub.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə