Xəbər bülleteni №11


İsveçrədə parlament seçkisini mühafizəkar partiya uddu



Yüklə 479,53 Kb.
səhifə19/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   13   14   15   16   17   18   19   20   21

İsveçrədə parlament seçkisini mühafizəkar partiya uddu


19.10.2015

isvechre parlamentiİsveçrədə oktyabrın 18-də keçirilmiş parlament seçkisində sağ mühafizəkar Xalq Partiyası qalib gəlib. Novator.az xəbər verir ki, oktyabrın 19-da açıqlanan ilkin nəticələrə görə, Xalq Partiyası seçicilərin 29,5%-nin səsini qazanaraq 200 yerlik Milli Şurada 65 mandat əldə edib. Miqrasiya əleyhinə çıxışları ilə tanınan Xalq Partiyası 4 il əvvəlki seçki ilə müqayisədə parlamentdə 11 deputat çoxalıb.

Solçu Sosial Demokrat Partiyası yeni parlamentdə 43 mandat, Liberal Demokrat Partiyası isə 33 mandatla təmsil olunacaq.


Eldar Mahmudov 26 nəfər arasında ikinci yeri tutur


19.10.2015

eldar_mahmudov 1Oktyabrın 17-də prezident İlham Əliyev sərəncam imzalayaraq general-polkovnik Eldar Mahmudovu milli təhlükəsizlik naziri postundan çıxarıb. 59 yaşlı Eldar Mahmudov 2004-cü ildən milli təhlükəsizlik naziri idi.

Transparency.az/cnews bildirir ki, Eldar Mahmudov Azərbaycanın xüsusi xidmət orqanlarının tarixində bir nömrəli çekist postunu ən uzun müddətə tutan ikinci şəxsdir. 1919-cu ilin iyun ayında Əksinqilabla Mübarizə Təşkilatı kimi yaradılmış xüsusi xidmət orqanına indiyədək 26 nəfər rəhbərlik edib.

1991-ci ilin dekabr ayından Milli Təhlükəsizlik Nazirliyi adlanan quruma Namiq Abbasov və Eldar Mahmudov uzun müddət rəhbərlik ediblər. Namiq Abbasov 10 ilə yaxın – 1994-cü ilin oktyabrından 2004-cü ilin iyul ayınadək milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Eldar Mahmudov isə 2004-cü il iyulun 23-dən 2015-ci il oktyabrın 17-dək nazir olub.

Azərbaycanın xüsusi xidmət orqanına 11 il 2 ay 24 gün rəhbərlik etmiş Eldar Mahmudov bu baxımdan yalnız Stepan Yemelyanovdan geri qalır. Stepan Yemelyanov 1939-cu ilin fevralından 1953-cü ilin avqust ayınadək (14 il 6 ay) bir nömrəli çekist postunda çalışıb.

SSRİ dövründə Azərbaycanın xüsusi orqanına rəhbərlik etmiş digər iki rekordçu Vitali Krasilnikov (1969-cu ilin oktyabrından 1980-ci ilin iyun ayına kimi) və Ziya Yusifzadədir (1980-ci ilin iyun ayından 1988-ci ilin avqust ayına kimi).

Bir nömrəli çekist postuna iki dəfə təyin olunan Mircəfər Bağırov xüsusi xidmət orqanına birinci yol 6 il 3 ay (fevral 1921-may 1927), ikinci yol 8 ay (dekabr 1929-avqust 1930) rəhbərlik edib.


9 ayda xarici ticarət əməliyyatları 35 faizdən çox azalıb


19.10.2015

gomruk 2Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 9 aylıq yekununu açıqlayıb. Transparency.az-ın məlumatına görə, komitə bildirir ki, xarici ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 35,72% azalıb. Bir ildə idxal əməliyyatlarında 0,87% artım, ixrac əməliyyatlarında 49,97% azalma qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 124 milyon manat daxil olub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon manat azdır.

2014-cü ilin 9 ayı ilə müqayisədə ixracda azalmalar belədir:

Xam neft – 54,01%

Neft məhsulları – 44,24%

Təbii qaz – 23,18%

Meyvə-tərəvəz – 3,46%

Çay – 44,3%

Bitki və heyvan mənşəli piylər və yağlar – 22,34%

Şəkər – 2,18%

Spirtli və spirtsiz içkilər – 22,85%

Plastmas və onlardan hazırlanan məmulatlar – 28,27%

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 41,44%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 25,33%.

Kimya sənayesi məhsullarının ixracı 37,86%, alüminium və ondan hazırlanan məmulatların ixracı 24% artıb.

Əvvəlki illə müqayisədə bu ilin 9 ayında idxal göstəricilərində artım belə olub:

Meyvə-tərəvəz – 138,87%

Buğda – 30,33%

Əczaçılıq məhsulları – 10,29%

Oduncaq və ondan hazırlanan məmulatlar – 80,35%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 65,92%

Nəqliyyat vasitələri və onların hissələri – 83,70%

Mebel və onun hissələri – 8,35 %.

Avtomobillə təmin olunan əlillərin sayı 5700-ə yaxınlaşır


19.10.2015

mashin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 19-da 60 nəfər Qarabağ müharibəsi əlili, 15 nəfər Böyük Vətən müharibəsi əlili, 2 nəfər 20 Yanvar əlili, 13 nəfər Çernobıl əlilinə və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 10 nəfərə “Naz-LİFAN” markalı minik avtomobilləri təqdim edib.

Transparency.az-a verilən rəsmi məlumata görə, təqdimatda çıxış edən Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bununla ötən aydan 300 nəfərin minik avtomobili ilə təmin olunduğunu bildirib: “Ümumilikdə keçən il və bu ilin ötən dövründə 1833 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs dövlət büdcəsi hesabına minik avtomobili alıb”.

Xidmət rəisi indiyədək avtomobillə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sayının 5650 nəfərə yaxın olduğunu diqqətə çatdırıb.

Hökumət üzvləri kabinetdə nə vaxtdan təmsil olunur?


19.10.2015

nkTransparency.az/cnews Azərbaycan hökuməti üzvlərinin kabinetdə nə vaxtdan təmsil olunduğu barədə arayışı təqdim edir:

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev — 1984-cü ildən

baş nazirin müavini Elçin Əfəndiyev — 1993-cü ildən

daxili işlər naziri Ramil Usubov — 1994-cü ildən

mədəniyyət və turizm naziri Əbülfəz Qarayev — 1994-cü ildən (2006-cı ilədək gənclər və idman naziri)

baş nazirin müavini Abid Şərifov — 1995-ci ildən

fövqəladə hallar naziri Kəmaləddin Heydərov — 1995-ci ildən (2006-cı ilədək Dövlət Gömrük Komitəsinin sədri)

baş nazir Artur Rasizadə — 1996-cı ildən (1996-cı ildə və 2003-cü ildə baş nazirin müavini)

baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov — 1998-ci ildən

baş nazirin birinci müavini Yaqub Eyyubov — 1999-cu ildən (2003-cü ilədək baş nazirin müavini)

ədliyyə naziri Fikrət Məmmədov — 2000-ci ildən

vergilər naziri Fazil Məmmədov — 2000-ci ildən

ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov — 2001-ci ildən

nəqliyyat naziri Ziya Məmmədov — 2002-ci ildən

əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov — 2002-ci ildən (2013-cü ilədək Dövlət Sosial Müdafiə Fondunun sədri)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov — 2002-ci ildən

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev — 2002-ci ildən

xarici işlər naziri Elmar Məmmədyarov — 2004-cü ildən

rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov — 2004-cü ildən

baş nazirin müavini İsmət Abasov — 2004-cü ildən (2013-cü ilədək kənd təsərrüfatı naziri)

səhiyyə naziri Oqtay Şirəliyev — 2005-ci ildən

energetika naziri Natiq Əliyev — 2005-ci ildən

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov — 2005-ci ildən

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov — 2005-ci ildən

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev — 2006-cı ildən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova — 2006-cı ildən

gənclər və idman naziri Azad Rəhimov — 2006-cı ildən

maliyyə naziri Samir Şərifov — 2006-cı ildən

müdafiə sənayesi naziri Yavər Camalov — 2006-cı ildən

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov — 2006-cı ildən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov — 2007-ci ildən (2012-ci ilədək Dövlət Miqrasiya Xidmətinin rəisi)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov — 2007-ci ildən

iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev — 2008-ci ildən

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı — 2008-ci ildən

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev — 2012-ci ildən

baş nazirin müavini Əli Əhmədov — 2013-cü ildən

müdafiə naziri Zakir Həsənov — 2013-cü ildən

kənd təsərrüfatı naziri Heydər Əsədov — 2013-cü ildən

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev — 2013-cü ildən

təhsil naziri Mikayıl Cabbarov — 2013-cü ildən

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı — 2014-cü ildən

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov — 2015-ci ildən.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə