Xəbər bülleteni №11


Xədicə İsmayılın şikayəti üzrə proses başladı



Yüklə 479,53 Kb.
səhifə15/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

Xədicə İsmayılın şikayəti üzrə proses başladı


15.10.2015

baki apellyasiya mehkemesi
Oktyabrın 15-i Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın şikayəti üzrə proses başlayıb. APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Xədicə İsmayıl vəkil Yalçın İmanovla müqavilə bağlamaq istəyini bildirib, lakin məhkəmə onun vəsatətini təmin etməyib. Xədicə İsmayıl ötən il tutularkən Yalçın İmanov onun vəkili olub. Sonradan istintaq orqanı Yalçın İmanovun “Azadlıq” radiosunun işi üzrə şahid kimi keçdiyini əsas gətirərək onu Xədicə İsmayılın müdafiəsindən uzaqlaşdırıb.

Bugünkü prosesdə vəkil Fəxrəddin Mehdiyev Xədicə İsmayılın məhkəmə zalında şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmə işinin qismən istintaqla aparılması barədə vəsatətlər verib. Vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmə baxışı oktyabrın 29-na təyin edilib.

Bu il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayıla hökm oxuyub. Ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, Vergi Məcəlləsinin 101-ci maddəsinə (Gəlir vergisinin dərəcəsi) uyğun olaraq vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

Məhkəmə Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Sonradan jurnalistin işinə külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əlavə edilib.

Xədicə İsmayıl 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.


Prezident MDB-nin sammitinə gedib


15.10.2015

ilham aliyev qazaxistanAZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 15-də Qazaxıstana işgüzar səfərə gedib. İclas Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək.

Nazirlik sahibkarlıq subyektlərində apardığı bütün yoxlamaları dayandırdı


16.10.2015

iqtisadi nazirlikİqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda prezident İlham Əliyevin Nazirlər Kabinetinin 12 oktyabr toplantısında verdiyi tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev oktyabrın 15-də APA-Economics-ə bildirib ki, insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sahibkarlıq subyektlərində apardığı bütün yoxlamaların dayandırılması qərara alınıb.

Transparency.az xatırladır ki, Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyev biznes mühitini yaxşılaşdırmaq üçün çox ciddi addımlar atılacağını deyib: “Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna son qoyulmalıdır. Qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.


Ədliyyə orqanlarında qulluğa qəbul müsabiqəsi başlayıb


16.10.2015

edliyye_nazirliyi_loqoƏdliyyə Nazirliyinin Müsabiqə Komissiyası qulluğa qəbulla bağlı açıq müsabiqə elan edib. Transparency.az xəbər verir ki, müsabiqəyə nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində çalışmaq üçün ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları dəvət olunur. Ərizələrin qəbulu oktyabrın 14-dən başlayıb və bir ay davam edəcək.

Müsabiqənin birinci mərhələsində — test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə təqdim olunması kifayətdir. Ərizə formasını www.justice.gov.az internet səhifəsindən, nazirlikdən və ya regional ədliyyə şöbələrindən əldə etmək mümkündür. Ərizələri nazirliyin internet səhifəsi vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə — söhbətə buraxılacaqlar.

Əhali gəlirlərinin 75 faizindən çoxunu istehlak xərclərinə sərf edib


16.10.2015

manat_Dövlət Statistika Komitəsi əhalinin gəlirləri ilə bağlı açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada deyilir ki, 2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 30,12 milyard manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,5 faiz artıb.

9 ayda gəlirlərin 75,59 faizi son istehlak xərclərinə, 9,45 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,88 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,08 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,27 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə