Xəbər bülleteni №11



Yüklə 479,53 Kb.
səhifə1/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
  1   2   3   4   5   6   7   8   9   ...   21

Xəbər bülleteni № 11

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Oktyabr 2015

9 ayda vergi orqanlarına 66 mindən çox müraciət daxil olub


12.10.2015

vergiler-nazirliyi-32015-ci ilin 9 ayı ərzində vergi orqanlarına 66 708 müraciət daxil olub. Onların 96,5%-i ərizə, 3,4%-i şikayət, 0,1%-i təklifdir.

Taxes.gov.az-ın məlumatına görə, müraciətlərin 39%-i kameral vergi yoxlamaları, 31,8%-i müxtəlif arayışların alınması, 7,2%-i vergi borcları, 2,3%-i vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti, 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 15,1%-i isə digər məsələlərlə bağlı olub. Rəsmi hesabatda deyilir ki, müraciətlərin 70%-i müsbət həll olunub, 23,1%-i üzrə müvafiq izahatlar verilib, 4%-i əsassız sayılıb, 0,6%-i qismən həll olunub, 0,5%-i aidiyyəti üzrə göndərilib, 1,8%-i icradadır.

2015-ci ilin 9 ayı ərzində vergi orqanlarında 2 882 vətəndaş qəbul edilib.

Hesabat dövründə vergilər naziri Hacıqabul, Ağdam, Şabran, Qazax və Naftalan şəhərlərində vətəndaşların səyyar qəbullarını keçirib.


Lukaşenko yenə prezident seçildi


12.10.2015

lukashenkoBelarusda oktyabrın 11-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az bildirir ki, dörd namizədin yarışdığı seçki marafonu 22-ci ildir dövlət başçısı postunu tutan Aleksandr Lukaşenkonun qələbəsi ilə başa çatıb. İlkin nəticələrə görə, Lukaşenko 83,49% səs toplayaraq rəqiblərini xeyli geridə qoyub.

Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bəyan edib ki, seçicilərin 6%-i bütün namizədlərin əleyhinə səs verib. Tatyana Korotkeviç, 4,42%, Sergey Qaydukeviç 3,32%, Nikolay Ulaxoviç 1,67% səs yığıb.

60 yaşlı Lukaşenko 1994-cü ildən prezident kürsüsünü tutur. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda iki dəfədən çox prezident seçilməyə məhdudiyyət götürüldüyündən Lukaşenko 2006-cı ildə yenidən dövlət başçısı ola bilib. Sonuncu dəfə 2010-cu ildə prezident elan olunan Lukaşenkonun səlahiyyəti müddəti 2016-cı ilin yanvarında başa çatırdı.

Azərbaycanla İran arasında yeni razılaşmalar əldə olunub


12.10.2015

iran-astara
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə dövlət komissiyasının həmsədri Şahin Mustafayev oktyabrın 9-u Azərbaycanın Astara şəhərində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. Görüşdə Azərbaycan tərəfdən Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, İran tərəfdən isə aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak edib.

Şahin Mustafayev deyib ki, prezident İlham Əliyevin 2014-cü ilin aprelində İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub, 45 qarşılıqlı səfər həyata keçirilib, 22 sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə dövlət komissiyasının iclası təşkil edilib.

Nazir bu görüşdə əsas məqsədin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələrin aparılması olduğunu qeyd edib: “Hazırda Azərbaycan və İran arasında dəmir yolu xətlərinin birləşməsi olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair sazişə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. Bu nəqliyyat dəhlizi həmçinin Azərbaycan və İranın tranzit potensialının daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Economy.gov.az-ın məlumatına görə, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə işçi qrupların yaradılması barədə razılığa gəlinib. Bu tədbirlər Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsini, sərhəd körpüsünün birgə tikintisini, habelə yükaşırma terminalının tikintisini nəzərdə tutur. Görüşdə həmçinin, gömrük və sərhəd keçid prosedurlarının sadələşdirilməsi məqsədi ilə müzakirələrin aparılması, eləcə də Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsi barədə razılıq əldə olunub.

Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü oktyabrın 10-u İranın Astara şəhərində davam etdirilib. Görüşün sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyası çərçivəsində Şimal-Cənub dəmir yolu bağlantısı üzrə işçi qrupunun iclasının protokolu imzalanıb.

Nazirlik elektron xidmətlərdən istifadə statistikası yayıb


12.10.2015

nazirlikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) elektron xidmətlərdən istifadə statistikası yayıb. Transparency.az-a verilən rəsmi məlumata görə, sentyabr ayında əhali nazirliyin “Elektron hökumət” portalında təqdim etdiyi xidmətlərdən ümumilikdə 236714 dəfə faydalanıb, bu da portaldakı bütün e-xidmətlərdən ümumi istifadənin (767616 ədəd) 30,8 faizidir. Ötən ay nazirliyin e-xidmətlərindən yararlananların sayı avqust ayı ilə müqayisədə 58 faizə yaxın artıb.

ƏƏSMN-in “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 130352 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 81118 ədəd istifadə sayı ilə əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında ilk üçlükdə qərarlaşıblar. Nazirliyin “İş yerinə dair arayış” e-xidməti də həmin sırada yer alıb və ötən ay “E-hökumət” portalında 9 növ e-arayış xidmətindən cəmi istifadənin 54 faizi, yəni 22856-ı məhz ƏƏSMN-in bu e-xidmətinə aid olub.

Ümumilikdə 2015-ci ilin 9 ayında əhali ƏƏSMN-in bütün elektron xidmətlərindən 1 milyon 660 min 824 dəfə istifadə edib, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17,5 faizi deməkdir.


Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə