Uğurla həll edilmiş BƏzi müraciəTLƏR



Yüklə 16,1 Kb.
tarix06.02.2018
ölçüsü16,1 Kb.
#26582

UĞURLA HƏLL EDILMIŞ BƏZI MÜRACIƏTLƏR1


Bakı mərkəzi üzrə
Polis araşdırmaya başladı – Vətəndaş şikayət edirdi ki, polis onun övladının döyülməsi ilə bağlı faktı araşdırmaqdan imtina edir. Təşkilatın işə müdaxiləsindən sonra araşdırmaya start verildi.
Kompensasiya verildi. Fövqəladə hallar Nazirliyi vətəndaşı əmin etdi ki, tikinti zamanı onun mülkiyyətinə dəyçiş zərərin kompensasiyasını ödəyəcək.
Mal gömrükdə rəsmiləşdirildi. İş adamı şiakyət edirdi ki, malını gömrükdən keçirməkdə ondan rüşvət tələb edirlər. Təşkilatın işə müdaxiləsindən sonra vətəndaşın malı qanuni olaraq gömrükdən keçirildi.
Dövlət mülkiyyəti qanuni qaydada özəlləşdirildi. Üç vətəndaş dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı pozuntualra yol verilməsi haqqında şikayət edib. Təşkilatın işə müdaxiləsindən sonra məsələ öz həllini tapdı.


Gəncə mərkəzi üzrə
Su kanalı bərpa edildi. Müraciətçi bildirmişdir ki, ana xətdən icazə ilə həyətinə içməli su xətti çəkdirmişdir. Lakin idarəyə yeni gəlmiş rəis müraciətçinin həyətinə çəkdirdiyi su xəttini kəsdirmiş və yenidən bərpa üçün müraciətçidən 200 manat tələb olunmuşdur. Mərkəzə “Azərsu” SC dən gələn cavabda bildirilir ki, müraciətçi ilə idarə əməkdaşları arasında anlaşılmazlıq olmuş, müracietçidən tələb olunan məbləğ yeni qoşqu alınması üçün dövlət rüsumu olmuşdur. Müraciətçi isə ofisə gələrək, problemin həll olunduğunu, heç bir məbləğ ödəmədən kəsilmiş içməli su xətti bərpa olunmuşdur.
Məhkəmə vəsadəti təmin edilib – Mülki mübahisə ilə bağlı Məhkəməyə müraciət etmişdir. Digər tərəf məhkəməyə saxta sənəd təqdim etmişdir. Müraciətçi məhkəmə iclasında həmin sənədin məhkəmə xətt ekspertizasının təyin edilməsini dəfələrlə xahiş etməsinə baxmayaraq, məhkəmə saxta sənədi dəlil kimi qəbul etmişdir. Məhkəmədən gələn cavabda bildirilir ki, Məhkəmə vəsadeti təmin edib, vəsiyyətnamənin əslini tələb etmək üçün qərardad qəbul etmiş, vəsiyyətnamənin əsli alındıqdan sonra iş məhkəmə – xətt ekspertizasından keçirilməsi üçün göndəriləcəkdir.
Hərbi bilet və veteran vəsiqəsi verildi – Müraciətçi bildirdi ki, dəfələrlə müharibə veteranı vəsiqəsinin verilməsi və hərbi biletin geri qaytarılması ilə bağlı Şəmkir rayon Hərbi Komissarlığına müraciət edən müraciətçi korrupsiya hüquqpozuntuları ilə üzləşmişdir. Baş Prokurorluqdan gələn cavabda bildirilir ki, şikayət ərizəsi araşdırma üçün Hərbi Komissarlığa göndərilmişdir. Hərbi Komissarlıqdan gələn cavabda bildirilir ki, hərbi bilet və veteran vəsiqəsi müraciətçiyə onun yasadığı mənzildə təqdim olunmuşdur.
Ölüm kağızı verildi. Müraciətçi bildirir ki, nənəsinin ölüm kağızı itdiyi üçün VVADQ şöbəsinə müraciət edərkən müraciətçidən 15 manat pul tələb olunmuşdur. Mərkəzin müdaxiləsindən sonra müraciətçi ölüm kağızı itdiyinə görə şərti maliyyə vahidinin 1 mislini ödəyərək, ölüm kağızını aldı.
Torpaq sahəsi qeydə alındı – Müraciətçi bildirir ki, ona verilmiş pay torpaq sahəsinin yeri Torpaq şöbəsi tərəfindən göstərilmir. Mərkəzin müdaxiləsindən sonra müraciətçiyə sənədlər təqdim olunmuş və torpaq sahəsi göstərilmişdir.


Lənkəran mərkəzi üzrə
Sosial yardım verildi –Vətəndaş şikayət edirdi ki, Sosial yardımla bağlı 1-ci ayı ala bilmir. Nəticə etibarı ilə vətəndaşın problemi həll olundu.
Tikinti sərəncamı verildi. Vətəndaş şikayət edirdi ki, qanuni həyətində tikinti üçün sərəncam ala bilmir. 16.05.08 cavab aldıq ki, vətəndaşa sərəncam verildi.
Məhkəmə icraatı dayandırıldı. Vətəndaş şikayət edirdi ki, məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsini icra edir. Nəticədə, vətəndaş bildirdi ki, icraat dayandırıldı, məsələ həll olundu.


Quba mərkəzi üzrə
Məhkəmə qərarı icra edildi – Vətəndaş məhkəmə qərarının icra olunmamasından şikayət edirdi. 02.04.08 tarixdə vətəndaş şəxsən müraciət edərək qərarın icra olunduğunu bildirib.
İş araşdırıldı – Vətəndaş Bələdiyyə sədrinin qanunsuz hərəkətlərindən şikayət edirdi. 31.03.08 tarixdə vətəndaş müraciət edərək işin araşdırıldığını bildirdi
Müraciətçiyə məlumat verildi - Vətəndaş Faktların protokolda dəqiq göstərilməməsi şikayət edirdi. 03.05.08 tarixdə cavab məktub daxil olub, Ərizənin məhkəmədə qaldırılan cinayət işinə əlavə olunduğu bildirilib.
Sənədlər möhürləndi - Vətəndaş torpağa dair dövlət aktında həmin idarənin möhürünün vurulmasından, vətəndaşın dəfələrlə müraciət etməsinə baxmayaraq, imtina ilə şikayət edirdi. 31.03.08 tarixdə vətəndaş şəxsən DYLİ Quba RAİ-nə dəvət edilərək sənədin möhürlətdirdiyini bildirib

Şəki mərkəzi üzrə
Şikayətçinin tələbi öz həllini tapmışdır - Vətəndaş kənd bələdiyyəsinin qanunsuz hərəkətləri barəsində şikayət edirdi. 18.04.2008-ci il tarixdə 02 nömrəli məktub daxil olub.Bələdiyyə sədrinin qeyri-qanuni hərəkətləri barədə müraciət yerində baxılmışdır, şikayətçinin tələbi öz həllini tapmışdır.


1 Burada yalnız uğurla həll edilmiş işlərin yalnız bəziləri qeyd olunub. Uğurlu işlərin tam siyahısını əldə etmək üçün 418 11 09.596 20 38 telefon nömrələri ilə “Şəffaflıq Azərbaycan” İB-yi ilə əlaqə saxlaya bilərsiniz.

Yüklə 16,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə