Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə1/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
  1   2   3   4   5   6   7   8   9   ...   203


QAFQAZIN STRATEJİ TƏDQİQATLARI İNSTİTUTU

        “QAFQAZIN MƏDƏNİ İRSİ” SERİYASI

ALEKSANDR DÜMA

Q A F Q A Z

“Qafqaz”

Bakı - 2010


 

Seriyanın məsul redaktoru: 



Eldar M. İSMAYILOV

Ədəbi redaktor:



professor Qəzənfər PAŞAYEV

Ön sözün müəllifi:



akademik Bəkir NƏBİYEV

Fransız dilindən tərcümə edən:



filologiya elmləri namizədi Şamil ZAMANLI

Aleksandr Düma. “Qafqaz”.

Bakı, “Qafqaz”, 2010, 496 səh. + 56 səh. illüstrasiya.



ISBN 9952-432-41-0

Aleksandr  Dümanın  “Qafqaz”  əsəri  Qafqazın  tarixi,  coğrafiyası,  onun  qoynunu  özünə 

məskən seçən çoxsaylı xalqların adət-ənənələri, mübarizəsi haqqında bədii-tarixi ensiklopediyadır. 

Əfsanəyə  görə,  “bəşəriyyətin  beşiyi”  adlandırılan  Qafqazı Avropaya  tanıtmaq  məqsədilə  onu 

qarış-qarış gəzən yazıçı Bakıda, Şamaxıda, Şəkidə olmuş və əsə rin böyük hissəsini Azərbaycana 

həsr etmişdir.   

 © Qafqazın Strateji Tədqiqatları İnstitutu, Bakı, 2010



3

ƏLAMƏTDAR HADİSƏ

Aleksandr Düma (1802-1870) fransız ədəbiyyatının görkəmli nü ma yəndə-

lərindən biri, dünya şöhrətli nasir və dramaturqdur. Müəyyən edilmişdir ki, hazırda 

Yer üzündə onun romanlarının tərcümə edilmədiyi, yaxud pyeslərinin tamaşaya 

qoyulmadığı, nəhayət, əsərlərinin tele-va rian t larının nümayiş etdirilmədiyi sivil 

bir ölkə yoxdur (buradaca qeyd edək ki, Dümanın «Qanlı qala» pyesi ilk dəfə 

hələ keçən əsrin 20-ci il lərində Bakıda tamaşaya qoyulmuşdur).

Müxtəlif  janrlarda  yazdığı  təqribən  300  əsəri  arasında  Dümanı  ən  çox 

məşhur  edən  «Üç  muşketyor»,  «Kraliça  Marqo»,  «Xanım  Monsoro»,  «Qraf 

Monte Kristo» kimi macəra romanlarıdır. Onların əsasında müxtə lif ölkələrdə 

dönə-dönə  mükəmməl  bədii    filmlər,  teleseriallar  çəkil mişdir.  Bu  macəra 

əsərlərinin qəhrəmanlarını indi dünyanın hər yerində tanıyırlar.

* * *

«Qafqaz»  adlı  bu  səyahətnamənin  Qafqazın  Strateji  Tədqiqatlar  İnsti tutu 



tərəfindən, «Qafqaz» nəşriyyatında, həm də regionda daşıyı cıla rının sayı etibarilə ən 

böyük və aparıcı ünsiyyət vasitəsi olan Azərbaycan dilində nəşr edilməsi, zənnimizcə, 

bir ədəbi-mədəni hadisə kimi çox əla mətdardır. Fəaliyyət yönümü əsasən iqtisadi-

yyat, maliyyə, bank problem lərilə bağlı olan Qafqazın Strateji Tədqiqatları İnstitutun 

Azərbaycan klas sik ədəbiyyatının ayrı-ayrı nümunələrini yüksək səviyyədə geniş 

oxu cu  kütləsinə  təqdim  etmək  istiqamətində  xidmətləri  təqdirəlayiqdir.  Mə həm-

məd Əsəd bəyin (Qurban Səidin) ayrı-ayrı əsərlərinin, xüsusilə, məşhur «Əli və 

Nino» romanının Azərbaycan və rus dillərində nəşri, ədib haqqında prof. Həsən 

Quliyevin dəyərli monoqra fiyasının ədəbi ictimaiyyətimizə çatdırılması, eyni za-

manda, yazıçı-publisist Möhbəddin Səmə din dünya şöhrətli azərbaycanlı alim Lüt-

fi Zadə haqqında “Dünya dahi lərsiz yaşaya bilmir” adlı kitabının Azərbaycan və 

rus dillərində,  Məm məd Səid Ordubadinin keçən əsrin əvvəllərində ermənilərin 

Qafqazda, özəl liklə Azərbaycanın bütün bölgələrində xalqımıza qarşı törətdikləri 

soyqırım barədə yazdığı “Qanlı illər” əsərinin Azərbaycan, türk və rus dil lərində, 

general-leytenant, dünya kosmonavtikası tarixində nüfuzlu yer tutan həmvətənimiz 

Kərim Kərimovun “Səmaya aparan yol” adlı me muar kitabının Azərbaycan və rus 

dillərində nəşri oxucularımızın ciddi maraq və rəğbətinə səbəb olmuşdur.

Hələ  XIX  əsrdə  avropalı  oxucular  A.Dümanın  məhz  bu  səyahət na məsi 

sayəsində öyrənib ki, Qafqaz, həqiqətən də Yer üzünün ecazkar gözəlliklərə malik 

bir guşəsidir və burada böyük ölkələrin xalqları ilə mü  qayisədə sayca az olmasına 

baxmayaraq,  öz  əxlaqı,  mənəviyyatı,  iste dadı,  orijinal  mədəniyyəti,  xarakterik 

xüsusiyyətləri ilə fərqlənən xalq lar yaşayırlar və onlardan biri də azərbay canlılardır. 




4

Eramızdan  əvvəl  yaşamış  yunan  alimi  Herodotun  «Tarix»  əsərində 

Azərbaycan ərazilərindəki ən qədim dövlətlərdən Midiya haqqında, yenə mlad-

dan  öncəki  yunan  alimlərindən  Strabonun  «Coğrafiya»  kitabında  Atropat-

ena barəsində mülahizələri uzaq keçmişlərdəki Azərbaycan tor paq ları üzərinə 

müəyyən işıq saldığı kimi, orta əsr alim, səyyah və şair lə rinin əsərləri də bizdən 

o  qədər  uzaq  olmayan  zamanların  tarixinə,  mədə niyyətinə,  ictimai  fikrinə 

dair  maraqlı  məlumatları  qoruyub  saxlayır. A.Dü madan  təqribən  100  il  öncə 

məşhur alman alimi, diplomatı və səyyahı Adam Oleari özünün Rusiya və İran 

səyahətinə dair təəssü rat la rından bəhs edən kitabının ayrıca bir fəslini Dərbəndə 

həsr etmiş, bura da təkcə şəhərin gözəlliklərinin təsviri ilə kifayətlənməyib, onun 

tarixi abi də ləri haqqında da ətraflı məlumat vermişdir. Ən əhəmiyyətlisi isə odur 

ki,  alman  müəllif  çox  qiymətli  mənəvi  dəyərlərimizdən  olan  qədim  «Kitabi 

Dədəm  Qorqud»  dastanının  yaradıcısı  və  əsas  obrazlarından  biri  kimi Azər-

baycan ədəbiyyatı tarixində önəmli yer almış Dədə Qorqudun (bu əsərdə «İmam 

Qorqud»un) qəbrini qədim Dərbənddə ziyarət etdiyini yazmışdır. Elə o çağların 

məşhur  alimlərindən  türk  səyyahı  Övliya  Çə ləbinin  «Səyahətnamə»sində 

Şamaxı (Şirvan) haqqında deyilənlər də Azər baycanı, onun tarixinin müəyyən 

mərhələsini öyrənmək istəyənlər üçün mötəbər mənbələr dəndir.

A.Düma 1858-1859-cu illərdə vətənindən Peterburqa gəlmiş, Mosk vada 

olmuş, sonra isə Nijni-Novqorod, Qazan, Saratov, Həştərxan istiqamətində uzun 

bir məsafə qət edərək, qədim Azərbaycan ərazi lərindən olub, soydaşlarımızın 

indi  də  toplum  halında  yaşadıqları  Dər bən di  gəzmişdir.  Oradan  cənuba 

istiqamət götürən ədib Qubada, Bakıda, Şamaxıda və Nuxada, sonra isə yenə 

etnik azərbaycanlı icmasının çox geniş yayıldığı Gürcüstan ərazisində, Tiflisdə 

olmuşdur. Əlamətdar cə hət dir ki, Qafqaz səfərində onun keçirdiyi görüşlərin və 

bu görüşlərdən aldığı çox zəngin təəssüratların əsas hissəsi bilavasitə Azərbaycan 

torpağı və soydaşlarımızla bağlıdır.

Yazıçının  Qafqaz  səyahətində  qarşılaşıb  yaxından  müşahidə  etdiyi,  ən 

müxtəlif  müstəvilərdə  əlaqə  və  münasibətlər  qurduğu,  ədəbi,  elmi,  icti mai, 

iqtisadi,  siyasi  mövzularda  hesabı  bilinməyən  söhbətlər  apardığı  müdrik  qo-

calar,  ağbirçək  qarılar,  yüksək  zümrədən  olan  əsilzadələr,  yox sul  arabaçılar, 

az qala bütün çinlərdən olan hərbçilər, nəhayət, qələm sa hib ləri arasında rus-

lar,  azərbaycanlılar,  türklər,  gürcülər,  farslar,  ermə nilər,  ləzgilər,  inquşlar, 

osetinlər, çərkəzlər, minqrellər, qabardinlər, sva net  lər və başqaları vardır. Yazıçı 

bir  çox  hallarda  onların  xarakterinin  sə ciy yəvi  cəhətlərini  tamamlayan  zahiri 

görkəmlərini, portretlərini, libas la rını da təsvir edir və bu adamlar haqqında ox-

ucuda tam aydın təsəvvür yaratmağı bacarır. Mümkün olduqca öz zəngin obyek-

tiv  keyfiyyətlərilə  təqdim  edilən  personajlar  arasında  Xurşudbanu  Natəvan, 

Xasay xan Us miyev, Əli bəy, Mahmud ağa, Əbdül Əzim kimi azərbaycanlıları 

yazıçı xü susi rəğbətlə, yadda qalan xasiyyət, davranış və mədəniyyətləri ilə üzvi 

vəhdətdə canlandırmışdır. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə