Xəbər bülleteni №11


Torpaq idarəçiliyində “bir pəncərə” sistemi ilə bağlı yeni məlumat



Yüklə 479,53 Kb.
səhifə11/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

Torpaq idarəçiliyində “bir pəncərə” sistemi ilə bağlı yeni məlumat


14.10.2015

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi məsələlərinin həllində “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı açıqlama yayıb. Komitədən Transparency.az-a göndərilən məlumatda bildirilir ki, həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur: “Torpaqların kateqoriyaya aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və digər torpaq məsələləri ilə bağlı müvafiq rəylərin verilməsi, sənədlərin alınması da bu prinsip əsasında həyata keçirilir. Torpaq münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının təmin olunmasında vətəndaşın iştirakı tələb olunan bütün hüquqi əməliyyatlar bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində aparılır.

“Bir pəncərə” prinsipi bələdiyyələrin də torpaq məsələlərində işini yüngülləşdirib. Yeniliyin tətbiqi nəticəsində bələdiyyələr müvafiq torpaq sahəsinin göstəriciləri barədə rəyi bir ünvana müraciətlə əldə edə bilir. Bələdiyyə torpağının mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsi zamanı həmin torpaq sahəsinin hansı kateqoriyaya aid olması, iqtisadi və keyfiyyət qiymətləndirməsi, bontirovkası və digər göstəricilərlə bağlı rəyin alınması “bir pəncərə” qaydasında həll olunur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya iclasında cəzalar verilib


14.10.2015

eko - kollegiya
Oktyabrın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. İclasda Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi departamentləri üzrə 2015-ci il ərzində fəaliyyətin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələrdə nöqsanlar da qeyd olunub. Eco.gov.az-ın məlumatına görə, ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad tutulub, xüsusən sənaye əhəmiyyətli şəhərlərdə yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin istənilən səviyyədə olmadığı bildirilib. Meşəbərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə tapşırıqlar verilib. Xüsusi mühafizə olunan ərazilərdə mühafizə rejiminin daha da gücləndirilməsi və gələcək illərdə ölkənin su hövzələrində, xüsusilə Xəzər dənizində bioresursların inkişafını əks etdirən proqnozların daha da təkmilləşdirilməsi ilə bağlı iradlar söylənilib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib. Bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.

Vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən və işində nöqsanlara yol verən Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi tutduğu vəzifədən azad olunub.


1 noyabr seçkisində təmsilçisi olan partiyaların siyahısı


14.10.2015

sechki 1Transparency.az/cnews Mərkəzi Seçki Komissiyasının saytına nəzər salaraq hansı partiyaların təmsilçilərinin 1 noyabr parlament seçkisində namizəd kimi qeydə alındığını öyrənib. Seçki yarışında 24 siyasi partiyanın təmsilçisi iştirak edir:

Azərbaycan Milli İstiqlal Partiyası

Ana Vətən Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Müsavat Partiyası

Yeni Azərbaycan Partiyası

Demokratik Azərbaycan Dünyası Partiyası

Ümid Partiyası

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası

Vəhdət Partiyası

Azərbaycan Xalq Partiyası

Azərbaycan Demokrat Partiyası

Ədalət Partiyası

Böyük Quruluş Partiyası

Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Böyük Azərbaycan Partiyası

Vətəndaş Birliyi Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Azərbaycan Milli Demokrat Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası.

Ekspert maaş artımı vədinə şübhə ilə yanaşır


14.10.2015

rovshan agayev yeni(1)İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 13-ü Milli Məclisin iclasındakı çıxışında gələn il büdcə sektorunda maaşların artırılacağını, orta aylıq əməkhaqqının 474 manat 50 qəpiyə çatdırılacağını deyib.

Hazırda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 460 manata yaxındır.

Transparency.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib ki, iqtisadiyyatın başqa sektorları bir yana, büdcə sferasında çalışanların maaşlarında artımın necə həyata keçiriləcəyi bəlli deyil: “Hökumət yaxın 4 il üçün proqnozunda büdcəni artıra bilməyəcəyini bəyan edirsə, maaşlar necə artacaq? Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, 2017-ci ilin dövlət büdcəsinin xərcləri 2016-cı ilə nisbətən 1,6 milyard manat (10%) az proqnozlaşdırılır. Özü də neftin qiymətinin 50 dollar qalacağı halda. Bu göstərici 2011-ci ilin səviyyəsindən az qala 20% azdır. 2017-ci il üçün büdcə gəlirləri 13,2 milyard manat, xərclər isə 14,6 milyard manat nəzərdə tutulur.

2016-2019-cu illər üçün hökumət təhsil və səhiyyə xərclərini sabit saxlamağı, mədəniyyət, incəsənət və idman sferası üçün xərcləri 30%-dək ixtisar etməyi planlayır. Bu sferalarda bütün büdcə işçilərinin azı 70%-i, təxminən 550 min nəfər çalışır. Xərclərin belə sürətlə qayçılanacağı təqdirdə, məsələn, büdcə sektorunda maaşların artımı hansı resurslar hesabına təmin ediləcək?”



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə