Xəbər bülleteni №11


Azərbaycan OPEK-in iclasına dəvət olunub



Yüklə 479,53 Kb.
səhifə10/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

Azərbaycan OPEK-in iclasına dəvət olunub


14.10.2015

opec 01

Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) oktyabrın 21-də keçiriləcək iclasına dəvət alıb. AZƏRTAC-ın məlumatına görə, Venesuelanın neft naziri Euloqio del Pino belə açıqlama verib. O bildirib ki, təşkilatın növbəti iclasına OPEK üzvü olmayan daha yeddi ölkə — Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya dəvət olunublar.

Təşkilatın və qeyri-OPEK ölkələrindən olan neft ekspertlərinin texniki konfransı Vyanada keçiriləcək.

Novator.az bildirir ki, OPEK 1960-ci ildə yaradılıb. Hazırda qurumun 12 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador. 2009-cu ildə bu qurumda fəaliyyətini dayandıran İndoneziya təşkilata yenidən üzv olmaq üçün rəsmi müraciət edib. İndoneziyanın müraciətinə OPEK ölkələrinin dekabrda Vyanada keçiriləcək illik toplantısında baxılacaq.


Seçki bülletenlərinin çapı başlayıb, namizədlər isə azalıb


14.10.2015

bulleten
Milli Məclis Aparatının mətbəəsində 1 noyabr parlament seçkisində istifadə olunacaq bülletenlərin çapına başlanıb. 125 dairə üzrə ümumilikdə 5 milyon 344 min 431 ədəd bülleten çap olunacaq.

APA-nın məlumatına görə, öncə deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi, şikayətlərə baxılma prosesinin başa çatdığı dairələrin bülletenləri çap olunur. Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, oktyabrın 22-də yekunlaşacaq.

Oktyabrın 14-də çap prosesi ilə tanış olan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, seçki bülletenləri əvvəlcə Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər rayonlarındakı dairələrə, ən axırda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.

Məzahir Pənahov əlavə edib ki, deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb: “MSK namizədliyini geri götürmüş şəxslərin adlarının seçki bülletenlərində yer almamasına çalışır, çünki bu, seçiciləri də çaşdırır: “Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.


Səhiyyə Nazirliyi sertifikasiya imtahanları ilə bağlı məlumat yayıb


14.10.2015

sehiyye nazirliyi 1
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə buraxılış vərəqəsi verib. 7513 nəfər imtahanlardan uğurla keçib. 1-ci cəhd 246 nəfər üçün uğursuz olub.

İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd qeydə alınıb.

Xəbəri oktyabrın 14-də Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.


Milli Məclis büdcəni dəqiqləşdirmək üçün hökumətə 6 gün vaxt verdi


14.10.2015

mm
Oktyabrın 14-də Milli Məclis “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini başa çatdırıb. APA-Economics-in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib. Oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq.

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat məbləğində nəzərdə tutulur. Layihədə dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 698 milyon manat göstərilir (Layihə).

Parlamentdə “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında”, “2016-cı il üçün yaşayış minimumu haqqında”, “2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, habelə “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası da müzakirəyə çıxarılıb.

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur. Fondun xərclərinə gəlincə, gələn il üçün pensiyaçılara ödəmələr məqsədilə 2 milyard 923 milyon 588 min manat vəsait ayrılıb.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi isə 105 manat məbləğində nəzərdə tutulur.


Fövqəladə Hallar Nazirliyi doqquz aylıq statistika açıqlayıb


14.10.2015

fhnFövqəladə Hallar Nazirliyi (FHN) 2015-ci ilin doqquz ayı ərzində baş vermiş təbii və texnogen mənşəli hadisələrin statistikasını açıqlayıb. Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, doqquz ayda ölkə ərazisində təbii və texnogen mənşəli 12 min 229 hadisə baş verib. Hadisələr nəticəsində 61 nəfər həlak olub, 164 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri 86 nəfəri xilas edib, 650 nəfər təxliyə olunub.

Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12 min 111 çıxış edilib. Onlardan 1580-i çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar zamanı olub. Həmçinin açıq sahələrdə 8430, meşə və meşə talalarında 3, nəqliyyat vasitələrində 306, digər yanğınlar üzrə isə 1792 çıxış olub. Yanğın hadisələri zamanı 55 nəfər həlak olub, 133 nəfər xəsarət alıb.

Cari ilin doqquz ayında 26 partlayış hadisəsi qeydə alınıb. Partlayışlar zamanı 6 nəfər həlak olub, 31 nəfər xəsarət alıb.


Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə