Xəbər bülleteni №11

Ali Məhkəmənin statusu artdı

Yüklə 479,53 Kb.
səhifə12/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Ali Məhkəmənin statusu artdı

15.10.2015

prezident - fermanPrezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri imzalayıb. Transparency.az xəbər verir ki, qanunla dövlət orqanlarının təsnifatında yenilik tətbiq olunur, Ali Məhkəmə ali kateqoriya dövlət orqanları sırasına aid edilir. Ali Məhkəmə 1-ci kateqoriya dövlət orqanları sırasında idi.

Yeni qanunla Ali Məhkəmədə aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına aid olacaq. Aparat rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına keçirilir. İndən belə Ali Məhkəmə aparatında bölmə rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin ikinci təsnifatına, aparatda mütəxəssislərin vəzifələri isə inzibati vəzifələrin üçüncü təsnifatına aid olacaq.

Xarici ticarət əlaqələrinin yeni statistikası

15.10.2015

komiteOktyabrın 15-də Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında məlumat yayıb. Qeyd olunur ki, 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul göndərilib, 129 ölkədən məhsul alınıb. Xarici ticarət əlaqələri 45 Avropa ölkəsini, 28 Amerika ölkəsini, 41 Asiya ölkəsini və 30 digər ölkəni əhatə edib.

Səkkiz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 17608,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 11709,5 milyon dollar, idxalın həcmi 5898,7 milyon dollar olub, nəticədə 5810,8 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 1078,9 milyon dollar olub.

İaşə xidmətlərinin həcmində artım var

15.10.2015

restoran
2015-ci ilin yanvar-sentyabr aylarında istehlakçılara 18,1 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10 faiz artaraq 9 milyard manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,8 faiz artaraq 9,1 milyard manata bərabər olub. Dövlət Statistika Komitəsinin pərakəndə ticarət və ictimai iaşənin dövriyyəsi haqqında məlumatında belə deyilir.

Rəsmi açıqlamaya görə, bu ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 9,3 milyon manat təşkil edib. Elektron ticarət dövriyyəsinin 96,4 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

2015-ci ilin yanvar-sentyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 740,4 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 320,8 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 419,6 milyon manat həcmində qərarlaşıb.

9 ayda 4566 hüquqi şəxs yaradılıb

15.10.2015

mohurDövlət Statistika Komitəsi bəyan edib ki, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 4566 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılıb. Yeni hüquqi şəxslərin 53,4 faizi Bakıda, hər birində 11,9 faiz olmaqla Lənkəran və Aran iqtisadi rayonlarında, 8 faizi Abşeron, 5,6 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Rəsmi açıqlamaya görə, yanvar-sentyabr aylarında ölkənin vergi orqanlarında 52979 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Ölkədə orta əməkhaqqı 460 manat 10 qəpikdir

15.10.2015

manat-1702İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə rəsmi məlumat yayılıb. Dövlət Statistika Komitəsi bildirir ki, 2015-ci il sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1509,8 min nəfər olub, onlardan 880 min nəfəri dövlət sektorunda, 629,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,1 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

2015-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 460,1 manat olub.

Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə