Bu kiçik məcmuə "hh group"-un "Kənd Təsərrüfatı məhsul



Yüklə 85,47 Kb.
Pdf görüntüsü
tarix05.06.2018
ölçüsü85,47 Kb.
#47546




ÖN SÖZ

Bu kiçik məcmuə “HH Group”-un “Kənd Təsərrüfatı məhsul-

ları istehsalçılarına texniki dəstək” layihəsi çərçivəsində növbəti

məlumat və tövsiyyə xarakterli nəşrdir. 

Soğan və kartof istehsalında becərmə texnologiyasının tərkib

hissəsi olan bitki mühafizəsinin önəmi və bu sahədə fəaliyyət gös-

tərən istehsalçılarımızın çətinlikləri nəzərə alınaraq bu  məcmuə-

nin hazırlanmasına qərar verilmişdir 

Bu vəsaitin istehsalçılarımıza pulsuz paylanılması nəzərdə

tutulur. Bu vəsaitdə soğan və kartofun əsasən, Azərbaycanda ge-

niş yayılmış xəstəlik və zərərvericilərinin şəkilləri, onların əla-

mətlərinin qısa xülasəsi və sonda bitki mühafizəsi planları veril-

mişdir. 

Bildiyiniz kimi bitki xəstəlikləri qeyri-infeksion və infeksion

xəstəliklər olaraq iki qrupa ayrılır.  

Qeyri-infeksion xəstəliklərə abiotik amillər səbəb olur ki,

bunlara da əlverişsiz meteoroloji, torpaq və hava şərati (aşağı və

yüksək temperatur, suyun və qida elementlərinin çatışmazlığı və

ya normadan artıq istifadəsi, torpağın turşuluğunun normadan

aşağı və ya yuxarı olması, havada zərərli maddələrin olması və

sair kimi amillər) aiddir. 



Böyük təəssüf hissi ilə qeyd etmək istərdik ki, pestisid

satışı ilə məşğul olan qeyri-professional “ticarətçilər”in töv-

siyyələrinə inanaraq fermerlərimiz qeyri-infeksion xəstə-

liklərə qarşı da pestisidlərlə mübarizə aparmağa çalışırlar

ki, bu da çox böyük səhvdir və onlar üçün səmərəsiz izafi

xərcdir. 

Qeyri-infeksion xəstəliklər əmələ gəldikdə sadəcə bu xəs-

təliklərə səbəb olan abiotik amillərə diqqət etmək və onları nor-

maya uyğunlaşdırmağa çalışmaq lazımdır.

3



İnfeksion xəstəliklər isə patogen orqanizmlər tərəfindən

törədilir ki, bunlara da viruslar, bakteriyalar, göbələklər və miko-

plazmalar aiddir. Bu xəstəliklərə qarşı mübarizədə aqrotexniki,

mexaniki, bioloji və kimyəvi üsullardan istifadə etmək lazımdır.

Bu vəsaiti tərtib etməkdə əsas məqsədimiz fermerlərimizi

xəstəlik və zərərvericilərin biologiyasına aid dərin elmi məlumat-

larla yükləmək deyil, sadəcə xəstəlik və zərərvericilərin təsiri

nəticəsində bitkidə adi gözlə görünə bilən əlamətləri təsvir edə-

rək şəkillər vasitəsilə onlara yardımçı olmaqdır. 

Bitki mühafizəsi tədbirləri planı təxmini xarakter daşıyır və

yerli torpaq və iqlim şəraitinə uyğun olaraq əlavələr və dəyişik-

liklər edilə bilər. 

Bitki mühafizəsində aqrotexniki, bioloji və fiziko-mexaniki

üsullara daha çox üstünlük vermək   lazımdır.  Kimyəvi  mübarizə

üsulu yalnız digər mübarizə üsulları səmərə vermədikdə istifadə 

edilməlidir. 



Hüseyn Hüseynov

4



MÜNDƏRİCAT

I.      Soğanın xəstəlik və zərərvericiləri

1.  Qeyri-infeksion xəsətəliklər ………………..………………..….… 6

2.  Virus və bakteriya xəstəlikləri …………………………….…….. 7

3.  Göbələk xəstəlikləri ………………………………………….…......... 9

4. Soğanın əsas zərərvericiləri ……………....…………….……..15

II.     Kartofun xəstəlik və zərərvericiləri 

1.  Qeyri-infeksion xəsətəliklər …………………...…………….…… 19

2.  Virus və bakteriya xəstəlikləri …………..……………….……. 20

3.  Göbələk xəstəlikləri ………………………………………….…........ 24

4. Kartofun əsas zərərvericiləri ……......................……….…….. 28

III.   Bitki mühafizəsi tədbirləri

1. Soğanın bitki mühafizəsi sxemi  ….....................................…. 32

2. Kartofun bitki mühafizəsi sxemi  …......................................…. 33

5



I. SOĞANIN XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİ

1. QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏR

6

Soğanın yaşıllaması 



Maqnezium çatışmamazlığı

Manqan çatışmamazlığı


2. VİRUS VƏ BAKTERİYA XƏSTƏLİKLƏRİ

Düyünün sarı ləkə virusuna yoluxan bitkilərin yarpaqla-

rının üzərində rombşəkilli zədələr görünür. Bəzən belə zədələ-

rin mərkəzində toxuma yaşıl rəngdə olur. Bu virusdan ancaq cü-

cərtilər məhv ola bilir. Xəstə bitkilər zəif və qısaboylu olur və

əlverişsiz şərait təsirinə daha çox məruz qalır.

Sarı virus qısaboyluluğunun ilk əlamətləri cavan yarpaq-

larda müşahidə olunur. Yarpaqlar açıq-boz rəng alır və ötürücü

boruların ətrafında sarı xətlər əmələ gəlir. Yarpaqlar bir qədər

qaba, dalğalı və yastılaşmış kimi görünür. Bitkilər qısaboylu, yar-

paqlar sarı və burulmuş olur. 

7



Soğanın qabıqlarının turş bakterial çürüməsi xəstəliyinə

cavan yarpaqlar daha çox yoluxur. Xəstəliyin ilkin əlamətləri adə-

tən böyümə nöqtəsinin palıdı rəngə boyanması ilə müşahidə olu-

nur. Sonradan isə yumşaq, nəm çürümə başlayır. Məhsul yığı-

mından sonra soğan boyuncuğu yumşaq olur. Soğanağın üst qabı-

ğı sulanmış və açıq-yaşıl rəngli  olur və  üzərində sarımtıl-palıdı

rəngli nöqtələr əmələ gəlir. Xəstəliyə yoluxmuş söğanların xüsusi

turş iyi vardır. 



Soğanın daxili qabı-

ğının bakterial çürümə-

si zamanı ilk etapda soğan

boyuncuğunun yumşalma-

sı müşahidə olunur. Soğa-

nağın mərkəzindəki qa-

bıqlar yumşaq olur, şirə-

lidir və qaynadılmış soğan

qabığına bənzəyir. Bu qa-

bıqlar sonradan palıdı

rəng alır. Belə yoluxmuş

soğanaqlar sonradan qu-

ruyur. Bu xəstəlik sahədə

cavan bitkiləri də yoluxdura bilir ki, bu zaman soğanın yarpaqları

zəifləyir və tədricən məhv olur. 

8



Yumşaq bakterial çürümə ilə yoluxmuş soğanın yarpaqları

solur və quruyur.  Əgər uzununa ortadan kəsib baxılarsa soğana-

ğın ortasının tamamilə seliklə örtüldüyünü və xoşagəlməz qoxu

verdiyini görmək olar. Şirəli qabıqlar yumşaq və sulu olur. Belə

soğanaqları sıxdıqda onlardan selik və ya da pis iylənən şirə çıxır.

3. GÖBƏLƏK XƏSTƏLİKLƏRİ 

Uc çürüməsi (Fitoftora) yarpağın uc hissəsində açıq rəngli kiçik

ləklələrin əmələ gəlməsi ilə başlayır. Bu ləkələr sərin və rütubətli hava

şəraitində tez böyüyür və yarpaqların ortasına qədər yayılır. Bitkinin

uc hissəsi tədricən məhv olur. Uc çürüməsinin törədicisi anbarda saxla-

ma zamanı söğanaqların çürüməsinə səbəb ola bilir. 

9



Alternarioza yoluxmuş yarpaqlarda ortası ağımtıl sulu ləkələr mü-

şahidə olunur. Ləkələr böyüdükdə onlar palıdı rəngli həlqələr əmələ

gətirir. Ləkələrin qıraqları tünd qırmızıdır və sarı sərhədlə əhatə olunur.

Ləkələr böyüyüb birləşdikdə yarpaqlar sınaraq  məhv ola bilir. Bu xəs-

təliyə köhnə yarpaqlar daha çox dayanıqsızdır. 

Yalançı unlu şehin (Peronosporoz) ilkin əlamətləri yarpağın

üzərində oval, solğun yaşıl rəngli ləkələrin əmələ gəlməsidir. Bu ləkə-

lərin üzərində sonradan bənövşəyi-boz rəngli sporlar yaranır. Belə

yarpaqların digər göbələk xəstəliyinə, xüsusilə də Alternarioza yolux-

ması asanlaşır və yarpaq qara rəngə boyanır. 

10



Pas xəstəliyinə yoluxmuş soğanın yarpaqları üzərində palıdı-pas

rəngli sporların yığılması bütün yarpaq boyu görünür. Belə yarpaqların

rəngi solğun yaşıl olur. Daha sonrakı mərhələlərdə spor yığınaqlarının

rəngi tünd-palıdı olur.  



Yarpaq çürüməsi xəstəliyi kənarları açıq yaşıl olan ağ kiçik ləkə-

lərin görünməsi ilə başlayır. Başlanğıcda bu ləkələr mexaniki zədəyə

bənzəyir. Yoluxmuş yarpaqlar əyərkən düz bucaq altında qırılır. Güclü

sirayətlənmə zamanı ləkələr getdikcə böyüyərək birləşir və yarpağın

tam məhvinə səbəb ola bilir. 

11



Boyun çürüməsi adətən saxlanma və daşınma zamanı əmələ gəlir.

Başlanğıcda soğanağın boyuncuğu ətrafında yumuşalma müşahidə olu-

nur. Qabıqlar boz, palıdı və ya qara rəngli olur. Sonrakı mərhələlərdə

soğanaqlar büzüşür və boz örtüklə örtülür. 



Qara kifəbənzər çürümə zahirən sağlam görünən soğanağın quru

qabığının altında inkişaf etməyə başlayır, yoluxmuş qabıq sulu görünür.

Göbələk getdikcə yayılır və qabığın üzərində qara sporlar görünür.

12



Ağ çürümənin ilkin əlamətləri Alternarioz əlamətlərinə bənzəyir.

Yoluxma açıq sarı və ya palıdı rəngli kiçik  ləkələrin əmələ gəlməsi ilə

başlayır. Onlar böyüyüb bütün yarpağı əhatə edə bilir. 

Kif adətən saxlanma və daşınma zamanı əmələ gəlir. Soğanın üzə-

rində solğun-sarı rəngli sulu ləkələr, bəzən də mavi-yaşıl rəngli ləkələr

əmələ gəlir. Soğanağın en kəsiyinə baxdıqda qabıqların sulu və palıdı-

boz rəngdə olduqlarını görmək olar. Tezliklə soğanaq yumuşalır və çü-

rüməyə başlayır. Yoluxmuş soğanaqlardan qoxumuş kif iyi gəlir.

13



Narıncı kök çürüməsi ilə yoluxmuş bitkilər sudan və ya qida ça-

tışmamazlığından əziyyət çəkən bitkilərə bənzəyir. Yoluxmuş köklər

açıq-narıncıdan qırmızı rəngə qədər boyana bilir. Köklər quruyur və

məhv olur. 



Söğanın sürmə xəstəliyi qara ləkələr və ya həlqələr şəklində cü-

cərtilərdə və ilk yarpaqlarda görünə bilər. Sonradan onlar çatlayaraq

ətrafa çoxlu miqdarda spor yaya bilir. Yoluxmuş bitkilər ikişafdan qalır

və güclü sirayətlənmə zamanı bir neçə həftəyə məhv ola bilir. Göbələk

soğanağı da yoluxdurur. Zədələnmiş soğanaqda ikinci yoluxma nəticə-

sində çürümə başlaya bilər. 

14



4. SOĞANIN ƏSAS ZƏRƏRVERİCİLƏRİ

Məftil qurdu əsasən soğanın kökləri ilə qidalanmaqla bitki-

nin kök sisteminə neqativ təsir edir və gövdənin içərisinə daxil

olmaqla bütün ötürücü sistemi zədələyir.

Soğan güvəsinin tırtılları yarpaqlarla qidalanır və zədələn-

miş yerlərdə şəffaf ləkələr əmələ gəlir.  Təbii olaraq yarpağın bu

hissələrində deşiklər yaranır. İkinci nəsil güvələr soğanağı zədələ-

yərək boyuncuq çürüməsinə səbəb olurlar.

15



Uzunburunlar yarpaqda deşiklər yaradaraq oraya yumurta-

larını qoyur. Uzunburunluların soğanda yaratdıqları zədələrin

əlamətləri soğan güvəsinin əlamətlərinə bənzəyir.

Soğan milçəyi bitkinin tam məhvinə səbəb ola bilir. Zədə-

lənmiş bitkilər solğun-yaşıl rəng alır. Tırtıllar bitkidə müxtəlif

keçidlər açır ki, bu da onların məhvinə səbəb olur. Onlar soğanaq-

ları da zədələyirlər. Bir ildə 2-4 nəsil verir. 

16



Minalayıcı soğan milçəyinin kiçik, solğun boz rəngli tırtılları

yarpaqlarda qidalanaraq müxtəlif formada keçidlər yaradır ki, bu

hissələr də açıq-yaşıl rəng alır. Zədələnmiş yarpaqlar müxtəlif

stress amillərə qaşı dayanıqsız olur. 



Tripslər  yarpaqları zədələyir, özlərinin qonur-qara rəngli

ifrazatları ilə yarpaqları və çiçəkləri çirkləndirir və 50-dən çox

xəstəlik törədicilərini yayırlar. Bitkinin şirəsini sorur, onu zəif-

lədir və zədələnmiş yerlər bitkinin təkrar yoluxmasına yol açır.

Tripslər yarpaqlarda ağ və bozumtul izlər buraxırlar.  Zədələn-

miş yarpaqlar daha çox su buxarlandırır, tez qocalır və quruyur. 

17



Kök və gövdə nematodları (Yuvarlaq soxulcanlar) silindir

şəklində olurlar. Dişiləri erkəklərdən daha böyük olur. Əsasən tor-

paqda, suda və çürüməkdə olan orqanik maddələrdə yaşayırlar.

Bəzi növləri də bitkilərlə bəslənir və bu nematodları “Bitki parazi-

ti nematodlarla” adlandırırlar. Bu nematodlar yarpaq, gövdə və

kök nematodları qrupularına bölünür. Soğanda  ən çox zərər ve-

rən kök və gövdə nematodlarıdır. Köklərdə əvvəlcə sarı, sonradan

isə palıdı rəngli şişlər əmələ gəlir. İlkin əlamətləri bitkinin uc yar-

paqlarının qıvrılması və açıq-yaşıl rəngə boyanmasıdır.

18



II. KARTOFUN  XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİ

1. QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏR

Aşağı və yuxarı temperatur və quru hava şəraitində yuxa-

rıdakı şəkildə görünən əlamətlər görünür və fermerlər səhvən

bu əlamətləri infeksion xəstəlik kimi qəbul edib müxtəlif fungi-

sidlərdən istifadə edirlər.

19

Kalium 

çatışmamazlığı 

Azot çatışmamazlığı 

Maqnezium

çatışmamazlığı 

Kalsium

çatışmamazlığı

Fosfor çatışmamazlığı 



2. VİRUS VƏ BAKTERİYA XƏSTƏLİKLƏRİ

Mozaikanın  kartofda  qırışmış, sırıqlı və xallı kimi növlərinə

rast gəlinir. Adlarından da aydın olduğu kimi müvafiq olaraq mo-

zaika virusuna yoluxmuş bitkilərin yarpaqlarında damarlar

arasında qırışlar, yarpaqlarda və gövdələrdə xətlər və yarpaqların

inkişafdan qalması ilə yanaşı açıq- sarı rəng almaları müşahidə

olunur. Adətən yoluxmuş bitkilər çiçəkləmir və qısaboylu qalır.

20

Manqan çatışmamazlığı 

Kükürd çatışmamazlığı 



Yarpaq qıvrılması virusu aşağı yarpaqlarda yarpaqların

damar boyu qıvrılmasına səbəb olur. Bu virus yarpaqlarla yanaşı

karof yumrularını da yoluxdurur.  Kartof yumrusunun en kəsiyinə

baxdıqda setkaya bənzər nekroz müşahidə olunur. Belə yumru-

lardan əmələ gələn cücərtilər cılız olur. Xəstəliyin inkisafına tor-

pağın və havanın yüksək temperaturu və rütubət çatısmamazlığı

səbəb olur. 

Kartof yumrularının nekrozu yarpaqlarda və gövdədə kiçik

açıq rəngli ləkələr əmələ gətirir, kök yumrularında nekroz müşa-

hidə edilir. Kök yumrularında tünd həlqəvi xətlər, nekrozlar görü-

nür. Bu xəstəlik çiçəkləri deformasiyaya uğrada bilir. 

21



Qonur bakterial çürümə ilə yoluxmuş bitkilər zəif inkişaf

edir, bitki solur, yarpaqlar saralır və qıvrılır. İlkin əlamətləri çiçək-

ləmə fazasında müşahidə edilir ki, bu da kök yumrularının forma-

laşması dövrünə düşür. 



Qonur bakterial çürümə kartof yumurularına zədələnmiş

gövdə və yarpaqdan keçir. Bu xəstəlik torpaqda yüksək rütubət-

lilik olduqda daha intensiv inkişaf edir. Bakteriya bitkinin ötürücü

borularına daxil olaraq onları qonur rəngli seliklə doldurur və bu

bitkinin solmasına səbəb olur. Xəstə bitkinin gövdəsini su olan

bankaya yerləşdirəndə gövdədən qonur rəngli seliyin axdığını ay-

dın görmək olar.  İlkin əlamət kimi gövdənin uc hissələrində sol-

ma müşahidə olunur. Solmuş yarpaqlar solğun-sarı və ya bürünc

kölgəli rəngdə olur və onlar qıvrılıaraq məhv olur. Gövdənin en

kəsiyində ötürücü boruların qaralması görünür. Ən çox kök  yum-

ruları yoluxur. Saxlama zamanı kök yumruları çürüyür və xoşa-

gəlməz qoxu verir. 

22



Həlqəvi  çürümə kartofun demək olar ki, bütün orqanlarını

yoluxdurur. Gövdənin kəsilmiş hissəsini sıxdıqda sarı şirənin

axması aydın görünür. Kartof yumrularının qabığının altında sarı

və ya krem rəngli yağlı ləkələr əmələ gəlir. Kök yumrusunun en

kəsiyində krem rəngli, sonradan sarı və qonur rəng alan həlqəvi

(üzükvari) nekroz görünür.  



Qara ayaq xəstəliyi ilə yoluxmuş bitkinin kök yumrularında

nəm çürümə əmələ gəlir, bitkinin gövdəsinin isə aşağı hissəsi çü-

rüyür. Xəstəliyin ilk inkişaf fazasında bitkinin aşağı yarpaqları

saralır, yarpaqlar qıvrılır və sərt olur. Gövdənin torpaq səthinə

yaxın hissəsi çürüyür, yumşaq olur, torpaqdan asanlıqla qoparılır.

Kartof yumrularının yoluxması vegetasiyanın ikinci dövründə baş

verir. Yoluxmuş kök yumruları stalonlara birləşdiyi yerdən yum-

şalır, açıq-sarı və ya rəngsiz olur, sonradan yoluxmuş toxuma

yumşaq, selikli olmaqla yanaşı həm də xoşagəlməz iy verir.

23



3. GÖBƏLƏK XƏSTƏLİKLƏRİ 

Fitoftora kartofun yarpaqlarını, gövdəsini və kök yumruları-

nı yoluxdurur. Rütubətli hava şəraitində, çiçəkləmə dövründə kar-

tofun yarpaqları üzərində bozumtul və ya tünd-qonur rəngli lə-

kələr əmələ gəlir. Əgər bitkilər dərmanlanmazsa o zaman karto-

fun bütün yerüstü hissəsi məhv ola bilər. Kartof yumrularının

üzərində müxtəlif ölçülü tünd-boz, batıq və bərk ləkələr yaranır.

Fitoftora ilə yoluxmuş kartof yumrusunun en kəsiyinə baxdıqda

kartofun içinin qonur rəngli və bərk olduğu müşahidə edilir.   



Kartof xərçəngi kartofun yerüstü hissələri ilə yanaşı, kök

yumrularını və köklərini də yoluxdurur. Xəstəlik tədricən qaralan

və ölçüləri böyüyən şişlərin əmələ gəlməsi ilə başlayır. Kök yum-

rularında və stalonlarda ağ rəngli şişlər əmələ gəlir və bu şişlər

getdikcə qaralır və böyüyür. 

24



Alternarioz kartofun yarpaqları, gövdəsi və kök yumrularını

yoluxdurur. Bu xəstəlik geniş yayıldıqda Fitoftora qədər məhsul-

darlığa ziyan vura bilər ki, bu da 20-30% təşkil edir. Yarpaqların

üzərində çiçəkləmədən təxminən iki həftə öncə tünd-qonur və ya

palıdı rəngli böyük ləkələr əmələ gəlir. Güclü yoluxmuş bitkilərin

yarpaqlarındakı ləkələr böyüyərək birləşir və saralaraq məhv

olurlar. Kök yumrularının üzərində kartof qabığından daha tünd

rəngdə batıq ləkələr görünür. Belə böyük ləkələrdə qırışma mü-

şahidə olunur.

Fomoz kartofun gövdə-

sinin üzərində ləkələrin gö-

rünməsi ilə başlayır. Təd-

ricən bu ləkələrin üzərində

piknidlər yaranır. Məhsul

yığımından sonra kök yum-

rularının üzərində quru çü-

rümə inkişaf edir. Ləkələr

2-5 sm ölçüdə tünd rəngdə

olur və bəzən ləkənin ortası çatlayır. Kartofun gövdəsi vegeta-

siyanın ikinci dövründə, kök yumruları isə anbarda saxlama

dövründə  youluxur.

25



Adi dəmgil

kartofun


stalonlarını və köklərini yo-

luxdurur, amma kök yum-

rularına da  əhəmiyyətli də-

rəcədə yayılır. Torpaqdan

yeni çıxarılmış kök yum-

rularının üzərində ağ tor

kimi örtük olduğunu gör-

mək olar. Sonradan həmin

yerlərdə quru çatlamış  yaralar əmələ gəlir. Adi dəmgillə zədələn-

miş kök yumruları saxlama zamanı müxtəlif çürümə xəstəliklə-

rinə qarşı dayanıqsızdır.

Rizoktonioz kök yumurularını, gövdəni və kökləri yoluxdu-

rur. Erkən fazalarda xəstəlik kartof cücərtilərinin məhvinə səbəb

ola bilər. Saxlama dövründə yoluxmuş kök yumruları çürüməyə

yoluxur və tam çürüyə bilir. Xəstəlik təxminən 2 sm ölçüdə qonur

ləkələrin və yaraların əmələ gəlməsi ilə ortaya çıxır. Xəstə kök

yumrularından əmələ gələn cücərtilər tünd-qonur rəngli ləkələr-

lə örtülür və qırılaraq məhv olur.  

26



Fuzarioz solma kartofun yuxarı yarpaqlarından başlayır, yar-

paqlar saralır və solur. Sərin havada və rütubətli torpaqda yarpaqlar

solmaya bilər, belə şəraitdə yarpaqlar ancaq saralır və qıvrılır. Gövdənin

yoluxmuş aşağı hissəsi qonur rəng alır və bu hissədən yuxarıda bəzən

kök yumruları əmələ gəlir. Torpağın üst qatına yaxın yerdən gövdənin

en kəsiyinə baxdıqda kiçik qonurlaşmış hissələr görmək olar. Kök yum-

rularının üzərində toxumanın qaralması müşahidə edilir. Saxlama döv-

ründə kök yumruları çürüyə bilər. Yoluxmuş kök yumrularından alınan

cücərtilər nazik və cılız olur. 

Vertisilioz solma kartofun aşağı yarpaqlarının solması və

saralması ilə müşahidə olunur. Yoluxmuş yarpaqlar saralaraq qıv-

rılır və güclü yoluxmuş bitkilərin yalnız ucları yaşıl qalır. İsti hava

şəraitində belə bitkilər yanmış kimi görünür. Yoluxmuş bitkilər

inkişafdan dayanır və xəstəlik bütün bitkiyə yayıldıqda tam solur

və quruyur. Gövdənin ötürücü borularının en kəsiyində qonur-

laşma müşahidə olunur. 

27



4. KARTOFUN ƏSAS ZƏRƏRVERİCİLƏRİ

Məftil qurdu bitkinin kökləri və gövdənin aşağı hissələri ilə

qidalanır, ancaq ən çox qidalandığı isə kartofun kök yumrularıdır.

Məftil qurdu kök yumrularınn içini yeyərək orada keçidlər açır.

Cavan cücərtilərin torpağa yaxın hissəsini zədələyəndə isə cücər-

tilər məhv olur və sahədə bitki sayının azalmasına sbəb olur. Zə-

dələnmiş kök yumruları isə öz əmtəəlik görünüşünü itirir.



Danadişi əsasən kökümeyvəli bitkilərin kök yumruları, yağ-

mur qurdları və həşaratlarla qidalanır. Bu həşarat torpaq altında

yaşayır, torpağın üst qatlarında uzun keçidlər açır, və bu keçidlərin

torpağın üstündə çoxsaylı çıxışları olur. Torpağın üstünə danadişi

gecələr çıxır. Yeraltı həyat tərzi keçirməsinə baxmayaraq, danadişi

uça bilir və bunun sayəsində böyük məsafələr qət edə bilir.  

28



Kolorado böcəyinin həm özü, həm də tırtılları kartof üçün

böyük təhlükədir. Onlar bitkinin yarpaqlarının yumşaq toxuması

ilə qidalanır. Tək bir dişi böcək yay dövründə 300-dən çox yu-

murta qoya bilir. Yumurtalar yarpağın altına qoyulur və yumur-

tadan çıxan tırtıllar əvvəlcə yarpağın altında qidalanır və son-

radan yarpağın üstünə keçir. Bu mərhələdə tırtıllar yarpağı elə

yeyirlər ki, geriyə yalnız yarpağın saplağı və damarları qalır. Bu

böcəyə qarşı mübarizə aparılmazsa bütöv sahəni məhv edə bilər. 



Mənənələr kartofun yarpaqlarının şirəsi ilə qidalandıqlarına

görə zədələnmiş yarpaqlar qayıqvari bükülür. Mənənələr həm də

bir çox virusları əkin sahələrinə yaymaqla bitkilərə böyük ziyan

vurur. Başlanğıcda mənənələr aşağı yarpaqların alt hissəsində

yerləşir və sonradan daha cavan  yarpaqlara keçir. Mənənələr

olan yarpaqların rəngi solğun yaşıl olur.  

29



Kartof güvəsinin tırtılları yarpaqlarla və kök yumruları ilə

qidalanır. Çox tez və geniş yayıla bilirlər.  Kartof güvəsi bir yay

dövründə 3-4 nəsil verə bilir. 

30



Nematodlar (Yuvarlaq soxulcanlar) silindir şəklində olur-

lar. Dişiləri erkəklərdən daha böyük olur. Əsasən torpaqda, suda

və çürüməkdə olan orqanik maddələrdə yaşayır. Bəzi növləri də

bitkilərlə bəslənir və bu nematodları “Bitki paraziti nematodları”

adlandırırlar. Bu nematodlar yarpaq, gövdə və kök nematodları

qrupularına bölünür. Kartofda ən çox zərər verən gövdə və kök

nematodlarıdır. Köklərdə əvvəlcə sarı, sonradan isə palıdı rəngli

şişlər əmələ gəlir. İlkin əlamət kimi bitkinin uc yarpaqlarının

qıvrılması və açıq-yaşıl rəngə boyanması müşühidə olunur. 

31



IV. BİTKİ MÜHAFİZƏSİ TƏDBİRLƏRİ

1. SOĞANIN BİTKİ MÜHAFİZƏSİ SXEMİ

*-  Xəstəliklərə qarşı mübarizə heç bir xəstəlik simptomu (əlaməti) müşahidə edilmədən

proflaktik olaraq aparılmalıdır!

**- Zərərvericilərə qarşı dərmanlama aqronom müşahidəsinə əsasən bir neçə dəfə aparılır.

32

Dərmanlama



ardıcıllığı

Xəstəlik * və ya

zərərverici **

Dərmanlama 

fazası

Dərmanın 

adı və norması

Torpaqda yaşayan

zərərvericilər (Məftil

qurdu, Danadişi)

Payızda şum altı

1-ci


dərmanlama

Bazudin


20-25 kq/ha

2-ci 


dərmanlama

3-cü


dərmanlama

4-cü


dərmanlama

5-ci


dərmanlama

6-cı


dərmanlama

Alaq otlarına qarşı

dərmanlama 

Erkən yarpaq

yanıqlığı Bakterioz

1-2 yarpaq fazası

Kocide 

2,5 kq/ha



Erkən yarpaq

yanıqlığı, 

Uc çürüməsi

2-ci dərmanlamadan

7-10 gün sonara

Ridomil gold

2,5 kq/ha

Yalançı unlu şeh, 

Alternarioz, 

Yarpaq çürüməsi

Yalançı unlu şeh

Yalançı unlu şeh,

Soğan sürməsi

Dar yarpaq 1 alaqlar

Enli yarpaq alaqlar

3-cü dərmanlamadan

10 gün sonra

İteral


400qr / ha

4-cü dərmanlamadan

12-14 gün sonar

Kurzate 


2,5 kq/ha

5-ci dərmanlamadan

12-14 gün sonra

Quraq havada erkən sabah

və ya gecə axşam saatlarında

– Kocide 2,5/ha, yağmurlu

havada – İteral – 400qr/ha

Pantera - 1-1,5 lt/ha

Stomp - 0,25-0,75  lt/ha

Goal - 0,12-0,4 lt/ha   

Vegetasiya 

dövründə


Zərərvericilərə

qarşı dərmanlama

Soğan milçəyi,

Tripslər, Yarpaq biti

Vegetasia 

müddətində

Cythrin 50% - l -0,5lt/ha,

Lannate- 2-2,5 lt/ha




2.KARTOFUN BİTKİ MÜHAFİZƏSİ SXEMİ

*-  Xəstəliklərə qarşı mübarizə heç bir xəstəlik simptomu (əlaməti) müşahidə edilmədən

proflaktik olaraq aparılmalıdır!

**- Zərərvericilərə qarşı dərmanlama aqronom müşahidəsinə əsasən bir neçə dəfə aparılır.

33

Dərmanlama



ardıcıllığı

Xəstəlik * və ya

zərərverici **

Dərmanlama 

fazası

Dərmanın 

adı və norması

Fuzarioz solma,

Bakterioz

Gövdə boyu

10-12 sm 

1-ci


dərmanlama

Kocide


25 qr / 10 lt su

2-ci 


dərmanlama

3-cü


dərmanlama

4-cü


dərmanlama

5-ci


dərmanlama

Növbəti


dərmanlamalar

Açıq sahədə alaq

otlarına qarşı

dərmanlama 

Firtoftora,

Adi dəmgil,

Alternarioz

1-ci dərmanlamadan

7-10 gün sonra

İteral


400 qr / ha

Fitoftora,

Adi dəmgil,

Rizoktonioz

2-ci dərmanlamadan

12-14 gün sonra

Proxanil

2,0 lt/ ha 

Alternarioz,

Fitoftora,

Müxtəlif çürümələr

Göbələk 


Xəstəlikləri

Xəstəliklər

Dar və enli yarpaq

alaqlar


3-cü dərmanlamadan

7-10 gün sonra

Kurzate

2,5 kq /ha



4-cü dərmanlamadan

12-14 gün sonra

Goldazim

0,1-0,15 lt / ha

Xəstəlik aşkar edilərsə

4-cü dərmanlamadan 

10-14 gün fasilə ilə

Quraq havada erkən sabah

və ya gecə axşam saatlarında

– Kocide 2,5/ha, yağmurlu

havada – İteral – 400qr/ha

Pantera -1-1,5 lt/ha,

Gezagard - 2-3 lt/ha ,

Fuzilad - 0,7-1,5 lt/ha  

Zərərvericilərə

qarşı dərmanlama

Gövdə və kök

nematodları

Ağ qanadlılar,

Mənənə, Yarpaq biti,

Sovka

Vegetasia 



müddətində

Vydate-5kq/1000m2,

Lannate –2 lt/1 ha, 

Avaunt -200-250 ml/ha



(növbələşdirilməli)


34



Document Outline

  • 1-2
    • Страница 1
    • Страница 2
  • Soğan və kartofun xəs və zər_Layout 1
  • 3-4
    • Страница 1
    • Страница 2

Yüklə 85,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə