Xəbər bülleteni №11


Dövlət Sosial Müdafiə Fondu gəlirlərinin strukturu barədə məlumat yayıb



Yüklə 479,53 Kb.
səhifə8/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Dövlət Sosial Müdafiə Fondu gəlirlərinin strukturu barədə məlumat yayıb


13.10.2015

dsmf son2015-ci ilin 9 ayında sosial sığorta haqlarının 847,9 milyon manatı (65%) qeyri-büdcə sektorundan daxil olub, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,4 milyon manat (5,4%) artıqdır. Dövlət Sosial Müdafiə Fondundan Transparency.az-a verilən məlumata görə, qeyri-büdcə daxilolmalarının artımı ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin nəticəsidir. Bu, fonda ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub.

Rəsmi məlumata görə, büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 456,7 milyon manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, 876,1 milyon manat həcmində olub. Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 milyon manatdır.


Bu il 114050 ailəyə ünvanlı dövlət sosial yardımı verilib


13.10.2015

Bu ilin yanvar-sentyabr aylarında 498 min nəfər ailə üzvünü əhatə edən 114050 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, yardımları alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz azalıb.

Aztəminatlı ailələrə ödənilən yardımların məbləği isə artıb. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 153,18 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237351 nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5533 nəfərdir. Bu yardımları alan ailələrin 32558-i tərkibində 3 və daha çox uşağı olanlardır.


Mərkəzi Seçki Komissiyası namizədlərin rəsmi siyahısını açıqlayıb


13.10.2015

mskTransparency.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisində qeydə alınan namizədlərin rəsmi siyahısını açıqlayıb. Deputat mandatı uğrunda 1246 namizəd mübarizə aparır (Siyahı).

Parlament seçkisinin təqvim planına əsasən, təşviqat kampaniyası oktyabrın 31-də bitəcək. Seçki noyabrın 1-də 125 dairənin 5386 məntəqəsində keçiriləcək. Mərkəzi Seçki Komissiyası ölkə üzrə 5 milyon 93 min 289 seçici qeydə alıb.

Seçki yarışına ümumilikdə 24 siyasi partiyanın təmsilçisi qatılıb, amma namizədlərin çoxu bitərəf şəxslərdir.

ATV və ANS kanallarına cəzalar


13.10.2015

mtrshOktyabrın 13-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib. Rəsmi məlumata görə, iclasda ATV və ANS televiziyalarının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozması faktlarına baxılıb.

Qərara əsasən, ATV-də yayımlanan “Qaynanamız” teleserialının yayımı 14 oktyabr 2015-ci ildən 1 ay müddətinə dayandırılır. Qeyd olunur ki, Azad Azərbaycan Teleradio Kompaniyası “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar”ın 3.7-ci bəndin tələblərini pozub, ATV-nin efirində 10 oktyabr 2015-ci ildə yayımlanan, “SOY” Prodakşnın hazırladığı “Qaynanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə olunub.

ANS isə “Televiziya və radio yayımı haqqında” qanunun 35.5-ci maddəsinin, “Reklam haqqında” qanunun 20.5-ci maddəsinin tələbləri pozmaq ittihamı ilə ümumilikdə 25 min manat cərimələnib. Rəsmi açıqlamaya görə, sentyabr və oktyabr aylarında ANS Müstəqil Yayım və Media Şirkətinin ANS televiziyasının efirində gedən bir neçə bədii filmin reklamla kəsilməsi qaydası pozulub.

Ali Məhkəmə iki məhbus siyasətçinin işini əvvəlki instansiyaya qaytardı


13.10.2015

ali mehkeme 1
Oktyabrın 13-də Ali Məhkəmə iki məhbus siyasətçinin – REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun şikayətlərinə baxıb. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət İttihamçısı Rəsul Abbasov deyib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilərin bəzi vəsatətləri təmin edilməyib, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (Ədalətli mühakimə hüququ) pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar qəbul etməyi xahiş edib. Hakimin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv olunub, iş həmin instansiyaya qaytarılıb.

2013-cü ildə İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulmuş Tofiq Yaqublu və İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. Ötən il martın 17-də Tofiq Yaqubluya 5 il, İlqar Məmmədova 7 il azadlıqdan məhrumetmə cəzası kəsilib, sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi həmin cəzaları qüvvədə saxlayıb.

Hər iki şəxs 2013-cu il fevralın 4-dən həbsdədir.

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib


13.10.2015

emlak komitesi 1
Oktyabrın 13-ü Əmlak Məsələləri Dövlət Komitəsində 2015-ci ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Emdk.gov.az-ın məlumatına görə, komitə sədri Kərəm Həsənov çıxışında qeyd edib ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb, bu isə sənədləşdirmə prosesində rahatlıq, operativlik və şəffaflığın artmasına səbəb olub: “Bir pəncərə” prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. Vətəndaş komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirir. Bununla da torpaqların ilkin qeydiyyatı zamanı bir neçə quruma müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb.

Daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə 3 SMS xidmət istifadəyə verilib. Ümumilikdə isə komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslərdən 260 minə yaxın elektron müraciət daxil olub.

Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 5000-dən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 74500-dən çox müraciət qəbul edilib”.

Müşavirədə qeyd olunub ki, 2015-ci ilin yanvar-sentyabr aylarında 540-a yaxın kiçik dövlət müəssisə və obyekti, 350-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 37 pul hərracında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. 360-dan çox qeyri-yaşayış sahəsi və 240-a yaxın torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 3 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəl mülkiyyətə keçib.

2015-ci ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə