Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 50,5 Kb.
tarix14.09.2018
ölçüsü50,5 Kb.
#68291


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

İqtisadiyyatın Dövlət Tənzimlənməsi Kafedrası

İqtisadi Nəzəriyyə Fənnindən


Sərbəst iş

İcraçı Samir Qədirov

Fakultə MBM

Qrup 908a2

Kurs II kurs
Büdcə kəsri, onun sosial-iqtisadi nəticələri və aradan qaldırılması yolları

Qanuna görə, büdcə layihəsi Milli Məclisə təqdim olunduqdan sonra 10 gün müddətində rəsmi mətbuatda dərc edilməlidir. Layihənin detalları barədə hələ danışmaq mümkün olmasa da, əsas parametrlər haqda ümumi fikir yürütmək olar. Maliyyə naziri Samir Şərifov büdcə layihəsinin əsas parametrləri barədə məlumat verib. 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat, xərcləri 11 milyard 264 milyon manat olacaq. Bu göstəricilər 2009-cu ilin anoloji göstəricilərindən 17,8 və 8,8 faiz azdır.

Yada salaq ki, cari dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat, xərcləri 12 milyard 355 milyon manat həddində proqnozlaşdırılıb. Deməli, neftin qiymətindəki qeyri-sabitlik hökuməti ehtiyatlı olmağa vadar edib. Bu səbəbdən də “ilbəil artan büdcə” siyasətinə son qoyulub və müstəqillik tarixində ilk dəfə olaraq növbəti ilin büdcəsi əvvəlki ilə müqayisədə azalıb. Rasional yanaşdıqda hökumətin belə ehtiyatlı davranışı başadüşüləndir.

Neftin qiymətində yenidən böyük sıçrayışların olacağı ilə bağlı ümidlər özünü doğrultmadı. Ən azı növbəti ilin sonuna qədər belə bir gözləntilər yoxdur. Hələlik dəqiq qiymət açıqlanmasa da, birmənalıdır ki, neftin baza qiyməti 70 dollar həddində yox, daha az, təxminən 45-55 dollar aralığında götürülüb (bu ilin birinci yarısında neftin orta bazar qiyməti 48 dollar, üçüncü rübdə isə 67-70 dollar arasında olub ki, bu da istənilən halda baza qiymətindən aşağadır). Hökumət özünü sındırmayıb Neft Fondundan transfertləri artırmaq hesabına büdcəni artıra bilərdi. Ancaq bu dəfə hökumət rasional və qeyri-populiyar qərar qəbul edib – büdcənin xərc və gəlirlərini azaldıb.

İndiki halda bunun ancaq pozitiv məqamlarından danışmaq olar. Birincisi, büdcə xərclərinin azaldılması infilyasiya riskini əhəmiyyətli dərəcədə azaldır. Böyük ehtimalla 2010-cu ildə bizi yüksək inflyasiya sürəti gözləmir. Bu qlobal maliyyə böhranın təsirləri sovuşduqdan sonra iqtisadiyyatın bərpası üçün çox vacib şərtlərdən biridir.

İkincisi, büdcə xərclərinin azaldılması vəsaitlərin daha səmərəli və effektiv bölgüsünə təsir göstərəcək. İstənilən halda xərclər azldıldığından qənaət rejimi gözləniləcək. Bu isə korrupsiya imkanlarını az da olsa məhdudlaşdırır.

Üçüncüsü, hökumət nəhəyət ki, qeyri-neft sektorunun canlandırmaq barədə düşünməyə məcbur olacaq. Neft gəlirlərinin azalması istər-istəməz alternativ gəlir mənbələri axtarışına stimul verəcək. Alternativ mənbələr isə aqrar bölmə və turizm ola bilər.

Bu pozitiv məqamları ilə yanaşı layihənin xoşagəlməzlikləri də var. Söhbət ilk növbədə büdcə kəsirindən gedir. Bu ilin dövlət büdcəsində cəmi 178 milyon manat büdcə kəsiri nəzərdə tutulubsa, gələn il bu məbləğ 1 milyard 249 milyon manatdır. Yəni cari illə müqayisədə düz 7 dəfə çox. Bu təbii ki, gələn ilin dövlət büdcəsində ciddi problemlərdən biri olacaq. Düzdür, hökumət son anda Neft Fondunun vəsitlərindən istifadə etməklə büdcə kəsirini örtə bilər. Ancaq bütün hallarda bu məbləğin özü kifayət qədər böyükdür.

Büdcə kəsrinin belə yüksək həddə proqnozlaşdırılması çox güman ki, qeyri-neft sektorundan vergi daxilolmalarının azalması ilə bağlıdır. Bu ilin birinci yarısında Vergilər Nazirliyi proqnozlardan 1 milyard manat az vergı yığıb. Ola bilsin ki, yaxın gələcəkdə qeyri-neft sektorunda vəziyyətin pozitiv yöndə dəyişəcəyinə ümidlər olmadığından çıxış yolu kimi büdcə kəsrinin məbləğini artırıblar.

Başqa bir ehtimal onunla bağlıdır ki, neftin qiymətində artım olarsa, bu zaman büdcəni dəyişdirmədən gəlirlərin çoxalmasını təmin etsinlər və ümumiyyətlə büdcə kəsrinə imkan verilməsin. Bunlar təxmini ehtimallardır və büdcə layihəsi rəsmi mətbuatda dərc edildikdən sonra bu barədə daha konkret danışmaq olar.



Əgər 2007-ci ildə Azərbaycan banklarında müştərilərə verilən kreditlərin həcmi 56 faiz idisə, 2008-ci ildə bu, 66 faizə qəjər yüksəlib. Eyni zamanda 2007-ci ildə bankların əldə etdiyi mənfəətin 19 faizi müxbir hesablardan əldə olunurdusa, 2008-ci ildə həmin rəqəm 10 faizə qədər azalıb. Günümüzdə banklarda nəğd pul problemi də var. Bankların malik olduqları aktivlərin yalnız 4 faizi nəğd pullardır. Bankların investisiya qoyuluşu onun bütün aktivlərinin yalnız 7 faizini təşkil edir. Belə olan halda sözsüz ki, qlobal maliyyə böhranı Azərbaycanın bank sektoruna təsir göstərir. Əgər bu gün bank aktivlərinin 66 faizi məhz kreditlərin verilməsi hesabına formalaşırsa, bu gün banklar kredit verə bilmirsə, bu o deməkdir ki, Azərbaycanda bank sistemi kifayət qədər ciddi problemlərlə üzləşib. Başqa sözlə, banklara daxil olan vəsaitlərin 2/3-i məhz kreditlərin verilməsiylə bağlıdır. Amma bu gün kreditlər verilmirsə, deməli, həmin vəsaitlər banklara daxil olmur. Bu, həm də o deməkdir ki, Azərbaycanda bank sistemi aktivlərin azalması problemiylə üz-üzədir
İnfilyasiyanın neqativ sosial və iqtisadi nəticələri müxtəlif ölkələrin rəhbərlərini məcbur edir ki müəyyən edilmiş iqtisadi siyasəti həyata kersinlər. Dövlət tərəfindən həmişə pul kütləsinin tənzimlənməsinə diqqət yetirilmişdir. İnflyasiyanın idarəetmə amilləri birtərəfli deyil, öz nəticələrinə görə ziddirlər. Belə siyasət çox dar parametrlə ölçülür. Bir tərəfdən infilyasiya spiralının açılmasının qarşısının almaq, digər tərəfdən təsərrüfatın stimulunu artırmaq, bazarı lazımı əmtəə ilə təmin etmək üçün şərait yaratmaq tələb olunur. İnfilyasiyanı idarə etmək kompleks amillər tələb edir, qiymət artımını gəlirlə stabilləşdirmək lazımdır. Qərb ölkələrində istifadə olunan bu prosesin idarəetmə aləti infilyasiyanın xarakter və səviyyəsindən, təsərrüfat xüsusiyyətindən, təsərrüfat mexanizminin spesifikasından asılı olaraq fərqlənir. Sənayecə inkişaf etmiş ölkələrdə (xüsusən ABŞ və əksər qərb ölkələrində) infilyasiyanın artım tempini çox dar ölçüdə saxlamaq mümkün olur. Bəzi ölkələrdə dövlətin və mərkəzi bankın düzgün iqtisadi siyasəti nəticəsində infilyasiyanın aşağı düşməsini misallarla göstərək. Məsələn: 1997-ci ilin mayında Çex Respublikasının mərkəzi bankı çox dar çərçivəli siyasət apardı. Daxili tələbatı azaldaraq məhsulun artımını və qiymətini azaldır. Son illərdə Çex Respublikasında infilyasiyanın əsas mənbəyi əmək məhsuldarlığını qabaqlayan əmək haqqının sürətlə artması idi. 1998-ci ildə idxal olunan mal və məhsulların qiymətinin aşağı salınması tələbatın gücünü zəiflətdi. Bundan əlavə ilk üç kvartalda məhsuldarlığın artması (5,4%), ilk dəfə olaraq islahatlardan sonra sənayedə əmək haqqının artması müşahidə olundu. Bunun əksi olaraq Slovakiyalarda 1998-ci ildə əsasən sentyabr seçkidən qabaq əvvəlki kimi büdcə siyasəti iqtisadi artıma doğru istiqamətlənirdi. İnfilyasiyanın tempini aşağı salmaq üçün dövlət 1998-ci ildə süni olaraq slovak kronunun qaldırmaq, idxalat məhsulunun qiymətini qaldırmaq və sərt pul-kredit siyasəti həyata keçirdi. Əvvəlki illərə nisbətən Polşada infilyasiyanın sürəti 9,5%, Macarıstanda 14%-ə düşmüşdü. Hər iki ölkədə qiymət dinamikasına təsir göstərən yaxın pul-kredit siyasəti və büdcə intizamı vardır. Əksər keçid iqtisadiyyatı şəraitində olan ölkələrindən fərqli olaraq Polşa və Macarıstan infilyasiyanın sürətinin azaldılmasında nə tələbi, nə istehsalı azaltmadı və nədə ki, gələcəkdə əmək bazarında heç bir pisləşmə olmadı. Antiinflyasiya siyasəti müxtəlif zəngin pul-kredit, büdcə amilləri, vergi təşkilatları, gəlirlərin bölüşdürülməsi, tənzimlənməsi və stabilləşmə proqramları hesablayıb ortaya çıxarır. Antiinfilyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var. Birinciyə (müasir keynsçilər) aktiv büdcə siyasəti – dövlət gəlirləri və vergidən istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini azaldır və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu proqramları və digər xərclər (həttabüdcə kəsri vaxtı), vergilərin azaldılması həyata keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60-70-ci illərdə göstərdi ki, o, infilyasiyanı gücləndirə bilər. Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır.

Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30 faiz az olduğu halda, müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmış təklif olmadıqda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Milli Məclisi qarşısında büdcədə dəqiqləşdirmə aparılması barədə oktyabr ayının 1-dən gec olmayaraq məsələ qaldırır. Cari ilin dəqiqləşdirilmiş dövlət büdcəsi haqqında qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisi oktyabr ayının 15-dən gec olmayaraq təsdiq edir.



Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, büdcə kəsri son həddini aşmasına səbəb olarsa, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir.

Bakı 2009


Yüklə 50,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə