Vilayət bağçası yeddİncİ cİld


İslam İranı, xalqlar və elm19



Yüklə 0,79 Mb.
səhifə11/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

İslam İranı, xalqlar və elm19

Bismillahir-Rəhmanir-Rəhim.


Siz əziz gəncləri, bu xalqın əziz övladlarını və gözünün işığını İslam inqilabının dəyərlərini mühafizə işinə qoşulmanız münasibətilə təbrik edirəm. Hərbi universitet həm elm mərkəzidir, həm cihad mərkəzi, həm də dəmir iradəli insanların yetişdiyi məkan. Elm, cihad, iman və möhkəm iradə bir yerə cəm olduqda elə insanlar yetişdirir ki, dünya o insanlara görə öz gələcəyinə ümidvar olur.

Elm dövrünün və modern dünyanın əsas problemi bu idi ki, ilahi bir nemət olan elm bu dünyada fəsadın, şiddətin və təcavüzün xidmətinə keçdi.

Bu böyük nemət qarşısında ən böyük qədirbilməzlik odur ki, bir nəsil, bir xalq elmi zülm, şiddət, təcavüz və insani dəyərləri əzmək üçün işlətsin və bu, son iki-üç əsrdə, xüsusən də ötən onilliklərdə dünyada baş verdi.
Elmlə xalqların əlaqəsi

Bəzi xalqlar elmə yiyələnmişlər. Bu, təbiidir. Elm bayrağı tarix boyu müxtəlif xalqlarda olub. Bir zaman elmin mərkəzi dünyanın şərq bölgəsi idi; bir zaman da qərb bölgəsi oldu. Qərblilər elmə yiyələndikdə onu müstəmləkə məqsədilə işlətdilər, onunla xalqları talamağa başladılar. Dünyanın şərqində və qərbində - Afrika və Asiyada çox sıx əhalisi olan çoxlu ölkələr Qərb dövlətlərinin elmi vasitəsilə talandı, müstəmləkəyə çevrildi, nəsillər əsir edildilər. ABŞ-ın bugünkü qaraları Qərb müstəmləkəçiləri vasitəsilə Afrika ölkələrindən əsir götürülmüş həmin yoxsulların övladlarıdır. Onları öz evlərindən, tarlalarından, yaşadıqları yerlərdən heyvan kimi ovlayıb çətin işlərə məcbur etdilər, didərgin saldılar. Bu iş bütün dünyada - Hindistan yarımadasında, Asiyanın sonunda baş verdi. Öz elmləri ilə, ilahi nemət olan biliklə Allahın bəndələrini xar etdilər, zülmə məruz qoydular, həyatlarını uzun müddət qaraltdılar.

Hər bir elm nərdivanın bir pilləsi kimidir; insan bir pillə qalxdıqda, sonrakı pillələrə qalxmaq üçün də imkan yaranır. Onlar da yiyələndikləri elmlərdən istifadə edib elm nərdivanında yüksəyə qalxdılar; atom bombası, kimyəvi silahlar istehsal etdilər, nəsillər məhv edildi, insanlar öz əzizlərinə yas saxladılar, dünya sizin siyasi coğrafiyada müşahidə etdiyiniz vəziyyətə düşdü, hegemon və hegemonizmi qəbul edən, zalım və məzlum cinahlarına bölündü; özü də olduqca böyük fərqlərlə. Dünyanın indiki siyasi, mədəni coğrafiyası bu qara əsrlərin son dövrlərində bu formaya düşdü.
İran inqilabı və İslamın fəryadı

Mənim əzizlərim! İran xalqının möhtəşəm İslam inqilabı bu vəziyyətin əleyhinə böyük bir bəşəri qiyam idi. Bizim inqilabımız İslamın, tövhidin, ədalətin, ilahi nemətlərin insanları əzməyə vasitə olduğu zülmlə dolu dünyada İslam humanizminin fəryadı idi. İnqilab belə bir vəziyyətə qarşı baş verdi. Bu gün İran xalqına və İran İslam Respublikasına dünyəvi quruluşu tövsiyə edənlər belə bir həssas mövqedə yerləşən bir xalqın belə böyük hərəkətindən narahat olan şəxslərdir. Dünyəvi modelə qayıtmaq sözügedən ədalətsiz sistemə təslim olmaq deməkdir; yəni siz də ədalətsiz sistemin bir hissəsi olun. İran xalqından bunu istəyirlər.


İran xalqı, güc və özünəinam

İran xalqı otuz ildir bu cahil, dəli və məntiqsiz istəyə qüdrətlə, özünəinamla, öz iman mənbəyinə sədaqətli və dərin etiqadla "yox" cavabı verir. Bu otuz ildə İran xalqına və İslam Respublikası quruluşuna qarşı təzyiqlər inqilabı insan yetişdirən bu uca, mənəvi, ruhani mövqedən endirmək üçün idi. Bəllidir ki, bacarmadılar və bacarmayacaqlar: “Onlar öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər, Allah isə - kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlayacaqdır”20. Allah nuru, tövhid, ədalət, Allah bəndəliyi ilə şərəflənmək nuru insanların və xalqın qəlbində parladıqda heç bir əl onu söndürə bilməyəcək.


Korpus və pak gənclər

Mənim əziz övladlarım! Siz belə müqəddəs həqiqətin və uca heysiyyətin keşikçisisiniz. Bununla fəxr edin. İslam İnqilabının Mühafizəçiləri Korpusu inqilabın ilk günlərində bu ölkənin ən pak gənclərinin qəlbindən baş qaldırdı. Siz əzizlərim o günləri görməmisiniz. O gənclər sizin bu yaşlarınızda olan gənclər idilər; 20 yaşlı, 18 yaşlı, 22 yaşlı gənclər. İslam İnqilabının Mühafizəçiləri Korpusunu möhkəm əzmkarlıqla, polad iradə ilə, uca və əlçatmaz bir imanla yaratdılar və elə ilk günlərdən mübarizəyə qoşuldular.


Məcburi müharibənin fəlsəfəsi

Düşmən məcburi müharibəni inqilabı məhv etmək üçün başlatdı, amma o, inqilab qüvvələrinin və inqilab ruhiyyəsinin daha da güclənməsinə bais oldu. Bu əziz gənclər cəbhələrdə öz güclərini yenidən dərk etdilər. Onların pak və nurlu qəlblərində daxili istedad çeşmələri çağladı, gənc yaşlarında onları böyük sərkərdələrə, yorulmaz mücahidlərə, ağıllı və mütəfəkkir kişilərə çevirdi. İslam Respublikası quruluşu bu gənclərə və onların rəftarına həmişə borcludur.


Müxtəlif dövrlərdə insanların rolu

Siz o əzizlərin ardıcıllarısınız, o qabaqcıl yolçuların yerindəsiniz. “Hər gün Aşura və hər yer Kərbəladır” sözünün mənası budur ki, zaman ötür, lakin bəşər həyatında cari hadisələr və yaranış həqiqətləri dəyişmir. Hər bir dövrdə insanların üzərinə vəzifə düşür. Əgər o vəzifəni düzgün şəkildə, münasib anda və öz zamanında yerinə yetirsələr, hər şey düzələr, xalqlar inkişaf edər, insaniyyət çiçəklənər.

O gənclər belə etdilər, öz missiyalarını yerinə yetirdilər. Nəticədə, o zamandan bir neçə onillik ötdükdən sonra siz bu gün İran xalqının onların əlinin zərbi, fəaliyyətlərinin davamı olan səylərlə və Böyük İmamın həqiqətən, peyğəmbərcəsinə tövsiyələri ilə zirvələri bir-birinin ardınca fəth etdiyini və irəlilədiyini görürsünüz. Müharibə günlərini, xüsusən də müharibənin ilk illərini yada salın, silah çatışmazlığını, iqtisadi­­ yoxsulluğu, təcrübə zəifliyini, Korpusun və Bəsicin durumunu bugünkü elm, tədqiqat və təcrübə inkişafları ilə müqayisə edin.

Siz bu universitetdə öyrənir, düşüncə, ruhiyyə və iradə baxımından özünüzü yetişdirir, çox böyük və fəxrli yola qədəm qoyursunuz. Bu universitet belə bir yerdir. Bu universitetdə təhsil aldığınıza və onu bitirdiyinizə görə fəxr edin, bunu Allahın böyük neməti sayın, bu neməti qoruyun və irəliləyin.


Ölkə və mömin gənclər

Sizin ölkənizin mömin gənclərə ehtiyacı var. Bu gün düşmənlərin daha çox gənclər üzərində mərkəzləşən davamlı fəaliyyətlərinə rəğmən, Allahın lütfü və mərhəməti ilə bizim gənclərimiz Allaha və ilahi hidayətə sarı gedirlər. Düşmənin acığına, bizim gəncimiz mömindir; bugünkü mömin gənc inqilabın ilk dövründəki - otuz il, iyirmi beş il öncəki mömin gəncdən öndə olmasa da, geridə deyil. Məcburi müharibənin yandırıcı sobası və möhtəşəm təcrübəsi istedadların aşkara çıxması üçün bir fürsət idi. O, hansı dəyərli və istedadlı nəslin qarşısına çıxsa, möcüzə yaradacaq.


Mənəvi heybət

Bu gün siz başqa sahədəsiniz; elm sahəsində, öz quruculuğunuz, ölkə quruculuğu və müdafiə üçün hazırlıq inkişafı sahəsində. Düşmənlər - yalnız İran xalqının yox, bütün xalqların, insaniyyətin və fəzilətin düşməni olan hegemon supergüclər çox zaman qeyzlə yaşayırlar, qorxutmaqla işlərini irəliyə aparırlar, öz heybətlərini xalqlara sırıyır, bununla onları səhnədən qovurlar. Supergüclərin heybətindən qorxmayın. Sizin onların qəlbində olan mənəvi heybətiniz daha çoxdur. Siz öz imanınıza, hazırlığınıza, elminizə, ağlınıza, ağıllı və idarəçi düşüncənizə arxalandıqda, inqilabın ürəyindən qalxmış böyük dəyərləri qiymətləndirib onlara etina etdikdə və onlarla öz imanınızı qoruduqda bütün xalqların gözündə elə ucalırsınız ki, onların avam xalqların qəlbindəki əzəmətindən çox olur. Bu gün düşmənlər bilirlər ki, İran xalqı mömin gənclərlə, iradəli kişilərlə, dəyərlərə sədaqəti ilə fəxr edən məmurlarla və rəsmi şəxslərlə - belə dəyərli sərvətlərlə heç bir qeyzdən, heç bir zəhmdən qorxmur. Bunu bilirlər.

Siz böyük və şərəfli mühafizəçilik geyimində düşmənin qəlbində olan bu inamı daha da artırın, özünüzü mənəvi baxımdan islah edin. Allah bəndəliyi və Allah qarşısında kiçilmək insanın heç bir hegemon qarşısında kiçilməməsinə bais olur. İlahi qorxunu, ilahi izzəti dərk edən ürək özündə elə ucalıq hiss edir ki, ən böyük güclər də onun qarşısında duruş gətirə bilmirlər. Öz bəndəliyinizi günbəgün artırın.

İlahi! Bu əziz gəncləri, İslam döyüşçülərini, silahlı qüvvələri, ordunu, Korpusu, polisləri, Bəsici və bu mömin təşkilatları Sənin özünə tapşırıram.

İlahi! Öz lütf və bərəkətlərini onlara nazil et!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə