Vilayət bağçası yeddİncİ cİld


Gənclər, elm və azad kürsülər38



Yüklə 0,79 Mb.
səhifə19/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   13   14   15   16   17   18   19   20   21

Gənclər, elm və azad kürsülər38

Bismillahir-Rəhmanir-Rəhim.


Bizim siz əzizlərlə bugünkü məclisimiz həmişə olduğu kimi, yenə də mənim üçün çox şirin və ümidverici bir məclis idi. Həqiqətən, ölkənin əsas ümid nöqtəsi ali təhsilli və elmli gənclər, xüsusən də öhdəlik və məsuliyyət hissinə malik elmli gənclərdir. Siz əziz qardaş və bacılarla, əziz övladlarımla görüş bu ümidi təkcə mənim yox, bütün məmurların və hətta ölkə miqyasında hamının qəlbində gücləndirir.
Gələcək üfüqləri təsvir etməyin zəruriliyi

Əziz gənclərin biri dedi: "Fəaliyyətlər gələcək ehtiyaclar əsasında olmalıdır. Bu gələcəyi, bu ehtiyacları təsvir edin". Yaxud eyni sahədə başqa bir əziz gənc dedi ki, hərəkət istiqamətimizi özümüz müəyyənləşdirək, digərlərinin - qərblilərin təsvir etdiyi hərəkət istiqamətini və onların krossvordlarını dolduran olmayaq; görək nəyə ehtiyacımız var və onu təmin edək. Bu sözlər çox böyük, çox mühüm sözlərdir. Bunlar elə sözlərdir ki, hər bir ayıq, mütəfəkkir, qayğıkeş və öhdəlikli insan ölkənin elmi hərəkətinə ümumi şəkildə baxdıqda bunları dərk edir. Lakin dərk təklikdə kifayət etmir, mühüm məsələ onun əsasında proqram hazırlamaqdır.

Mən bu fikirləri sizdən eşidəndə daha çox ümidlənir və əmin oluram ki, bu cəmiyyət, bu quruluş, bu toplum bu nəzərəçarpan maddi, mənəvi, elmi və əxlaqi hərəkətlə şübhəsiz, öz məqsədlərinə çatacaq və İslam Respublikası quruluşu qorunacaq. Məhz buna görə də qorunmuşdur.
İran quruluşu və dünyanın kəşfiyyat-təbliğat qüvvələri

Burada son hadisələrə toxundular. Bu sahədə söz çoxdur. Elə bilməyin ki, radio və televiziyanın dediyi sözlər bütün sözlərdir. Siz gənclər Allaha şükür ki, ayıq, istedadlısınız, tədricən çoxlu həqiqətlər sizə aydınlaşacaq. Mən görürəm ki, son siyasi hadisələrdə və bu otuz ilin bütün hadisələrində İslam Respublikası tədricən toxunulmaz, zirehli bir dövlətə çevrilmişdir. Zarafat deyil, siz dünyanın müxtəlif kəşfiyyat və təbliğat şəbəkələrinin gücünə əhəmiyyətsiz yanaşmayın. Siz Hollivuda əhəmiyyətsiz baxmayın. Xanımların birinin dediyi kimi, Qərbdə incəsənətin təsir gücünə və Qərb dünyasında təbliğat hərflərinin çox dəqiq düzülüşünə əhəmiyyətsiz yanaşmayın. Bütün bu böyük qüvvələr, üstəgəl tükənməz sərvət, böyük siyasi və təbliğat maşınları İslam Respublikasının canına düşdülər. Siz bu gün dünyada bu şəkildə hücumların hədəfinə çevrilmiş başqa bir ölkə tapa bilməzsiniz. İslam Respublikası isə müqavimət göstərməkdədir. Bu, zarafatdır?! Bu yeddiqaynaqlı, möhkəm və toxunulmaz varlıq müqavimət göstərməkdədir. Bu, kiçik iş deyil. Bizim bu əziz gənclərimiz bunu bilsinlər. Elə bilməyin ki, mən bu sözləri eşidəndə narahat oluram. Xeyr, mən bu sözlərin deyilməməsindən narahat oluram.


Təxribatı anlamaqda uzaqgörənlik

Mən tələbə və universitet məclislərində hərdən görürəm ki, bəziləri nəyəsə görə - ya hörmət məqsədilə, ya hər hansı səbəbdən mənim xoşuma gəlməyəcəyini düşünüb bəzi sözləri demirlər. Mən onların deyilməməsindən narahat oluram, deyilməsindən əsla narahat olmuram. Kaş fürsət olaydı, deyiləydi, o zaman insan kitabın bağlanmış vərəqlərini açaydı və çoxlu həqiqətlər aydın olaydı. Gələcəkdə şübhəsiz ki, bu işlər görüləcək. Bu ölkəyə qarşı təxribat xəyal deyil, bir həqiqətdir; hər tərəfdə təxribat aparılır, ölkə daxilindəki əsas təxribatçı şəxsin özünün isə ümumiyyətlə, bilməməsi də mümkündür.

Bunu dərk etmək də zəka istəyir. Bəzilərində bu zəka yoxdur. Biz insanları sınadıq; kimin sazına rəqs etdiklərini anlamırlar. Lakin bu, reallığı dəyişdirmir; onlar istər bilsinlər, istər bilməsinlər, istər anlasınlar, istər anlamasınlar, hər halda, bu təxribatlar var.
Çatışmazlıqları aradan qaldırmağın yolu

Biz çatışmazlıqları inkar etmirik. Mən çatışmazlıqları tənqidçilərin çoxundan yaxşı bilirəm. Lakin onların aradan qaldırılmasının yolu güman edilən yollar deyil ki, çıxıb elan verək. Xeyr, çoxlu məsələlər elanla, sözlə düzəlmir, işlə düzəlir. Söz və təbliğat ajiotajı problemlərin həllinə heç bir kömək etmir; necə ki, gördünüz. Seçki təbliğatı seçkilərin başlanmasından bir ay, yaxud iyirmi gün öncədən başlayır, lakin novruz bayramından öncədən seçki təbliğatı başlandı. Bəzi dostların tənqid etdiyi televiziya da təəssüf ki, işıqlandırdı. Mən razı deyildim. Siz bunu da güman etməyin ki, Teleradio Verilişləri Şirkətinin rəisini mən təyin etidiyimdən onun bütün proqramlarını bir-bir gətirirlər və mən baxıb imzalayıram. Xeyr, mən radio və televiziyanın çoxlu proqramlarından razı deyiləm. O cümlədən, seçkilərdən üç ay öncədən, - seçkilər 22 xordadda (12 iyunda) idi - isfənd (fevral-mart) ayından, hətta ondan da tez başlayan bəzi təbliğat səfərləri, danışılan sözlər, keçirilən tədbir və mübahisələr televiziyadan yayımlandı. Təəssüf ki, televiziya azadfikirli olduğunu göstərmək üçün onları yayımladı. Bunlar xəyal, ölkə daxilində ajiotaj yaratmaqdır.


Azad diskussiyaların zəruriliyi

Düşüncə ajiotajı düzgün mübahisələrdən fərqli bir şeydir. Mən dedim ki, universitetlərdə azad diskussiyalar təşkil edin. Siz gənclər nə üçün təşkil etmədiniz? Tehran, Şərif, Əmir Kəbir universitetlərində azad siyasi, etiqadi debatlar keçirin. Bir neçə tələbə orada sözlərini danışsınlar, bir-birinin sözünü tənqid etsinlər, bir-biri ilə mübahisə etsinlər. Həqiqət orada özünü göstərəcək. Həqiqət birinin bir tənqidi tullaması ilə aşkarlanmır, düzgün anlaşılmır. Deyişmələrlə gərgin fikir mühiti yaratmaq ölkənin inkişafına heç bir kömək etmir. Siz bu sahədə bu qoca atanızın təcrübəsinə inanın. Ölkənin inkişafına kömək edən amil düşüncələrin həqiqi azadlığıdır; yəni azad şəkildə düşünmək, azad şəkildə sözünü demək, hay-küydən qorxmamaq, onun-bunun həvəsləndirməsinə də baxmamaq. Bir zaman siz elə bir söz danışırsınız ki, dünyanın bütünlüklə çirkinlik və xəbislikdən ibarət siyasi müşahidəçilərinin hamısının birdən-birə sizə əl çaldığını görürsünüz. Bununla həvəslənməyin, düzgün, məntiqli mübahisə edin, bir sözü dinləyib bir sözü deyin, sonra oturub fikirləşin. Bu, Quranın göstərişidir: "Sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyan bəndələrimə müjdə ver!"39 Sözü eşidib ən yaxşısını seçmək lazımdır. Ajiotaj yaratmağın nəticəsi isə gördüyünüz kimi olur. Seçkilərdən öncəki və sonrakı ajiotajın nəticəsi budur; xüsusən də əcnəbi əli müdaxilə etdikdə. Siz hansı dəlil və izahla düşünürsünüz ki, dünyanın təbliğat maşınları İslam Respublikası quruluşunun zərərinə olduğunu düşündükləri hadisələri anbaan nəşr edir və yayırlar?! Bu iş hansı hesabla baş verir?! Bunu düşünmək lazım deyil?! Bunun üzərində araşdırma aparmaq lazım deyil?! Diqqət yetirməsi vacib məsələlər bunlardır.


Düşüncələrin dərinliyi və ölkələrin mədəniyyətində inkişaf

Hər halda, ölkə irəliləməkdədir. Buna şübhəniz olmasın. Keçmiş proqramların da şübhəsiz, nöqsanları olmuşdur. Lakin bütün müsbət və mənfi cəhətlərin yekun nəticəsi bu gün sizin müşahidə etdiyinizdir. Bizim gənclərimiz elmi, siyasi görüş, dini təfəkkürlərin düşüncələrə nüfuzu baxımından irəliləmişlər. Bu gün bizim gənclərimizin burada mənəviyyat, din, qərblilərin proqnoz və proqramlarına könül verməmək və müstəqillik barədə dedikləri sözlər bir az öncə ziyalıların dəyərli sözlərindən idi. Onlar düşünürdülər ki, bu sözləri deməli, yaxud anlamalıdırlar. Amma bu gün bizim cəmiyyətimizdə geniş yayılmış mədəniyyət olmuşdur. Bu, inkişaf deyil?! Biz inkişaf etməkdəyik. Təbii ki, düşmənimiz və maneələr çoxdur. Əgər maneə olmasaydı, biz belə peşəkar olmazdıq, İslam cəmiyyəti və İslam Respublikası belə bişməzdi. Maneə vardır. Düz yerdə yol getmək əzələləri gücləndirmir, dağa çıxmaq, maneələrdən qalxmaq lazımdır. Bizim cəmiyyətimiz bu işi görmüş, bu yolu getmişdir, yenə də gedəcək. Siz bilin ki, bugünkü gənc nəslin önünü kəsmək mümkün deyil.


Ölkənin inkişaf və iqtidarının sirri

Mən burada sizə tövsiyə edirəm: Bir ölkənin qüdrətli inkişaf sirri, yəni iqtidarı üçün əsas amil elmdir. İslam Respublikası əleyhinə olan bugünkü təxribatların bir çoxunun hədəfi elm, elm adamı, tələbələr və elm ocaqlarıdır. Bunu diqqətdə saxlayın, bu oxun düşmənin seçdiyi hədəfə dəyməsinə qoymayın, elmi işin dayanmasına imkan verməyin. Danışılan bütün bu sözlərdən ən mühümü elm və tədqiqat məsələsidir. Qərb dünyasının sərvəti, qüdrəti, bu gün etdiyi hegemonluğu elmə görədir. Pul öz-özlüyündə iqtidar gətirmir, iqtidar amili bilikdir. Əgər bu gün ABŞ özünün elmi inkişafına malik olmasaydı, dünyada belə hegemonluq edə və bütün işlərə qarışa bilməzdi. Sərvət də elmdən yaranır. Elmə əhəmiyyətli yanaşın. Mənim illərdir elm, tədqiqat, inkişaf, yenilik və elmin indiki sərhədlərini aşmaq üzərində təkidim bundan ötrüdür. Müxtəlif elmlər olmadan ölkənin iqtidarı mümkün olan deyil. Elm qüdrət amilidir.


Elm – qüdrət və mühafizə

Dedilər ki, İranın nüvə mərkəzlərini bombalayın. Dünyanın yüksək rütbəli məmurlarından biri - indi adını çəkmək istəmirəm, hamı bilir, bəlkə də bilirsiniz, hər yerdə yayımlanıb; mən bəzilərinin adını çəkməyi sevmirəm - dedi ki, elmi bombalamaq olmaz. Doğru deyir, haqlıdır. Dedikləri bütün səhv sözlərə rəğmən, bu sözləri düzgündür. Tutaq ki, Nətənzi bombaladınız, İsfahan zavodunu bombaladınız, elmi necə bombalayacaqsınız?! Baxın, elm mühafizə yaradır, qüdrət yaradır. Ehtiyatlı olun ki, sizin universitetinizdə, sinfinizdə, tədqiqat mərkəzinizdə, araşdırma işinizdə əngəl yaratmasınlar. Kimin əngəl yaratdığını görsəniz, ona bədbin olun. Sizin iqtidarınızı, gələcəyinizi hədəf seçmişlər.


Elm və incəsənət müstəqilliyi

İndi mənim xüsusən siz gənclərə çoxlu sözüm var. Sənət adamı olan bu xanımın dediyi məsələ çox mühüm məsələdir. Bəzi şəxslər gedib Qərb bazarlarının məsələn, rəsm əsərinə ehtiyacını öyrənir, sonra buraya gəlib maliyyə yardımı alır və bizim rəssamımızı o ehtiyacı təmin etməyə sövq edirlər. Film sahəsində də eynilə belədir. Onların istəyi istiqamətində olan filmləri festivallara namizəd edirlər. Bizim elmi işimizdə, ISI-də çap olunan məqalədə, sizin tədqiqat mərkəzində işlədiyiniz tədqiqat mövzusunda da eynilə belədir. Bu gün təəssüf ki, geniş yayılmış Avropa sözü ilə desək, sponsorlar müxtəlif sahələrə maliyyə köməkləri, maddi yardım və ianələr ayırır və o istiqamətdə iş gördürürlər. Buna diqqət yetirin. Ölkənin elmi müstəqilliyinə lazım olanlardan biri budur: elmi hərəkət, incəsənət hərəkəti və təbii ki, siyasi hərəkət müstəqilliyi. Bəzi siyasi hərəkətlər də belədir.


Yüksək istedad nemətinin şükrü

Sizdə olan yüksək istedad neməti böyük bir nemətdir. Sağlamlıq və həyat nemətləri kimi onun üçün də şükür etmək lazımdır. Nemətlər Allahdandır, bu nemətlərin şükrünü etməlisiniz. Bu tövsiyəni yadda saxlayın. Biz çoxlu nemətləri tanımırıq, əlimizdən çıxanda tanıyırıq. Gənclik nemətdir; insan qocaldıqda onun necə böyük nemət olduğunu daha yaxşı anlayır. Yüksək istedad böyük nemətdir. Bu nemətin şükrünü etmək lazımdır. Şükrün isə üç hissəsi var: biri neməti tanımaq, nemətdən xəbərsiz olmamaqdır, ikincisi onun Allahdan gəldiyini və ilahi hədiyyə olduğunu bilmək, üçüncüsü isə düzgün yolda işlətməkdir. Yaxşı istedad nemətini düzgün istiqamətdə işlətmək lazımdır. Bu, insanda öz cəmiyyətinə, ölkəsinin gələcəyinə qarşı öhdəlik, məsuliyyət ruhu oyadan amildir. Bu nemətin şükrü belədir. İnsan özünü cəmiyyətdən ayrı bir ada hesab etməməlidir ki, bir imkana və bir mənəvi sərvətə nail olduğunu düşünsün, bunu maddi və şəxsi sərvətə çevirsin. Belə deyil. Bunu ölkənin gələcəyinə sərf etməlidir.


Məmurlara tövsiyə

Məmurlara da bir tövsiyə verim. Bu da ilk növbədə şükürdür; elmi istedadlar nemətinin şükrü. Burada da şükrün sözügedən üç hissəsi var. Əvvəl elmi nümunələri tanıyaq, sonra bilək ki, bu nümunələr ilahi nemətlərdir, bunu bizə və dövlətimizə Allah verib və sonra bu dəyərli, möhtərəm və əziz istedadlardan düzgün yollarda istifadə edək.


Həqiqətləri bəyan etməkdə sənətkarlıq

İndi isə bu əziz gəncimizin dediyi bir neçə cümlə barədə danışmaq istəyirəm. Qeyd etdiyimiz kimi, söz çoxdur. Bir qurumun, yaxud bir şəxsin insafsızlığını tənqid edərkən özümüz də insafsızlığa yol verməməliyik. Buna diqqət yetirək. Radio və televiziya ölkənin real vəziyyətini tam nümayiş etdirmir, yarımçıq göstərir. Radio və televiziya çoxlu dəyərli və böyük inkişafları göstərmir. Dəlili də budur ki, müxtəlif hadisələrlə əlaqədə olan sizlər ölkənin çoxlu həqiqətlərindən, inkişaflarından xəbərdar deyilsiniz. Bu bizim radio və televiziyamızın nöqsanıdır. Əgər ölkə reallıqlarını düzgün əks etdirə bilsəydi, bu gün gənc nəslin ölkəsinə, dininə və İslam Respublikası quruluşuna ümidi və vurğunluğu indikindən dəfələrlə artıq olardı. Bu bizim radio və televiziyaya bildirdiyimiz iraddır. Əgər ölkənin vəziyyətini düzgün əks etdirə bilsəydi, tamaşaçıların həvəsi və sevinci bu gün olandan dəfələrlə artıq olardı. Sevincə və razılığa səbəb olan çoxlu işlər görülməkdədir. Yalnız elmi sahələrdə yox, ictimai və siyasi sahələrdə də belədir, başucalığına səbəbdir. Bunu çoxları - yəni əksəriyyət bilmir. Mənim çox vaxt dövlət məmurlarına etirazım budur ki, siz nə üçün bəyan edə bilmirsiniz. Bəyan etmək də bir məharətdir. Xüsusən sənətkarcasına bəyan etmək böyük hünərdir. Bunu bacarmırlar.


Sözdə və əməldə insaf

Bizim adətən, bəzilərinə etirazlarımızdan biri budur ki, əcnəbinin sözünü qəbul edir, doğmanın dediyinə isə tərəddüdlə yanaşırlar. Nə üçün? Bu, sağlam yanaşma deyil. Bunu islah etmək lazımdır. Siz yaxşı gənclər inşallah, gəlib müxtəlif vəzifələri tutun və ölkənin təbliğat işini idarə edin. Bizim mətbuatımız da belədir. Mən hər gün adətən, təxminən 16-17 qəzetə baxıram. Bütün səhifələrinə baxmıram, lakin manşetlərə və mühüm baş məqalələrə baxıram. Bizim qəzetlərimizin çoxu təəssüf ki, hadisələri işıqlandırmaqda zəifdirlər, məsələləri əhəmiyyət baxımından dərəcələrə bölməkdə insafsızlıq edirlər. Bu son məsələləri birinci-ikinci dərəcələrə bölmək lazımdır. Birinci dərəcəli və onun kənarında ikinci dərəcəli məsələlər var. Bu o demək deyil ki, ikinci dərəcəli məsələlərin əhəmiyyəti azdır. Xeyr, az deyil, amma birinci dərəcəli məsələnin əhəmiyyəti daha artıqdır. Son hadisələrdə birinci dərəcəli məsələ seçkilərin özü idi. Seçkiləri sual altına salmaq ən böyük cinayətdir. Siz nə üçün bu cinayətə göz yumursunuz?! Bu qədər zəhmət çəkilir, xalq gəlib belə möhtəşəm formada iştirak edir, dünyanın bu qədər iddia etdiyi demokratiyada rekordu yeniləyir. Sonra seçkilərin ertəsi günü bir qrup adam dəlilsiz-filansız deyir ki, seçkilər saxtadır. Bu, kiçik işdir?! Bu, kiçik cinayətdir?! Bu məsələlərdə bir qədər insaflı olmaq lazımdır. Düşmən də bundan maksimum istifadə etdi. Ölkə daxilində də əvvəldən İslam Respublikası quruluşu ilə müvafiq olmayan bir qrup var; bu günün-dünənin məsələsi deyil, otuz ildir müvafiq deyillər. Onlar bu fürsətdən istifadə etdilər. Gördülər ki, quruluşun özünə bağlı və quruluşun özündən olan qüvvələr belə meydan sulayırlar. Onlar da fürsəti fövtə vermədilər, ortaya çıxdılar və gördünüz. Mən birinci gün bunu bu hadisələrin rejissorları olan həzrətlərə xəbər verdim. Mən ilk saatlarda onlara xüsusi xəbər yolladım. Mən cümə namazında bir söz deyirəmsə, bu, birinci dəfəsi deyil; xüsusi tərzdə deyilir, xüsusi mesaj göndərilir, lazımi nəsihət edilir, çarəsiz qaldıqda isə aşkarda söylənir. Mən xəbər göndərib dedim ki, bunu siz başlayırsınız, lakin sona qədər nəzarətdə saxlaya bilməyəcəksiniz, digərləri sui-istifadə edəcəklər. İndi gördünüz ki, gəldilər və sui-istifadə etdilər. “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarları üzərindən xətt çəkdilər. Bunun mənası nədir? Siyasətə qoşulan şəxs mahir bir şahmatçı kimi hər bir gediş etdikdə ondan sonrakı üç-dörd gedişi öncədən görməlidir. Bir gediş edərkən rəqibin hansı gediş edəcəyini düşünməlisən. Əgər ikinci gedişdə aciz qalacaqsansa, bu gün bu gedişi etmə. Əgər etsən, naşısan; yaxşı ifadəsi budur: bu işdə, bu oyunda, bu gedişdə naşısan, nabələdsən. Bunlar nə etdiklərini anlamırlar. Bir gediş edirlər və diqqət yetirmirlər ki, sonrakı gedişlərdə necə aciz qalacaq, mat olacaqlar. Bunları hesablamalı idilər. Əsas məsələ bu idi: seçkilərin sual altına salınması, heç bir pis niyyəti olmadan seçkilərə qoşulan və əqidəsinə uyğun olaraq çox yaxşı rəftar edən xalqın bir hissəsini dövlətlə, ölkənin ümumi hərəkəti ilə üz-üzə qoymaq. Bunlar kiçik işlər deyil. Əgər siz insaflısınızsa, ikinci dərəcəli hərəkət və hadisələri də görün, əhəmiyyətini nəzərə alın, lakin bunun daha mühüm olmasını diqqətdən qaçırmayın.

Sizinlə belə məclislərdə elm, mənəviyyat və nəsihətdən başqa bir mövzuda danışmağa və siyasi məsələlərə toxunmağa heyfim gəlir. Amma indi bir qədər məcbur oldum. Həm də dedilər ki, rəhbəri tənqid etmirlər. Siz gedin deyin tənqid etsinlər. Biz demədik ki, kimsə bizi tənqid etməsin. Bizim etirazımız yoxdur. Mən tənqidi yaxşı qarşılayıram. Təbii ki, tənqid də edirlər. İndi daha bunun izahının yeri deyil. Tənqid var və az da deyil, çoxdur. Mən də alır və tənqidləri anlayıram.

Ümidvarıq Allah-Taala bizim hamımızı Onun razılığı olan, razılığını təmin edən istiqamətə yönəltsin və hamınızın gələcəyini keçmişinizdən yaxşı etsin! Sizi ölkənizin başucalığına səbəbkar etsin! Siz gəncsiniz və o günü görəcəksiniz. İnşallah, bizi də yaxşı adla yad edəcəksiniz və ölkəniz qüdrətin zirvəsinə çatacaq.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə