Vilayət bağçası yeddİncİ cİld


Universitetlər, inkişaf və ədalət8



Yüklə 0,79 Mb.
səhifə7/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   2   3   4   5   6   7   8   9   10   ...   21

Universitetlər, inkişaf və ədalət8

Bismillahir-Rəhmanir-Rəhim.


Bu gün bizim hüseyniyyəmizdə ağıl və təfəkkürlü gənclik enerjisini təlatümə gətirən siz gənc dostlara çox təşəkkür edirik. Ümidvarıq ki, dindarlıq və təqva ruhu ilə yanaşı olduqda ölkələrin bütün mərhələlərdəki problemlərinin açarı olan bu ruhiyyə siz tələbə dostlar və əziz gənclər arasında günbəgün inkişaf etsin.

Dostların burada söylədiyi məsələlər çox yaxşı idi. Mən bəzən buraya gələn, yaxud rastlaşdığım və danışdığım hər hansı məclisdə tələbələrin, gənclərin və digər qrupların sözlərini diqqətlə dinləmək və bəhrələnmək istəyirəm. Sizin bugünkü söhbətləriniz çox məzmunlu və faydalı göründü. Bu həm də bizə tələbə zehniyyətindən, məntiqindən orta bir səviyyəni göstərir. Demək istəmirik ki, siz ölkənin bütün tələbələrinin nümayəndələrisiniz, lakin hər halda, görünür ki, problemləri həll etmək üçün təfəkkür, düşüncə, dərk və səyin bu səviyyəsi bu gün bizim universitetimizdə mövcuddur. Bu mənim üçün çox maraqlıdır. Dostlar bəzi məqamlara toxundular. Təbii ki, mənim də qeydlərim var; imkan olsa, dostlara deyəcəyəm. Demək istədiklərimin bəzisi sizin sözlərinizə əsasən deyiləcək. İndi isə sizin dediklərinizə bir nəzər salsaq, pis olmaz.


Yeni nəslin vəzifəsi

Sual olunur ki, yeni nəslin vəzifəsi nədir? Vacib işləri nədir? Kim onları idarə etmək istəyir? Yaxşı suallardır, amma məchul deyil, cavabları məlumdur. İnqilab bir hökumətin yerinə başqasını gətirmək üçün deyil, bəlli bir təfəkkürə əsaslanan bir dövlət və cəmiyyət qurmaq üçün baş verdi. Sözügedən təfəkkür İslam təfəkkürüdür. Bizim iddiamız budur. Bu iddianı sübut da edirik, qətidir. Biz düşünürük ki, insanların səadət yolu peyğəmbərlərin təlimlərindədir. Onların ən idealı İslam təlimləridir. Bəşər peyğəmbərlərin təlimləri olmadan hətta indi mövcud olan həddə maddi inkişafa da nail ola bilməzdi, o ki qala mənəvi inkişafa, mənəvi səadətə və insanın uca ruhani aləmə yüksəlişini təmin edən ruhi aramlığa və dincliyə. İnsanın səadət yolu budur.

Peyğəmbərlərin təfəkkürünün cəmiyyətdə icra olunması üçün uzunmüddətli bir hərəkət lazım idi. Bu inqilab bu məqsədlə yarandı. Məqsəd yalnız İslam hökuməti, İslam quruluşu yox, peyğəmbərlərin təlimlərinin əsas məğzi olan İslam təlimləri əsasında yaşayan və onun təsirlərini hiss edən bir xalq, toplum yaratmaqdır. Bizim məqsədimiz budur. Biz hələ bu məqsədə çatmamışıq. Otuz il ərzində buna çatmaq gözlənilmirdi də. Bu məqsəd çox uzunmüddətli məqsəddir. Bu məqsədə çatmaq üçün çalışmaq və işləmək lazımdır. Sizin vəzifəniz, bu nəslin təyinatı budur. Siz ölkənizi və xalqınızı sözün həqiqi mənasında bir İslam cəmiyyəti sayılan vəziyyətə çatdırmalısınız. Bunu örnək seçin. Bu, uyğun fikrin və uyğun təcrübənin dünyada inkişafı üçün ən böyük vasitədir. Bu, indiki nəslin vəzifəsidir. Bu, təsəvvürdə və nəzəri cəhətdən çətin bir şey deyil. Düzdür, iş olduqca çətin işdir, bunun üçün sözügedən gənc hərəkəti və gənc marağı lazımdır; qeyd etdiyimiz və yenə edəcəyimiz çoxlu cihad fəaliyyəti ilə. Məqsəd budur: biz İslam ölkəsi istəyirik. İslam ölkəsi qurulduqda mənası odur ki, insanların dünyası abadlaşacaq, amma maddi quruluşlarda mövcud olan abadlıq mənasında yox.
İslam quruluşu ilə maddi quruluşun fərqi

Maddi quruluşlarda abadlıq var, maddi inkişaf yaxşıdır, lakin həmin inkişafda ədalətli baxış yoxdur. Siz görürsünüz ki, ABŞ kimi sərvətli bir ölkədə dünyanın ən sərvətli adamı da var, ən yoxsulu da; soyuqdan ölür, istidən ölür, aclıqdan ölür. Orada yaşayan orta təbəqə gün ərzində iki növbədə var gücləri ilə işləməsələr, qarınlarını doyura bilməzlər. Bu, bəşəriyyətə, cəmiyyətə xoşbəxtlik deyil. Bəli, ümumi daxili məhsula baxsanız, başqa bir ölkədən on dəfə artıqdir, amma bu, dəlil deyil. Yəni hətta maddi imkanlarda da ədalət yoxdur, hamı bəhrələnmir, o ki qala mənəvi imkanlarda; psixoloji aramlıq yoxdur, Allaha diqqət yoxdur, təqva və iman yoxdur, iffət və paklıq yoxdur, bağış və əfv yoxdur, Allah bəndələrinə rəhm və yardım yoxdur, yoxdur və yoxdur. Bu, İslam ölkəsinin və İslam cəmiyyətinin istədiyi inkişaf deyil. Bizim İslam cəmiyyəti üçün istədiyimiz xoşbəxtlik və imkanlar yalnız sizin burada gördüyünüz deyil, maddi və mənəvi bəhrələrdir; yəni yoxsulluq olmasın, ədalət, təqva, əxlaq, mənəviyyat və iman olsun. Bu, bizim çatmalı olduğumuz məqsəddir. Dostların biri deyirdi ki, bu dəlillərə görə tələbə hərəkatının gələcəyi qaranlıqdır. Mən deyirəm ki, əsla heç bir qaranlıq yoxdur. Təsadüfən, bu sözü deyən həmin qardaş tələbə hərəkatının vəzifələrini və görməli olduğu işləri sayırdı. Yaxşı, daha nə qaranlıq?! Həmin məqsədlərlə bu işləri görməlisiniz.


Prinsiplərə riayət etməklə düşüncə yürütmək

İşlərdən biri prinsipləri müəyyən etməkdir. Bizim yayınmamalı olduğumuz prinsiplər var. Yəni fikir və düşüncə yürütmək adı ilə prinsiplərdən yayınmaq olmaz. Prinsiplər düzgün yolun meyarlarıdır. Prinsipləri divarlara bənzədib insanın bu divarlar arasında hərəkət etməli olduğunu düşünmək səhvdir. Xeyr, prinsiplər meyardır. İnsanı məqsədə çatdıran düzgün bir yol var. Bu düzgün yolu tanımaq, öyrənmək lazımdır. Heç kəs düzgün yol çərçivəsində həbs olunmayıb. Heç kəs düzgün yolu getməyə məcbur deyil. Bu prinsiplər heç kəsi məcbur və məhdud etmir. Bu prinsiplər insanı yönəldir, ona deyir ki, əgər bu prinsiplərə uyğun hərəkət etsən, o ideal nəticəyə çatacaqsan; əgər bu prinsiplərdən yayınsan, məqsədə çatmayacaqsan. Yolu səhv getməyin eybi budur. Səhv getməyin iki eybi var: bir eybi budur ki, insan mənzil başına çatmır, digər eyib budur ki, insanın vaxtı tələf olur, fürsətlər əldən çıxır.


Cəmiyyəti azdıranların günahı

Son 100-150 ildə ölkəmizdə islahat, inkişaf və tərəqqi iddiası edib bizi doğrudan da səhv yola çəkənlər bu böyük günahı etdilər. Biz bu 150 ildə həm məqsədə çatmadıq və geri qaldıq, həm də vaxtımız tələf oldu. Ardıcıl bir neçə nəsil gəlib tələf oldu, bu biyabanda sərgərdan qaldı, nəticə hasil olmadı. Nəhayət, bir nəsil səhv etdiyini gördü və qayıdıb yenidən hərəkətə başladı. Cəmiyyətləri səhv yola çəkənlərin günahı budur ki, onların vaxtlarını, ömürlərini və fürsətlərini tələf edirlər.

Bir zaman bizim cəmiyyətimizə inkişafın qərbliləri yamsılamaqda olduğunu başa salmışdılar; özü də elm öyrənməkdə yamsılamaq yox, zahiri işlərdə yamsılamaq: qadınlarımız hicabsız olsunlar, kişilərimiz filan cür papaq qoyub, filan cür paltar geyinsinlər. Bilirsiniz ki, bir zaman ölkəmizdə Pəhləvi papağı adlı xüsusi bir papağı qoymaq icbari oldu. Bu papaqdan qoymayan cihayətkar sayılırdı. Sonra bir addım irəliyə gedib dedilər ki, ya Pəhləvi papağı, ya da şlyapa. Çünki qərblilər - avropalılar şlyapa qoyurdular. Qərbdən gəlmiş vahid geyim formasının yayılmasından ötrü ölkədə geyilən müxtəlif növ və yerli paltarların hamısı qadağan olundu. Nə üçün? “İnkişaf” üçün. Ölkənin inkişafını bunda gördülər ki, insanlarımız kostyum geyinsinlər, qalstuk bağlasınlar, qadınlarımız hicabsız olsunlar, qərblilərin adət-ənənələrini öyrənsinlər. Görün bu, bir ölkə üçün nə qədər ziyanlı, nə qədər utandırıcıdır! O zaman isə nəinki xəcalət çəkmir, üstəlik fəxr edir və uca səslə fəryad qoparırdılar. Bu, səhv yoldur, yanlış inkişaf nüsxəsidir. Prinsiplər bu səhvlərin qarşıya çıxmaması üçündür.
Etiraz və açıqlıq

Dostların biri açıq etirazlar bildirdi. Tələbənin xüsusiyyəti də budur. Bəzi şəxslərə və qurumlara etiraz etdi. O etirazlar haqlı da ola bilər, haqsız da. Mən bu barədə mühakimə yürütmək istəmirəm. Tələbənin öz sözünü açıq-aşkar deməsi və siyasətbazlıq etməməsi yaxşı haldır. Tələbənin ən pis eybi budur ki, mühafizəkar olsun, sözünü xəyali məsləhət və mövqeyi nəzərə alaraq desin. Xeyr, tələbə sözünü açıq deməlidir. Əlbəttə, sözdə bu açıqlığın yanında niyyət sədaqəti və səhv olduğu sübuta yetdikdə səhvi qəbul etmək sürəti də olmalıdır. Sizin kimi gənc, tələbə, səmimi və təmiz birisinin bir siyasətbaz adamla fərqi bunda olmalıdır. Sözünüzü açıq deyin. Dediyinizi ürəkdən söyləyin və səhv olduğu bəlli olsa, sürətlə və asanlıqla geri götürün. Bu mənim fikrimcə, tələbəliyin ən yaxşı meyarlarından biridir.


Rəhbərin təyin etdiklərini tənqid etmək

Bu etirazların biri radio və televiziyaya qarşı idi. Bəziləri deyirlər ki, radio və televiziyanı tənqid etsək, rəhbərin ziddinə danışmış olarıq. Nə üçün? Çünki Teleradionun sədrini rəhbər təyin edir. Əgər həqiqətən, meyar bu olsa, onda gərək heç kəsə etiraz olunmasın. Çünki Ali Məhkəminin sədrini də rəhbər seçir, prezident də seçkilərdən sonra rəhbər tərəfindən təsdiq olunur; deyir ki, təyin etdim. Deməli, heç kəsə etiraz etmək olmaz. Xeyr, əvvəla, radio və televiziyanı rəhbər idarə etmir. Bu, məlum olsun. Radio və televiziyanı onun sədri idarə edir. Rəhbərin də çox yerlərdə etirazları var. Sizin bu etirazlarınızın bəzisi, yaxud çoxu həm də bizim etirazlarımızdır. Güman ki, başqa etirazlar da var. Ola bilsin, özüm sizin qədər televiziya tamaşaçısı, yaxud radio dinləyicisi olmayım, amma mənə çoxlu yerlərdən xəbər çatır, məlumatım çoxdur. Radio və televiziyanın vəziyyətinə etirazlar da edirik, iradlar da bildiririk, bəzən onlarla dalaşırıq da. Hər halda, onların da bəzi zərurətləri var və cavab verirlər. Bəzən cavabları düzgün olur, bəzən səhv. Hər halda, etiraz var və sizin radio və televiziyaya tənqidiniz əsla rəhbərə yönəlmir. Sizin tənqid hüququnuz var. Bunun heç bir eybi yoxdur.


Gənc, inkişaf və ədalət

İndi yadımda olan və qeyd etdiyim məsələlərdən bir cümlə deyim, çünki vaxt yoxdur və azana çox qalmamışdır. Dostların bir neçəsinin qeyd etdiyi kimi, biz İslam Respublikası quruluşunun ömrünün dördüncü onilliyinə daxil olmaqdayıq. Sözsüz ki, ictimai bir quruluş 30-35 yaşında tamamilə gəncdir. Əgər bu quruluşda, xüsusən də vaxtında və yerində daxili hərəkət və yeniliklər olmuşsa, asanlıqla qocalıb əldən düşməyəcək; yüz illər ötdükdən sonra da qocalmaz. Lakin qəti olan budur ki, bu yaşlarında – 30, 35, 40 yaşlarında ictimai bir quruluş hələ gəncdir. Gənc nə deməkdir? Yəni püxtələşmək və möhkəmlənmək üçün təməl sahələrdə hələ çox işə və fəaliyyətə ehtiyacı var.

Biz dedik ki, bu onillikdə məqsəd və şüarımız inkişaf və ədalətdir. Bunu şüar seçək: inkişaf və ədalət. İnkişafı dedim. Məqsəd hərtərəfli inkişafdır; yəni maddi və mənəvi inkişaf. Maddi inkişafı da inkar etmirik. Yəni xalqın məişət məsələsini, iş məsələsini, elmi və texnoloji inkişafları əsla əhəmiyyətsiz saymırıq. Bunlar tamamilə əhəmiyyətlidir və onlarla məşğul olmaq lazımdır ki, yoxsulluq, işsizlik, bahalıq və inflyasiya olmasın. Buna şübhə yoxdur. Amma bununla kifayətlənmirik də. Yəni bunların yanında aydın düşüncə, dərin etiqad, artan və çağlayan maraq, insani və uca islami əxlaq da inkişaf etməlidir.
İnkişafın təhdidləri və yanlış yollar

Qeyd etdiyim kimi, yanlış yollardan qorxmaq lazımdır. Bəzən inkişaf üçün yanlış məsələ və yollar təklif edirlər. Bir nümunəsini dedim; Pəhləvi dövrünün inkişafları kimi. Onların bəzisi həqiqətən, durğunluq, bəzisi gerilik və süqut idi. Onların geniş izahının yeri bu məclis deyil, çünki vaxt yoxdur. O, bir örnəkdir və həqiqətən, yanlış yol idi. Zahiri məsələlərə razı olmağın, qərbliləri meyar seçməyin və onların ardınca hərəkət etməyin nəticəsi Pəhləvi dövrünün 50-60 illik mənfur və qara müddətində görünən olar.

Bu səhv yolların başqa bir nümunəsi bəzən dövrümüzdə də görünən hallardır. Buna diqqət yetirmək lazımdır. Bu nümunədə zahiri məsələlərin adı çəkilmir, iranlı və islamçı kimliyi də birincidə olduğu kimi inkar olunmur. Lakin siyasətçilərdə, cəmiyyətin aparıcı adamlarında bu yarışmanın hərəkət və inkişafına dair ümidsizlik müşahidə olunur. Yəni Qərbə uca və əlçatmaz bir yer kimi baxırlar. Adını da qoyurlar realistlik. Deyirlər ki, reallıq budur, onlar bu gün elmi baxımdan bu qədər öndədirlər, müxtəlif sahələrdə bu qədər inkişaf etmişlər, humanitar elmlərdə, ictimai, siyasi məsələlərdə bu qədər yeni və kreativ nəzəriyyə irəli sürüblər, biz nə vaxt onların tozuna çata bilərik?! Yəni onlarda belə bir hiss mövcuddur. Bu otuz ildə mən dəfələrlə belə insanlarla rastlaşmışam. Onlar ya açıq, ya üstüörtülü şəkildə, ya da dolayısı ilə çatdırırdılar ki, düzdür, biz çalışmalıyıq, amma gərək onların ardınca gedək; biz nəinki onlardan önə keçə, heç tozlarına da çata bilmərik, nə üçün əbəs yerə özünüzü əziyyətə salırsınız?! Bu da səhv yoldur.

Bunun mənası odur ki, bizim xalqımız, müxtəlif Şərq və müsəlman xalqları həmişə Qərbin ardınca hərəkət etməyə, onların daimi şagirdləri olmağa məhkumdurlar, nəinki onlardan önə keçməyə, heç onlara çatmağa da ümid bəsləyə bilməzlər. Bu, çox təhlükəli və səhv fikirdir. Lakin təəssüf ki, bəzi universitet müəllimləri, siyasi mütəfəkkirlər və din natiqləri tərəfindən təbliğ olunur. Bu, uzunmüddətli bəşəri təcrübənin tam ziddinədir.

Məgər Allah-Taala insanların bir qismini belə yaradıbmı həmişə öndə olsunlar?! Hansı tarixi fakt bunu təsdiqləyir?! Məgər bu gün dünyada öndə olanlar bir neçə əsr bundan qabaq bütün sahələrdə dünyanın geriqalmış xalqları deyildilər?! Məgər Avropanın Orta əsrləri tarixin yadından çıxıb?! Mən dəfələrlə demişəm ki, Orta əsrlər cəhalət və zülmət dövrüdür, lakin müsəlman xalqlar üçün yox, Avropa üçün. Adını cəhalət, savadsızlıq, zülmət və yuxu dövrü qoyduqları həmin dövr bizim ölkəmizdə və müsəlman aləmində elm və fəlsəfənin əzəmət və inkişaf dövrü, siyasi inkişaf və iqtidar çağı idi. Bu baxış çox təhlükəlidir. Siz görürsünüz ki, bu gün ölkənizdə elmi inkişaflar var. Xüsusən həmin sahələrdə də bəziləri deyirdilər ki, faydası yoxdur. Lakin müsəlman və iranlı gənc iradə və həvəslə işə başladı, digərlərinə çatdı, bəzi yerlərdə digərlərindən önə də keçdi. Yəni sərf etdiyi zamana nisbətən önə də keçmişdir. Buna əsasən, bu təfəkkür sözügedən yanlış təfəkkürlərdəndir. Əsla ümidsiz baxmaq olmaz. Dinin, İslamın və Quranın insana baxışı belədir: nizam-intizamla, proqramla intensiv çalışmalıdır ki, nəticələrə nail olsun.

Azanın səsi gəlir.

Ümidvarıq Allah-Taala sizə uğur bəxş etsin və siz bu sahədə - tələbə olduğunuz və ölkənizin ən həssas dövrlərdən birində olduğu bu zamanda çox yaxşı imtahan verib ölkənin inkişafına vasitə olasınız!

İlahi! Bu əziz gəncləri Öz lütf, hidayət və himayən sayəsində bu ölkənin dünya və axirət ehtiyatı et! Onları bütün sahələrdə qalib et!

İlahi! Öz mənəvi lütf və bərəkətlərini ramazan ayı münasibətilə bu pak və gənc qəlblərə yağdır və dövrün imamının müqəddəs qəlbini bizim hamımızdan razı sal!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə