Vilayət bağçası yeddİncİ cİld


Universitetlər, yumşaq müharibə və gənclər23



Yüklə 0,79 Mb.
səhifə13/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Universitetlər, yumşaq müharibə və gənclər23

Bismillahir-Rəhmanir-Rəhim.


Məclis bir tələbə və gənc məclisindən gözlənildiyi kimidir. Çıxış edən qardaş və bacıların sözlərində əsaslı, dəqiq və yeni sözlər, düzgün təhlillər vardı. İnsan bütün bu sözlərə ümumi baxanda bunların əsas xüsusiyyətinin paklıq, sədaqət, səmimilik və ali təhsilli, nümunəvi bir gəncdən gözlənilən şəkildə olduğunu görür.

Mənim həm buraya təşrif buyurmuş siz gənclərə, həm də ölkənin tələbə toplumuna çoxlu sözlərim var və demişəm də. Yenə də gücüm çatana və danışa bilənə qədər siz əziz gənclərlə danışacağam. Əminəm ki, bu ölkənin gələcəyini və hətta İslamın və İslam ümmətinin gələcəyini təmin edən amil ölkəmizin gənc tələbə nəslində müşahidə olunan aktivlik, araşdırıcılıq, tələbkarlıq və emosional ruhiyyədir.

Mən indi sual formasında deyilən, yaxud açıqlamanın lazım olduğunu düşündüyüm bəzi məsələlər haqda bir neçə dəqiqə danışacaq, sonra da vaxt olsa və azana düşməsə, nəzərdə tutduğum bir-iki başqa məsələyə toxunacağam.
Quruluşa və xalqa zülm

Bəzi adamlar seçkilərdən sonra baş verənləri, xalqa, İslam quruluşuna qarşı haqsızlığı, digər xalqlar qarşısında bəziləri tərəfindən dövlətə edilən hörmətsizliyi - bunların hamısını görməzdən gəlir, hansısa hadisəni, Kəhrizək zindanında, yaxud Universitet məhəlləsində baş verən hadisəni seçkilərdən sonrakı əsas hadisə hesab edirlər. Bunun özü başqa bir zülmdür. Əsas məsələ başqa məsələdir. Əsas məsələ budur ki, xalq böyük bir hərəkətdə, aktiv, yaxşı və misilsiz bir seçkilərdə iştirak etmiş, səs vermişdir. Səksən beş faiz zarafatdır?! Bu seçkilər son bir-iki ildə bir-birinin ardınca iqtisadi, elmi, siyasi, təhlükəsizlik və beynəlxalq nailiyyətlər qazanmış quruluşu nüfuz və imicin yüksək mərhələsinə çatdırır. Sonra bir də müşahidə edirik ki, bu dəyərli hadisəni kölgədə qoymaq üçün bir hərəkət edilir. Əsas məsələ budur.

Mənim fikrimcə, şəxsi təhlilimə görə, bu məsələ seçkilərdən sonra, yaxud seçkilər ərəfəsində başlanmayıb, öncədən başlanmışdır. Bu, qabaqcadan hazırlanmış və planlaşdırılmışdır. Mən bu işdə olanları əcnəbilərə, ingilislərə, yaxud amerikalılara çalışmaqda ittiham etmirəm. Mən bunu iddia etmirəm, çünki hələ sübut olunmamışdır və sübut olunmayanı deyə bilmərəm. Deyə biləcəyim budur ki, öncülləri bilsələr də, bilməsələr də, bu cərəyan planlaşdırılmış bir cərəyandır və təsadüfi deyil. Bütün əlamətlər göstərir ki, planlaşdırılmış və düşünülmüş idi. Əlbəttə, planlaşdıranlar onun baş tutacağına əmin deyildilər.

Seçkilərdən sonra bəzi işlər görüldükdə Tehran əhalisinin bir qrupu tərəfindən nisbi dəstək də verildi. Onlar ümidvar oldular, həvəsləndilər, istədiklərinin baş tutduğunu düşündülər. Buna görə də, bəlli təşkilatların, media qurumlarının, radioların, internet və peyk vasitələrinin necə fəallaşdığını gördünüz; açıq şəkildə işə girişdilər. Öncə baş tutacağına ümidləri yox idi. Sonra gördülər ki, yox, baş tutdu. Odur ki, sürətlə meydana atıldılar. Lakin xoşbəxtlikdən, həmişəki kimi bu dəfə də İran məsələlərini pis anladılar və İran xalqını tanımadılar. Məğlub oldular, lakin hələ ümidsiz deyillər. Mən sizə deyirəm, əziz tələbələr! Onlar ümidsiz deyillər, hadisələri izləyirlər, bu tezliklə də əl çəkməyəcəklər. Onların rejissorları var və yeni rejissorlar da tapacaqlar.


Tələbə və universitetin sayıqlığı

Universitet sayıq olmalıdır. Mömin və müsəlman, ölkəsini sevən, ölkəsinin və hazırkı nəslin gələcəyini sevən tələbə sayıq olmalıdır. Bilin ki, onlar plan hazırlayırlar. Əlbəttə, məğlub olurlar. Mən sizə deyirəm ki, sonda məğlub olacaqlar. Lakin mənim və sizin ayıq-sayıqlıq dərəcəmiz onların vurduğu ziyanın miqdarına təsir göstərə bilər. Əgər sayıq olsaq, zərər yetirə bilməzlər, əgər diqqətsiz olsaq, hisslərə qapılsaq, düşünmədən hərəkət etsək, yaxud yuxuya qalsaq, sonda uğur qazana bilməsələr də, vurduqları ziyan çox olacaq.


Rəhbərin hökuməti mudafiəsi

Burada irəli sürülən mövzulardan başqa birisi rəhbərin hökuməti, yaxud prezidenti mudafiə etməsidir. Bəli, bu aydın məsələdir; təsadüfən, dostların bir-ikisi də dedi. İndiki hökumətin və möhtərəm prezidentin dünyanın bütün insanları kimi müsbət və mənfi cəhətləri var. Mən müdafiə etdikdə müsbət cəhətləri müdafiə etdim. Bəzi müsbət cəhətlər var, mən onları mudafiə edirəm; kimdə olsa, mudafiə edəcəyəm. Kimsə bu istəyi, bu məqsədi, bu fəaliyyəti və ciddiliyi göstərə və mən öz səlahiyyətim həddində onu mudafiə etməyə bilərəm?! Mən ədalət tələb edən siz tələbələri müdafiə etmirəm?! Əgər rəhbər ədalət tələb edən bir tələbəni mudafiə etsə, mənası odur ki, bəzən o tələbədə olan mənfi cəhətləri də mudafiə edir?! Şübhəsiz ki, yox. Məsələ belədir. Bəzi müsbət cəhətlər var və mən həmin müsbət cəhətləri müdafiə edirəm.


Mövqelərdə məsləhəti ölçmək

Suallardan biri bu idi ki, nə üçün açıq mövqe seçmirsiniz? Çünki açıq mövqe seçmək lazım deyil. Buna nə lüzum var?! Bir məmurda olan mənfi bir cəhətə qarşı açıq mövqe bildirilsə, sizcə, o problemin həllinə nə qədər kömək edər?! Heç bir kömək etməz. Bəzən insan bir şeyi aşkarlamadan əlac etmək istəsə, daha yaxşı əlac edər, nəinki onun üstündə qalmaqal yaratsa. Bəli, bəzən aşkarlamaqdan başqa çarə qalmır. Orada insan açıq deyər. Lakin rəhbər ölkənin icraçı məmurlarında bir eyib görən kimi onu mütləq tribunadan deməli deyil. Xeyr, bəzi qəti məsləhət insanın bir şeyi aşkarlamamasını tələb edir.

Burada deməyin ki, həqiqət, yoxsa məsləhət? Həqiqət və məsləhətin qarşıdurması əsaslı sözlərdən deyil. Məsləhətin (daha mühümü nəzərə almanın) özü də həqiqətlərdən biridir. Belə deyil ki, nəyin üzərində “məsləhət” adı varsa, mənfi bir şey olsun.
Yumşaq muharibədə elmi nümunələrin rolu

Bir məsələni də mən deyim, çünki vaxt ötməkdədir. Baxın, əzizlər! Siz bilirsiniz və çıxışlarınızda da toxundunuz ki, bu gün İslam Respublikası və İslam quruluşu böyük bir müharibə ilə - yümşaq muharibə ilə üz-üzə qalmışdır. Siz gənclər öz söhbətlərinizdə yumşaq müharibə ifadəsini işlətdiniz. Allaha şükür olsun ki, bu məqamlara diqqət yetirirsiniz. Bu bizim üçün çox sevindiricidir. Yumşaq müharibədə kimlər döyüşə girməlidirlər? Birinci növbədə elmi elita. Yəni siz yumşaq mübarizə cəbhəsinin gənc zabitlərisiniz.


Fikir otaqları

Nə iş görməli olduğunuzu, necə etməli olduğunuzu, necə açıqlamalı olduğunuzu mən yazıb deməli deyiləm. Sizin özünüz iclaslarınızda, fikir mərkəzlərinizdə və fikir otaqlarınızda oturub bunların yollarını tapmalısınız. Lakin məqsəd bəllidir. Məqsəd şiddətə, hiyləyə, pula, böyük və mütərəqqi elm və media imkanlarına arxalanan universal bir hücum qarşısında İslam quruluşunu və İslam Respublikasını mudafiə etməkdir. Bu təhlükəli şeytani cərəyanla vuruşmaq lazımdır.


İran inqilabı və hegemonizmin mənafeyi

İslam Respublikasına hücum etmək üçün onların dəlilləri var. Mənim fikrimcə, onların baxışından yanaşsaq, bu dəlillər düzgün dəlillərdir. Coğrafi baxımdan dünyanın çox həssas və böyük bir nöqtəsində - Orta Şərq bölgəsində, Fars körfəzində, Qırmızı dənizdə, Şimali Afrikada və Aralıq dənizinin bir hissəsində İslam ümməti yerləşir. Siz görürsünüz ki, dünyada mövcud olan bu beş-altı həssas və həyati əhəmiyyətli su keçidinin üçü bu regiondadır: Hürmüz boğazı, Süveyş kanalı və Bab əl-Məndəb. Bunlar dünya ticarətinin asılı olduğu mühüm keçidlərdir. Siz dünya xəritəsini önünüzə qoyub baxın. Görəcəksiniz ki, dünyanın ticarət və iqtisadiyyat əlaqələri üçün bu bir neçə mərkəz nə qədər mühümdür. Buna əsasən, bu region həssas regiondur. İndi çox həssas olan bu regionda bir güc meydana çıxır və özünü günbəgün daha artıq göstərir. Bu güc bütün hegemon istəklərə və yer üzündə fəsad törədən nəhəng kompaniya və şəbəkələrə müxalifdir; istismarçı sistemə müxalifdir, istismarçılığa müxalifdir, zülmə müxalifdir. Bu, hegemon qüvvələr üçün çox əhəmiyyətli məsələdir. Hegemon qüvvələr yalnız Amerika Birləşmiş Ştatları, yaxud Amerikanın və ya hansısa Avropa ölkəsinin prezidenti və hökuməti deyil. Hegemon qüvvələr bunlara şamil olan daha möhtəşəm bir şəbəkədir; sionizm şəbəkəsi, qlobal oliqarxiya şəbəkəsidir, dünyanın nəhəng valyuta mərkəzləridir. Dünya siyasətini planlaşdıran bunlardır; hökumətləri bunlar gətirirlər, bunlar aparırlar. Daxilində Amerika Birləşmiş Ştatları hökumətinin, Avropa hökumətlərinin və regionumuzun sərvətli neft sahiblərinin çoxunun olduğu bu birlik inkişaf etməkdə, ucalmaqda və boy atmaqda olan belə bir güclə düşməndirlər. Buna görə onunla mübarizədə bacardıqları hər bir işi görürlər. Bu otuz ildə bekar durmayıblar; nə qədər ötsə də, bekar durmayacaqlar. Yalnız siz çalışdıqda, siz gənclər ölkəni elmi, iqtisadi və təhlükəsizlik baxımından məğlubiyyət imkanının sıfra yaxınlaşdığı nöqtəyə çatdırdığınızda kənara çəkiləcəklər və təxribatlar bitəcək. Mənim bu bir neçə ildə universitetlərdə davamlı olaraq elm, tədqiqat, yenilik, Proqramlaşdırma hərəkatı, sənaye və universitetin əlaqəsi və bu kimi məsələlər üzərində etdiyim təkidlər bundan ötrüdür ki, ölkə və xalqınızın uzunmüddətli təhlükəsizlik şərti elmdir.


Universitetlərin sayıqlığı

Burada sizə deyirəm ki, ehtiyatlı olun, universitet bu kiçik və dəyərsiz siyasi hadisələrin təsiri altına düşməsin, elmi işi zəifləməsin, bizim laboratoriyalarımıza, siniflərimizə, tədqiqat mərkəzlərimizə ziyan toxunmasın. Diqqətinizi toplayın. Yəni sizin qarşınızdakı mühüm məsələlərdən biri universitetlərin elmi hərəkətini qorumaqdır. Düşmənlər çox istəyirdilər ki, bizim universitetlərimiz ən azı bir müddət tətil olsun, iğtişaşa və müxtəlif ziyanlara uğrasın. Bu həm siyasi, həm də uzunmüddətli iş baxımından onlar üçün ideal bir məsələdir. Çünki sizin elminiz uzunmüddətli iş baxımından onların zərərinədir. Buna görə elmdən uzaqlaşmağınızı istəyirlər.


Yumşaq müharibənin zabitləri

Dedik ki, siz gənclər yumşaq müharibədə gənc zabitlərsiniz. Məndən soruşmayın ki, indiki zirar məscidini uçurmaqda biz tələbələrin rolu nədir. Özünüz axtarıb tapın; həmçinin yeni nifaqla mübarizə üsulunu və ya ədalətin tərifini. Mən gəlib burada oturub fəlsəfi bir mövzu açım ki, ədalətin bir neçə şaxəsi var, filan. Məzəli olan budur ki, o deyir bir cümlədə bəyan edin. Məşhurdur ki, Şeyx Ənsarinin dövründə bir nəfər oğlunu Nəcəfə gətirmişdi. Gördü tələbələr dərs oxuyub molla olurlar, müəllimləri də Şeyx Ənsari kimi böyük bir şəxsdir. O da həvəslənib Şeyx Ənsarinin yanına gəldi, dedi ki, ey şeyximiz, mən bu yeniyetməni gətirmişəm, xahiş edirəm sabah qayıdana qədər onu müctəhid edin.


Yumşaq muharibənin şərtlərindən biri: ümid

Mənim əzizlərim! Bu yumşaq maharibə cəbhəsində sizin düzgün fəaliyyətinizin əsas şərtlərindən biri nikbin və ümidli baxışdır. Baxışınız nikbin olsun. Baxın, mən sizin bəziləriniz üçün babanız yerindəyəm, ancaq gələcəyə baxışım yaxşıdır. Bu, xəyalpərəstlik deyil, məlumatlara əsaslanır. Siz gəncsiniz və gənclik nikbinliyin mərkəzidir; ehtiyatlı olun ki, gələcəyə baxışınız bədbin olmasın, ümidli olsun. Əgər məyusedici, bədbin olsa, “nə faydası var?!” baxışı olsa, ardınca fəaliyyətsizlik, passivlik və təcrid olunmaq gələcək, daha heç bir hərəkət mövcud olmayacaq və düşmənin istədiyi alınacaq.


İfrat və təfritdən çəkinmək

Başqa bir şərt budur ki, hadisələrdə ifratçılıq olmasın. Gəncin xisləti aktiv və sərtdir. Sizin həyatınızın bu dövrünü biz də keçirmişik, özü də inqilabdan qabaq, mübarizələrin əvvəllərində. Sərtliyin nə olduğunu bilirəm. Bizə də çox nəsihət edirdilər ki, sərtlik etməyin. Biz deyirdik ki, bunun nə qədər lazım olduğunu anlamırlar. Sizin təsəvvürünüzün nə olduğunu bilirəm, amma indi mənə qulaq asın. Ehtiyatlı olun, ifratçılıq insana uğur gətirmir. Düşüncə ilə qərar çıxarın. Əlbəttə, bugünkü gənc bizim dövrümüzün gəncindən düşüncəlidir, bunu da deyim. Bu gün sizin təcrübəniz, məlumatınız və ayıqlığınız bizim dövrümüzün – yəni əlli il öncənin gənclərindən olduqca çoxdur. Ozamankı gənc bugünkü gənclə müqayisəolunası deyil. Buna əsasən, sizin ağılla, düşüncə ilə fikirləşmənizi, ifratçılıq etmədən, hadisələrdə ifrata və təfritə yol vermədən rəftar etmənizi gözləmək böyük gözlənti deyil. Bunu da bilin ki, seçkilərdən sonra baş verənlər qeyd etdiyim kimi, bizim gözləntimizin çox da ziddinə deyildi. Bu işi görən şəxslər isə bəli, gözləntimizin əksinə idi. Ümidvarıq Allah-Taala bir fürsət yaratsın və bir zaman sizinlə hansısa bir universitetdə və ya başqa yerdə yenə söhbət edək, indi imkan olmadı.

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə