Vilayət bağçası yeddİncİ cİld



Yüklə 0,79 Mb.
səhifə10/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

Elm istehsalı hərəkatı18

Bismillahir-Rəhmanir-Rəhim.


Çox sevinir və Allaha şükür edirəm ki, bu gün bu böyük və mühüm universitetdə siz əzizlərin görüşünə nail oldum. Burada həm əziz tələbələr iştirak edirlər, həm möhtərəm müəllimlər, həm də bu universitetin məsul işçiləri. Allaha şükür olsun ki, Elm və sənaye universiteti həm elmi, həm də inqilabi nailiyyətlərə malik olan universitetlərdəndir. Əgər biz universitetlərin mühüm vəzifələrindən birini mömin, dəyərli, ölkənin idarəsi üçün faydalı və ölkə işlərində təsirli kadrlar yetişdirmək olduğunu qəbul etsək - şübhəsiz ki, belədir - sizin universitetiniz bu sahədə ən mütərəqqi və ən öncül universitetlərdən biri sayılmalıdır. Bu universiteti bitirib bu illər ərzində ölkənin müxtəlif sahələrində mühüm rol ifa edən şəxslər barədə uzun siyahı yazmaq olar. Bu məclisdə dostlar şəhidlər haqqında danışdığından mən də nümunə üçün deyim ki, mən dəyərli insan olan uca məqamlı və həmişəyaşar sərkərdə cənab Hacı Əhməd Mütəvəssilianı yaxından tanıyırdım; onun işini, ruhiyyəsini və fəaliyyətini görmüşdüm. O, müqəddəs müdafiənin görkəmli simalarından biri idi. Mənim fikrimcə, xüsusən siz əziz gənclər bizə çoxlu dərslər öyrədən bu dəyərli insanların bioqrafiyasını oxuyun; xüsusən də bu əziz komandirin istər qərbə, istər Fəthülmübin və Beytülmüqəddəs əməliyyatlarına aid həyatını. Adı bu böyük insanın adı ilə yanaşı çəkilən Şəhid Mahmud Şahbazi də belədir. Bunlar bu universitetin böyük fəxrlərindən, məzunlarındandırlar. Bu gün də Allaha şükür olsun ki, inqilabçı, öhdəlikli, izgüzar, fəal və cəsarətli prezident də bu universitetin məzunlarından və müəllimlərindən olmuşdur. Bunlar bu universitet üçün çox yaxşı və dəyərli keçmişdir.
Universitet, elmin çağlaması və amalçılıq

Universitet ölkə inkişafının ən mühüm infrastrukturudur. Ölkənin infrastrukturlarından heç biri universitet qədər əhəmiyyətə və rola sahib deyil. Çünki universitet insan kapitalı yetişdirir. Ölkənin ən mühüm sərvəti də insan kapitalıdır. Universitetdən həmişə və hər yerdə gözlənilir ki, ölkədə iki həyat mənbəyinin zirvə yeri olsun: biri elm və tədqiqat, ikincisi isə amalçılıq, idealistlik, siyasi və ictimai məqsədlər mənbəyinin. Bu iki mənbəyin - həm elm və tədqiqatın, həm də zahirən elmlə əlaqəsi olmayan amalçılıq məsələsinin universitetdən başqa həmişə fəal olduğu başqa bir yer bəlkə də tapmaq olmaz. Tələbələrin cəm olduğuna görə dünyanın hər bir yerində universitetlərdən gözlənilir ki, amalları təsvir etməkdə və əldə etməyə təmayüldə fəal olsunlar. Bu, xüsusən tələbəyə aiddir. Tələbənin gəncliyi, yaşı və psixoloji hazırlıqları universitetə bu imkanı verir. Bu, universitetdən gözləntidir. Bu gözlənti bəzi yerlərdə təmin olunur, bəzi yerlərdə isə olunmur.


Elm istehsalı hərəkatı və durğunluğun rəddi

Elm istehsalı, Proqramlaşdırma hərəkatı, özünə qayıdış və universitetlərdə tədqiqata səy məsələlərinin irəli sürüldüyü bu son illərdə bu hərəkətdə bir sıçrayış yaranmışdır. Bəzi elm məsələlərində, nümunələrini müşahidə etdiyiniz elmi və texnoloji işlərdə, tibb elmlərində, yeni elmlərdə, nüvə sahəsində, Nanoda və digər məsələlərdə universitetlərimizdə mühüm işlər görülmüşdür. Keşmişdə bizim bunları bacarmağımız belə təsəvvür olunmurdu, amma bu gün nail olmuşuq. Mühüm olan budur ki, bu sıçrayış davam etdirilməlidir. Biz elmi sahələrdə ardıcıl geriliyə düçar olmuşuq. Mühüm olan sürətli hərəkətin davam etdirilməsidir. Bizim elmi hərəkətimizdə yaranan bu sürəti illərlə davam etdirməliyik. Bizim bir an da dayanmağımız yolverilməzdir. Çünki elm baxımından inkişaf etmiş dünyaya nisbətən geriliyimiz çox və nəzərəçarpacaq gerilikdir. Bunu bilir, anlayır və bundan əziyyət çəkirik. Səbəb də budur ki, bizim xalqımız orta həddən aşağı istedada malik bir xalq deyil ki, bununla razılaşsın.

Biz Allaha şükür edirik ki, gözümüzü açdı, bu yoxsulluğa düçar olmağımız bizə anladıldı. Allaha şükür edirik ki, geriliyi aradan qaldırmaq üçün bizdə iradə, həvəs və ümid yarandı. Bu baxımdan, indiki sürət və sıçrayış illərlə davam etdirilməlidir.
Dünyanın elmi mərkəzliliyi

Dedik ki, ölkə elmi inkişafa nail olmalıdır. Məqsəd də dəfələrlə dediyimiz kimi dünyada elmi mərkəzlilik olmalıdır. Yəni bu gün sizin elm üçün, elmi məhsulları əldə etmək üçün digər ölkələrin alim və kitablarına müraciət etməyə məcbur olduğunuz kimi, elə bir mərhələyə çatmalıyıq ki, elm öyrənən və elm axtaran şəxs elminizdən istifadə etmək üçün sizin yanınıza gəlməyə, kitabınızı tapmağa və dilinizi öyrənməyə məcbur olsun. Məqsəd bu olmalıdır. Bu, xam xəyal deyil, mümkün məsələdir. Bizim bu gün elm və texnologiya baxımından qərarlaşdığımız vəziyyət də bir zamanlar xam xəyallardan sayılırdı.

Əgər inqilabdan qabaq, xalqımızda bu hərəkətin və fəallığın yaranmasından, maneələr qarşısında qorxmazlıq hissinin yaranmasından öncə ölkəmizin müxtəlif elmlərdə bu mərhələyə çatacağı deyilsəydi, şübhəsiz, heç kəs inanmazdı. Bu gün əyalətlərdə yerləşən üçüncü-dördüncü dərəcəli xəstəxanalarımızda asanlıqla müalicə olunan adi bir xəstəlik üçün insanlar xarici ölkələrə getməyə, çoxlu pullar xərcləməyə və minnətlər çəkməyə məcbur olurdular. Bu, çox keçmişə aid deyil, inqilabdan öncəki dövrə aiddir. Bu gün bizim müxtəlif elmlərdə vəziyyətimiz şübhəsiz, bir zaman çoxlarına əlçatmaz görünürdü. Lakin xalqımız buna nail oldu, gənclərimiz bunu əldə etdilər. Nüvə və digər elmi məsələlər də bu qəbildəndir. Bizim ölkəmizin və xalqımızın bir gün elm karvanını irəliyə aparıb dünyada elmin mənbəyi ola bilməsi mümkündür. Düzdür, bunun üçün bəzi işlər görülməlidir; bu işlər başlanmışdır da. Bunların biri özünüdərkdir; yəni iş görməyin lazım olduğunu və işi bacardığımızı hiss edək. İşlərdən başqa birisi ölkənin ümumi elmi xəritəsini hazırlamaqdır ki, ölkə təhsil və müxtəlif elmlər baxımından çaş-baş qalmasın. Bu iş xöşbəxlikdən, görülmüşdür. Universitetlərdən və sizin universitetinizdən çıxmış dostlar, tədqiqatçılar, görkəmli şəxsiyyətlər ümumi elmi xəritəni hazırlamışlar, bitmək üzrədir və bu, ölkədə elmin inkişafı yolunda çox böyük bir addım olacaq. Əlbəttə, ümumi elmi xəritə hazırlandıqdan sonra digər işlər də görülməlidir; o cümlədən, bu xəritənin mühəndislik sistemini yaratmaq, ümumi elmi xəritəni yüzlərlə elmi layihəyə çevirmək və bu layihələri həmin universitetlərdən, universitetlərin müəllimlərindən və tədqiqat mərkəzlərindən ibarət etimadlı podratçılara tapşırmaq, sonra bu elmi inkişafa nəzarət şəbəkəsi qurmaq, gözəl icra etmək, müəllimi, tələbəni və tədqiqatçını bu işlərə qoşmaq; bunlar ümumi elmi xəritənin mühəndislik layihəsində mütləq nəzərə alınmalıdır. Hər bir tələbə rol ifa edə bilər. Tədqiqat və təhsil mərkəzlərindən hər biri rol ifa edə bilərlər; müəllimlər də həmçinin.

Bu, bir neçə ilin işidir. Bu iş ciddi, tam intensivlik və ümidlə icra olunmalıdır və inşallah, yaxşı nəticələrə çatacaq. Mütləq elə bir gün çatacaq ki, siz İran universitetlərinin və İran alimlərinin elmi mənbə olmasının çox yaxın olduğunu görəcəksiniz. Siz gənclər mütləq bunu görəcəksiniz, mənim şübhəm yoxdur.


Tələbə hərəkatı və amalçılıq

Universitetlərdə amal istəyindən ibarət ikinci cərəyanın - adətən, ona tələbə hərəkatı deyilir - ölkəmizdə çox maraqlı tarixi var. Bunu ona görə deyir və üzərində dayanıram ki, bu hərəkət davam etdirilməli və dayanmamalıdır. Çünki ölkə elə bir şəraitdə və İslam Respublikası quruluşunun strukturu və xüsusiyyətləri elədir ki, onun yanında mütləq tələbə hərəkatı olmalıdır. Bizim ölkəmizdə tələbə hərəkatı özünün qeyd olunmuş və tanınmış tarixində həmişə antihegemon, antiistismar, antiistibdad, antidiktatura və güclü şəkildə ədalətsevər olmuşdur. Bizim tələbə hərəkatımızın bu xüsusiyyətləri əvvəldən bu günə qədər olmuşdur. Əgər kimsə tələbə hərəkatının iddiaçısı olsa, lakin bu xüsusiyyətlərə malik olmasa, səmimi deyil. Tələbə hərəkatının əli Fələstində qətliam, İraqda cinayət törədənlərin, Əfqanıstanda xalqı qılıncdan keçirənlərin əlində ola bilməz. Bu, tələbə hərəkatı deyil. Tələbə hərəkatının ən azı bizim ölkəmizdə - bəlkə də çoxlu ölkələrdə - xisləti və xüsusiyyəti belədir ki, hegemonizmin, istismarçılığın və diktaturanın əleyhdarı və ədalətin tərəfdarıdır. Bu hərəkətin başlanğıcı, yaxud tanınmış zamanı 16 azər (7 dekabr) günüdür.


16 Azər (7 dekabr) və istismarçılığa qarşı çıxan tələbə

Maraqlıdır ki, üç tələbənin qana boyandığı 1953-cü ilin 16 azəri (7 dekabrı) 28 mordaddan (19 avqustdan) təxminən dörd ay sonra baş verdi. Yəni 28 mordad çevrilişindən, o müdhiş repressiyadan, bütün qüvvələrə qarşı şiddətdən və hamının sükutundan sonra qəflətən Tehran universitetində tələbələr vasitəsilə bir partlayış baş verir. Nə üçün? Çünki o zaman ABŞ-ın vitse-prezidenti Nikson İrana gəlmişdi. Bu tələbələr Amerikaya və 28 mordad çevrilişinin icraçısı olan Niksona etiraz əlaməti olaraq universitetdə aksiya keçirdilər. Bu, təbii ki, təzyiqlə üzləşdi və üç nəfər öldürüldü. 16 Azər (7 dekabr) hər il bu xüsusiyyətlə tanınmalıdır. 16 Azər Niksona etiraz edən, Amerika və istismar əleyhdarı olan tələbənin günüdür.


16 Azər və ruhani hərəkatı

Həmin ildən ruhani, din və İslam hərəkatının başlandığı 63-cü ilə qədər tələbə hərəkatının az-çox fəaliyyəti olmuşdur. Mənim yadımdadır, 59-cu, 60-cı, 61-ci və digər illərdə tələbələr fəaliyyət göstərir, lakin ciddi təpkiyə məruz qalırdılar və genişlənməsinə imkan verilmirdi. Nəhayət, 1962-ci və tam şəkildə 63-cü ildən ruhani hərəkatı başlandı. Siz burada da tələbə hərəkatının əlamətini müşahidə edirsiniz. Yəni ruhani hərəkatının başlandığı 1963-cü ildən inqilabın qələbə çaldığı 1979-cu ilə qədər siz hər yerdə ruhanilərlə çiyin-çiyinə və onların kənarında tələbə hərəkatını müşahidə edirsiniz. Ölkə universitetləri və elm ocaqları fəaliyyətin mərkəzidir və bütün bu müddətdə hərəkatın əsas qollarından biri tələbələrdir. Bunu həm özümüz yaxından müşahidə etdik, həm hərəkat və mübarizə işində olan digər dostlar, həm də digərləri təcrübə edib sınamışlar. Buna əsasən, universitetlər ruhani hərəkatının ayrılmaz hissəsi oldular. Düzdür, universitetlərdə ateist, marksist, antidin və digər cərəyanlar da vardı, lakin əsas cinah müsəlman tələbələrə məxsus idi. Odur ki, yaradılan mübariz qruplarda və görülən işlərdə, məsələn, həbsxanalarda və digər yerlərdə tələbələr vardı; ruhani və tələbələr əsas məhbusları təşkil edirdilər. Məhz buna görə biz Məşhəd ruhaniləri, din alimləri və Məşhəd xalqının böyük bir hissəsi inqilabdan öncə - 1978-ci ildə İmam Rza (ə) adına Tibb universitetində piket keçirdik; yenə universitet mərkəz oldu. Tehranda da imamın gəlişinin gecikdirilməsinə etiraz edən din alimlərinin, ruhanilərin, inqilabçıların və mübarizlərin piketi Tehran universitetində baş tutdu. Bunlar universitetin və tələbənin rolunu göstərir. Və nəhayət, inqilab qələbə çaldı.


Tələbə və inqilabın səngərləri

İnqilabın qələbəsindən sonra bu tələbə hərəkatı möhtəşəm bir səhnəyə çevrildi. İlk aylarda Mühafizəçilər korpusunun yaradılması məsələsi qarşıya çıxdı və tələbələr fəal surətdə iştirak etdilər. Bir neçə aydan sonra tələbələrin vasitəsilə Quruculuq cihadı təşkilatı yaradıldı. Quruculuq cihadını tələbələrin özləri yaratdılar, özləri genişləndirdilər, özləri idarə etdilər. İslam quruluşunun fayda və fəxrlərindən biri Quruculuq cihadı idi. Bundan bir neçə ay sonra universiteti özlərinə yuva seçmiş və çoxları da təsadüfən, tələbə olmayan silahlı ünsürlərlə mübarizədə tələbələrin ikinci dalğası başlandı. Tehran universiteti silah, tüfəng, sursat və qumbara mərkəzinə çevrilmişdi. Onlar inqilabla vuruşmaq üçün qüvvə toplamışdılar. Onları universitetdən çıxaran qüvvə tələbələrin özləri oldu. Tələbələrin böyük fəallığı burada da özünü göstərdi. 1980-ci ildə müqəddəs müdafiə başlayanda tələbələr cəbhəyə yollandılar. Onlar qalxıb çox qürbət yer olan Qərb bölgəsinə - Kürdüstana getdilər. Mən müharibənin ilk aylarında Kürdüstanı yaxından gördüm. Oranın qürbət tozu sankı hamının başına ələnmişdi. Bu ixlaslı qüvvələr yalqız və silahsız şəkildə, fəal düşmənin daimi bombardmanı altında böyük işlər gördülər. Şəhid Mütəvəssilianın və onun dostlarının hazırladığı Fəthülmübin əməliyyatından öncə “Məhəmməd Rəsulullah” əməliyyatı baş tutdu. Bu, tələbələrin iştirakına bir nümunədir. Başqa bir nümunə Hüveyzə macərasında iştirak edən tələbələrdir. Həmin tələbələri - Şəhid Ələmülhüdanı, Şəhid Qüddusini və digərlərini təsadüfən, döyüş zonasına getdikləri 4 yanvarda gördüm. Bu 81-82-ci illərə aiddir, sonralar da müharibənin axırına qədər davam etdirildi. Yəni səkkizillik müqəddəs müdafiə dövründə bizim aktiv qüvvələrimizi təmin edənlərdən biri həqiqətən, universitetlər idi. Sonra səksəninci illərin əvvəllərində universitetlər yenidən açılanda Universitet cihadı yaradıldı. Həssas nöqtələrdən və fəxrə səbəb olan mərkəzlərdən biri Universitet cihadıdır. Bunlardan qabaq da 79-cu ildə tələbə hərəkatı vasitəsilə casus yuvasının ələ keçirilməsi hadisəsi baş vermişdi.

Hər bir tələbə tələbə hərəkatının üzvüdür. Ola bilsin, casus yuvasının ələ keçirilməsində fəallıq göstərən bir şəxs bir müddətdən sonra işinə peşman olsun; necə ki, bizdə peşman olanlar var. Tələbə hərəkatında iştirak edən şəxslərin çoxunu sonrakı dönəmdə məişət problemləri və müxtəlif maraqlar sarsıtdı. Lakin böyük hərəkət tələbələrə məxsusdur. Casus yuvasının ələ keçirilməsi də belə mühüm işlərdən biridir.

Bu, bir tarixçədir; bu günə qədər də davam edir. Bütün dövrlərdə, inqilab boyunca müxtəlif hadisələrdə, həssas və təhlükəli anlarda mömin, öhdəçi, ədalətsevər və fədakar tələbələr vəziyyəti düzgün səmtə yönəldə bilmişlər. Bu mənim tələbə hərəkatına dair qənaətim və baxışımdır: hegemonluq əleyhdarı, fəsad əleyhdarı, zadəganlıq əleyhdarı, aristokrat və hegemon hakimiyyət əleyhdarı, azğın təmayüllər əleyhdarı. Bunlar tələbə hərəkatının xüsusiyyətləridir. İnqilabın bütün illərində tələbələrin bu səhnələrdə iştirakı fəal və təsirli olmuşdur. Tələbələr gündəm yaradan olmuşlar, düşüncə mühiti yaratmışlar, cəmiyyətdə siyasi və inqilabi mövzuları hakim etmişlər. Çox zaman belə olmuşdur.

Əlbəttə, mənim mühakiməm ümumi tələbə korpusuna aiddir. Ola bilsin, bəzi şəxslər, tələbə məcmusunun bəzi hissələri ayrı cür olsunlar; nə təəccüb, nə də inkar edirik. Şübhəsiz ki, belədir. Amma tələbə korpusu, tələbə işinin təbiəti və tələbə həvəsi dediyim kimidir. Tələbə zülmə, hegemonluğa, xarici istismara qarşıdır, böyük amallara vurğun və ümidlidir. Əslində, gənc təbəqə, xüsusən də tələbə təbəqəsi cəmiyyətin mühərrikidir. Tələbələr həmişə buna diqqət yetirməli və ölkənin gələcəyi üçün bunu nəzərə almalıdırlar.
Tələbə birlikləri və onun təsirləri

Bir cümlə də tələbə birlikləri barədə deyim. Əlbəttə, məqsəd tələbələrin siyasi və ictimai birlikləridir, elmi birliklər başqa mövzudur. Tələbə birlikləri şübhəsiz ki, təsirlidir. Lakin diqqət yetirmək lazımdır ki, tələbə birliyi bu gün dünyada başa düşülən partiya kimi bir qurum deyil. Tələbə birliyinin partiya ilə fərqi var. Siyasi partiya və təşkilatlar hakimiyyətə gəlmək üçün yaranan qurumlardır. Dünyada partiyalar belədir, siyasi hakimiyyəti ələ keçirmək üçün yaradılır. Partiyanın xüsusiyyəti budur. Tələbə birlikləri isə əsla bu məqsədlə yaranmır və hakimiyyəti ələ keçirmək məqsədi güdmür. Tələbə birlikləri siyasi hakimiyyətə yiyələnməkdən və hökuməti ələ keçirməkdən üstün bir məsələ olan amallara nail olmaq üçün yaradılır. Onlar üçün siyasi hakimiyyət söhbəti yoxdur. Əlbəttə, partiyalar hakimiyyətə gəlmək üçün tələbə qruplarından istifadə etməkdən çəkinmirlər. Mənim fikrimcə, bu, düzgün deyil və tələbələrin özləri buna diqqət yetirməlidirlər. Partiyalar istəyirlər ki, bir şey əldə etsinlər, hakimiyyət qazansınlar, tələbələr isə əksərən tələbə fəaliyyətləri ilə öz canlarından, güclərindən, enerjilərindən maya qoyub bir şey təqdim edirlər, lazım olanda canlarını da verirlər; necə ki, gördünüz.


Tələbə birliklərinin missiyası

Bununla yanaşı, tələbə birliyi tələbə üçün kollektiv işdən ötrü bir fürsət də sayılır. Mən kollektiv işin tərəfdarıyam və bunu tələbənin ehtiyacı bilirəm; müxtəlif siyasi və ictimai məharətlər öyrənmək. Siz əziz gənclər, qardaş və bacılar bilirsiniz ki, tələbə müxtəlif hiylə və burulğanlarla, müxtəlif təhlükələrlə əhatə olunmuşdur. Ən azı bizim ölkəmizdə belədir. Bizim ölkəmizdə hegemonizmin təxribat hədəflərindən biri şübhəsiz, tələbələrdir. Səbəbi də bəllidir. Bizim ölkəmizdə gəncin nisbəti çox yüksəkdir; tələbənin nisbəti də yüksəkdir və tələbə həm elmi, həm siyasi sahələrdə böyük təsirə malikdir. Bu ölkə və xalq üçün yuxular görənlər iranlı tələbə üzərində sərmayə qoymağa məcburdurlar; instintkiv cazibələrdən tutmuş siyasi hiylələrə, zahirən mənəvi hoqqabazlıqlara və saxta irfanlara qədər. Bunların müxəlif növləri mövcuddur. Birliklər qoruyucu ola, tələbəni müxtəlif bataqlıqlara düşməkdən qoruyub xilas edə bilərlər.

Digəri budur ki, tələbə birlikləri məqsədlərini itirməkdən ehtiyatlı olsunlar. Tələbə birliklərinin əsas məqsədləri tələbə hərəkatının hündür darvazası üzərinə yazılanlardır: antihegemonizm, ölkənin inkişafına, milli birliyə, elmin inkişafına kömək, təxribatlara və düşmənlərə qələbə çalmaq üçün xalqın ümumi mübarizəsində və döyüşündə iştirak etmək. Bunlar əsl məqsədlərdir. Bunları unutmamalıdırlar. Əlbəttə, birliklər özlərini tələbə korpusundan ayırmasınlar; yəni birlik tələbələrin bölünməsinə səbəb olmamalıdır. Gərək tələbələrə yaxın olsunlar. Mən tələbəlik barədə bu uzun mövzunu burada tamamlayıram.

İnqilabın yenidən öyrənilməsi məsələsi, mənim fikrimcə, mühüm məsələdir. İndi də vaxt çox deyil ki, mən təfərrüatı ilə söhbət edim, həm də soyuqlamışam və sinəm buna imkan vermir. Mən bir neçə gündür soyuqlamışam, amma sizinlə bugünkü görüşümü təxirə salmaq istəmədim; odur ki, bu halda gəldim və bu, hər halda, mənim söhbətimə məhdudiyyət yaradır.



İnqilabın yenidən öyrənilməsi

Bizim inqilabımızın macəra dolu tarixini öyrənməkdə bir məqam var. Biz bilməliyik ki, ölkəmiz Məşrutə dövrünə qədər uzun illər şah istibdadına düçar olmuşdu. Məşrutə nəfəs çəkmək üçün bir fürsət idi. Yəni Məşrutə hərəkatının xalqa tənəffüs imkanı yaratması və azadlıq verməsi gözlənilirdi, lakin belə olmadı. Məşrutə əvvəldən əcnəbilər, dünyanın ozamankı istismarçı gücü, yaxud güclərindən biri olan İngiltərə dövləti tərəfindən müsadirə olundu.

Məşrutənin əvvəllərində yaranan hərc-mərclikdən bir neçə il sonra həmin istismarçı dövlət - yəni İngiltərə Məşrutədən öncəki şahlardan - Müzəffərəddin şah və Nasirəddin şah kimilərdən çox təhlükəli olan qəddar və rəhmsiz bir diktatoru hakimiyyətə gətirdi. O, Rza xan idi. Rza xanın diktatorluğu bizim ölkəmiz və xalqımız üçün Nasirəddin və Müzəffərəddin şahların diktatorluğundan dəfələrlə sərt və ağır idi. Onu ingilislər hakimiyyətə gətirdilər. Biz əslində, avtoritorizmdən azadlığa çıxmadıq, asılılıqla yanaşı olan digər bir avtoritorizm dövrünə daxil olduq və xalq azadlığı dadmadı. Odur ki, İranda İslam hərəkatı başlayanda və imam bu hərəkatın məqsədinin avtoritar və istismarçı rejimin kökünün kəsilməsindən və əcnəbilərin nüfuzuna son qoyulmasından ibarət olduğunu elan edəndə qədim mübarizlərin, mübarizədə iştirak edənlərin çoxu inanmırdı. Onlar bunun mümkünlüyünü təsəvvür edə bilmirdilər: yəni bu ölkədə şahlığı devirmək olarmı?! Mənim yadımdadır, mübarizənin son illərində - o zaman imam hakimiyyətə dair əsaslı məsələləri bəyan etmiş və bu məsələlər xalq arasında yayılmışdı; o demişdi ki, şah xaindir və getməlidir - sonralar inqilabda böyük fəaliyyətlər göstərən bəzi fəal və mübariz qüvvələr də deyirdilər ki, məgər belə bir şey mümkündür?! Məgər şah üsul-idarəsini devirmək olar?! İnanmırdılar. Səbəb bu idi ki, bu ölkədə uzun repressiya və istibdad dövründə ölkəni istismar edən əcnəbilər daim şah rejimini himayə etmişlər.

Möhtəşəm İslam hərəkatı, xalqın səyi və imam kimi misilsiz bir şəxsiyyətin rəhbərliyi öz bəhrəsini verdi.


Dozüm və ayıqlıq!

Mən dəfələrlə Əmirəlmömininin bu kəlamını söyləmişəm: “Bu bayrağı yalnız ayıq və dözümlü insanlar ucaldar”. Hədisdə işlənmiş "bəsirət" sözü ayıqlıq, "səbr" isə dözüm, israr və yorulmazlıqdır. İran xalqında bu iki xüsusiyyət yarandı, öz bəhrəsini verdi və inqilab qələbə çaldı. İslam Respublikası quruluşunun yaranması əslində, İran xalqının uzunmüddətli tarixi ehtiyacının aradan qalxması idi. İran xalqı özünün tarixi arzuları arasından İslam Respublikası bayrağını ucaltdı. Bəllidir ki, xalqın qədim arzularında dərin köklərə malik olan bir quruluş qalasıdır, yaşamağa və inkişafa qabiliyyətlidir, kök salacaq və onunla düşmənlik asan olmayacaq. Və belə də oldu.


İslam inqilabının, solçu və sağçı inqilabların xüsusiyyətləri

Şübhəsiz, bizim ölkəmizdə şah üsul-idarəsini başqa heç bir mübariz hərəkat məhv edə bilməzdi. Əziz gənclər! Bunu bilin və əmin olun ki, İslam hərəkatından və dini hərəkatdan başqa heç bir hərəkat, heç bir partiya, heç bir mübariz qrup bu ölkədə Amerika dövlətinə bağlı olan despotizmi devirə bilməzdi. O zaman qədim mübarizə hərəkatlarının hamısı işdən düşmüşdü; həm solçu, həm sağçı hərəkatlar, həm də silahlı qruplar. 75-76-cı illərdə bu qrupların hamısı rejim tərəfindən məhv edilmişdi. Bu batil rejimi sıradan çıxara bilən yeganə qüvvə əzəmətli milli dalğa və xalqın birliyi idi. Bu da din amalı, Böyük İmam kimi bir təqlid müctəhidinin və mübariz ruhanilərin rəhbərliyi olmadan imkansız idi. Fəsad dolu rejim devriləndən sonra da hakimiyyətə İslam Respublikası quruluşundan başqa hər hansı bir quruluş - solçu və ya sağçı quruluş gəlsəydi, düşmənin nüfuzu və müxtəlif müdaxilələri qarşısında tab gətirə bilməzdi.

Biz gördük ki, solçu və digər inqilablar qələbə çaldı, bir neçə il hakimiyyətdə qaldılar da, lakin Amerikanın nüfuzu, siyasi və hərbi müdaxiləsi və iqtisadi blokadası onları məhv etdi. Siz bu gün Şərqi Avropaya baxın. Bura sosialist və solçu hökumətlərin əsas mərkəzi idi. Baxın, vəziyyət elə bir həddə çatıb ki, indi orada Amerikanın hərbi və raket bazaları yaradılır, amerikalılar geniş fəaliyyət göstərirlər. Buna əsasən, İslam Respublikasından başqa heç bir quruluş Amerikanın təsiri və təzyiqi qarşısında müqavimət göstərə bilməzdi.
İslam inqilabının məqsədləri

Bir məsələni də deyim: Hegemonluğun, ilk növbədə Amerikanın və ümumdünya sionizm şəbəkəsinin İslam Respublikasına qarşı güclü və barışmaz düşmənliyinin səbəbi bəzən müxtəlif yerlərdə deyilən bu sözlər deyil. Səbəb İslam Respublikasının bir inkarı və bir təsdiqidir.

İslam Respublikası istismarı, müstəmləkəni, dünyanın siyasi gücləri vasitəsilə xalqın təhqirini, siyasi asılılığı, dünyanın hakim güclərinin müdaxiləsini, əxlaqi sekulyarizmi və mütləq halalçılığı qətiyyətlə inkar edir.

Bu quruluş bəzi məsələləri də təsdiq edir: milli kimliyi, İslam dəyərlərini, dünya məzlumlarını müdafiəni, elm zirvələrinə nail olmaq üçün çalışmağı, elmdə yalnız digərlərinin ardınca getməyi yox, zirvələri fəth etməyi. Bunlar İslam Respublikasının təkid etdiyi məsələlərdir.

Bu inkar, bu da təsdiq. ABŞ-ın və ümumdünya sionist şəbəkəsinin düşmənlik amili budur. Əgər ABŞ-ın təsirini qəbul etsək, düşmənliklər azalacaq; əgər xalqın əcnəbilər vasitəsilə müxtəlif yollarla təhqir olunmasına razı olsaq, milli kimliyi, yaxud İslam dəyərlərini müdafiə etməyi kənara qoysaq, şübhəsiz, düşmənliklər eyni nisbətlə azalacaq. İslam Respublikasının öz rəftarını dəyişməsini deyirlərsə, məqsəd budur. Eşitmisiniz, bəzi hegemon dövlətlərin, o cümlədən, ABŞ-ın rəsmiləri bəzən İran barədə deyirlər: “Biz demirik ki, İslam Respublikası məhv olsun, deyirik ki, rəftarını dəyişdirsin”. Rəftarını dəyişdirmək budur; yəni bu inkardan və bu təsdiqdən əl çəksin. Bunu istəyirlər.

İslam Respublikası bu inkar və təsdiqə görə böyük imkanlara malik geniş cəbhə ilə üz-üzə gələ və onun qarşısında müqavimət göstərə bilmişdir. Səkkizillik müqəddəs müdafiədə bu, baş verdi. Şərq, Qərb, Avropa, NATO və bəzi ərəb dövlətləri - hamı İslam Respublikası əleyhinə əl-ələ verdilər, İslam Respublikası onların hamısını məğlub etdi və özü əsla geri çəkilmədi. Bu günə qədər siyasi sahədə də eyni vəziyyət mövcud olmuş, İslam Respublikası bu böyük cəbhə müqabilində duruş gətirmiş, nəinki geri çəkilməmiş, hətta irəliləmiş və düşmənə zərbə də vurmuşdur.


ABŞ-ın və İranın regiondakı bugünkü vəziyyəti

Siz ABŞ-ın Orta Şərqdəki bugünkü vəziyyətinə baxın. On beş il öncəki vəziyyətini də öyrənin və görün hansı durumdadır; günbəgün daha mənfur, daha zəlil, daha uğursuz olur; Fələstin məsələsində bir cür, Livan məsələsində bir cür, İraq və Əfqanıstan məsələsində bir cür. ABŞ özünün Orta Şərq layihələrində - bu layihələrin hədəfi də həmin ölkələrdən daha çox İslam Respublikası olmuşdur – iflasa uğramış, İslam Respublikası isə müqavimət göstərə bilmişdir. Bəli, təbii ki, təxribatlar artmışdır; inqilabın ilk onilliyində bir cür, ikinci və üçüncü onilliyində başqa cür. Mən bunların təfərrüatını demirəm, vaxt ötür. Lakin həm tələbələrin, həm əziz universitet mənsublarının, həm bütün xalqın, xüsusən də alim və ziyalıların diqqət yetirməli olduğu əsas məsələ budur ki, İslam Respublikası quruluşu bu bacarığa və iqtidara malikdir. Onların bütün səyləri İslam Respublikasını məhv etməyə yönəlmişdi, lakin nəinki məhv olmadı, hətta günbəgün müxtəlif sahələrdə gücləndi də.


İnqilabın müqavimət qabiliyyəti və həssas vəzifələr

Bu qalmaq bacarığı, bu iqtidar və bu davam etmək imkanı qorunmalıdır. Belə deyil ki, biz necə əməl etsək - laqeyd olsaq da, həssas və mühüm vəzifələrə diqqət yetirməsək də, yenə də həmin müqavimət qabiliyyəti qalacaq. Xeyr, İslam Respublikası quruluşunu sözün həqiqi mənasında qorumaq lazımdır ki, bu xalqı onun və bu ölkənin xeyirlərindən bəhrələndirmək mümkün olsun, xalqı tərəqqinin zirvəsinə, öz arzu və amallarına çatdırmaq mümkün olsun.


İnqilabın məzmun və ruhu

İnqilabın məzmun və ruhunu qorumaq lazımdır. Bu hüquqi struktur cisim, forma kimidir, həqiqi kimlik isə ruh, məna və məzmun kimi. Əgər əsl məna və məzmun dəyişilsə, zahiri və hüquqi struktur qalsa da nə faydası olar, nə davamı; içi çürümüş, zahiri isə sağlam görünən bir diş kimi olar, bərk bir şeyə dəyən kimi sınar. İnqilabın ruhu və məzmunu İslam Respublikasının amallarından ibarətdir: ədalət, humanizm, dəyərlərin qorunması, qardaşlıq və bərabərliyə səy, əxlaq, düşmən qarşısında möhkəm dayanmaq. Əgər biz İslam əxlaqından uzaqlaşsaq, ədalətsevərliyi, ədalət şüarını unutsaq, dövlət məmurlarının xalqdan olmasına əhəmiyyətsiz yanaşsaq, məmurlar digər ölkələrin çoxlu məmurları kimi vəzifəyə sərvət və hakimiyyət aləti kimi baxsalar, xalqa xidmət və xalq üçün fədakarlıq yadlarından çıxsa, xalq kimi olmaq, sadə yaşamaq, özünü xalqın səviyyəsində saxlamaq kənara qoyulsa, düşmənin təcavüzkarlıqları qarşısında müqavimət unudulsa, utanıb-çəkinmələr, şəxsi zəifliklər və şəxsiyyət qüsurları məmurların siyasi və beynəlxalq qərarlarına təsir etsə, İslam Respublikasının kimliyinin əsas hissələri zəifləsə, İslam Respublikasının zahiri stukturu çox kömək etməyəcək, təsir bağışlamayacaq, "İslami Şura Məclisi" və "İslam Respublikası" ifadələrindəki "İslam" sözü təklikdə bir iş görə bilməyəcək. Əsas məsələ odur ki, sözügedən ruhun, məzmunun əldən çıxmasından, unudulmasından ehtiyatlı olaq, formanı qorumaqla sevinib ruha, məzmuna, əsl mahiyyətə diqqətsiz yanaşmayaq. Əsas məsələ budur.


İnqilabın kimliyinin dəyişmə prosesi

Mən sizə deyim ki, məzmunun, həqiqi kimliyin dəyişilməsi tədricən və çox sakit şəkildə baş verir, bəzilərinin, yaxud çoxlarının diqqətini çəkmir, yalnız iş-işdən keçəndən sonra hamı xəbər tutur. Çox diqqətli olmaq lazımdır. Cəmiyyətin aydın və ziyalı təbəqəsinin, müəllim və tələbələrin iti gözləri bu baxımdan həmişə məsuliyyət hiss etməlidirlər.

Ehtiyatlı olmaq lazımdır ki, məqsəd, amal və istiqamətlərdə yayınma baş verməsin. Biz uzun illər boyu - xüsusən də müharibədən və imamın vəfatından sonra bununla ciddi məşğul olmuşuq. Ötən iki onillikdə əsas məşğuliyyətlərdən biri də bu olmuşdur. İslam Respublikasını öz ruh və məzmunundan uzaqlaşdırmağa çox səy göstərilmişdir, müxtəlif formalarda çoxlu işlər görmüşlər; istər siyasi, istər əxlaqi, istər ictimai sahələrdə fikirlər bildirilmiş və sözlər danışılmışdır. Biz elə bir dövrü də müşahidə etdik ki, mətbuatımızda rəsmən və açıq şəkildə dinin siyasətdən ayrılığını elan etdilər. İslam Respublikasının və xalqın ümumi hərəkətinin əsası olan din və siyasət birliyiin məsələsini ümumiyyətlə, sual altına saldılar. Bundan da artığı?! Bir dövrdə bizim mətbuatımızda zalım və qəddar Pəhləvi rejimi açıq-aşkar müdafiə olundu. Belə bir vəziyyətin baş verməməsi və bu yayınmaya qarşı tədbir məqsədilə etiqad, düşüncə və siyasət sərhədlərini qabartmaq olar. İslam kimliyinin meyarları bəlli olmalıdır: ədalətsevərlik, məmurların sadə yaşayış, ixlaslı iş və fəaliyyət, dayanmaq bilməyən elmi inkişaf, əcnəbilərin tamahkarlığı və istismarı qarşısında qətiyyətli müqavimət və milli hüququ müdafiə meyarları. Xalqın hüququnu cəsarətlə müdafiə etmək bir meyardır; bu nüvə məsələsi kimi. Bu, ölkənin onlarla ehtiyacından biridir, bizim yeganə məsələmiz deyil. Lakin düşmən bu nöqtə üzərində mərkəzləşdikdə xalq da müqavimət göstərdi. Əgər xalq düşmənin mərkəzləşdiyi bu nöqtədən geri çəkilsə, məmurlar geri çəkilsələr, qəti və aydın hüquqlarından imtina etsələr, şübhəsiz, düşmən üçün milli hüquqlara əl uzatmaq yolu açılacaq.
Zadəganlıq və inqilab

Zadəganlıq bizim inqilabımızda antidəyər idi. Bunu bəziləri tədricən zəiflətməyə çalışdılar. Bunun bizim iqtisadi və psixoloji məsələlərimizə təsiri var. Zadəganlıq və zadəganlığa meyl inqilabda bir antidəyər idi, müxtəlif səviyyələrdə zadəganlığa aid edilməkdən, zadəganlıq xüsusiyyətlərindən olan bir iş görməkdən ciddi çəkinən şəxslər vardı. İlk növbədə dövlət məmurları bu öhdəliyə malik olmalıdırlar. Bu, tədricən zəiflədi. Bu gün xoşbəxtlikdən, zadəganlığı antidəyər hesab etmək dalğası mövcuddur. Dövlət məmurları sadə yaşayırlar, xalq kimidirlər və bu, çox yaxşı fürsət, böyük nemətdir. Meyarlardan biri budur.


Cihad və şəhadət meyarı

Cihad və şəhadət məsələsi meyarlardan başqa birisidir. Mücahidliyin dəyəri və şəhadətin uca məqamı bəzi qüvvələr vasitəsilə şübhə altına salındı. Cihadı sual altına saldılar, şəhadəti sual altına saldılar. Bu, meyarladan biridir və qabardılmalıdır. Şəhidlərə, cihada və mücahidliyə hörmət İslam Respublikasının səciyyələrindən olmalıdır. İslam Respublikası cihad və şəhadətlə tanınır.


Xalqa etimad meyarı

Xalqa etimad, xalqın iştirakına həqiqi inam; bəziləri xalqın adını çəkirlər, amma əslində, xalqın iştirakına inanmırlar. İslam Respublikası xalqa etimad və xalqın iştirakına inam üzərində qurulmuşdur.


Cəsarət meyarı

Düşmənin heybəti qarşısında qorxmazlıq meyarlardandır. Əgər ölkə məmurları düşmən qarşısında qorxu hissi keçirsələr, xalqın başına böyük bəlalar gələr. Düşmən tərəfindən bəzi xalqların xar edilməsinin əsas səbəbi bu idi ki, başçılar lazımi cəsarətə və özünəinama malik deyildilər. Bəzən xalqın arasında mömin, fəal, fədakar qüvvələr olur, lakin məmurların, başçıların özləri bu hazırlıqlara malik olmadıqda onların qüvvələri də məhv olur və bu potensial sıradan çıxır. Şah Sultan Hüseynin zamanında İsfahan şəhəri talandıqda, xalq qətliam olunduqda və böyük Səfəvi dövləti devrildikdə mübarizə və müqavimət göstərməyə hazır olan qeyrətli insanlar çox idi, lakin Şah Sultan Hüseyn zəif idi. Əgər İslam Respublikası sultan hüseynlərin, cürəti və cəsarəti olmayan, özündə və xalqda güc və bacarıq duymayan məmur və müdirlərin əlində qalsa, işi bitəcək.


Müsəlman xalqlarla yaxınlıq meyarı

Müsəlman xalqlar İslam Respublikası quruluşunun strateji müttəfiqləridir. ABŞ və İngiltərənin güclü təbliğatı nə üçün müsəlman xalqlarla İran xalqı arasında ayrılıq salmağa çalışır? Nə üçün? Milliyyət məsələsi ilə, sünni-şiə məsələsi ilə. Çünki bilir ki, onlar İslam Respublikasının strateji müttəfiqləri sayılırlar. Bir xalq özünün strateji müttəfiqinə arxalanır. Onlar istəmirlər ki, İran xalqı və İslam Respublikası quruluşu müxtəlif ölkələrdə bu misilsiz dəstək və tərəfdarlığa malik olsun. Siz heç bir yerdə görməzsiniz ki, bir ölkədə xalq - siyasətçilər yox - başqa bir ölkənin başçılarına qarşı hörmət bildirsinlər, şəkillərini qaldırsınlar, adlarını həyəcanla çəksinlər. Yalnız İslam Respublikası üçün bunu edirlər. Müsəlman ölkələrində haraya getsəniz, İslam Respublikasının ayaq izi olan yerlərdə camaat ona və İslam Respublikasına qarşı hisslərini belə bildirirlər. Düşmən bunu istəmir. Düşmən bu əlaqənin bərqərar olunmasını istəmir. İslam Respublikası bunu öz vəzifələrindən bilməlidir. Bu, əsas meyarlardandır.

İndi siz İslam Respublikasının Livan, İraq, Əfqanıstan və Fələstin xalqları ilə əlaqəsini açıq şəkildə və dəfələrlə tənqid etmiş, indi də tənqid edən bu dar düşüncəli, yaxud qərəzli və xain insanların yazılarına baxın. Siz görmüsünüz. Təəssüf ki, bunlar bizim mətbu orqanlarımızda və bəzi siyasi tribunalarda deyilir. Bu, İslam Respublikasının əsas meyarlarından birinə qarşı çıxmaqdır. Xeyr, İslam Respublikası müsəlman xalqların mənafeyini öz mənafeyi bilir, onlarla əlaqədə qurur, onları müdafiə edir, məzlumu müdafiə edir, Fələstin xalqını müdafiə edir. Bunlar meyarlardır və qabardılmalıdır. Tələbə və universitet mənsubu, xüsusən də tələbə bu sahədə çox təsirli ola bilər.

Mənim bu gün söhbət etmək istədiyim əsas mövzulardan biri inkişaf və ədalət məsələsi idi. Dedik ki, dördüncü onillik inkişaf və ədalət onilliyidir. Lakin həm vaxt ötüb, həm də boğazımının vəziyyətinə görə sizə bundan artıq zəhmət vermirəm. Yalnız bir neçə cümlə deyib mövzunu tələbələrlə başqa bir görüşə saxlayıram.


Düşmənlər və daxili dəyişmə təhlükəsi

Bu qədər deyim ki, dünyanın müxtəlif hadisələri bundan sonra da İslam Respublikasından ibarət bu böyük ağacı tərpədə bilməyəcək. Kiçik bir ağac olan zaman yerindən çıxara bilmədilər, bu gün isə böyük və köklü bir ağaca çevrilmişdir. İslam Respulikasını tərpədə bilməyəcəklər. Biz özümüz ehtiyatlı olmalıyıq ki, daxildən çürüməyək. Biz öz mənəvi sağlamlığımızı qoruyana, İslamın və İslam Respublikasının göstərdiyi yolla irəliləyənə və ondan yayınmayana qədər xarici düşməndən əsla qorxumuz yoxdur. Bizə zərər yetirməyəcək və yetirə də bilməz.


Elmi və iqtisadi iqtidar və düşmənin hiyləsi

Hegemonizmin, ABŞ-ın, aydın dəlillərə əsasən, ilk düşmənlik hədəfi İslam Respublikasından ibarət olan ümumdünya sionist şəbəkəsinin siyasətləri İslam Respublikasını nəinki ayaqdan sala, heç zəiflədə də bilməz. Biz sürətlə öz hərəkətimizi davam etdirə bilərik. Sözsüz ki, düşmənin hiyləsini gözləyirik. Bu hiylələr bir dövrə qədər davam edəcək. O dövr ölkənin hərtərəfli iqtidarından ibarətdir və bu, siz tələbələrin, siz gənc nəslin işidir. Siz ölkəni elmi və iqtisadi iqtidara çatdırdıqda və elmi üstünlüyü təmin etdikdə, sözsüz ki, hiylələr azalacaq, məyus olacaqlar. O nöqtəyə çatmayınca hiylələri gözləmək və onlara qarşı mübarizəyə hazır olmaq lazımdır. İnşallah, zaman ötdükcə siz daha güclü olacaqsınız, düşməniniz daha zəif olacaq və son qələbənin xalqa nəsib olacağı gün yaxınlaşacaq.

İlahi! Deyib-eşitdiklərimizi Özün üçün, Öz yolunda və Öz dərgahında qəbul et!

İlahi! Öz bərəkətlərini İslam Respublikası quruluşuna, bu quruluşun fədailərinə, amallarının şəhidlərinə və Böyük İmamına nazil et! Öz rəhmətini və lütfünü bu əziz gənclərə, ölkənin bütün gənclərinə və bizim əziz tələbələrimizə nazil et! Bizi həmişə bu yolun əsgərlərindən və yolçularından et!

İlahi! Bizim əziz şəhidlərimizin dərəcələrini günbəgün ucalt!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə