Ailə münaqişəsinin uşağın psikasına təsiri



Yüklə 15,8 Kb.
tarix28.05.2022
ölçüsü15,8 Kb.
#88237
Ailə münaqişəsinin uşağın psikasına təsiri




Ailə münaqişəsinin uşağın psikasına təsiri

İnsanın həyat eşqinin yüksək olması onun ailədaxili münasibətlərinin normal olmasından xəbər verir. Ailə daxilində yaşanan münaqişələr stress yaradan böhranlarla yekunlaşır ki, bunun da nəticələri bir çox hallarda acınacaqlı olur. Adətən valideynlər arasındakı münaqişələrdə ən çox əziyyət çəkən uşaqlardır. Mütəxəssislərin bildirdiyinə görə, ata-ana arasındakı çəkişmələrdə uşağın vəziyyətinə dair ümumilikdə iki yanaşma var: birinci yanaşmaya görə, evin içərisində və uşağın gözü qarşısında baş verən münaqişələr uşaq üçün travmatikdir. Məhz bu səbəbdən uşaq yanında münaqişədən, mübahisə etməkdən çəkinmək lazımdır. Belə ki, mübahisələrə şahid olan uşağın yaşadığı hisslər onun şəxsiyyətinə və gələcəkdəki münasibətlərinə neqativ yönümdə təsir edir.Digər yanaşmaya görə isə böyüklərin mübahisələrinə şahid olan uşaq bu münaqişələrin həyatın bir hissəsi olduğunu öyrənər və barışıqla nəticələnən bir mübahisədən dəyərli bir həyat dərsi alar. Gələcək həyatında gərginlik yaşayan vaxtlarda tez həyacanlanan və narahatlıq keçirən bir şəxsiyyət inkişaf etməz və münaqişəni təbii bir hadisə kimi qəbul edər.


Əslində bu iki nöqteyi-nəzər bir-birinə heç də əks deyil. Əksinə, hər ikisi bir-birinin tamamlayıcısıdır. Hər münasibətin öz gerçəkliyi daxilində arabir bu anlayışlardan biri digərinə nisbətən daha funksional və ya zərərverici ola bilir. Mütəxəssislərin bildirdiyinə görə, bu qorxu, narahatlıq, əlacsızlıq, nifrət, qəzəb hissləridir. Fiziki şiddət, yüksəlmiş səs tonu və gərginlik mühitində uşaq ilk olaraq qorxunu yaşayır. Körpə başa düşə bilmədiyi səbəblərdən ötrü ata-anasının bir-biri ilə mübahisə etmələrinə görə özünün və ya valideynlərinin zərər çəkəcəklərindən qorxur. Mübahisə zamanı qulaqlarını tutar, qışqırar, yataqdadırsa yorğanın altına girib ağlaya bilər. Əgər səsini eşitdirə bilsə, qorxduğunu və mübahisə etməmələrini söyləyə bilər.
Uşaqda narahatlıq hissi isə qeyri-ixtiyari, şüursuz bir prossesdə ifadə oluna bilər. Uşağın məktəb həyatında, dostluq münasibətlərində problemlər üzə çıxar. Məktəb dostları ilə tez-tez mübahisələr edər, kənardan sakitliyi pozan bir təsəvvür yaradar, diqqəti yayınar, dərslərinə maraq və uğurları azalar. Yuxu rejimi pozular, gecə qorxuları artar, öz otağında yatan uşaq ata-anası ilə yatmaq istəyə bilər. Bu davranışları ilə uşaq qapalı şəkildə ata-anasının mübahisələrinin qarşısını almağa cəhd edər. Bu davranışların əsasında duran əsl narahatlıq isə uşağın özünün varlığı ilə bağlı narahatlıqdır.
Uşaqlar həyatlarını davam etdirmək üçün böyüklərə möhtac olduqlarını bilirlər. Bu şüursuz bir bilim halıdır və təkcə maddi bir həyat narahatlığı deyil. Uşaqlar yaşamaq üçün fiziki qayğı qədər sevgi, ünsiyyət, mənəvi olaraq qorunmağa ehtiyac duyurlar. Ata-ananın davamlı münaqişələrinin uşaqda şüursuz olaraq xəbərdarlıq etdiyi ilk narahatlıq həyat-ölüm narahatlığıdır. Uşaq yuxarıda saydığımız davranışlarla ata-anasını münaqişələrini nəzarət altına almağa çalışaraq əslində öz varlığını qorumağa çalışır.
Əgər ata-ana mübahisəni ər-arvadın soyuqqanlı olmağı ilə müəyyən həddlər daxilində qalırsa, uşaq bu mübahisələrdən müsbət şeylər də öyrənə bilər. Ata-ana arasında fikir ayrılığının olması və bununla əlaqədar olaraq onun müzakirə olunmasını görmək uşaq üçün faydalı ola bilər. Baş verən konfliktlər haqda uşağa izahatın verilməsi konfliktlər zamanı uşağın bunları normal, təbii vəziyyət kimi qəbul etməsinə kömək etməkdir. Dünyanın təkcə xoşbəxtlik və həzzdən ibarət olmadığını dərk edər və bu vəziyyətləri təbii qarşılayar. Beləliklə, xoşagəlməyən vəziyyətlərə qarşı dayanıqlılığı yüksələr və hər mübahisədə tez təsirlənməz. Uşaqlar bir çox müsbət və mənfi hissləri ailə daxilində yaşayıb öyrənər və təkcə sevginin, sevincin deyil, qəzəb və hirslənmənin də təbii ifadələr olduğunun fərqinə vararlar. Təbii ki, qəzəb və hirsin mübahisədə necə göstərildiyi də vacibdir.
İngilis psixoanalisti Fairbainin dediyi kimi mübahisə edib, həm də ruhi sağlamlığı qorumaq heç də həmişə asan deyil.
Əgər bu dinamik prosesdə münasibəti davam etdirmək və qorumaq nöqtəsində çətinlik çəkirsinizsə, aranızdakı mübahisələr sizin və uşağınızın psixi sağlamlığına neqativ yöndə təsir etməyə başlayıbsa, bildiklərinizə baxmayaraq buna mane ola bilmirsinizsə, o zaman psixoloqa müraciət edin.

İstifadə edilmiş ədəbiyyat siyahısı


Ülviyyə Tahirqızı.Ailədaxili münaqişələrin uşaqlara mənfi təsirləri. Xalq Cəbhəsi.-2013 .- 3 may.-S.13.
M.Ə.Həmzəyev. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2000.
N.Z.Çələbiyev. Uşaq psixologiyası. Bakı, 2005.
Əmrahli L., N.Rzayeva, “Uşaq psixologiyası”, Bakı, 2010.

The impact of family conflict on the child's psyche
SUMMARY
The thesis examines the effects of family conflicts on children's psychology.
Влияние семейного конфликта на психику ребенка.
РЕЗЮМЕ
В статье рассматривается влияние семейных конфликтов на детскую психологию.
Yüklə 15,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə