Vii siNİf azərbaycan tariXİ


AZƏRBAYCAN IX-XI ƏSRLƏRDƏ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

AZƏRBAYCAN IX-XI ƏSRLƏRDƏ 

 

Azərbaycanda ilk feodal dövlətlərin yaranması 

 

Ərəb xilafətinin zəiflənməsi və Azərbaycanda müstəqil dövlətlərin yaranması 

 Xilafətə tabe olan ölkələrdə azadlıq müharibələri genişlənirdi. Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının 

başlıca mərkəzlərindən idi. IX əsrdə Xilafət Babəkin başçılıq etdiyi xalq azadlıq hərəkatı nəticəsində zəifləmişdi.  

Feodal  münasibətlərinin  möhkəmlənməsi  nəticəsində  iri  feodalların  mövqeyi  güclənmiş,  Xilafətin 

ucqarlarında  mərkəzə  tabe  olmaq  istəməyən  qüvvələrin  sayı  artmışdı.  Daxili  çəkişmələrin  çoxalması  da  Xilafəti 

zəiflədirdi.  Ərəb  canişinləri  müstəqilliyə  can  atır,  öz  feodal  dövlətlərini  yaradırdılar.  Bu  dövrdə  Azərbaycanda  bir 

sıra  yerli  feodal  dövlətləri  olan  Şirvanşahlar,  Sacilər,  Salarilər,  Şəddadilər,  Rəvvadilər  dövlətləri  yarandı. 

Azərbaycanın  qədim  dövlətçilik  ənənələri  dirçəldi.  Bu  dövlətlərlə  yanaşı,  Şəki  hakimliyi,  Dərbənd  və  Tiflis 

əmirlikləri  kimi  nisbətən  kiçik  dövlətlər  də  yaranmışdı. 

Beləliklə,  IX  əsrdə  Xilafətin  xeyli  zəifləməsi  və  feodal 

münasibətlərinin möhkəmlənməsi nəticəsində: 

 

İri feodalların mövqeyi qüvvətləndi 



 

Əyalət hakimlərinin müstəqilliyi artdı 

 

Milli  azadlıq hərəkatları genişləndi 



Bu dövlətlərin hamısında İslam dini rəsmi din olmuş, Azərbaycan xalqının təşəkkülü üçün vacib olan vahid 

türk  dili  və  türk-islam  mədəniyyəti  formalaşmışdı.



  IX-XI    əsrlərdə  yerli  dövlətlərin  yaranmasının  aşağıdakı 

əhəmiyyəti var idi: 

 

Azərbaycanın qədim dövlətçilik  ənənələrinin dirçəldi . 



 

Türk və qeyri türk etnik qrupları qəsbkarlara qarşı vahid qüvvə halında birləşdi 

 

Bizans, erməni və gürcülərin Azərbaycan torpaqlarını ələ keçirmək planı puça çıxdı. 



 

Ümumi düşmənlərə qarşı mübarizədə xalq sıx birləşdi. 

 

Ölkədə etnik-siyasi birlik daha da möhkəmləndi. 



 

Slavyanlar Azərbaycanda möhkəmlənə bilmədilər 



 

IX-IX əsrlər yaranmış Azərbaycanın  ilk feodal dövlətləri 

 

 

 

 

 

 

 

 

 

 

Xilafətin parçalanması     

gedişində yaranan 

dövlətlər 



Şirvanşahlar 

(861-1538) 

 

Sacilər 

(879-941) 

 

Salarilər 

(941-981) 

 

Şəddadilər 

(971-1054) 

 

Rəvvadilər 

(981-1054) 

 


Şirvanşahlar dövləti (861-1538) 

 

Şirvanşah  Məzyədilər sülaləsinin Azərbaycanda möhkəmlənməsi

 

Şirvan    Azərbaycanın  şimal-şərqində 

kiçik  bir    vilayət  idi.  Dərbənddən  Kür  çayına 



doğru  Xəzər    dənizi  sahillərindəki  Azərbaycan 

torpaqlarını 

əhatə 


edirdi. 

Ərəb 


xilafətinin işğalından  sonra,  Şirvan  ərazisi  xəlifin 

təyin  etdiyi  hakimlərin  mülkünə  çevrilmişdir. 

Şirvanın  birinci  rəsmi  hakimi  Yəzid  ibn  Məzyəd 

olmuşdur  (O,  Xəlifə  Harun  ər-Rəşidin 

zamanında Cənubi Qafqaz vilayətinin, o cümlədən 

Şirvanın  hakimi  təyin  olunmuşdu).  Yəzid  ibn 

Məzyəd ərəb mənşəli Şeybani qəbiləsindən idi. Bu 

sülalə  tarixi  ədəbiyyatda  Məzyədilər  adlandırılır. 

Yezid ibn Məzyəd öldükdən  sonra növbə ilə onun 

oğulları əvəz etdilər. 

 

Şirvanşahlar dövlətinin yaranması. 

Şirvanşahlar  dövlətinin  banisi  Heysam  ibn  Xalid  olmuşdur.  O,  Şirvanın  birinci  rəsmi  hakimi  Yəzid  ibn 

Məzyədin nəvəsi idi. Heysam ibn Xalidin (861-908) 861-ci ildə

 



Şirvanı müstəqil  elan etdi. 

 



İlk dəfə Şirvanşah titulunu qəbul  etdi. 

 



Müstəqil Şirvanşahlar dövlətinin əsasını qoydu. 

Şirvanşahlar  dövlətinin  ərazisi  Dərbənddən  Kür  çayına  qədər  olan  Azərbaycan  torpaqlarını  əhatə  edirdi. 

Dövlətin ilk paytaxtı Şirvan şəhəri oldu. Azərbaycanda yaranmış müstəqil feodal dövlətləri içərisində Şirvanşahlar 

dövləti uzun müddət öz müstəqilliyini qorumuşdur.  

 

Xırda feodal mülklərinin Şirvanşahlar dövlətinə birləşdirilməsi 

Şirvanşah Əbu  Tahirin hakimiyyəti dövründə (917-948): 

 

Şirvanşahlar dövlətinin müstəqilliyini daha  da artdı və ərazisi genişləndi. 



 

918-ci ildə qədim Şamaxını  bərpa etdirib, Şirvanşahlar dövlətinin paytaxtını bura köçürtdü. 

Sonralar da Azərbaycanın şimalındakı xırda feodal mülkləri Şirvan ətrafında birləşdirilməsi davam etdirildi. 

Məzyədilərin  uğurlu  siyasəti  nəticəsində  müxtəlif  dövrlərdə  Şəki,  Beyləqan,  Qəbələ,  Bərdə,  Şabran  və    hərbi-

strateji  əhəmiyyətə  malik  Dərbənd  əmirliyi  Şirvanşahlar  dövlətinə  tabe  edildi.  Şirvanşahlar  Dərbəndi    ələ 

keçirdikdən  sonra  şəhərin  qala  divarlarını  təmir  etdirib  möhkəmləndirdilər.  Lakin  dövlətin  sərhədləri  siyasi 

hadisələrlə əlaqədar tez-tez dəyişirdi. 

IX  əsrin  sonu  -  X  əsrin  ortalarında  Şirvanşahlar  əvvəlcə  Sacilər,  sonra  isə  Salarilər  dövlətindən  asılı 

vəziyyətdə    olmuşdu.  Lakin  daxili  idarəçilikdə  müstəqilliyi  qoruyan  Məzyədilər  həmin  dövlətlərə  yalnız  xərac 

ödəyirdilər. 

 

Şirvanşahlar dövlətinin Səlcuqlardan asılı vəziyyətə düşməsi  

 

Səlcuq  türklərinin  Azərbaycana  axınları  zamanı  Şirvanşahlar  dövləti  onlara  12  il  uzunmüddətli  müqavimət 



göstərsə də bu heç bir nəticə vermədi. 1066-cı ildə Şirvanşahlar dövləti Səlcuqlar tərəfindən işğal edildi. Səlcuqlar 

tərəfindən Şirvanşahlar dövlətinin işğal edilməsi nəticəsində: 

 

Şirvanşah I Fəribürz (1063— 1096) səlcuqlara tabe oldu. 



 

I Fəribürz şah titulundan məhrum edildi. 



Lakin Şirvanşahlar dövləti süqut etmədi, daxili müstəqilliyini qoruyub saxladı.  

 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə