Vii siNİf azərbaycan tariXİ


Sacilər dövləti (879-941)



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

Sacilər dövləti (879-941) 

 

Sacilər sülaləsinin mənşəyi 

Ərəb 


əsarətinə 

qarşı 


mübarizə 

dövründə 

Azərbaycanda yaranmış güclü feodal dövlətlərdən biri də 

Sacilər  dövləti  idi.  Azərbaycan  Sacilər  dövlətini  türk 

mənşəli  sülalə  olan  Sacilər    yaratmışdılar.  Xilafətin 

zəiflədiyi  zaman  türkmənşəli,  «Afşin»  titullu  Sacilər 

sülaləsinin  nüfuzu  artdı.  Sacilər  sülaləsinin  banisi 

Xilafətin  sərkərdəsi  Əbu  Sac  Divdad  idi.  Sacilər 

sülalənin    nümayəndələri  Afşin  ləqəbini    daşıyırdı. 

Sacilər 


Mərkəzi 

Asiyanın  Əşrusən  (Usruşana) 

vilayətinin    qədim  türk  nəsillərindən  idilər.  Ərəb 

ordusunun  bir  çox  məhşur  sərkərdələri,  o  cümlədən 

xürrəmilər  hərəkatını  yatırmaqda mühüm  xidməti  olan 

Afşin Heydər ibn Kavus bu nəsildən idi.  

Əbu  Sac  Divdaddan  başqa  Sacilər  sülaləsinin 

digər görkəmli nümayəndələri Məhəmməd ibn Əbu Sac, 



Yusif ibn Əbu Sac və Deysəm olmuşdur.  

 

 



 

 

Sacilər dövlətinin yaranması. Əbu Sac Divdadın hakimiyyəti (879-898) 

879-cu  ildə  əsası  qoyulmuş  Sacilər  dövlətinin  banisi  Əbu  Sac  Divdad  olmuşdur. 

Əbu Sac Divdad:  

 

Xilafət  qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən idi 



 

Xilafətdə bir sıra  mühüm vəzifələr  tutmuşdur 



 

Xilafətəə xidmət müqabilində Azərbaycan ərazisini mükafat olaraq almışdı. 



Xidmətlərinə görə Xəlifə mülk olaraq Azərbaycanı Sacilərə vermişdir. Ərəb xilafəti 

zəifləyərkən  Əbu  Sac  Divdad  Azərbaycanın  cənub  rayonlarında    Sacilər  dövlətinin  əsasını  qoydu.  Sonralar 

Sacilər bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlətdə birləşdirdilər. Sacilər Xilafətin xəzinəsinə ildə 120  

min  dinar  xərac  göndərsə  də  sonradan  bu  dayandırıldı.Sacilər  dövlətinin  paytaxtı  əvvəl  Marağa,  sonra  isə 

Ərdəbil şəhəri olmuşdu. 

Sacilər  Azərbaycanın  qərb torpaqlarını  ələ keçirməyə çalışan erməni   gürcü  hakimlərini dəfələrlə ağır 

məğlubiyyətə uğradaraq, onları özündən  asılı vəziyyətə  salmışdı.  

IX əsrin sonlarında hakimiyyətdə olmuş hökmdar Məhəmməd ibn Əbu Sacın adına pul  kəsilirdi.   

 

Şirvanşahlarla Sacilər dövləti arasında  oxşar cəhətlər 

 

 

 

Ərəb xilafətinin dağılması gedişində 



yaranmışdılar

 

 



IX əsrdə yaranmışdılar 

 

Dərbənd səddini təmir etdirmişdilər



 

 

Gürcülərlə mübarizə aparmışdılar 



 

 

Şirvanşahlar 



və Sacilər 

dövləti


 

Əbu Sac Divdad (879-

898) 

 

Məhəmməd ibn əbu 



Sac (898-900) 

 

 



 

 

Yusif ibn əbu Sac 



(900-920) 

 

 



Deysəm 

 (920-941) 

 

Sacilər sülaləsi 

 

 



 

 



Yusif ibn Əbu Sacın  hakimiyyəti (900-927) 

Məhəmmədin  ibn  Əbu  Sacın  ölümündən  sonra  hakimiyyətə  onun  qardaşı  Yusif  ibn 



Əbu Sac gəldi. Yusif ibn Əbu Sacın  hakimiyyəti dövründə: 

 



Sacilər dövləti müstəqil siyasət yeritdi və daha da qüvvətləndi. 

 



912-ci ildən etibarən Xilafət xəzinəsinə xərac  göndərilməsi  tamamilə dayandırıldı. 

 



Sacilər  dövlətinə  itaət  etmək  istəməyən  ermənilər  və  gürcülər  dəfələrlə  

məğlubiyyətə uğradıldı. 

 

Dəbili  tutduqdan  sonra  Tiflisi  ələ  keçirərək.  gürcü  hakimləri  Sacilər  dövlətindən 



asılı vəziyyətə düşdü 

 



Şirvanşahlar dövlətini Sacilər özlərindən asılı vəziyyətə saldılar. 

 



Ölkənin sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddi təmir etdirildi 

 



Paytaxt Maragadan Ərdəbil şəhərinə köçürüldü. 

 



Cənubda  Həmədan  və  Zəncandan  şimalda  Dərbəndə  qədər,  qərbdə  Ani  və  Dəbil,  şərqdə  Xəzər 

dənizinədək uzanan bütün Azərbaycan torpaqları Sacilər dövlətinin ərazisinə birləşdirildi. 

X  əsrin əvvəllərində  bütün  Azərbaycan torpaqlarını əhatə  edən Sacilər dövləti  feodallar arasında  gedən ara 

müharibələri nəticəsində zəiflədi. 

QEYD:  Ərəb  mənşəli sərkərdələr olması,  X əsrdə  yaşamaları və paytaxtların dəyişdirilməsi   və Yusif Əbu 

Sac ilə Şirvanşah Əbu Tahir üçün oxşar cəhət təşkil edir.

 

 

Sacilər dövlətinin süqutu 

Xilafətin tənəzzülü nəticəsində Yaxın  və Orta Şərqdə yaranmış siyasi hərc-mərclik şəraitində Sacilər dövləti 

də uzun zaman davam gətirə bilmədi və sonuncu Saci hökmdarı Deysəmin Salarilər tərəfindən 941-ci ildə taxtdan 

salınmasından sonra süquta uğradı. 



 

 

 

Dirhəm. Saci hökmdarı Deysəmin hakimiyyəti dövrünə aid gümüş pul

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə