Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   2   3   4   5   6   7   8   9   ...   47

Azərbaycanda ərəb  əsarətinə qarşı Xürrəmilərin milli azadlıq hərəkatı 

 

Əhalinin Xilafətdən narazılığının səbəbləri

 

VIII  əsrin  ortalarında    Əməvilər  sülaləsinin 

siyasətinə  qarşı  xilafətin  mərkəzində  və  asılı  ölkələrdə 

mübarizə    kəskinləşdi. 

Azərbaycan  əhalisinin  yadelli 

ağalara qarşı qəzəbi artdı. 

Azərbaycanda ərəb  əsarətinə 

qarşı çıxışların səbəbləri aşağıdakılar idi:  

 



Məmurların özbaşıqalığı. 

 



Xilafətin soyğunçu vergi siyasəti.

 

 

 



Ərəb 

mənşəli 

əhalinin 

Azərbaycana 

köçürülməsi

 



Yerli    feodalların  mülk  və  imtiyazlarının  

məhdudlaşdırılması . 

Yerli  feodalların  mülklərinin  və  imtiyazlarının 

məhdudlaşdırılması 

onların 


da 

ərəblərdən 

üz 

döndərməsinə səbəb olmuşdu. 



 

Yerli feodalların ərəblərdən üz döndərməsinin səbəbləri 

 

 

 

Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməyə başlaması

 

Ərəblərə  qarşı  azadlıq  mübarizəsinin  ən  parlaq  mərhələlərindən  biri  xürrəmilər*  hərəkatıdır.    Təqribən  60 

ildən  artıq  mübarizə  aparan  xürrəmilər  vətəni  azad  etməklə  yanaşı,  insanlar  arasında  bərabərliyə  nail  olmağa 

çalışırdılar.  Babəkin  xürrəmilər  hərəkatına  başçılıq  etməsi  ilə  xalq  azadlıq  hərəkatının  yeni  mərhələsi  başladı.   

Xürrəmilər hərəkatının mərkəzi Azərbaycan, Bəzz qalası isə əsas sığınacağı idi

.

 

 

 

 



 

 

 



 

 

 



 

 

 

Xəlifənin Afşini xürrəmilərə qarşı sərkərdə təyin etməsi 

Ərəblər çox çalışsalar da, xürrəmilərin zərbələrini dəf edə bilmirdilər.



  

Xəlifə xürrəmilərə qarşı mübarizədə 



qalib gəlmək üçün aşağıdakı tədbirləri həyata keçirdi: 

 



Külli miqdarda pul və hərbi qüvvəsini xürrəmilərə qarşı yönəltdi. 

 



Məşhur türk sərkərdəsi Afşin xürrəmilərə qarşı vuruşan ərəb ordusuna komandan təyin edildi. 

Afşin Babəklə əsas döyüşə girməzdən əvvəl xürrəmilərə qarşı aşağıdakı taktiki tədbirlər həyata keçirdi: 

 

Öz iqamətgahını üsyançıların mərkəzinə yaxın olan Bərzəndə köçürdü 



 

Bərzəndlə Ərdəbil arasında yollar və qal alar bərpa edildi. 

Mülk və imtiyazlarının  

məhdudlaşdırılması

 

 

 



 

Vəzifələrindən uzaqlaşdırılması 

 

 

 



 

 

Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi,  



yerli xürrəmi təşkilatına başçılıq edən Cavidan bir dəfə qış 

vaxtı Zəncanda  qalaya qayıdarkən yolda qar fırtınasına 

düşür. Onun dəstəsi sığınmaqdan ötrü  Ərbədilin Bilalabad 

kəndinə dönür və Babəkin ailəsi glidə qalmalı olurlar. 

Burada Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. Buna 

görə də o,  Babəki özü olə bəzz qalasına aparı. Babək Bəzzdə 

Cavidanın malikanəsini idarə etməyə başalyır. Cavidan 

toqquşmaların birində həlak olandan sonra Babək onun 

yerinə keçir və xürrəmilər icmasına rəhbərlik etməyə 

başlayır 

 



 

Xürrəmi dəstələri arasına kəşfiyyatçılar göndərildi. 

Afşinin  gördüyü  tədbirlər  nəticəsində  qüvvələr  nisbəti  ərəblərin  xeyrinə 

dəyişirdi.  Afşin  özünə  lazım  olan  qədər  məlumat  topladıqdan  sonra  uzunsürən 

döyüşlərdən  yorulmuş  xürrəmilərlə  həlledici  döyüşə  başladı.  Xürrəmilər  də  tədbirli 

fəaliyyət göstərirdilər.Lakin azadlıq müharibəsinin illərlə  uzanması  geniş əraziləri 



əhatə  etməsi  ona  rəhbərliyi    çətinləşdirirdi.  Ərəblərin  güclənməsi  və  Afşinin 

tədbirlərindən  qorxuya  düşən  Babəkin  müttəfiqi  olan  yerli  iri  feodallar  ondan 

uzaqlaşdı.  Bununla  belə,  xürrəmilər  mübarizə  əzmini  itirmirdilər.  836-cı  ildə 

Həşdadsər dağı yaxınlığındakı döyüşdə xürrəmilər Babəkin hərbi taktikası ilə hərəkət 

edib ərəblər üzərində yenidən parlaq qələbə qazandılar. Düşmənin çoxlu canlı qüvvəsi 

məhv edildi, xeyli silah, ərzaq və pul üsyançıların əlinə keçdi.  

 

Bəzz qalasının tutulması. Xürrəmilər hərəkatının süqutu 



837-ci  ildə  xəlifə  Afşinin  köməyinə  iki  böyük  ordu  və  30  milyon  dirhəm  pul  göndərdi.  Hazırlıq  işləri  başa 

çatdıqdan sonra Afşinin qoşunu həmin ilin yayında Bəzz qalasına yaxınlaşaraq qalanı mühasirəyə aldı. Afşin döyüşə 

başlamazdan əvvəl Babəkə sülh təklif etdi.  Afşinin Babəkə sülh təklif etməkdə məqsədi  Bizansa qarşı müharibədə 

ondan istifadə etmək idi. Lakin Babək əqidəsindən dönmədi və sülh təklifini rədd etdi. 

Tərəflər arasında son döyüş daha  yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli bir vaxtda, 837-

ci  il  avqustun  26-da  Bəzz  qalası  yaxınlığında  başladı.  Döyüş  zamanı  Bəzz  qalasının  divarlarını  dağıtmaq  üçün 

mancanaqlardan    istifadə  edən  ərəblər  Bəzz  qalasını  çətinliklə  ələ  keçirdilər.  Ələ  keçirilən  əsirlərin  arasında 

Babəkin ailə üzvləri və yaxın qohumları da vardı. 



 

Babəkin ələ keçirilərək  edam olunması 

Bəzz    qalasının  süqutundan  sonra  Babək  Azərbaycanın  şimalına  - 

Arrana    gəldi.  Onun  Arrana  gəlməkdə  məqsədi  Bizans  imperatorunun  

yanına gedərək yeni qüvvə toplayıb müharibəni davam etdirmək idi.  

Xəlifə  Babəki  ələ  keçirmək  üçün  yeni  üsula  əl  atdı.  Hər  yerə  xəbər 

yayıldı: — Kim Babəkin yerini bildirsə və ya onu tutub ərəblərə təhvil versə, 

əvəzində ona 2 milyon dirhəm pul mükafatı veriləcək. 

Hiyləgər və acgöz feodallardan biri Babəki öz mülkünə dəvət etdi, 

sonra  da  xəyanət  yolu  ilə  onu  ərəblərə  təhvil  verdi.  Babəki  Afşinin 

Bərzənddəki  düşərgəsinə  gətirdilər.  Sonra  onu  Samirə  şəhərinə  apardılar. 

Yola  düşməzdən  öncə  Afşin  Babəkin  son  arzusunu  yerinə  yetirdi.  O,  Bəzz 

qalası ilə vidalaşdı. 838-ci ildə xəlifənin əmri ilə Babək edam edildi. 



Xürrəmilər hərəkatının məğlubolma səbəbləri və əhəmiyyəti 

Orta  əsrlərin  digər  üsyanları  kimi,  xürrəmilər  hərəkatı  da  məğlub  oldu.  Xürrəmilər  hərəkatının  məğlub 

olmasının səbəbi aşağıdakı amillərlə bağlı idi: 

1.

 

Yerli əyanların hərəkatdan boyun qaçırması və feodalların xəyanəti. 

2.

 

Xəlifənin xürrəmilərə qarşı ən güclü türk sərkərdələrini və əsgərlərini döyüşə cəlb etməsi. 

Azadlıq mübarizəsinin miqyası böyük idi. İllərlə davam edən müharibədə xürrəmilər Xilafətə saysız-hesabsız 

maddi zərər vurmuşdu. Minlərlə ərəb əsgəri məhv edilmişdi. Onlar arasında Xilafətin ən məşhur sərkərdələri var idi. 

Xürrəmilər  hərəkatının  böyük  əhəmiyyəti  var  idi.  Belə  ki,  Babəkin  başçılıq  etdiyi  xalq  azadlıq  hərəkatı 

nəticəsində 

 



Xürrəmilər hərəkatı Xilafətin əsarəti altında olan digər xalqların da azadlıq mübarizəsinə təkan verdi. 

 



Xilafət sarsıldı və əvvəlki mövqeyini bir daha bərpa edə bilmədi. 

IX  əsrin  II  yarısından  etibarən  Xilafətdən  asılı  olan  ölkələrdə,  o  cümlədən  Azərbaycanda  bir  sıra  müstəqil 

yerli dövlətlər meydana gəldi.  

Babəkin müttəfiqi Bizans 

imperatoru II Konstantin (829-842) 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə