Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən



Yüklə 10,83 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü10,83 Kb.
#7121

background image
www.cafarcabbarli.org 

 

 

 

ANA 

 

 

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,  

Ürək süqut eləməz aldığı mətanətdən.  

Ricavü xəvfə məkan vermərəm gər alimlər  

Min il də vəz edələr dəhşəti-qiyamətdən.  

 

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,  



Və ya ki, vəd edələr dövləti-cahanı mənə  

Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,  

Əyilmərəm nə ki yer, versələr səmanı genə.  

 

Yanımda gər dura cəllad əlində şəmşiri,  



Ölüm gücilə mənə hökm edə olum təslim,  

Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun  

Gücilə xalqa həqiranə eyləyim təzim?  

 

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,  



Fəqət nə güclü, zəif bir vücud var, yahu,  

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,  

Öpüm ayağını əcz ilə, kimdir o? Nədir o?  

 

Ana! Ana!.. o adın qarşısında bir qultək  



Həmişə səcdədə olmaq mənə fəxarətdir;  

Onun əliylə bəla bəhrinə yuvarlansam,  

Genə xəyal edərəm bəzmi-istirahətdir.  

 

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!  



Atıl cahana sən, ey ildırım, alış, parla!  

Dayanma, taqi-səmavi, gurulda, çatla, dağıl!  

Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!  

 

Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox!- Yox!!! 



Fəqət Ana! O müqəddəs adın qabağında.  

O pak bağrına bassın məni, desin layla,  

Təbəssüm oynadaraq titrəyən dodağında.  

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,  



Uçar səmalara hər aləmi-xəyalətdə.  

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:  

-Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. 

 

Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü 



Ki, bir taqım canavar zülmnən şikar eləsin?! 

Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək, 

Ayaqlar altına torpaq kibi nisar eləsin ?! 

 

Zəlilü-xar edərək məhbəsi-əsarətdə, 



O şanlı qollarına zülminən vurar zəncir. 

background image
www.cafarcabbarli.org 

 

 

 

Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs? 

Neçin də parlayıb etməz cahanı bir tənvir? 

 

Aləmi, ədl-ədalət üzüldü dünyadən, 



Neçin nəsibim edibsən bu zülm- dövranı. 

Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün, 

Ki, aləmi-bəşəriyyət unutdu vicdanı. 

 

 



 

Yüklə 10,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə