Vii siNİf azərbaycan tariXİ


Salarilər dövləti (941-981)



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

Salarilər dövləti (941-981) 

 

Salarilər dövlətinin yaranması və ərazisi 

941-ci  ildə  meydana  gələn  Salarilər  dövlətinin  banisi 

keçmiş  Deyləm  (Gilan)    hakimi  Mərzban  ibn  Məhəmməd 



(941-957)  idi.  Mərzban  ibn  Məhəmməd  Azərbaycanın  feodal 

qrupları    arasındakı  çəkişmədən  istifadə    edərək  941-ci  ildə 

sonuncu  Saci  hökmdarı  Deysəmə  qalib  gəlib  Ərdəbil  şəhərini 

ələ keçirərək Sacilər dövlətinin varlığına son qoydu və Salarilər 

dövlətini  yaratdı..  Bu  hadisədən  sonra  Sacilər  dövləti  yarandı. 

Mərzban ibn Məhəmməd Salarilər  sülaləsindən idi. Buna görə 

dövlət  Azərbaycan  tarixində  Salarilər  dövləti  kimi  tanınır. 

Salarilər  dövlətinin  paytaxtı  Ərdəbil  şəhəri  idi.  Dövlətin 

ərazisinə  şimalda    Dərbənd  keçidi,  cənubda  Dəclə  və  Fərat  

çaylarının  yuxarı  axarı,  şərqdə  Gilan  daxil  olmaqla  Xəzər 

sahilləri, qərbdə Şərqi Gürcüstan əraziləri daxil idi. 

Salarilərin  hakimiyyəti  dövründə  Xəzər  dənizində 



yenidən  ticarət  gəmiləri  üzməyə  başladı.  Azərbaycan  Yaxın  və 

Orta Şərqdə həm iqtisadi,  həm də siyasi cəhətdən daha qüdrətli 

bir ölkə kimi tanındı. 

 

Mərzban ibn Məhəmmədin hakimiyyəti 

Mərzban ibn Məhəmmədin hakimiyyəti (941-957)dövründə: 

 



Şirvanşahlar  dövləti  asılı hala salındı və Dərbənd ələ keçirildi. 

 



Azərbaycanın şimal- qərb torpaqları Salarilər dövlətindən asılı hala salındı. 

 



Şərqi Gürcüstanı  Salarilər dövlətinə tabe edildi. 

 



Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. 

 



Azərbaycanın Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. 

 



Yenidən bütün Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi. 

 



Dövlətin sərhədləri şimalda  Dərbənd keçidi, cənubda Dəclə və Fərat  çaylarının yuxarı axarına qədər 

əraziləri əhatə edirdi. 

 

Salarilər dövlətinin tənəzzülü 

Mərzban ibn Məhəmmədin ölümündən sonra (957) onun oğulları  ilə qardaşı Vəhsudan arasında hakimiyyət 

ugrunda mübarizə, feodal ara müharibələri başladı. Hakimiyyətə gələn Vəhsudan feodalları ələ alaraq öz tərəfinə 

çəkir, bu yolla hakimiyyətini möhkəmləndirirdi.  Vəhsudandan sonra hakimiyyətə  İbrahim (962-981) gəldi. Salari 

İbrahim hakimiyyəti dövründə: 

 



Dövlətin əvvəlki nüfuzunu qoruya bilmədi və Salarilərin hakimiyyəti  zəiflədi. 

 



Yerli feodalları əldə saxlamaq üçün iqta torpaqları paylamaq siyasəti də səmərə vermədi. 

 



Dövlətin ərazisində Şəddadilər dövləti yarandı və Gəncə və onun ətrafındakı torpaqlar itirildi. 

 



Rəvvadilər nəslindən olanlar feodallar  gücləndi və Salarilər dövlətinin süqutu sürətləndi. 

981-ci ildə İbrahim  ibn Mərzban taxtdan salındı və Salarilər dövləti Rəvvadilər tərəfindən süquta uğradıldı

.

  



 

 

Mərzban ibn Məhəmməd 



(941-957) 

 

Vəhsudan  



(957-962) 

 

İbrahim inb Mərzban  



(962-981) 

 

Salarilər sülaləsi 



 

 

 



 


 

 

 



Rəvvadilər dövləti (981-1054) 

 

Rəvvadilər sülaləsinin mənşəyi

 

Rəvvadilər  Azərbaycanda  ərəb əsarətinə qarşı  mübarizə aparıb  müstəqilliyə can atan iri  feodal nəsli idi. Bu 



feodal sülaləsinin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın cənub 

bölgələrinə çoxlu ərəb  nəsilləri köçürülmüşdü.  Onlardan biri də əzdilər nəslindən olan rəvvadilər  idi. Onların bir 

hissəsi Marağa, Təbriz, Qaradağ və Əhər bölgələrində köçürülmüş, yerli əhali ilə qaynayıb-qarışmışdılar. 

VIII əsrin sonlarında rəvvadilər Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi  əmirliyi yaratmışdılar.   

 

Rəvvadilər dövlətinin yaranması. Əbülhica Rəvvadi 

Salarilərin  hakimiyyətinin  zəiflədiyi  bir  dövrdə  qüvvətlənən  rəvvadilər  nəsli    yaranmış  siyasi  vəziyyətdən 

istifadə  edərək  Rəvvadi  Əbülhicanın  başçılığı  ilə    981-ci  ildə  sonuncu  Salari  hökmdarı  İbrahim  ibn  Mərzbanı 

taxtdan  salaraq  ilk paytaxtı Ərdəbil şəhəri olan Rəvvadilər dövlətinin  əsasını qoydu və yeni dövlətin banisi oldu. 



Əbülhica Rəvvadi (981-988) 

Salariləri  məğlubiyyətə  uğratdıqdan    sonra  Rəvvadilər    Azərbaycanın  cənub    torpaqlarını  qəti  olaraq  öz 

hakimiyyətləri  altında birləşdirdilər. Bundan başqa, Rəvvadilər Muğan hakimliyini  də özlərindən asılı  vəziyyətə 

salmışdılar. Rəvvadilər dövlətinin ərazisinə Cənubi Azərbaycanı torpaqları  və Muğan  hakimliyi  daxil idi. 

 

Rəvvadilər dövlətinin paytaxtının Təbrizə köçürülməsi 

Rəvvadilər  dövlətinin  paytaxtı  əvvəl  Ərdəbil  olsa  da  sonradan  Təbriz  şəhərinə    köçürüldü.  Bununlada 

Təbriz  ilk  dəfə  olaraq  paytaxt  şəhərə  çevrildi.  Təbriz  Rəvvadilərin    hakimiyyəti  illərində    daha  da  böyüdü  və 

abadlaşdı. Təbriz şəhəri ticarət yollarının qovşağında yerləşdiyi üçün sürətlə inkişaf

 edirdi.  

 

Oğuz tayfalarının Azərbaycana yeni axınları  

Rəvvadilər ərəb mənşəli olsalar da, artıq  türkləşmişdilər. Rəvvadilərin hakimiyyəti dövründə Azərbaycanda 

yerli  türk  tayfalarının  mövqeyi  gücləndi.  Hətta  1028-ci  ildə  Xorasandan  köç  etmiş  yeni  oğuz-türk  nəsillərini 

Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) Azərbaycanda məskunlaşmağa icazə vermişdi. Oğuz tayfalarının yeni 

axını  XI  əsrin  20-ci  illərində  oğuz  tayfalarının  Azərbaycana  yeni  axınları  nəticəsində  Azərbaycanda  yerli  türk 

tayfaları  daha da möhkəmləndi. Sonralar da oğuz tayfalarının Azərbaycana yeni-yeni axınları baş verdi. 

 

Rəvvadilər dövlətinin süqutu 

Zaman  keçdikcə  Rəvvadilərin, eyni zamanda  Şirvanşahlar və  digər hakim sülalələrin  hakimiyyəti zəiflədi. 

Buna görə də  Azərbaycan dövlətləri Səlcuq türklərinin yürüşlərinə qarşı dura bilmədilər. 1054-cü ildə  Vəhsudan 

səlcuqların  hakimiyyətini  tanıdı.  Sonralar  səlcuqlar  Rəvvadilər  dövlətinin  varlığına  tədricən  son  qoydular.  Yalnız 

Marağada  Rəvvadi  nəslindən  olan  Ağsunqurilər  sülaləsi  (1108-1227)  hakimiyyətini  qoruyub  saxlaya  bildi. 

Ağsunquri  hakimləri  səlcuqlar  dövründə  atabəy  rütbəsi    daşımış,  öz  mülklərini  monqol  işğallarınadək  qoruyub 

saxlaya  bilmişdilər.  Lakin  1227-ci  ildə  Xarəzmşah  Cəlaləddin  Marağada  Ağsunqurilər  sülaləsinin  varlığına  son 

qoydu.  


 

 

 



 

Sacilər və 

Salarilər 

dövləti 


 

Hər iki dövlətin paytaxtı Ərdəbil şəhəri 

olmuşdur 

 

Ərazisləri şimalda  Dərbənd keçidinədək 



uzanırdı 

 

Cənubi Azərbaycan torpaqlarında 



yaranmışdılar 

 

Şirvanşahlar dövlətini özlərindən asılı 



vəziyyətə salmışdılar 

 

Gürcüstanın bir hissəsini və erməniləri 



özlərinə tabe etmişdilər 

 

Bütün Azərbaycan torpaqlarını vahid 



dövlətdə birləşdirmişdilər 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə