Vii siNİf azərbaycan tariXİ


Azərbaycanın  orta əsr şəhərlərinin ümumi cəhətləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

Azərbaycanın  orta əsr şəhərlərinin ümumi cəhətləri 

Azərbaycanın orta əsr şəhərlərinin hamısı zahiri  görünüşcə  bir-birinə  bənzəyirdi.  Azərbaycanın  orta əsr 

şəhərlərinin ümumi cəhətləri aşağıdakılar idi: 

 



Karvan yolları üstündə və müdafiə  üçün əlverişli olan təbii- coğrafi mövqedə salınırdı. 

 



 Bir qayda  olaraq, möhkəm qala divarları ilə  əhatə  olunurdu. 

 



Əhalisi sənətkarlıq, ticarət, əkinçilik  bağçılıqla məşğul olurdu. 

 



Quruluşuna görə  iki hissədən (içəri şəhər,  bayır şəhər) ibarət  idi. 

 



Evlər və təsərrüfat binaları içəri şəhərdə, əkin-biçin yerləri isə qala divarının bayır hissəsində yerləşirdi.  

 



Şəhərlərin ən gur yeri, bir qayda olaraq, Cümə məscidi yaxınlığında yerləşən bazar meydanı idi. 

 

Azərbaycanın  orta əsr şəhərləri (IX-XI əsrlərdə) 

Bu  dövrdə  Bərdə, Şabran,  Təbriz, Ərdəbil,  Dərbənd, Tiflis     böyük  şəhərlər  sayılırdı.   Ərəb səyyahları o 

zamankı Azərbayanın şəhərləri içərisində Bərdənin  rolunu xüsusi  qeyd  edirlər. İbn Havqəl Bərdəni Azərbaycanın 



«başlıca  şəhəri»  adlandıraraq  Bağdadla  eyniləşdirmiş,  şəhərin  bazarından  bəhs  etmişdir.  Ümumiyyətlə,  IX-XI 

əsrlərdə  Bərdə şəhərinə aiddir: 

 

Bütün Cənubi Qafqazın siyasi, sənətkarlıq və ticarət mərkəzi idi. 



 

Arranın ən böyük şəhəri, Azərbaycanın daxil olduğu iqlimin Bağdadı adlandırılırdı. 



 

Bir müddət Salarilər dövlətinin tabeliyində olmuşdur. 



 

944-cü ildə slavyanların basqınlarından sonra iqtisadi və siyasi mərkəz kimi tənəzzülə uğramışdı. 



Arranın böyük şəhərlərindən biri də Dərbənd şəhəri idi. Dərbənd şəhərinə aiddir:  

 



Baş Qafqaz sıra dağları ilə  Xəzər  dənizi  arasındakı  dar keçiddə yerləşirdi. 

 



Azərbaycanın ən  böyük liman-şəhəri və sənətkarlıq mərkəzi idi. 

Ərəb müəlliflərinin məlumatına görə, çox səliqəli olan bu şəhərdə, hətta kanalizasiya sistemi də yaradılmışdı. 

Bakı şəhərinə aiddir: 

 



Dərbənddən sonra ikinci liman şəhəri idi.  

 



Neft «bulaqları» onu qonşu ölkələrdə məşhurlaşdırmışdı. 

Şamaxı şəhərinə aiddir: 

 

Paytaxt şəhəri idi (Şirvanşahlar dövlətinin ikinci paytaxtı idi). 



 

Şirvanın iqtisadi və siyasi mərkəzi rolunu oynuyurdu 



 

İpəyi bütün Azərbaycanda və bir sıra başqa ölkələrdə öz  şöhrətini saxlayırdı. 



Bəhs edilən dövrdə sürətlə tərəqqi edən Marağa, Ərdəbil və Təbriz şəhərləri paytaxta çevrilmişdilər. 

 

Ərəb səyyahları Azərbaycan şəhərləri haqqında... 

Bakuyə. Şirvan vilayətinin Dərbənd dairəsində şəhərdir. Burada «neft quyusu var. Onun icarə haqqı bir min 

dirhəmə çatır, o quyunun yanında isə arası kəsilmədən, gecə-gündüz civə kimi qatı ağ neft püskürən başqa bir quyu 

da var.». İnandığım tacirlərdən biri mənə danışırdı ki, orada özözünə həmişə yanan bir yer görmüşdür. 

Yaqut al-Hamavi 

 

Bab əl-Əbvab (Dərbənd) Təbəristan dənizi sahilindədir, ona Xəzər dənizi deyirlər. Bu şəhər Ərdəbildən iki kvadrat 

mil böyükdür. Şəhərin çoxlu əkin yerləri var, ancaq meyvə ağacları azdır, meyvəni buraya başqa yerlərdən gətirirlər. 

Şəhərin dağlardan üzüaşağı enən qala divarları var. Bu dağlarda elə bir yol yoxdur ki, onlar ilə müsəlman ölkələrinə 

girə biləsən. 

Yaqut al-Hamavi 

 

Təbriz. Azərbaycanda ən çox tanınmış şəhər. Bu, çox adam yaşayan, kərpic və əhəngdən yaxşı hörülmüş divarları 

olan gözəl şəhərdir. Şəhərdən çoxlu kiçik çaylar axır. O, bağlar içindədir, şəhərdə meyvə ucuzdur. 

Yaqut al-Hamavi 

QEYD:  Ərəb  səyyahları  Azərbaycandan  bəhs  edərkən  bir  qayda  olaraq,  ölkənin  Arazdan  şimaldakı  torpaqlarını

yəni Arran  adı ilə  təqdim edirlər. Ərəblər Arranın ən böyük şəhərlərinin  sırasında Bərdə və Dərbənddən sonra 



Tiflisdən  də  bəhs  edir,  buranın    “Azərbaycan  hökmdarlarının  idarə    etdiyi    dağlıq  ölkə”  olduğunu  bildirirdilər. 

Ərəb səyyahlarının  fikrinə  görə  bu dövrdə Tiflis  «suyu odsuz  qızdırılan»  müalicə  hamamları ilə  məşhur idi.  Qala 

divarları ilə əhatə olunan Tiflis, həm də ticarət mərkəzi kimi tanınırdı. 



 

IX-XI əsrlərdə Arranın ən böyük şəhərləri 

 

 

Kəndli qrupları 

IX-XI  əsrlərdə  Azərbaycanda  feodal  münasibətləri  inkişaf  etməkdə    idi.  Bu  dövrdə  cəmiyyətin  əsas 

istehsalçısı  qüvvəsi kəndlilər idi. IX-XI əsrlərdə Azərbaycan kəndliləri başlıca olaraq iki hissəyə  bölünürdülər: 



1.

 

Uluc kəndlilər. Feodallardan asılı vəziyyətdə olan kəndlilər uluclar adlanırdı 

2.

 

Azad kəndlilər. Azad kəndlilər başlıca  olaraq, dağ rayonlarında yaşayırdılar. 

İstər azad kəndlilər, istərsə də uluclar dövlətə vergi ödəməyə borclu idilər. 



 

IX-XI əsrlərdə Azərbaycanda kəndli qrupları 

 

 

 

Vergi və mükəlləfiyyətlər 

IX-XI əsrlərdə Azərbaycanda üç əsas vergi növü mövcud idi: 

1.

 

Zəkat (sədəqə) və xüms - müsəlman əhalisindən öz əmlakına görə alınan vergi idi 

2.

 

Cizyə - müsəlman olmayan əhalidən alınan can vergisi idi. 

3.

 

Üşr – torpaqdan istifadə müqabilində kəndlidən alınan onda bir vergisi idi. 

Müstəqil dövlətlərin yaranması əhalinin vəziyyətini nisbətən yaxşılaşdırmışdı. Hakimiyyətdə olan sülalələrin 

başçıları iri feodalları mərkəzi hakimiyyətə tabe etmək üçün tez-tez tədbirlər görməyə çalışırdılar. Məsələn, Saları 

hökmdarı  Mərzban  ibn  Məhəmməd  “Qanunnamə”  hazırlatmışdı.  Mərzban  ibn  Məhəmmədin  “Qanunnamə” 

hazırlatmaqda məqsədi bunlar idi: 

 



Mərkəzi  hakimiyyətə   tabe  olmaqdan boyun qaçıran feodal  hakimlərin əl-qolunu  yığmaq 

 



Vergi  sistemində  qayda-qanun  yaratmaq  

Tədbir  nəticəsində  vergilərin  toplanması  və  özbaşınalığın  aradan  qaldırılması  ölkədə  vəziyyəti  bir  müddət 

yaxşılaşdırdı.  Lakin  vahid  dövlətin  olmaması,  feodal  hərc-mərcliyi,  həmçinin  bir-birini  əvəz  edən  dövlətlərin 

arasındakı mübarizə əhaliyə ciddi ziyan vururdu. 

 

Torpaq mülkiyyəti formaları 

IX—XI  əsrlərdə  torpaq  üzərində  mülkiyyətin  bir  neçə  forması  mövcud  idi.    Ərəb  xilafətinin  dağılmasından 

sonra  mövcud  olan  torpaq  mülkiyyəti  formalarında  bəzi  dəyişikliklər  baş  verdi.  Ümumiyyətlə,  IX-XI  əsrlərdə 

Azərbaycanda feodal torpaq mülkiyyətinin aşağıdakı növləri mövcud idi:  



1. Mülk torpaqları 

 



Ən geniş  yayılan torpaq mülkiyyət forması idi 

 



Ayrı- ayrı  feodallara  məxsus  olub,   irsən (nəsildən-nəsilə) keçirdi 

 



Mülk sahibi malik (məlik)  və ya mülkədar  adlanırdı 

 



Mülk sahibləri həmin  torpaqları istədiyi zaman sata və bağışlaya  bilərdi 

 



Mülk sahibi dövlətə torpaq vergisi verirdi 

2.

 

İqta torpaqları 

 



Dövlətə  xidmət müqabilində verilirdi. 

 



Ərəblərdən qalma şərti torpaq mülkiyyəti  idi. 

3.

 

Camaat (icma) torpaqları 

 



Əsasən, otlaqlar, örüşlər, meşələr, bataqlıqlardan, bəzən əkin  yerlərindən ibarət  olurdu 

Azadlar 

 

Uluclar 

 

Bərdə 

Tiflis 

 

 



Dərbənd 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə