Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 

Abşeron sahilindəki ərazilərdə dəhşətli talanlar törətdilər. 



 

Pirallahı, Zirə, Zənbilə, Sarı və s. adalarda mökəmlənərək basqınlar edirdilər. 



 

Dinc əhaliyə divan tutdular. qadınlar və uşaqlar əsir götürüldü. 



 

Geri qayıdarkən  külli miqdarda qənimət apardılar 



Slavyanlar  geri  qayıdarkən    ələ  keçirdikləri  qənimətin  bir  hissəsini  şərtləşdikləri  kimi,  Xəzər  xaqanına 

göndərdilər.  Lakin  Xəzərin  şimal  sahillərində  qarətdən    qayıdan  slavyan  drujinaları  təqribən  15  min  nəfərlik  



müsəlman-türk  qoşunları  qarşılaşdılar.  Tərəflər  arasında  şiddətli    döyüş  baş  verdi.  Ərəb  tarixçisi  Məsudinin 

məlumatına    görə,  üç  gün    davam  edən  bu  döyüşdə  ruslar  darmadağın  edildi,  onlardan  ancaq  kiçik  bir  dəstə 



qaçıb, canını qurtara  bildi” Döyüşdə darmadağın edilən slavyanlar ölkədən qovuldular.  914-cü ildə slaviyanlar 

Xəzər xaqanlığının müsəlman türkləri tərəfindən darmadağın edildikdən sonra: 

 

Slavyanların Azərbaycana hücumları bir qədər dayandı. 



 

30 il  rusların Azərbaycanın Xəzər sahillərinə yürüşləri  təkrar olunma 



 

 

Slavyanların 944-cü il yürüşü. Bərdə faciəsi 

Otuz illik fasilədən sonra slavyanlar 944-cü ildə yenidən Xəzər sahillərinə hücum etdilər. Bu yürüşdə əvvəlki 



yürüşlərdən  fərqli  olaraq    slavyanların  məqsədi  «Arranın  anası»  kimi  tanınan  Bərdə  şəhərini  ələ  keçirmək  və 

Azərbaycanda möhkəmlənmək   idi. Bərdə Yaxın və Orta  Şərqdə ən böyük ticarət və  sənətkarlıq    mərkəzlərindən 

biri idi. Slavyanlar Qafqazın baş şəhəri, Bərdəni böyük qənimət mənbəyi hesab edirdilər.  

Azərbaycan  torpaqlarına  hücum  edən  slavyanlar  gəmilərlə  əvvəlcə  Kürün  mənsəbinə  doğru,  oradan  isə 

Bərdəyə tərəf irəlilədilər. Ərəb tarixçilərinin verdiyi məlumata görə, onlar Bərdə yaxınlığında, Kür sahilində düşərgə 

saldılar. Gəmiləri sahildə qoyaraq Bərdəyə hücum etdilər. 

 Slavyanların 944-cü ildə Bərdəyə yürüşü zamanı şəhər Salarilər dövlətinin tərkibində idi və Salari hökmdarı 



Mərzban ibn Məhəmməd (941-957) idi. Bərdə hakimi   az qüvvəsi  olduğu üçün slavyanlara müqavimət göstərə 

bilmədi və  Bərdə  slavyanların əlinə keçdi. Slavyanlar Bərdəyə daxil olduqdan sonra: 

 

Əhalini qılıncdan keçirdilər 



 

Şəhəri amansızcasına qarət etdilər 

Bərdəni  itaətdə  saxlamağın  mümkün olmayacağını yəqin edən ruslar  onlardan tələb etdilər ki, gün ərzində 

şəhərdən çıxıb getsinlər. Göstərilən müddət başa çatdıqdan sonra slavyanlar: 

 



Şəhərdən çıxa bilməyən Bərdə əhalisini  yenidən qılıncdan keçirdilər 

 



Qalan əhalini məscidə toplayıb  sağ qalmaq üçün adambaşına 20  dirhəm pul tələb etdilər 

Bu dəhşətli faciə zamanı Bərdə əhalisinin təqribən 20 min nəfəri qətlə yetirilmişdir. 

Bərdənin ağır günlərində Salari hökmdarı Mərzban ibn Məhəmməd 30 min nəfərlik qoşunla özünü yetirərək 

şəhəri  mühasirəyə  aldı. Lakin, Mərzban ibn Məhəmməd  düşmənə  ağır zərbə vursa da, şəhəri ala  bilmədi. Bu 

zaman Mosul hakiminin  Azərbaycanın cənub sərhədlərini  pozaraq Xoy və Salması ələ keçirdiyi üçün Mərzban 

ibn  Məhəmməd Bərdənin müdafiəsini yarımçıq qoyaraq özünün əsas hərbi  qüvvələri ilə  Azərbaycanın cənubuna 

hərəkət  etməyə    məcbur  oldu.  Salarilərin  4  min  nəfərlik  kiçik    hərbi    qüvvəsi  isə  Bərdənin  mühasirəsini    davam 

etdirsələrdə bu heç bir nəticə vermədi. Lakin slavyanlar Bərdənin uzun müddət əllərində saxlaya bilmədilər. Bunun 

əsas səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 



Əhalinin mübarizə  əzmini qıra bilməməsi. 

 



Vaxt uzandıqca daha çox itki  verməsi. 

 



Onlar arasında yoluxucu  xəstəliklərin yayılması. 

Bu səbəbdən slavyanlar gecə  vaxtı qalanı yandırıb, şəhəri  tərk  etdilər və Kür sahilindəki gəmilərinə minib 

ölkələrinə qayıtdılar. Slavyanların Bərdəyə  944-cü  il  yürüşünün isə aşağıdakı ağır nəticələri oldu: 

 



Bərdə şəhəri dağıldı və bundan sonra uzun müddət dirçələ bilmədi. 

 



Sənətkarlıq və ticarət  tənəzzülə  uğradı, şəhərdə pul kəsilməsi dayandırıldı. 

 



Məşhur Bərdə bazarı əvvəlki əhəmiyyətini itirdi. 

 



X  əsrin  ikinci  yarısında  yaranan  Şəddadilər  dövlətinin  Gənəni  özlərinə  paytaxt  seçməsi    ilə    Bərdə 

diqqətdən və abadlıq  işlərindən  kənarda qaldı. 

Nizami Gəncəvi «İsgəndərnamə» poemasında Bərdənin bu vəziyyətini aydın təsvir etmişdi. 




 

Bərdə şəhərinin slavyanlar tərəfindən alınması.

Rəssam N.M.Koçerqin. 1947-ci il.

dic.academic.ru

 

 



 

Slavyanların 987-ci  il yürüşü 

Slavyanların  Azərbaycana  basqınları  sonralar  da  davam  etdi.  X-XI  əsrlərdə  Azərbaycan  hakimləri  ümumi 

düşmənə  qarşı  birləşmək  əvəzinə,    öz    aralarındakı  ixtilafları  həll  etmək  üçün    rus  dəstələrini  köməyə  çağırır, 

bununla  ölkənin yadellilərin tapdağı  altına  düşməsinə  şərait yaradırdılar. Məsələn, 987-ci  ildə   Dərbənd hakimi 

əmir  Maymun ibn Əhməd  yerli  əyanlara qarşı  slavyanlardan kömək istədi.  Hakimiyyətini  möhkəmləndirdikdən 

sonra o, yanında hətta  slavyanlardan ibarət mühafizə  dəstəsi (drujinalar) saxladı. 



1032—1033-cü  illərdə  slavyanların  Şirvana  yenidən  hücumu  zamanı  paytaxt  Şamaxı  ələ  keçirildi.  Lakin 

Vətənin müdafiəsinə qalxan əhali mübarizə aparıb onları ölkədən qovdu. 

 

Slavyanların Azərbaycana yürüşlərinin nəticələri 

 

 



 

 

 



 

 

 

Tarixi 

Nəticəsi 

914-cü il 

Müsəlman-türk qoşunları ilə döyüşdə darmadağın edildilər 



944-cü il 

Bərdə şəhərini qarət edərək geri qayıtdılar 



987-ci  il

 

Dərbənd hakimi əmir Maymun hakimiyyətini möhkəmləndirdi 



1032-1033-cü il

 

Yerli əhali tərəfindən ağır məğlubiyyətə uğradıldılar 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə