Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 

Dövlətin mülkiyyətində idi. 



5.

 

Dövlət torpaqları - dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi. 

6.

 

Vəqf    torpaqları  -  ayrı-ayrı  ruhanilərə,  dini  və  xeyriyyə  müəssisələrinə,  məscidlərə,  mədrəsələrə 

verilirdi.  Vəqf torpaqlarında  yaşayan kəndlilər  vergini vəqf sahibinə və ya dini müəssisəyə  verirdilər. 



 

 

IX– XI əsrlərdə Azərbaycanda mədəni dirçəliş 

 

Azərbaycan mədəniyyətinin  inkişafı 

IX-XI əsrlərdə iki mühüm amil Azərbaycan mədəniyyətinin  inkişafı üçün  əlverişli şərait yaratmışdır: 



1.

 

Ərəb xilafətinin süqutu  nəticəsində Azərbaycanda baş vermiş siyasi dirçəliş. 

2.

 

Müstəqil dövlətlərin yaranması, iqtisadi tərəqqi. 

Ərəb xilafətinin  süqutundan sonra Azərbayaycanda başlamış siyasi  oyanış (dirçəliş) sənətkarlıq və ticarətin 

tərəqqi  etməsinə, şəhərlərin inkişaf  edərək  mədəniyyət mərkəzlərinə  çevrilməsinə və Azərbaycan mədəniyyətinin 

daha yüksək nailiyyətlər əldə etməsinə şərait yaratdı. 

Bu dövrdə əsas ünsiyyət dili - rəsmi dil ərəb dili idi. Təhsil ocaqları bu dilin öyrədilməsi ilə məşğul olurdu. 

Azərbaycanda çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi.  

İslamın    türklər  tərəfindən  qəbulu  türk-islam  birliyini  yaratdı.  Vahid  dinin  qəbulu  dövlətçiliyin  inkişafına 

müsbət təsir göstərərək onun yüksəlişinə səbəb oldu. Beləliklə, xalqın adət-ənənələri və mədəniyyəti islam dəyərləri 

ilə birləşərək türk-islam mədəniyyətini formalaşdırdı. 

Azərbaycanda  İslam  dininin  yayılması  elmin  inkişafına  təkan  verdi.  IX  əsrdən  başlayaraq  təbiət  elmlərinə 

maraq  artmağa  başladı.  Tibb  elmi  inkişaf  edir,  ölkədə  yaxşı  həkimlər  yetişirdi.  Astronomiya  və  göy  cisimlərinə 

maraq artırdı. 

 

IX-IX əsrlərdə ərəb dilinin Azərbaycanda mövqeyi  

 

 



IX-XI əsrlər Azərbaycanın intibah dövrünün memarlıq abidələri 

Azərbaycanda  İslam  dilinin  qərarlaşması  memarlığın  inkişafına  öz  təsirini  göstərdi.  İslam  

mədəniyyətinə  uyğun  olaraq    məscid  və  minarələr,  saraylar  inşa  olunurdu.Bəhs  edilən  dövrdə  Azərbaycanda 

aşağıdakı tarixi abidlər inşa olunmuşdur: 

 

Naxçıvanda Əlincə qalası (IX-X əsr) 



 

Şamaxının Sündü kəndində günbəzli  məscid (920-ci il)   



 

Araz çayı üzərində Xudafərin körpüsü (1027-ci il) 



 

Gəncədə qala qapıları (1063-cü il) 



Ticarətin  inkişafında  mühüm  rol  oynayan  karvansaralar  beynəlxalq  ticarət  yolları  üzərində  inşa  edilirdi. 

Möhkəm tikili olan bu abidələr, həm də tacirlərin təhlükəsizliyini təmin edirdi. 



QEYD: Ərəblər dövründə inşa olunan memarlıq abidəsi VIII əsrdə Şamaxıda inşa olunan Cümə məscididir. 

 

IX-X əsrlərə  aid memarlıq abidələri içərisində xüsusi yer tutan sahələr 

 

bürclər (minarələr)

 

saraylar 

 

saraylar 

məscidlər

 

Ərəb 



 dili 

 

Rəsmi dövlət dili idi 



 

Dini ibadətlər bu dildə icra olunurdu 

 

Əsərlər bu dildə yazılırdı 



 

Məktəb və mədrəsələrdə tədris bu dildə 

aparılırdı 

 



Xudafərin körpüsü 

Gəncə qala qapıları 

 



 

1027-ci  ildə Araz çayı üzərində  salınmışdır 

 

Şədaddi  hökmdarı  Fəzl  ibn  Məhəmmədin  (985-



1030) göstərişi ilə inşa edilmişdir 

 



15 aşırımlı (tağlı)  körpü tikilərkən təbii şəraitdən 

məharətlə  istifadə edilmişdir 

 

Azərbaycanın  şimalı  ilə  cənubu  arasında  iqtisadi 



hərbi və siyasi baxımdan  mühüm rol oynamışdır 

 



 

1063-cü ildə İbrahim Osmanoğlu düzəldilmişdir 

 

Şəddadi  hökmdarı  Əbuləsvar  Şavurun  (1049-



1067) göstərişi ilə düzəltdirilmişdir 

 



1139-cu  il  Gəncə  zəlzələsi  zamanı  gürcülər 

tərəfindən qənimət kimi Gürcüstana aparılmışdır 



 

 

 

Əlincə qalası  

 

 Sündü məscidi      

Xudafərin körpüsü  

      Gəncə qala qapısı 

 

 

«Kitabi-Dədə Qorqud» dastanı 

Şifahi  xalq  ədəbiyyatının  inkişafı  bu  dövrün  mədəniyyətinin  ən  böyük  uğurlarından  biri  idi.  Azərbaycan 

ədəbiyyatının  ən  qədim  və  zəngin  tarixi  abidəsi  olan  «Kitabi-Dədə  Qorqud»  dastanı  buna  parlaq  nümunədir.  Bu 

dastan VII— IX əsrlərdə şifahi şəkildə el sənətkarlarının — ozanların dili ilə şimallı-cənublu bütün ölkə ərazisində 

yayılmışdı.  «Kitabi-Dədə  Qorqud»  dastanı  türk  dilində,  ərəb  əlifbası  ilə  yazıya  alınmışdır.  Bu  dastan  Azərbaycan 

dilinin  dünyanın  ən  qədim  dillərindən  biri  olmasından  xəbər  verir.  Çox  sonralar  isə  Avropa  kitabxanalarından 

tapılan bu əsər Azərbaycana məxsus bir inci kimi dəyərləndirildi. Xalqımızın tarixən formalaşmış adət-ənənələri bu 

əsərdə öz əksini tapmışdır. Dastanda Dərbənddən Diyarbəkirədək, Xəzərdən Trabzonadək geniş ərazilərdə baş verən 

hadisələrdən  bəhs  edilir.  Qarabağ,  Göyçə  götü,  Naxçıvan,  İrəvan  elləri  və  başqa  Azərbaycan  torpaqlarının  adı  da 

çəkilir.  Bu  dastan  böyük  türk  dünyasının  müştərək  əsəri  hesab  olunur.  Lakin  onun  Azərbaycan  torpaqlarında 

formalaşmasını, bizim xalqımıza məxsus olmasını sübut edən çoxsaylı və danılmaz dəlillər vardır. Oğuz bilicisi və 

ağsaqqalı  sayılan  Dədə  Qorqudun  Azərbaycanda  yaşaması,  məzarının  Dərbənddə  olması  bunu  sübut  edir.  Eyni 

zamanda  dastandakı  bütün  yer  adl  arının  Azərbaycana  məxsusluğu,  hadisələrin  ölkəmizin  ərazilərində  cərəyan 

etməsi  bunu  bir  daha  təsdiq  edir.  Elə  buna  görədir  ki,  ulu  öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə  «Kitabi-Dədə 

Qorqud» dastanlarının 1300 illiyi məhz bizim Vətənimizdə keçirilmişdir. Paytaxtımızın ən görkəmli yerində Dədə 

Qorqud Parkı salınmış, məşhur Dədə Qorqud abidəsi ucaldılmışdır. 



Türkün  şirin  dili  Dədə  Qorqudun  dilində. Dastan  baş  qəhrəman  olan  sazlı-sözlü  Dədə  Qorqudun  dili  ilə 

danışılır.  O,  oğuz  igidlərinə  nəsihət  verir,  yol  göstərir.  O,  yuxunu  «kiçik  ölüm»  sayaraq  oğuzlara  düşməndən 

qorunmaq  üçün  ayıq-sayıq  olmağı  nəsihət  edir.  Oğuz  türkləri  üçün  vətən  müqəddəs  idi.  Buna  görə  də  dastandakı 

bütün hadisələrin sonunda oğuz igidləri nə qədər uzağa getsələr də, sonda öz yurd-yuvalarına dönürlər. 

Öz  aralarında  nə  qədər  inciklik  olursa-olsun  oğuzlar  birlik  tələb  olunan  yerdə  bütün  kin-küdurəti 

unudurdular.  Əsasən  də,  yurd  sevgisi  onları  incik  qoya  bilməzdi.  Vətən  sevgisi  oğuz  türklərini  həmişə  sıx 

birləşdirirdi. 

Dastanda  oğuz  tarixinin  təsdiqi. Dastandan  məlum  olur  ki,  oğuz  türkləri  oturaq  həyat  sürür,  taxılçılıq, 

bağçılıq və bostançılıqla məşğul olurdular. Dastanda əmtəə-pul münasibətləri haqqında fikirlər də çoxdur. Boylarda 

qızıl pul olan «altun axça»nın adına tez-tez rast gəlinir. 

Ciddi hərbi intizama malik olan oğuzların başında  «xanlar xanı» dururdu. Bütün məsələlərə hərbi məclisdə 

baxılır, səfərə çıxmaq istəyən igidlər «xanlar xanı»ndan icazə alırdılar. 

Azərbaycan  İslamı  qəbul  etmiş  ilk  türk  məskənlərindən  biridir.  İslamdan  öncə  Tanrıya  sitayiş  edən  türk 

xalqları  bu  dini  tez  qəbul  etdilər.  Onların  Ulu  Tanrıya  -  yəni  tək  Allaha  sitayiş  etməsi  bunu  asanlaşdırdı.  Tezliklə 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə