Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

Qızıl  Arslan  saray  müxalifəti  və  Səlcuq  əmirləri  ilə  münasibətləri  sahmana  salmaq  üçün

         

Qutluq  İnancla 

barışdı. 

Lakin  III  Toğrulla  Qızıl  Arslan  arasında  münasibətlər  bərpa  olunmadı.  III  Toğrulla  Qızıl  Arslan  arasında 

dəfələrlə  qanlı  döyüşlər  oldu.  1191-cı  ildə  III  Toğrulla  Qızıl  Arslan  arasında  baş  verən  Həmədan  döyüşü 

nəticəsində:



  

 

 

 

 

 

 

 



Qızıl Arslan parlaq qələbə qazandı. 

 



III Toğrulu oğlu Məlikşahla birlikdə əsir aldı. 

1191-ci ildə Qızıl Arslan Xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etdi. Qızıl Arslan özünü sultan elan 

etməsi  ilə,  hələ  Şəmsəddin  Eldənizin  vaxtından  İraq  Səlcuq  sultanlığını  idarə  edən  Azərbaycan  atabəyləri  formal 

hakimiyyətə də yiyələndilər. 

Qızıl  Arslanın  daxili  siyasəti  nəticəsində  yaranmış  siyasi  sabitlik  uzun  sürmədi.  Mərkəzi  hakimiyyətin 

qüvvətlənməsindən narazı olan iri feodallar Qızıl Arslanı sui-qəsd təşkil edərək onu öldürdülər (1191).  

 

 



 

Eldənizlər dövlətinin paytaxtları 

 

 

 



Əbu Bəkrin hakimiyyəti (1191-1210)  

Qızıl Arslanın öldürülməsindən sonra Eldənizlər dövlətində mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara 



müharibələri  başlnadı.  Azərbaycanda  Məhəmməd  Cahan  Pəhləvanın  oğlu  Əbu  Bəkr  (1191—1210)  taxt-  tacı  ələ 

keçirdi. Əbu Bəkrin hakimiyyəti dövründə: 

 

Mərkəzi hakimiyyət uğrunda ara müharibələri Eldənizlər dövlətinin tənəzzülünü sürətləndirdi. 



 

Ara müharibələrindən istifadə edən Şirvanşahlar_və_gürcü_feodalları'>Xarəzmşahlar, , Şirvanşahlar və gürcü feodalları fəallaşdı. 



 

1194-cü  ildə  Şəmkir  və  Beyləqan  vuruşması  nəticəsində  -  Gürcüstan    Şirvanşahların  birləşmiş 



qoşunları Eldənizləri ağır məğlubiyyətə uğratdılar. 

 



Nə qədər səy göstərilsə də ölkədə feodal hərc-mərciliyin qarşısını almaq mümkün olmadı. 

 



Gürcü  qoşunlarının  Azərbaycana  dağıdıcı  basqınları  oldu  ,  gürcülər  dəfələrlə  hücum  edərək  Gəncə, 

Dəbil, Mərənd, Təbriz, Miyanə və.b şəhərləri qarət etdilər. 

 

Eldənizlər dövlətinə aid döyüşlər 

 

 

 

 

 



 

 

 



Həmədan  

( 1191-cı il) 

 

Qızıl Arslan parlaq qələbə qazandı vəIII Toğrulu oğlu Məlikşahla 



birlikdə əsir aldı 

 

Gürcüstan və Şirvanşahların birləşmiş qoşunları Əbu Bəkri ağır 



məğlubiyyətə uğratdılar

 

Şəmkir və Beyləqan 



(1194-cü il) 

 

Naxçıvan



 

Həmədan

 

Təbriz

 

Qızıl Arslana qarşı birləşmiş qüvvələr 

 

İnanc Xatın 

 

Səlcuq əmirləri 

 

III Toğrul 

 

Qızıl Arslanın Sultan III Toğrulu məğlub edərək



 əsir

 

alması 


Əbu Bəkrin dövründə Eldənizlər dövlətinin xarici təhlükəyə məruz qalması 

Əbu  Bəkrin  hakimiyyəti  dövründə  Eldənizlər  dövləti  xarici  təhlükəyə  məruz  qaldı.  Xarəzmşahların 

hücumundan  bir  qədər  sonra  Eldənizlər  sarayındakı  hərc-mərcilikdən  Şirvanşahlar  və  gürcülər  istifadə  etdilər. 

Şirvanşah I Axsitan və gürcü çariçası Tamar Əbu Bəkrə qarşı mübarizədə onun qardaşı Əmir Əmiran Ömərə kömək 

etdilər. Tərəflər arasında  1194-cü ildə Şəmkir və Beyləqan vuruşması baş  verdi. Şəmkir və Beyləqan vuruşması 

nəticəsində  -  Gürcüstan  və  Şirvanşahların  birləşmiş  qoşunları  Əbu  Bəkri  ağır  məğlubiyyətə  uğratdılar.  Bundan 

sonra Eldəniz şahzadəsi Əmir Əmiran Ömər və gürcülərin birləşmiş qüvvələri Gəncəni ələ keçirərək qarət etdilər. 

Bundan  sonra  gürcü  qoşunları  Dəbili  qarət  etdi.  Naxçıvanı  isə  mühasirəyə  alsalar  da,  onu  ələ  keçirə  bilmədilər. 

Sonra  Təbriz  istiqamətində  hücumu  davam  etdirən  gürcü  qoşunları  Mərəndi  talan  edərək  Təbrizi  mühasirəyə 

aldılar.  Təbriz  hakimi  Zahidə  Xatın  (Məhəmməd  Cahan  Pəhləvanın  arvadı)  çoxlu  pul,  daş-qaş  və  sənətkarlıq 



məhsulları  verməklə  Təbrizi  gürcülərin  təcavüzündən  qurtardı.  Miyanə  şəhəri  də  xərac  verərək  gürcülərin 

talandan  xilas  oldu.  Lakin  gürcü  qoşunları  geri  çəkilərkən  miyanəlilər  üsyan  qaldıraraq  şəhərdə  saxlanılan  gürcü 

qarnizonunu qırdılar. Buna cavab olaraq yenidən şəhərə hücum edən gürcü cəza dəstələri şəhər hakimini ailəsi ilə 

birlikdə qılıncdan keçirdilər, sonra isə şəhəri qarət edib yandırdılar.  



Əbu Bəkrin dövründə Eldənizlərə qarşı mübarizə aparan qüvvələr 

 

 

 



 

 

 

Özbəyin hakimiyyəti (1210-1225) 

 

Atabəy Özbəyin (1210-1225) hakimiyyəti dövründə: 



 

Ölkədə daxili çəkişmələri daha da artdı 



 

Azərbaycan gürcü və monqolların hücumuna məruz qaldı  



 

Eldənizlər dövlətinin süqutu daha da sürətləndi 



 

Xarəzmşahların hücumu ərəfəsində ona heç bir müqavimət göstərilmədi. 



1225-ci  ildə  sonuncu  Atabəy  hökmdarı  Özbək  Azərbaycana  yürüş  edən  Xarəzmşah  Cəlaləddin  tərəfindən 

taxtdan salındı və  Eldənizlər dövləti t süqut etdi. 

 

Naxçıvanın çoxlu əhalisi  və inkişaf etmiş sənətkarlıq sahələri vardı. Yerli sənətkarlar daxili və  xarici bazar 



üçün parça, xalça, keçə, çuxa, saxsı və taxta qablar, keramika məmulatı və həmçinin misdən, qiymətli metallardan 

hazırlanmış məmulat istehsal edirdilər. 

Şəhər  atabəy  Şəmsəddin  Eldənizin  hakimiyyəti  dövründə,  Azərbaycan  Atabəyləri  dövlətinin  paytaxtlarından  biri 

olarkən, özünün ən böyük çiçəklənmə dövrünə çatmışdı. 

Bütün müsəlman torpaqlarından məşhur şair və yazıçılar, alimlər, memarlar, rəssamlar Azərbaycana axıb gəlməyə 

başlamışdılar.  Atabəylərin  ağıllı  xarici  siyasəti  və  getdikcə  artan  qüdrəti  sayəsində  XII  yüzilliyin  II  yarısından 

sonunadək olan dövr nisbətən dinc, xalqın yaradıcı əməklə məşğul olduğu dövr idi. 

 

 



 

 

 



 

 

 



 

 

Əbu Bəkr 



Xarəzmşahlar 

Şirvanşahlar 

 

Səlcuqlar 

Gürcülər 

 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə