Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 

 

 

 

 

 

 

 

 

 

Xronologiya 



 

IX əsr 

Xilafətin zəifləməsi və Azərbaycanda ilk feodal dövlətlərin  yaranması 



859 

Məhəmməd ibn  Yezidin Gəncəni bərpa etdirərək iqamətgahını buraya köçürməsi 



861 

Heysam ibn Xalidin  Şirvanı müstəqil  elan edərək Şirvanşah titulunu qəbul  etməsi 



918 

Şirvanşah Əbu  Tahirin Şamaxını  bərpa etdirərək paytaxtı buraya köçürməsi. 



920 

Şamaxının Sündü kəndində günbəzli  məscid inşa olunması 



IX-X əsrlər 

Naxçıvanda Əlincə qalasının inşa olunması 

*** 

879-941 

Sacilər dövlətinin mövcud olması 



IX əsrin sonları 

Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın adına pul  kəsilməsi 



912 

Yusif ibn Əbu Sacın Xilafət xəzinəsinə xərac  göndərməyi dayandırması 



941 

Sacilər  dövlətinin  sonuncu  hökmdarı  Deysəmin  Salarilər  tərəfindən  taxtdan  salınması  və  Sacilər 

dövlətinin süqut etməsi 

941-981 

Salarilər dövlətinin mövcud olması 



*** 

VIII əsrin sonları 

Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi  əmirliyinin yaranması 



981 

Əbülhica Rəvvadinin sonuncu Salari hökmdarı İbrahim  ibn Mərzbanı taxtdan  salaraq Salarilər dövlətini 

süquta uğratması və Rəvvadilər dövlətinin  əsasının qoyulması 

981-1054 

Rəvvadilər dövlətinin mövcud olması 



981-988 

Əbulhica  Rəvvadinin hakimiyyəti 



1020-1059 

Rəvvadi hökmdarı Vəhsudanın hakimiyyəti 



X əsrin 20-ci illəri 

Oğuz tayfalarının Azərbaycana yeni axınlarının baş verməsi 



1028 

Vəhsudanın Xorasandan gələn  oğuz ailələrinin Azərbaycana  köçməsinə iczə verməsi 



1054 

Səlcuqların Rəvvadilər dövlətini  özlərindən asılı vəziyyətə salması 



1108-1227 

Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin Marağada hakimiyyəti 



*** 

951 

Məhəmməd ibn Şəddadın Dəbil  əmirliyini yaratması 



971 

Şəddadilərin Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoyması 



971-1054 

Şəddadilər dövlətinin mövcud olması 



1027 

Fəzl ibn Məhəmmədin Araz çayı üzərində Xudafərin körpüsünü inşa etdirməsi 



XI əsrin 30-cu  illəri 

Arazdan  şimaldakı  Azərbaycan  torpaqlarında  yeni  oğuz  tayfalarının  məskən  salması  nəticəsində 

Şədaddilərin hərbi qüdrətinin daha da artması 

1037 

Şəddadilərin Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vurması  



1038 

Bizans    və  gürcü  feodallarının    birləşmiş  qüvvəllərinin  Tiflis  müsəlman  əmirliyini  aradan  qaldırmaq 

cəhdinin  baş tutmaması  

1054 

Əbuləsrav Şavurun Səlcuq sultanı I Toğrulun hakimiyyətini qəbul etməsi 



1063 

İbrahim Osman oğlu tərəfindən Gəncənin qala qapılarının düzəldilməsi 



*** 

IX əsrin sonları 

Slavyanların Azərbaycana ilk hücumlarının başlanması 



X əsrin  əvvəlləri 

Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına basqınlarının genişlənməsi və aramsız xarakter  alması 



914 

Slavyanların  Xəzərin  Azərbaycan    sahillərinə  və  Bakı  ətrafına  basqınlar  etməsi.    Lakin  slavyanlar  geri 

qayıdarkən  Xəzərin  şimal  sahillərində  müsəlman-türk  qoşunları  arasında  şiddətli    döyüşdə  darmadağın 

edildilər. 



944 

Slavyanların Azərbaycana növbəti yürüşü. Bərdə faciəsinin baş verməsi 



987 

Dərbənd  hakimi  əmir  Maymun  ibn  Əhmədin  yerli  əyanlara  qarş  mübarizədə  slavyanları  köməyə 

çağırması 

1032-1033 

Şirvanın  slavyanların  növbəti  hücumuna  məruz  qalması.  Yürüş  nəticəsində  Şirvanşahların    paytaxtı 

Şamaxı şəhəri ələ keçirilərək qarət  edildi 

 

 

 

 



IX– XI əsrlərdə Azərbaycanda iqtisadi tərəqqi və dirçəliş 

 

Təsərrüfat sahələrinin inkişafı 

IX əsrdə Azərbaycanın xilafətin tabeliyindən çıxması nəticəsində: 

 

Yeni müstəqil dövlətlər yarandı 



 

Ölkədə iqtisadi inkişaf sürətləndi 

 

İstehsal ənənələri dirçəlməyə başladı 



IX əsrin ikici yarısı – XI əsrin ortalarında aşağıdakı amillər Azərbaycanda iqtisadi inkişafın sürətlənməsinə 

səbəb oldu: 

 

Azərbaycanın Xilafət zülmündən azad olması 



 

Müstəqil yerli dövlətlərin meydana gəlməsi 



IX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda qədin və zəngin istehsal ənənələri dirçəlməyə başladı. 

Azərbaycanda müxtəlif təsərrüfat ənənələrinin dirçəlməsi və tərəqqisinə müsbət təsir göstərən amillər bunlar idi: 

 

Ölkənin əlverişli iqlimi, münbit torpaqları və zəngin təbii sərvətləri 



 

Xalqın qədim istehsal və əkinçilik ənənələrinə malik olması 



IX-XI  əsrlərin  ərəb  coğrafiyaşünasları    tarixçilərinin  məlumatları  təsdiq  edir  ki,  o  zaman  Azərbaycan  

bütün Yaxın və Orta  Şərqin,  ümumiyyətlə, İslam dünyasının ən inkişaf etmiş ölkələrindən biri idi.  

 

 

 



 

Kənd təsərrüfatı. Ticarət. Sənətkarlığın inkişafı 

Xilafət dövründə  və ondan çox  əvvəllər olduğu  kimi,  Azərbaycan  əhalisi oturaq həyat sürür, başlıca olaraq 



kənd təsərrüfatı ilə məşğul olurdu. Əhali əkinçilik və bağçılıqla məşğul olurdu. Kotanla şumlanan torpaqlarda taxıl 

və digər dənli bitkilər yetişdirilirdi.  

Bu  dövrdə  ipəkçilik  inkişaf  etmişdi.  Əhali  Şəkidə,  Şirvanda,  Bərdə  ətrafında,  habelə  ölkənin  digər 

ərazilərində ipəkqurdu yetişdirmək məqsədilə tut ağacı bağları salmışdı. 

Balıqçılıq  əhalinin  qədim  peşələrindən  biri  idi.  İbn  Havqəl  yazır  ki,  Kür  və  Araz  çaylarından  tutulan  balıq 

Ərdəbil,  Rey  və  İraqa  göndərilirdi.  İxrac  olunan  məhsullar  sırasında  balın  və  mumun  olması  isə  arıçılığın  ölkə 

həyatında mühüm rol oynamasının göstəricisidir. 

Bol sərvətlərlə zəngin ölkəmizdə ticarət üçün geniş imkanlar vardı. Dağlarda qızıl, gümüş, civə, qurğuşun və 

başqa qiymətli metallar çıxarılırdı. Təbriz, Naxçıvan və Bakıda duz istehsal olunurdu. Bakıda həm də neft quyuları 

vardı. Beynəlxalq ticarət yolunun üstündə yerləşən Azərbaycan şəhərləri məşhur ticarət mərkəzləri idi.  

IX—XI əsrlərdə Azərbaycanda ipək, yun, pambıq və kətan parçalar istehsal olunurdu. Bəzz qalası ətrafından 

çıxarılan qırmızı kvas parçaların boyanmasında  istifadə  olunurdu.  Hətta  bu boya  İraq və Yəmənə  də  göndərilirdi. 

Toxucuların qırmız böcəyindən hazırladıqları «qırmız» adlanan boya isə ərəb tarixçisi əl-İs-təxrinin yazdığına görə, 

Bərdədən Hindistana və başqa yerlərə ixrac edilirdi. 

 

 

Ərəb zülmünün devrilməsindən 



sonra Azərbaycanda iqtisadi 

dirçəliş 

 

İqtisadi 



dirçəlişin 

nəticələri 

 

İqtisadi dirçəlişin səbəbi 



 

Azərbaycanın Xilafət zülmündən azad 

olması və müstəqil yerli dövlətlərin 

meydana gəlməsi 

 

İqtisadi tərəqqiyə müsbət təsir 



göstərən amillər 

 

Əlverişli iqlim şəraiti, münbit torpaqlar 



və zəngin sərvətləri, xalqın qədin 

istehsal və əkinçilik ənənələrinə malik 

olması 

 

Daxili iqtisadi əlaqələr  genişləndi, Sənətkarlığın kənd təsərrüfatından ayrılması prosesini daha da 



sürətləndi, Azərbaycan şəhərlərinin  xarici  ölkələrlə  ticarət əlaqələri daha da canlandı, sənətkarlıq 

və ticarət mərkəzləri olan yeni  şəhərlər meydana gəldi, Azərbaycan dünyanın çoxlu şəhərləri olan  

ölkələrdən birinə  çevrildi 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə