Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

2.  Xilafətin parçalanması nəticəsində yaranmış dövlətlərin ərazisini kontur xəritədə
qeyd et.
3.  Mahmud Qəznəvini dövlət xadimi kimi təhlil et.
4.  Kordova əmirliyi haqqında məlumat topla və təqdimat hazırla.


8. TURK VƏ QAFQAZ XALQLARININ XƏZİNƏSİ.
İSLAMIN TÖHFƏLƏRİ
Orxon-Yenisey abidələri.
Erkən orta əsrlərdə qüdrətli
türk imperatorluqlarının
yaranması ümumtürk mədəniyyətinin yüksəlişində mühüm rol oynadı.
Türk xalqlarına məxsus ən mühüm yazılı mənbə Orxon—Yeni- sey abidələridir. Bu
abidələr türklərin ilk tarixi daş yaddaşı, ümumtürk ədəbiyyatının bariz nümunəsidir.
Orxon—Yenisey abidələri V—VIII əsrlərə aiddir. Abidələrin ən əhəmiyyətlisi Göytürk
yazısıdır. Əlifba dördü sait, otuz dördü samit olan 38 hərfdən ibarət idi. Orxon
abidələrində sətirlər yuxarıdan aşağıya yazılmış, sağdan-sola yerləşdirilmişdir.
İslamdan əvvəlki dövrdə rəssamlıq və heykəltəraşlıq inkişaf etmişdi. Göytürk
heykəltəraşları öz xaqanlarının şərəfinə bəngüdaşlar* adlandırılan heykəllər
qoyurdular.
«Orxon abidələri» Monqolustanın Orxon çayı sahilində aşkar edilib. Onların ən məşhuru
Göytürk xaqanı Bilgə xaqan, qardaşı Kül tigin və baş vəzir Tonyukuk üçün qoyulmuş
abidələrdir.
Feodalizm şərqdən başladı. Bu özünü elmin,
mədəniyyətin inkişafında da büruzə verdi. Şərqdə
təhsil, elm və incəsənət inkişaf etdi. Sonralar Avropa
da şərq xalqlarının yaratdığı mənəvi xəzinədən
bəhrələndi və möhtəşəm Avropa mədəniyyəti yarandı.
Bu dövrdə öz yaradıcılığı Hə dünya mədəniyyətini
zənginləşdirən dühalar kimlər idi? Onlar bizə hansı irsi
qoymuşlar?
Orxon- Yenisey abidələri
Orxon əlifbası bəngüdaş
Mikayıl Baştu mədrəsə
əl-Xarəzmi əl-Fərabi İbn
Sina əl-Biruni «Min bir
gecə» nağılları


*bəngüdaşlar — qəbirüstü heykəllər


Xalq dastanları. Türk xalqlarının ədəbiyyatının beş min ildən artıq zəngin bir tarixi
vardır. Ən qədim ədəbi nümunələr şifahi şəkildə yaranmışdır. «Oğuz xaqan», «Boz
qurd», «Törəyiş xan» və «Dədə Qorqud» dastanları buna misaldır. Türk xalqlarında
yazılı ədəbiyyat meydana gəldi. IX əsrdə yaşamış bulqar şairi Mikayıl Baştunun «Şan
qızı dastanı» əsəri yazılı ədəbiyyatın günümüzə qədər gəlib çıxmış ən gözəl
nümunələrindən biridir.
İslam dini
təhsilin
inkişafına necə
təsir göstərdi?
İslam mədəniyyəti necə formalaşdı. İslam dininin meydana gəlməsi və yayılması
yeni bir mədəniyyətin formalaşmasına imkan verdi. Ərəb dili İslamın yayıldığı
ərazilərin həm elmi, həm də ədəbi dilinə çevrilirdi. Artıq bu dil məktəblərdə öyrədilir,
qədim yunan və Roma müəlliflərinin əsərləri ərəb dilinə tərcümə edilirdi.
İslam dini təhsilin inkişafına ciddi təsir göstərdi. Məscidlərin yanında məktəblər


yaradılırdı ki, orada «Qurani-Kərim» və ərəb dili öyrədilirdi. Yaradılan təhsil
ocaqlarında dini elmlərlə yanaşı, riyaziyyat, astronomiya, təbabətə aid elmi biliklər
verilirdi. Böyük şəhərlərdə yüzlərlə şagirdi olan mədrəsələr mövcud idi. Oxuyub
yazmağı bacaran savadlı şəxslər Xilafətə gərəkli adamlar hesab olunurdu.
Mədrəsələrdə zəngin kitabxanalar mövcud idi. Kitablar əl yazısı ilə, böyük zəhmət
hesabına başa gəlirdi. Təhsilini başa çatdıran hər bir kəs «şəhadətnamə» alırdı.
Sonralar mədrəsələrin nümunəsində Avropada universitetlər yaranmağa


başladı. Mədrəsələrdə o dövrün ən görkəmli elm, mədəniyyət, din xadimləri dərs
deyirdilər.
Elm. Şərqin böyük mütəfəkkiri Fərabi (870—950) yunan alimi Aristotelin əsərlərinin
izahını vermiş, bu səbəbdən də «ikinci müəllim» adına layiq görülmüşdü. O,
Aristoteldən sonra elmi biliklərin təsnifatını vermişdir.
 
 



İslam dininin möhkəmlənməsi ilə
Xarəzmdə həyat yenidən canlandı.
Xarəzm tacirləri ticarət üçün Xəzər
xaqanlığına, Bulqar dövlətinə gedirdilər.
Ürgənc şəhəri regionda ən inkişaf etmiş
elm, təhsil və ticarət mərkəzinə çevrildi.
Bu dövrdə Xarəzmdə əl- Xarəzmi, Əbu
Reyhan əl-Biruni kimi böyük alimlər
yetişdi.
IX əsrdə yaşayıb-yaratmış Xarəzmi cəbr
elminin təməlini qoymuşdur.
Əbu Reyhan əl-Biruni (973— 1048)
diametri 5 metrə yaxın olan ilk qlobusu
düzəltmişdi. Biruni dünyada ilk dəfə
olaraq Yerin Günəş ətrafında fırlanması
fikrini irəli sürmüşdü. Astronomiyanın
inkişafı rəsədxanaların tikilməsinə
səbəb oldu. Alimlər rəsədxanada
işləyərək yer kürəsinin təxmini ölçüsünü
vermişdilər. Təsadüfi deyildir ki,
ulduzların çoxunun adı ərəb alimlərinin
adı ilə bağlıdır.
«Elmlərin şeyxi», «böyük loğman», şair
Əbu Əli ibn Sina (980— 1037) 5 cilddən
ibarət «Tibb ensiklopediyası» və «Tibb
elminin qanunu» əsərləri ilə şöhrət
qazanmışdır. Görkəmli Azərbaycan alimi
Bəh - mənyar əl-Azərbaycani onun
şagirdi olmuşdur.
Tarix elmi Xilafət dövründə də inkişaf
etmişdi. Ərəb işğallarını qələmə alan
Əhməd əl-Bəlazuri «Ölkələrin fəthi»
əsəri ilə dövrün hadisələrini
işıqlandırmışdır.


Xilafətin 200 illik tarixini yazmış Təbəri xürrəmilər hərəkatı haqqında məlumat verən
tarixçilərdəndir. Həmədani isə tarix ensiklopediyasını yaratmışdı. Məşhur «Min bir
gecə» nağılları nəsr və şeirin inkişafına nümunədir. Bu nümunə ərəb ədəbiyyatının
«qızıl dövrü» Abbasilərin vaxtına təsadüf edir. Bu inkişaf təkcə ərəblərlə bağlı olmayıb,
Xilafətdə yaşayan bütün xalqların, o cümlədən Azərbaycan xalqının zəkasının
məhsuludur.
Xilafət dövründə ən çox inkişaf edən sahə memarlıq idi. Çoxlu qalalar, saraylar,
məscidlər, minarələr tikilən bu dövrün mədəniyyət nümunələri dövrümüzədək gəlib
çatmışdır. Məscidlərin divarları oymalarla bəzədilir, naxışlar vurulurdu. Samirə- dəki
Ulu məscid dövrün gözəl memarlıq nümunəsidir.
Quranın üzünün köçürülməsi xəttatlığın inkişafında yeni imkanlar açdı. Sonralar
kitablarda gözəl miniatürlər yaradıldı. Burada həyatdan səhnələr, heyvanlar, quşlar və
başqa şəkillər çəkilirdi.
Cənubi Qafqaz ölkələrində V əsrdən yeni yazı növləri meydana gəlsə də, Xilafət
dövründə ərəb yazısı ön mövqedə dayanırdı. O zaman Qafqaz xalqları Türk-İslam
mədəniyyətinin təsiri altında memarlıq, xəttatlıq, bədii sənət sahələrində dəyərli sənət
nümunələri yaratdılar.
1.  Erkən orta əsrlərdə mədəniyyətin inkişafını təmin edən əsas amili müəyyən et.
2.  Orxon-Yenisey abidələrinin əhəmiyyətini izah et.
3.  Ən görkəmli türk alimlərini sadala və onların elmi nailiyyətlərini göstər.
4.  «Kitabi Dədə-Qorqud» dastanının tarixi mənbə kimi əhəmiyyətini izah et.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə