Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   2   3   4   5   6   7   8   9   ...   25

451-ci ildə Atillanm 200 minlik ordusu Qalliyaya doğru irəliləməyə başladı. Hunlar
Orleana çatdılar. Burada onlar Atillanm uşaqlıq dostu Aetsinirı komandan olduğu Roma
ordusu ilə qarşılaşdılar. Döyüş Katalaun ərazisində baş verdi. Qot tarixçisi həmin
döyüşü geniş şəkildə təsvir edərək göstərir ki, həmin iyul gunundə Katalaun
düzənliyində 160 min hun və romalı həlak oldu. Atilla ordusunun yenilməzliyini görən
Aetsi geri çəkilməyə məcbur oldu.
Atilla 452-ci ildə Roma üzərinə yenidən yürüş etdi. Romalılar papa III Leonun başçılığı
ilə onun yanına böyük bir elçi heyətini göndərdilər. Papa bildirdi ki, romalılar onun
bütün şərtlərini qəbul edirlər.
Atilla İtaliyadan zəfərlə qayıtdıqdan sonra İrana — Sasanilər dövləti üzərinə yürüş edib
Sasaniləri özündən asılı vəziyyətə salmaq istəyirdi. Lakin o, 453-cü ildə qəflətən vəfat


etdi. Atillanm ölümündən sonra ölkədə hakimiyyət onun oğlanları arasında bölündü.
Bundan sonra Qərbi Hun imperatorluğu tədricən zəifləməyə baş 1 adı və 470-ci ildə
süqut etdi.
Ağ Hun imperatorluğu. Qərbi Türküstan ətrafına köçən hunlar IV əsrin sonlarında
burada Ağ Hun dövlətini yaratdılar. Ağ Hun dövləti öz ərazisini getdikcə genişləndirirdi.
Onun torpaqlarına Mərkəzi Asiya, Əfqanıstan, Şi ı mal-Qərbi Hindistanın bir hissəsi
daxil idi. Ağ Hun imperatorluğunun sərhədləri Seyhun (indiki Sırdərya)


 
çayı və Səmərqənd ətrafından başlayaraq
qərbdə Xəzər dənizinin cənubuna qədər
uzanırdı. V əsrdə hakimiyyətdə olan Eftal xanın
adı ilə bu dövlət Eftal- lılar dövləti kimi də
tanınırdı.
Ağ hun 1 arın qərb qonşusu və əsas rəqibi
Sasani—lran imperiyası idi. 430-cu ildə
Ağsuvar xanın hakimiyyəti dövründə Ağ hunlar
Sasanilərə sarsıdıcı zərbələr endirdilər.
Sasanilər Ağ Hun impe- ratorluğundan asılı
vəziyyətə salındı.
V əsrin son 1 arında, Mihiraqula xanın
hakimiyyəti dövründə Ağ Hun imperatorluğu öz
qüdrətinin ən yüksək zirvəsinə çatdı. Bu dövlət
yaxşı si 1 ahlanmış və yüksək təlim görmüş
nizami orduya malik idi. Ağ hunların döyüş
filləri də var idi. Hindistan üzərinə aramsız
yürüşlər davam edirdi. Nəhayət, onlar Şimal-
Qərbi Hindistanı tamamilə özlərinə tabe
etdilər. Zaman keçdikcə
 



Xarəzmşahlar
dövləti haqqında
sənə nə məlumdur?
geniş ərazilərə malik olan imperatorluğu idarə etmək çətinləşirdi. Mərkəzi Asiyanın ən
qədim vilayətlərindən biri olan Xarəzm də həmin vaxt Ağ Hun dövlətinin tabeliyində
idi. Orada əkinçilik, sənətkarlıq və ticarət inkişaf etmişdi. Xarəzm hakimləri Xarəzm-
şah titulu daşıyırdılar. III əsrdən vilayətin mərkəzi Kiyat şəhəri idi. Sonra Ürgənc şəhəri
paytaxt oldu.
VI əsrin ortalarından başlayaraq Ağ Hun dövləti zəifləməyə başladı. Ayrı-ayrı
bölgələrdə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Müstəqil xaqanlıqlar meydana
gəldi. Bu zaman meydana gəlmiş yeni bir türk dövləti — Göytürk dövləti ilə
toqquşmalar başlandı. 567-ci ildə Göytürk xaqanı İstəmi xanla Sasani şahı Xosrov
Ənuşirəvanın birləşmiş qüvvələri Ağ hunlar üzərinə yürüşə keçdilər. Hunlar məğlub
oldular. Nəticədə Ağ Hun imperatorluğu dağıldı. Onun torpaqları Göytürklərlə Sasanilər
arasında bölüşdürüldü. Ağ Hun imperatorluğu dağıldıqdan sonra Xarəzm Göytürklərin
tabeliyinə keçdi.
Təsərrüfat. Başqa türk tayfalarından fərqli olaraq, Ağ hunlar oturaq həyata daha tez
keçmişdilər. Onlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Ağ hunlar
ticarət yollarının üzərində çoxlu şəhərlər salmışdılar. Böyük İpək yolu Ağ Hun
dövlətinin ərazisindən keçirdi. Bu yolun bir hissəsi Ağ hunların nəzarəti altında idi.
1.  Mətndə adı çəkilən coğrafi yerləri dəftərinə qeyd et və onların yerini xəritədə
göstər.
2.  Atilla və Ağsuvar xanı müqayisə et.
3.  Ağ Hun və Qərbi Hun imperatorluqlarını müqayisə et.
4.  «Xalqların böyük köçü» haqqında təqdimat hazırla.


2. GÖYTÜRK XAQANLIĞI VƏ ONUN VARİSLƏRİ
Göytürklər Bumın xaqan Muğan xaqan İstəmi xaqan İltəris xaqan Tonyukuk Kül tigin
Moyon Çur yabqu
Bildiyin kimi, türk tayfaları Asiyada və Avropada qüdrətli dövlətlər yaratmışdılar. Bəs
bilirsənmi ki, «türk» adını daşıyan ilk dövlət hansı dövlət olmuşdur?
VI əsrdə türklərin tarixinə şanlı səhifələr yazan Göytürk xaqanlığı yarandı. Təxminən
500 il ərzində göytürklərin dövlətçilik ənənəsini UYĞUR DÖVLƏTİ, uyğurlardan sonra
isə OĞUZ DÖVLƏTİ davam etdirdi.
Göytürk, Uyğur, Oğuz xaqanlıqları nəca yarandı?
Göytürk xaqanlığı
hansı müasir
dövlətlərin ərazisini
əhatə edirdi?
«tl xaqan». Böyük Hun impe- ratorluğunun dağılmasından sonra Şimali Çinin
düzənliklərində türk tayfalarının yaratdığı Jujan dövləti mövcud idi. 552-ci ildə Jujan
dövlətinin tabeliyində olan Bumın xaqan


Göytürklərin bayrağında
nə üçün qurd başının
şəkli vardı?
özünü «il xaqan», yəni elin hökmdarı elan etdi. O,
jujanlara qalib gəlib Göy- türk dövlətinin əsasını
qoydu. Ötükən şəhəri paytaxt oldu. «Türk» sözünün
mənası möhkəm, güclü deməkdir. Bu- mın xaqan
qədim türklərin çox nüfuzlu Aşina qəbiləsindən idi.
Əfsanəyə görə, bu qəbilə qurddan törəmişdi. Aşina
qəbiləsindən olanlara «göydən enmiş türklər» —
göytürklər deyirdilər. Bumın xaqanın yaratdığı bu
dövlət Göytürk xaqanlığı adlanırdı.
Xaqanlığın bayrağında qurd başının şəkli vardı.
Dövlətə xaqan başçılıq edirdi. O həm də ordu
komandanı idi. Yabqu xaqandan sonra ikinci şəxs
sayılırdı. Taxt-tacın vəliəhdi tigin titulu daşıyırdı.
Xaqanlıqda ən yüksək əyan titulu şad idi.
Muğan xaqanın dövründə Çin türklərdən asılı
vəziyyətə düşdü. İstəmi xaqan Şimali Qafqazı tutaraq
Bizans torpaqları üzərinə hücum etdi. Bel əliklə,
Göytürk dövləti qüdrətli impera- torluğa çevrildi.
Daxili çəkişmələr, hakimiyyət uğırunda mübarizə
nəticəsində VII əsrin əvvəllərində Birinci Göytürk
imperaı torluğu parçalandı. Mərkəzi Monqolustan
olmaqla Şərqi Göytürk və mərkəzi Yeddisu olmaqla
Qərbi Göytürk dövlətləri yarandı. Çox keçmədən bu
dövlətlər Çindən asılı vəziyyətə düşdülər. Lakin
azadlıqsevər türklər asılı vəziyyətlə barışmırdılar, tez-
tez üsyanlar edirdilər. Ən məşhur üsyanlardan birinə
Kür şad başçılıq edirdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə