Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

qraflar adlanan hakimlər təyin edildi. Qraf


Kilsə kralın
hakimiyyətinin
möhkəmlənməsinə
necə kömək
edirdi?
vilayətdə vergi toplayır, hərbi dəstəyə başçılıq edir və məhkəmə işlərinə baxırdı.
Xlodviqin dövründə ilk qanun toplusu — Frank qanunları yarandı. Hakimiyyətini
möhkəmləndirmək üçün Xlodviq xristian dinini qəbul etdi. Kilsə kralın hakimiyyətini
möhkəmləndirdi.
Böyük Karl. Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın hakimiyyəti (768—814)
illərində olmuşdur. Böyük Karl İtaliyanın çox hissəsini öz torpaqlarına qatdı. Reyn və


Elba çayları arasında yaşayan saksları itaət altına aldı. Böyük Karl 800-cü ildə Romaya
gəldi və özünü imperator elan etdi. Papa onun başına qızıldan tac qoydu.


İmperator Böyük Karlın dövründə orduda xidmət edənlərə torpaq sahəsi ayrılırdı. Hərbi
xidmət əvəzində verilən bu torpaq feod adlanır və irsən keçirdi. Feodun sahibinə
feodal deyilirdi.
Frank əyanları əvvəllər Böyük Karlı müdafiə edirdilər. Çünki o, əyani ara yeni torpaqlar
zəbt etməkdə və kəndliləri təhkimli halına salmaqda kömək edirdi. Laı kin əyani ar
icma üzvlərinin torpağını zəbt etdikdən sonra, artıq qüvvətli imperator hakimiyyətinə
ehtiyac duymurdular. Hər bir iri feodal öz mülkündə təkbaşına hakim idi. Asılı kənd
lilərin işinə nəzarət etmək və onl arı mükəlləfiyyətlər daşımağa məcbur etmək üçün
feodalların öz döyüşçü dəstəsi, məhkəməsi, öz təsərrüfat nəzarətçiləri var idi. Natural
təsərrüfat şəraitində nəinki ölkənin ayrı-ayrı
Natural
təsərrüfat
ölkənin
mərkəzləşmə-
sinə necə
mane olurdu?
vilayətləri arasında, hətta ayrı-ayrı feodal mülkləri arasında da möhkəm əlaqələr yox
idi.


Verden müqaviləsi. Frank imperiyasının parçalanması. 843-cü ildə Böyük Karlın
üç nəvəsi Verden şəhərində Frank imperiyasını bölmək haqqında müqavilə bağladılar.
Bu bölüşdürmə nəticəsində sonralar imperiyanın ərazisində üç krallıq: Fransa,
Almaniya və İtaliya yarandı. Bu krallıqların hər biri feodal mülklərinə, iri feodal
mülkləri isə saysız-hesabsız xırda feodal- lıqlara parçalandı. Hər bir feodal müstəqil idi.
Belə feodal əhalidən vergi top l ayır,


öz təbəələrini mühakimə edirdi. Beləliklə, Qərbi Avropada IX— XI əsrləri əhatə edən
feodal dağınıqlığı dövrü başlandı.
Feodal nərdivanı. Hər bir iri feodal ona xidmət edən xırda və orta feodallara torpaq
verirdi. Bununla onu öz vassalına çevirir, yəni asılılığına salırdı. Hersoq və qraflar kralın
vassalı idilər. Baronlar hersoq və qrafların, cəngavərlər isə baronun vassalı sayılırdı. Bu
sistem feodal nərdivanı adlanırdı. Krallar feodal nərdivanından təbəələri itaətdə
saxlamaq üçün istifadə edirdilər.
Fransa krallığı Karolinqlər sülaləsinin dövründə iri feodal mülklərinə bölünmüşdü.
Ölkədə X—XI əsrlərdə feodal münasibətlərinin formalaşması başa çatdı. Ölkə indiki
Fransa adını aldı.
Frank dövləti süqut etdikdən sonra Almaniya vilayətləri vahid dövlətdə birləşdi.
Almaniyada feodal münasibətləri sürətlə inkişaf edirdi. Bu, ayrı-ayrı feodalların
güclənməsinə və vahid dövlətin parçalanmasına səbəb olurdu. Almaniya kralı I Otton
(936—973) 962-ci ildə Romanı işğal edib özünü Roma imperatoru elan etdi. Sonralar
bu dövləti Müqəddəs Roma imperiyası ad ı landırmağa başladılar.
İtaliya Müqəddəs Roma imperiyasının tərkibində idi. Roma Papası və Almaniya kralı
arasında İtaliyaya hakim olmaq uğrunda mübarizə gedirdi. Digər Avropa ölkələrinə
nisbətən İtaliyada ticarət və sənətkarlıq mərkəzləri olan iri şəhərlər daha tez meydana
gəldi. Bu dövrdə şəhərlərin çoxu özünüidarə hüququ aldı. Genuya, Piza, Venesiya
müstəqil respublikalara çevrildilər.
1.  Frank imperiyasının inkişaf xüsusiyyətlərini şərh et.
2.  Frank imperiyasının parçalanma səbəblərini izah et.
3.  Feodal pərakəndəliyinin cəhətlərini təhlil et.
4.  Xlodviqi Atilla ilə müqayisə et.
5.  Xəritə və illüstrasiyalara əsasən «Franklar» adlı hekayə qur.


16. DÜNYANIN ƏN UZUNÖMÜRLÜ İMPERİYASI 
SLAVYANLAR
Bizans «qızıl körpü» Kiçik Asiya Kiyev dövləti səlibçilər III İvan IV İvan Qroznı Çexiya
dövləti Polşa dövləti
IV əsrdə «Xalqların böyük köçü» başladı və VI əsrdə slavyanların
Bizans ərazisində məskunlaşması ilə başa çatdı. Slavyanlar burada
yurd saldılar. Sonralar isə qərb, cənub və şərq slavyanlarına
ayrıldılar.
Dünyanın ən uzunömürlü imperiyası nə üçün süqut etdi?
Slavyanların Bizans ərazisində məskunlaşmasının hansı nəticələri
oldu?
Şərqlə Qərb arasında körpü.. VI əsrdə Bizansda qaynar hə- yatlı, çoxlu əhalisi olan
şəhərlər vardı. Konstantinopol, İsgəndəriyyə, Antioxiya, Beyrut, Korinf ticarət
və sənətkarlıq mərkəzləri idi. Burada olan sənət sahələrinin bir çoxundan hələ Qərbin
xəbəri yox idi. Yun və ipək parça istehsalı, şüşə, qab-qa- caq, papirus, zərgərlik
məmulatı istehsalı bu sahələrdən idi. İmperiya çox əlverişli coğrafi mövqedə
yerləşmişdi. Bizans Avropa ilə Asiyanı birləşdirirdi. Onun paytaxtı Konstantinopolu
«qızıl körpü» adlandırırdılar. Çünki bu şəhər Avropadan Asiyaya ge - dən iki ticarət
yolunun üstündə yerləşirdi. Karvan yolları və Aralıq dənizindən Qara dənizə gedən su
yolu burada kəsişirdi. Bizans tacirləri Azərbaycan, İran, Hindistan və Çindən aldıqları
mal - arı


Qərbi Avropada satır və bu ticarətdən xeyli varlanırdılar. Bizansda qüvvətli imperator
hakimiyyəti qalmışdı. Çünki imperatorun xəzinəsi zəngin idi. Xəzinənin hesabına böyük
ordu və donanma saxlanılırdı.
Avar, slavyan və ərəb işğallarından sonra Bizans imperiyasının ərazisi kiçilib yalnız
Yunanıstan və Kiçik Asiyanı əhatə edirdi. XI əsrdə səlcuq türklərinin yürüşləri
imperiyanı ciddi itkilərə məruz qoydu. Türklərin hücumunu xristian dininə qarşı böyük
təhlükə hesab edən Bizans imperatoru Roma Papasına müraciət edib ondan kömək
istədi. Bu, səlcuqların tutduğu torpaqları geri almaq üçün başlayan birinci Xaç yürüşü
ilə nəticələndi.
Bizansın
zəifləməsinə hansı
amillər səbəb
oldu?
Bizans müvəqqəti olaraq türklərin işğal etdiyi əraziləri geri alsa da, imperiyada böhran
gücləndi. Roma Papası ilə Bizansın münasibətləri pisləşdi. Bu dəfə səlibçilər artıq
Bizansın özünə qarşı çıxdılar və Konstantinopola yürüş etdilər. Yürüşün ağır nəticələri
Bizansı zəiflətdi. XIV—XV əsrlərdə türklər Bizansa tez-tez hücumlar edirdilər. Bizans bu
hücumlara davam gətirə bilmirdi.
Slavyanların Bizans torpaqlarında məskunlaşması. Bizans imperiyasına hücum
edən tayfalar içərisində slavyanlar əsas yer tuturdular. Slavyanlar qədim zamanlardan
Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onların yaşadığı ərazi şərqdə
Slavyanların
yaşadığı ərazilər
hansı müasir
ölkələrin ərazilərini
əhatə edir?
Dnepr çayının ortalarından qərbdə Elba çayına, şimalda Baltik dənizindən cənubda
Dunay çayına və Qara dənizə qədər olan ərazini əhatə edirdi. Onlar VI əsrin


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə