Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

9. ATABƏYLƏR DÖVLƏTİNİN SƏLƏFİ
Səlcuq bəy Sultan I
Toğrul «İslamın nuru»
Malazgird döyüşü I
Məlikşah Xacə
Nizamülmülk Sultan
Səncər
Müəyyən mənada bu dövləti Oğuz dövlətinin davamı da hesab etmək olar. Çünki onu
yaradanların babaları Oğuz dövlətində yaşamış, dövlət idarəçiliyinin qaydalarını burada
öyrənmişdilər. Amma Oğuz dövlətindən fərqli olaraq, Səlcuq dövləti geniş əraziləri
tutan imperiyaya çevrildi.
Sultan I Toğrul «Şərqin və Qərbin hökmdarı» adını necə qazandı? Səlcuq imperiyası
hansı əraziləri əhatə edirdi?
Səlcuqun varisləri. Səlcuqlar oğuzların qınıq boyundan idilər. Bu tayfa öz adını Səlcuq
bəyin adından götürmüşdü. Səlcuq bəy Oğuz dövlətində subaşı vəzifəsini daşıyırdı.
Oğuz yabqusu (hökmdarı) ilə münasibətləri pisləşdiyi üçün Səlcuq bəy öz tayfası ilə
birgə Seyhun (Sırdərya) çayının sahilindəki Cənt şəhərinə gəldi. Qəznəvilərin işğalları
dövründə səlcuqlar Xorasan vilayətinə köçməyə məcbur oldular.
Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy səlcuqları birləşdirərək Qəznəvilərə qarşı
mübarizəyə başladılar. Səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapuru ələ keçirdilər.
Toğrul bəyin başçılığı ilə 1038-ci ildə paytaxt Nişapur olmaqla Səlcuq dövləti yarandı.
Qəznəvilər Xorasanda yeni bir dövlətin yaranmasını qəbul edə bilməzdi. Ona görə də


1040-cı ildə böyük bir qoşunla səlcuqlar üzərinə yeridilər. Mərv şəhərinin yaxınlığındakı
Dəndənəkan adlı yerdə onlar arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu
Qəznəviləri darmadağın etdi. Səlcuqlar üçün Azərbaycan, İran


və İraqa yol açılmış oldu. Bu qələbəyə görə Toğrul bəyə (1038—1063) Sultan titulu
verildi.
Şərqin və Qərbin hökmdarı. Dəndənəkan qələbəsindən sonra səlcuqlar Mərv
şəhərində keçirilən qurultayda yeni işğallar planlaşdırdılar. Qurultayda İran, Cənubi
Qafqaz və Bizansa qarşı hücuma keçmək qərarı alındı.
1043-cü ildə dövlətin paytaxtı Rey şəhərinə köçürüldü. Səlcuq orduları buradan
Həmədan, İsfahan, Gilan və Azərbaycana doğru yürüşə başladılar. 1054-cü ildə Cənubi
Qafqaza hücum edərək Rəvvadiləri, Şəddadiləri və Tiflis müsəlman əmirliyini tabe
etdilər. Sultan I Toğrul işğalı genişləndirərək 1055-ci ildə Ərəb xilafətinin paytaxtı
Bağdadı tutdu. Abbasilər səlcuq türklərindən asılı vəziyyətə düşdü. Sultan I Toğrula
«Şərqin və
 



Qərbin hökmdarı» adını verdilər. Dövlətin əraziləri Mavəraənnəhr- dən
Mesopotamiyaya və Hindiquşa qədər torpaqları əhatə etdi.
«İslamın nuru». Sultan I Toğ - rulun vəfatından sonra hakimiyyətə Alp Arslan (1063
—1072) gəldi. Onun məqsədi Anadoluya yiyələnmək idi. O, Bizansla müttəfiq olan
erməni, gürcü və abxaz hökmdar-arını darmadağın edib Tiflis, Ani, Qars şəhərlərini ələ
keçirdi. Daha sonra Alp Arslan Anadolu üzərinə yürüşə başladı.
 
Bizans
ordusunda uz və
peçeneq
tayfalarının
olması döyüşün
taleyinə necə
təsir etdi?
Bu zaman Bizans imperatoru çox böyük ordu topladı. Bu orduya, həmçinin əslən türk
olan tayfalar da daxil edildi.
iki ordu Malazgird düzənliyində qarşılaşdı. Malazgird döyüşü 1071-ci il avqustun 26-da
baş verdi. Uzlar və peçeneqlər qarşıdakı ordunun soydaşlarından ibarət olduğunu
anlayıb səlcuqların tərəfinə keçdilər. Vəziyyəti belə görən imperator geri çəkilməyi əmr
etdi. Alp Arslan fürsətdən istifadə edərək düşmənin üzərinə qəti hücuma keçdi. Bizans
imperatoru yaralanaraq əsir düşdü. Lakin Alp Arslan böyük bir nəciblik göstərərək onu
bağışladı və azad etdi. Bu döyüş dünya tarixində böyük bir dönüş nöqtəsi oldu. Bu
döyüşün nəticəsi olaraq Bizans hər il səlcuqlara xərac verməli, lazım olduqda hərbi
yardım göstərməli idi. Şərqi Anadolu isə həmişəlik türk torpağı oldu. Malazgird
döyüşündən sonra Abbasi xəlifəsi Alp Arslanı «islamın nuru» adlandırdı.
Ara müharibələri
deyəndə nə
başa düşürsən?
Alp Arslanı oğlu I Məlikşah (1072—1092) əvəz etdi. O da öz atası kimi yürüşləri davam


etdirərək Konya və Ankara şəhərlərini tutdu. Suriya zəbt edildi. Paytaxt Reydən
İsfahana köçürüldü. I Məlikşahın hakimiyyət illəri Səlcuq imperiyasının çiçəklənməsi
dövrü idi. Dövlətin belə qüdrətli olmasında vəzir,


«İslamın nuru» kim
idi? Bu ad ona
gördüyü hansı işlərin
nəticəsində
verilmişdi?
dövrün görkəmli alimi və dövlət xadimi Xacə Nizamülmülkün böyük rolu olmuşdur.
Böyük imperiyanın süqutu. Sultan I Məlikşahdan sonra Səlcuq imperiyası
zəifləməyə başladı. Ayrı-ayrı əmirlər arasında ara müharibələri başlandı. Uzunsürən
ara müharibələri və qiyamlar* dövləti zəiflədirdi. Buna görə də avropalıların qarətçi
yürüşlərinin qarşısını almaq mümkün olmadı. Onlar Suriyanı ələ keçirərək Qüdsü
aldılar. Sonuncu Səlcuq sultanı Səncərin (1118—1157) hakimiyyəti zamanı dövlətin
bütövlüyü pozuldu.
İmperiyada qoşun başçılarına xidmət haqqı olaraq iqta torpaqlarının verilməsi geniş
yayılmışdı. Sərhədləri qorumaq üçün sərkərdələrə uc adlanan torpaqlar verilirdi.
Dövlətin əsas gəliri kəndlilərdən alınan üşr adlı torpaq vergisi idi. Məlikşah dövründə
ticarətin canlanması üçün vahid çəki, ölçü və pul sistemi tətbiq olunmuş, tacirlər bəzi
rüsumlardan azad edilmişdi.
Vergilərin çoxluğundan narazı olan kəndlilərin və sənətkarların üsyanları, saray
çəkişmələri dövləti zəiflətdi. Səncərin ölümündən sonra Səlcuq imperiyası süquta
uğradı. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan
Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.
1.  Səlcuqların Mərv qurultayındakı planlarını reallaşdırmaq üçün etdikləri yürüşlərin
strateji əhəmiyyətini izah et.
2.  Malazgird döyüşü haqqında esse yaz.
3.  Səlcuq dövlətinin zəifləməsinə səbəb olan amilləri sadala.
4.  Səlcuqlar haqqında İnternetdə araşdırma aparıb təqdimat hazırla.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə