Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

*qiyam — hakimiyyətə qarşı silahlı çıxış


10. DEHLİ SULTANLIĞINDAN MOĞOL
İMPERİYASINADƏK
Qədim Hindistanda dini etiqad və
qanunlar hansı yazılarda əksini
tapmışdı?
Hindistan erkən orta əsrlərdə. IV əsrdə Hindistanda Qupta sülaləsi hakimiyyətə
gəldi. Bu sülalənin hakimiyyət dövrü «Hindistanın qızıl əsri» adlanır. Bu dövrdə
ədəbiyyat, incəsənət, memarlıq və fəlsəfə inkişaf etdi. V əsrin sonunda Qupta
hökmdarları Ağ hunların asılılığı altına düşdülər.
Eftallılar Şimali Hindistana hakim oldular. Qupta dövləti parçalandı, VI—XIII əsrləri
əhatə edən feodal dağınıqlığı dövrü başladı.
Hindistan, padşah Aşoka, kastalar haqqında
öyrəndiklərini yadına sal. Yadındadırsa, Aşokanın
qurduğu vahid dövlət hələ qədim dövrdə süqut
etmişdi. Çoxlu xalqların yaşadığı möcüzələr diyarı
Hindistan xeyli müddət dağınıq halda qaldı.
Bəs sonra nələr baş verdi? Necə oldu ki, orta əsrlərin
ən qüdrətli türk- müsəlman dövlətlərindən biri məhz
Hindistanda yarandı? Bu hansı dövlət idi?
Qupta sülaləsi
Multan Dehli
sultanlığı
Qütbəddin
Aybək Raziyə
sultan Böyük
Moğol dövləti
Baburşah
Əkbər şah


Qupta imperiyasının dağılması nəticəsində Hindistanda 70-ə qədər müstəqil kiçik
dövlət qurumları yarandı. Belə dövlət qurumlarının başçıları olan racələr hərbi xidmət
əvəzində torpağın bir hissəsini kəndlilərlə birlikdə yaxın adamlarına paylayırdılar.
Verilən
*bədəvi - ərəbcə səhra adamı deməkdir


 
torpaqlar irsən keçirdi. Hindistanda da
kəndlilər töycü ödəyir və müxtəlif
mükəlləfiyyətlər daşıyırdılar.
Kasta sistemi, ölkənin çoxmillətli olması
və müxtəlif dini etiqadların mövcudluğu
ölkədə feodal pərakəndəliyini
gücləndirirdi. Hindistanın qərbində
çoxlu liman şəhəri var idi. Səs-küylü,
çoxlu adam olan bazarlarda yerli və
xarici mallar satılırdı. Parça, ədviyyat,
boyalar və zərgərlik əşyaları almaq
üçün buraya Çindən, Afrikadan və
Ərəbistandan tacirlər gəlirdilər.
Hindistanla ticarətdə ərəb tacirləri əsas
rol oynayırdılar. Hindistan limanlarında
onların daimi məskənləri vardı. Avropa
səyyahları nadir hallarda Hindistana
gəlib çıxa bilirdilər.
 
Dehli sultanlığı. VIII əsrin əvvəlində ərəblər
Hindistana yürüşlərə başladılar. Ərəb süvari hissələri
Hindistanın qərbini qısa müddətdə işğal etdilər. Ərəb
işğalları nəticəsində Mənsurə və Multan əyalətində
müsəlman əmirlikləri yarandı. Əmirliklərə ərəb
əmirləri rəhbərlik edirdilər.
Hindistanın feodal pərakəndəliyindən istifadə edən
Qəznəvi Sultan Mahmud XI əsrin əvvəllərində
Hindistana on yeddi dəfə yürüş etdi. Kəşmir, Pəncab
və Qucarat əyalətlərini Qəznəvi dövlətinə qatdı. Bu
yürüş nəticəsində Hindistanın şimalında türk-
müsəlman əhalinin məskunlaşması və bu yerlərdə
İslam dininin yayılması gücləndi.
Dehli sultanlığı Hindistan ərazisində müsəlman
türklərin yaratdığı ilk ən böyük dövlət
Ərəblərin Hindistanı
qısa müddətdə işğal
etməsinin səbəbi nə
idi?
 
Sultan Mahmud
Qəznəvinin yürüşləri
nə üçün Hindistanda
türk-müsəlman
əhalinin
məskunlaşmasını
gücləndirdi?


oldu. XII əsrdə türk tayfaları Hindistan ərazilərinə aramsız yürüşlər edirdilər. Bu
hücumların nəticəsində 1206-cı ildə türk sərkərdəsi Qütbəddin Aybək Hindistanda
Dehli sultanlığının əsasını qoydu. O, Hindistanda möhkəmlənmək məqsədilə İslamın və
türk dilinin yayılmasına can atırdı. Müasirləri qeyd edirlər ki, sultan türk dilini bilməyən
məmurları bu dili öyrənməyə məcbur edirdi.
Aybəkin oğlu olmadığından onun ölümündən sonra hakimiyyətə kürəkəni Şəmsəddin
Eltutmuş gəldi və Şəmsiyyə sülaləsinin əsasını qoydu. Eltutmuş Pəncabın böyük bir
hissəsini, Multanı, Lahoru və Qəznəyə qədər olan böyük bir ərazini işğal edərək


dövlətin tərkibinə qatdı. Eltutmuş xandan sonra hakimiyyətə onun qızı Raziyyə sultan
(1236—1240) gəldi. O, həm müsəlman, həm də türk tarixində nadir qadın
hökmdarlardan biri idi.
Digər türk qadın
başçılardan kimləri
tanıyırsan?
Dehli sultanlığı feodal monarxiya dövləti idi. Dövlətin başında sultan dururdu. Dövlətin
mülki və hərbi işlərinə baş vəzir rəhbərlik edirdi. Ölkə vilayətlərə bölünürdü.
Vilayətlərə valilər başçılıq edirdi. Vilayətlər dairələrə bölünürdü. Onları rəislər idarə
edirdi. Qazılar məhkəmə işlərini həyata keçirirdi.
Dehli sultanlığında əsas torpaq mülkiyyətçisi dövlət hesab olunurdu.
Dehli sultanlığında torpaq mülkiyyəti formaları
Xass
Sultan nəslindən olanlara məxsus torpaqlar
İqta
Türkmənşəli sərkərdə və məmurlara verilən torpaqlar. Bu torpaqların
sahiblərini zəmindar adlandırırdılar
Vəqf
Məscidlərin saxlanması üçün sultan tərəfindən ayrılan torpaqlar
İcma İcmalara məxsus ümumi torpaqlar (otlaqlar, qəbiristanlıqlar və s.)
XVI əsrin əvvəllərində Hindistanın ən böyük dövləti olan Dehli sultanlığı dağınıqlıq
dövrü keçirirdi. Əmir Teymurun yürüşləri dövləti daha da zəiflətdi. Bu vəziyyət ölkə
iqtisadiyyatına ziyan vurur, vahid daxili bazarın, iqtisadi əlaqələrin yaranmasına mane
olurdu.
Böyük Moğol dövlətinin yaranması. Özünü Əmir Teymurun varisi elan edən Babur
Hindistanın bir hissəsini ələ keçirdi. 1526-cı ildə Babur şahla Dehli sultanı arasında
qanlı döyüş baş verdi. Babur şah qalib gəldi. O, Aqra şəhərini tutaraq, Böyük Moğol
dövlətinin əsasını qoydu.
Dehli sultanlığının varlığına son qoyuldu. Hindistanda yeni və daha qüdrətli türk dövləti
yarandı. Babur şah Aqra şəhərini paytaxt etdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə