Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   2   3   4   5   6   7   8   9   ...   25

4. BÖYÜK İPƏK YOLUNUN BAŞLANDIĞI ÖLKƏ
Güclü | ailələr Suy sülaləsi Böyük kanal Tan sülaləsi Böyük İpək yolu Pekin Min sülaləsi
Çinin adı ilə bağlı olan Böyük Çin səddi, Böyük İpək yolu, Konfutsi haqqında məlumatın
var. Sən bunlar haqqında VI sinifdə öyrənmisən. Bildiyin kimi, 20 il davam edən
«Sarısarıqlılar» üsyanı və digər amillər Çinin zəifləməsinə, Xan sülaləsinin devrilməsinə
səbəb oldu. III əsrin əvvəllərində Çin xırda dövlətlərə parçalandı. Qədim Çin
imperiyasının yerində bir-biri ilə düşmənçilik edən bir neçə dövlət yarandı. Bu zaman
şimaldan türk xalqlarının hücumlarının arası kəsilmirdi. Dağınıq halda olan Çin bu
hücumların qarşısını almaqda çətinlik çəkirdi.
Böyük Kanal nə vaxt çəkildi?
Çində vahid dövlətin yaranması. Suy sülaləsi.
Feodal münasibətlərinin inkişafı Çində yenidən vahid
dövlətin yaranmasına səbəb oldu. Sərkərdə Yan Szyan
Suy sülaləsinin əsasını (586—618) qoydu. Çanan
şəhəri ölkənin paytaxtı oldu. İmperiya yenidən bərpa
edildi. Çində dövlət feodalizmi mövcudidi.
İmperator xidmət əvəzinə sərkərdələrə və məmurlara
şərti torpaq sahələri paylayırdı. Həmin torpaqların
sahibləri tədricən feodala çevrilirdilər. Çində o zaman
iri feodallar «Güclü ailələr» adlanırdı. Onların
əksəriyyəti kəndli torpaqlarını tutur, kəndliləri
özlərindən asılı vəziyyətə salırdılar. Asılı vəziyyətə
düşmüş kəndlilər töycü şəklində veri gilər ödəyirdilər.
VIII əsrdən etibarən feodallar dövlət torpaqlarını da
zəbt etməyə başladılar.
Çində təsərrüfat inkişaf etmişdi. İmperatorun qərarı ilə
Yantsızı və Xuanxe çaylarını, habelə dəniz sahillərini
bu çaylarla birləşdirən Böyük Kanal çəkildi. Suyun
sahilə çıxarılmasını təmin edən xüsusi qurğu ixtira
edildi. İpəktoxuma dəzgahı təkmilləşdirildi.
Çində quldarlığın
dağılmasına nə səbəb
oldu?
 
«Dövlət feodalizmi»
ifadəsi nə deməkdir?
 
Dövlət torpaqlarının
feodallar tərəfindən
özbaşına tutulmasının
hansı mənfi tərəfləri
vardı?


Tan sülaləsi. 618-ci ildə Çində hakimiyyətə Tan sülaləsi gəldi. Bu sülalə ölkəni
təqribən 300 il idarə etdi. Tan imperatoru ilahiləşdirilərək «Səma oğlu» adlandırılırdı.
Tan sülaləsinin hakimiyyəti dövründə Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu
Böyük İpək yol unun Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarəti ələ keçirdi. Böyük
İpək yolu Çinin Mərkəzi Asiya dövlətləri, Azərbaycan, İran və Bizansla ticarət
əlaqələrini möhkəmləndirdi. Lakin 751-ci ildə ərəblərə məğlub olduqdan sonra bu yol
ərəblərin nəzarətinə keçdi və Qərblə Çinin ticarətinə böyük zərbə vuruldu.
Çində ənənəvi olan çəltik, çay, şəkər qamışı, çini qablar, ipək istehsalı inkişaf edirdi.
Çin Hind okeanı sahili ölkələri ilə dəniz vasitəsilə ticarət əlaqələri saxlayırdı.
 


Sun sülaləsi. Monqol işğalı. 960-cı ildə Çində hakimiyyətə Sun sülaləsi gəldi. Sun
sülaləsi dövründə daim kəndli çıxışları baş verir, ölkə qonşu dövlətlərin hücumlarına
məruz qalırdı.


Tan imperatorları hansı ölkələri işğal
etdilər?
1215-ci ildə Böyük Monqol xanı Çingiz
xanın qoşunları Şimali Çini tutdu.
Monqollar uzun mübarizədən sonra Çini
tamamilə özlərinə tabe etdilər. Çin
Monqol imperiyasının əsas hissəsi oldu.
Monqol imperatorluğunun paytaxtı
Pekin şəhərinə köçürüldü.
Min sülaləsi. XIV əsrin ortalarında
Çində monqol əsarətinə qarşı xalq
hərəkatı nəticəsində ölkə yenidən azad
oldu. Hakimiyyətə Min sülaləsi (1368-
1644) gəldi.
Min sülaləsinin hakimiyyətinin ilk
dövrlərində monqol feodallarından
alınmış torpaqlar kəndlilərə paylandı.
Kəndlilər üç il müddətinə bütün vergi və
mükəlləfiyyətlərdən azad edildi.
Tacir və sənətkarlardan alınan
vergilərin miqdarı azaldıldı. Bütün bu
tədbirlər XV əsrdə Çində təsərrüfatın
inkişafına səbəb oldu.
Nə üçün Min sülaləsi vergi və
mükəlləfiyyətləri azaltdı?
 


Hansı xüsusiyyətlərə görə Min sülaləsi
dövrünü Çinin yüksəliş dövrü
adlandırmaq olar?
XVI  əsrdə  Min  sülaləsinin  işğalçı  yürüşləri  nəticəsində  imperiyanın  ərazisi  xeyli
genişləndi. Çin imperiyasının ərazisinə müasir Çinin daxili əyalətləri, habelə Mancuriya
daxil idi. Koreya, Vyetnam və Tibet isə Çindən asılı və - ziyyətdə idi.
 
 
1. Vahid dövlətin yaranmasının Çin üçün əhəmiyyətini izah et. 
2. Tan imperatorlarının işğalçılıq yürüşlərini xəritədə göstər. 
3. Təsərrüfatın inkişafına siyasi amillərin təsirini izah et. 
4. Tan sülaləsi ilə Min sülaləsini Venn diaqramı vasitəsilə müqayisə et. 


5. «Çində Böyük Kanal çəkilir» mövzusunda esse yaz.


5. İRAN VƏ QAFQAZ
Parfiya dövləti necə
yaranmışdı?
Sasanilər dövləti necə yarandı. Parfiya dövlətinin zəifləməsi ilə yaranmış əlverişli
vəziyyətdən Fars vilayətinin hakimi, əfsanəvi Sasanm varisi olan Ərdəşir Babəkan
istifadə etdi. O, Parfiya ordusunu məğlub edib, paytaxt Ktesifona daxil oldu. Ərdəşir
226-cı ildə Ktesifonda təntənəli şəkildə «şahlar şahı» titulunu qəbul etdi. Beləliklə,
Sasanilər dövləti yarandı və geniş işğallara başladı. Xarəzm, Xorasan, Mərv və
Azərbaycan dövləti olan Atropatena Sasanilər dövlətinə qatıldı.
Sasanilərin dövlət quruluşu erkən feodal monarxiyası idi. Ölkəni şahənşah idarə edirdi.
Ölkə əyalətlərə bölünürdü. Əyalətləri şəhrdarlar və mərzbanlar idarə edirdi. Onlar
müharibəyə öz silahlı qüvvələri ilə gedir, mülki və hərbi işlərə başçılıq edirdilər.
Şahdan sonra ikinci rəsmi şəxs ali maq (baş kahin) hesab olunurdu. Ölkənin rəsmi dini
olan zərdüştlük dövlətin idarə olunmasında xüsusi rol oynayırdı. Zərdüştlüyün əsas
mərkəzi Azərbaycanın (Atropatenanın) Qazaka şəhərindəki məbəd hesab olunurdu.
Qədim dövrün tarixindən bilirsən ki, müasir
dövrümüzdə İran ərazisində əvvəllər Parfiya dövləti
mövcud idi. III əsrin əvvəllərində Parfiya dövləti
zəiflədi və öz yerini Sasanilər dövlətinə verdi. Şərqə
doğru böyüyən Sasanilər imperiyası Azərbaycan və
bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirdi. Bu
dövlətdə baş verən siyasi, iqtisadi, mədəni proseslər
Cənubi Qafqazdakı bütün xalqların, o cümlədən
Azərbaycan xalqının da həyatına təsir göstərdi.
Sasanilər dövləti necə yarandı? Mani və Məzdək kim
idi? Sasanilərdən sonra Qafqazın taleyi necə oldu?
Ərdəşir" Babəkan
Ktesifon zərdüştlük
xostak dastakert
patriklər azadlar Mani
Məzdək Xosrov
Ənuşirəvan səlcuqlar
Tiflis müsəlman əmirliyi
IV David


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə