Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

Babur şair, sərkərdə, bəstəkar, memar və gözəl bir xəttat olmuşdur. Babur şah
Hindistan incilərinin yaradıcısı və dövlətin qurucusu kimi tarixə daxil oldu.
Moğol dövləti Əkbər şahın (1556—1605) dövründə imperator- luğa çevrilməyə
başladı. O, ölkədə əhəmiyyətli islahatlar apardı. İqtisadi münasibətlərdə sabitlik
yaradan Əkbər şah ticarətə qayğı göstərir, karvan yollarının mühafizəsini təmin edirdi.
Hələ Babur şahın dövründə başlayan Səfəvi və Osmanlı imperatorları ilə diplomatik
əlaqələr onun dövründə davam etdirildi.
1.  Hindistanın coğrafi mövqeyinin üstün va zaif cahatlarini müayyan et.
2.  Çin va Hindistanın birlaşdirilmasina çatinlik töradan amillari tayin et.
3.  Ərab va türk yürüşlarinin Hindistana tasirini dayarlandir.
4.  Hindistanda feodal dağınıqlığının uzun müddat davam etmasinin sabab- larini
aydınlaşdır.
5.  Böyük Moğol imperatoru Babur şah haqqında taqdimat hazırla.
6.  Dehli sultanlığının Hindistanın tarixinda qoyduğu izlari şarh et.


11. ÇİNGİZ XAN VƏ ONUN DAVAMÇILARI
Çingiz xan Qaraqorum
«Böyük Yasa» Batu
xan Hülakü xan
Fəzlüllah Rəşidəddin
Saray-Bərkə, noyon
Toxtamış
«Səmada yalnız bir Günəş olduğu kimi, monqolların da bir hökmdarı olmalıdır». Bu
sözləri ən yaxın dostlarından biri Temuçin haqqında demişdi. Temuçin, doğrudan da,
monqolların həyatında günəş kimi parladı. O, Monqol imperiyasını yaratdı və dövlətin
ilk böyük xanı — Çingiz xan oldu. Monqolların nizami ordusunu qurub onun ilk böyük
sərkərdəsi oldu. Nəhayət, Monqol dövlətinin ilk qanun toplusu olan «Böyük Yasa»nı
yaratdı.
Monqol işğalları hansı əraziləri əhatə edirdi? Çingiz xandan sonra onun yolunu kimlər
davam etdirdi? Gəlin birlikdə araşdıraq.
Monqol dövlətinin yaranması. Monqollar qədim zamanlardan Mərkəzi Asiyanın geniş
çöllərində yaşayırdılar. Ərazinin təbii şəraiti əkinçilik üçün əlverişli deyildi. Bura
dənizlərdən uzaq, sərt iqlimə malik idi. Ona görə də əhali, əsasən, köçəri maldarlıqla
məşğul olurdu. Monqolların sərvəti at ilxılarından, qaramal naxırlarından, qoyun
sürülərindən ibarət idi.
XII əsrdən başlayaraq monqollar arasında qəbilə münasibətləri dağılırdı. Yeni
birləşmələr — ordular yaranırdı. Bu birləşmələr hərbi təşkilatlar idi. Onların başında
hərbi rəislər — bahadırlar və noyonlar dururdu. Noyon hərbi dəstələrə başçılıq edirdi.
Getdikcə bahadır və noyonlar daha böyük köçəri əhalini özünə tabe edir və xan titulu
daşımağa başlayırdı.
Köçəri maldar tayfalar öz rəhbərləri olan noyon, bahadır və xanlara heyvandarlıq
məhsullarından töycü ödəyirdilər. Beləliklə, monqollarda feodal münasibətləri
formalaşırdı.
1206-cı ildə Onon çayı sahilində monqol və türk tayfa əyanlarının qurultayı çağırıldı.


Qurultayda görkəmli sərkərdə


Temuçin (1155—1227) böyük xan — xaqan seçildi və Çingiz adlandırıldı. Qaraqorum
şəhəri yeni yaradılmış dövlətin paytaxtı seçildi.
Səncə, «Çingiz»
sözü hansı
mənanı ifadə
edir?
Çingiz xan qısa vaxt ərzində monqol və qonşu türk tayfalarını birləşdirdi. İtaət altına
alınmış ərazilər verdikləri əsgərlərin sayından asılı olaraq tümənlik, minlik və
yüzlüklərə bölündü. Çingiz xan tayfa başçılarını, hakimləri və noyonları tümənbaşı,
minbaşı, yüzbaşı təyin etdi. Çingiz xan güclü süvari ordu ilə yanaşı, xüsusi qoşun növü
yaratdı. Dəqiq kəşfiyyat məlumatları top-amaq, qəfil zərbə ilə düşmən qüvvələrini
parçalamaq və onları əzmək Çingiz xan ordusunun hərbi taktikasının əsas cəhətləri idi.
Monqol ordusu divardeşən, daş və yanan maye atan mancanaqlar — qurğular ilə təmin
edilmişdi.
Monqol dövlətinin qanunlar toplusu «Böyük Yasa» adlanırdı. «Böyük Yasa»da
feodalların imtiyazları, mülkiyyət, vergi və ida-


Bu günümü-
zədək
monqollardan
bizə nələr
qalmışdı?
«Böyük Yasa»,
nizami monqol
ordusu, «qurul-
tay», «yarlıq»
sözləri haqqında
nə deyə
bilərsən?
rəçilik sistemi əksini tapmışdı. Monqol dövləti hərbi demokratiyanı* özündə
birləşdirən feodal dövləti idi.
Monqol istilalarının başlanması. Tezliklə Çingiz xan hərbi yürüşlərə başladı. Sibir
və Şərqi Türküstanda yaşayan qırğız, merkit, bunyak və uyğur tayfalarını tabe etdi. Bir
qədər sonra Şimali Çini işğal etdi. 1219—1221-ci illərdə monqol ordusu zəngin
Xarəzmşah şəhərlərini ələ keçirdi. Monqolların Azərbaycana, İrana və Cənubi Qafqaza
kəşfiyyat yürüşləri gələcəkdə yeni ərazilərin işğalı üçün zəmin yaratdı.
Çingiz xan imperatorluğun ərazisini oğullarının sayına görə dörd ulusa (inzibati vahid)
bölmüşdü. Onun vəfatından sonra imperiya bir müddət bütövlüyünü saxladı. Xu- bilay
xanın dövründə (1264—1294) Monqol imperatorluğunda hakimiyyət uğrunda mübarizə
gücləndi. O, paytaxtı Pekinə köçürdü. Çinin cənubu istila edildi.
XIII əsrin 40—50-ci illərində Çingiz xanın nəvələri görkəmli sərkərdə Hülakü_xan'>Batı xan və
Hülakü xan hüquqi baxımdan monqolların ümumi mərkəzi Qaraqoruma tabe olan
güclü dövlətlər yaratdılar.
Hülakülər dövləti. Hülakü xan Azərbaycan və İranı ələ keçirib, 1258-ci ildə Abbasilər
xilafətinin varlığına son qoydu. Amudərya çayı ilə Aralıq dənizi, Dərbəndlə İran körfəzi
arasında yerləşən ölkələri əhatə edən ərazidə beşinci monqol ulusu — Hülakü


dövləti yarandı (1258—1357). Dövlətin başında elxan titulu daşıyan hökmdar
dururdu. Buna görə də Hülakülər dövləti, eyni zamanda Elxanilər dövləti də adlanır.
Dövlətin ərazisi vilayətlərə, onlar isə tümənlərə bölünmüşdü.
*hərbi demokratiya — ibtidai icma quruluşunun son dövründə yuxan hərbi dairələrin
tayfa işlərinə rəhbərlik etməsi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə