Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

7. XİLAFƏTİN PARÇALANMASI
 
Müstəqillik üçün
yaranmış fürsət. IX əsrdə
Xilafətin hakimiyyəti altında
olmuş ayrı-ayrı xalqların
azadlıq müharibələri onu get-gedə zəiflədirdi. Abbasilər xilafəti dövründə ucqarlardakı
yerli hakim və canişinlər ayrılmağa, müstəqil dövlət yaratmağa can atırdılar. Onlar, ilk
növbədə, xəlifə xəzinəsinə göndərdikləri vergilərin məbləğini azaldır, sonra isə tamam
dayandırırdılar. Daha zəif qonşuların mülklərini öz ərazilərinə birləşdirir, güclü qoşun
yaradırdılar. Onlara qarşı göndərilən xəlifə ordularını
Müasir dövrümüzdə İslam dini dünyanın əllidən çox
ölkəsində əhalinin böyük əksəriyyətinin etiqad etdiyi
dindir. Bu ölkələr beynəlxalq aləmdə İslam ölkələri
kimi tanınır. Onların bir çoxunun tarixi Xilafətin
parçalandığı dövrdən başlayır.
Bəs Ərəb xilafətinin parçalanması prosesi necə baş
verdi? Xilafətdən asılı olan ərazilərdə hansı ölkələr
müstəqil oldu? Bu ölkələrdə hansı sülalələr
hakimiyyətə gəldi?
Xilafət Abbasilər
Mərakeş Tunis Sacilər
Samanilər Sultan
Mahmud Qəznəvi
Səlcuqlar


məğlub edirdilər. Yerli hakimlərin öhdəsindən gələ bilməyən xəlifələr onları öz
vilayətlərində tamhüquqlu sahib kimi tanıyırdılar. İlk olaraq, İspaniyada yaranmış
Kordova əmirliyi müstəqil oldu. Sonra Mərakeş, Əlcəzair, Tunis, Liviya, Yəmən və
Xorasan mərkəzi hakimiyyətdən ayrıldı. Bunun ardınca İran və Misir də tamam
zəifləmiş Xilafətin tərkibindən çıxdı. Bu dövlətlərin əsasını yerli hakim və canişin
sülalələri qoyurdu.
Xilafətin ərazisində
müstəqil dövlətin
yaranmasını hansı
amillərlə izah edə
bilərsən?
Xilafətin zəifləməyə və parçalanmağa başladığı bu dövrdə Mərkəzi Asiyada,
Azərbaycanda türk müsəlman sülalələri hakimiyyəti ələ keçirdilər.
Azərbaycanın hakim sülalələri. Xilafət zəifləyəndə Şirvandakı canişin mərkəzi
hakimiyyətlə əlaqəsini tamam kəsdi. 861-ci ildə Şirvanı müstəqil elan etdi. Azərbaycan
Şirvanşahlar dövləti yarandı. Şirvanşahlar dövləti Azərbaycanın ən uzunömürlü
feodal dövləti idi. Bu dövlət 1538-ci ilədək mövcud olmuşdur.
879-cu ildə Azərbaycan ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana
gəldi. Sülalənin banisi «Afşin» titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə
Əbu Sac Divdad idi.
Sacilər qərbdə Ani və Dvindən şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda
Dərbəndədək olan böyük bir ərazini özlərinə tabe edərək güclü dövlət yaratmağa nail
oldular. Saci- lərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqları vahid dövlət
halında birləşdi. Saciləri Salarilər sülaləsi əvəz etdi. Gəncə yenicə yaranmış
Şəddadilər dövlətinin paytaxtı oldu. Arran torpaqlarının bir hissəsi də Şəddadilərin
ixtiyarına keçdi. Salarilər dövlətinin əlində qalmış cənub torpaqları isə Rəvvadi


sülaləsinin hakimiyyəti altına keçdi. 981-ci ildə Salarilər dövləti süqut etdi. Xilafətin
süqutu nəticəsində Şimali Azərbaycan (Albaniya-Arran) torpaqlarında Tiflis əmirliyi,
Şəki hakimliyi və Dərbənd əmirliyi kimi xırda feodal dövlətləri də yarandı.
Mərkəzi Asiyada hakim sülalələr. 875-ci ildə yaranmış Samanilər dövləti Saman
Xudatın adını daşıyırdı. Samanilər dövlətinin ərazisinə Mavəraənnəhr, Xorasan və
Şimal-Şərqi İran daxil idi. Onun ərazisinin böyük hissəsini tarixi türk torpaqları,
əhalisinin əksəriyyətini türklər təşkil edirdi. Paytaxtı Buxara şəhəri idi. Ölkədə kənd
təsərrüfatı ilə yanaşı, sənətkarlıq və ticarət də yüksək səviyyədə inkişaf etmişdi.
Samani tacirləri Kiyev, Bizans, Çin, Azərbaycan, İran və başqa ölkələrə xalça, ipək,
ədviyyat, zinət əşyaları aparıb satırdılar. Samanilər dövlətinin Azərbaycanla geniş
ticarət və mədəni əlaqələri vardı. Bunları ölkəmizdə tapılmış Samani pulları sübut edir.
999-cu ildə Samanilərin əsas rəqibi Qaraxanlılar Buxaranı tutdular və Samanilər
dövlətinə son qoydular.
Qaraxanlı dövləti 927-ci ildə meydana gəlmişdi. Qaraxanlılar İslam dinini qəbul
etmiş ilk türk sülalələrindən biri idi. Qaraxanlı dövlətinin əsasını Qutluq Bilgə Qədir xan


qoymuşdu. O özünü «Qara xan», yəni «Böyük xan» adlandırdığı üçün sül alə də onun
adı ilə Qaraxanlı adlanırdı. Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən başlayaraq
Hindiquş dağlarına qədər olan torpaqları əhatə edirdi. Dövlətin paytaxtları Qaşqar, Bal
a- saqun və Uzgen şəhərləri olmuşdu. Qaraxanlı


dövlətində şəhərlərlə yanaşı, ticarət- sənətkarlıq qəsəbələri yaranırdı. Səmərqənd,
Buxara, Ürgənc, Termez şəhərləri xüsusilə şöhrət qazanmışdı.
Erkən orta əsrlərdə təqribən 300 il mövcud olan Qaraxanlı dövləti 1212-ci ildə süquta
uğradı.
X əsrin 60-cı illərində Mərkəzi Asi yada Qəznəvilər dövləti yaranmışdı. Bu dövlətin
əsasını Alptəkin qoymuş - du. Alptəkin Samanilər dövründə türk qvardiyasında qulluq
etmişdi.
Sultan Mahmud Qəznəvinin (998— 1030) hakimiyyəti illəri Qəznəvi dövlətinin ən
qüdrətli dövrüdür. 1002—1026-cı illərdə onun Hindistana etdiyi çoxsaylı hərbi yürüşlər
nəticəsində Hindistanın Kəşmir, Pəncab və Qucarat vilayətləri ələ keçirildi. Qəznəvi
dövlətinin iqtisadi qüdrəti möhkəmləndi. Beləliklə, Sultan Mahmudun hakimiyyətinin
son dövrlərində Qəznəvi dövlətinin ərazisi Hindistandan Xəzərsahili torpaqlara qədər
uzanırdı.
Yeni dövlətlərin
yaranmasında
iqta torpaq
sahibliyinin rolu
nə ola bilərdi?
Sultan Mahmudun vəfatından sonra dövlət tənəzzül etdi. Vergilərin ağırlığı, əhalinin
məmurlardan narazılığı və feodalların mərkəzi hakimiyyətə qarşı çıxışları ölkəni
zəiflətdi. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərin hərbi qüvvələrini
darmadağın etdilər. Şimali Hindistana sıxışdırılan Qəznəvi dövləti 1187-ci ildə süqut
etdi.
1.  Xilafətin zəifləməsindən sonra yaranmış dövlətləri müasir xəritədə göstər.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə