Ümumi tarix 7-ci sinif


Feodal münasibətlərinin yaranması



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   2   3   4   5   6   7   8   9   ...   25

 
Feodal münasibətlərinin yaranması. Sasanilər dövlətinin yaranması feodal
münasibətlərinin meydana gəlməsini sürətləndirdi. Ölkədə feodal münasibətləri III—V
əsrlərdə yarandı. Sasani şahları hakimiyyətin dayaqlarını möhkəmlətmək, ucqar
əraziləri qorumaq üçün hərbçilərə xostak adlanan torpaq sahələri paylayırdılar.
Kəndlilər mülk sahibinə töycü verir, müxtəlif məcburi işləri görürdülər.
Ölkədə natural təsərrüfat* hakim idi. Əsas feodal mülkiyyəti dastakert hesab
edilirdi. Dastakert irsən keçirdi. Kəndlilərin bir hissəsi varlanır və xırda sahibkara
çevrilir, digərləri isə asılı vəziyyətə düşürdü. Bu dövrdə ölkədə iri feodal təbəqəsi,
onların vassalları xırda və orta feodallar — azadlar meydana gəlmişdi. Ordunun süvari
hissəsi azadlardan təşkil olunurdu. Buna görə onlara xostak verilirdi. Məbəd və nüfuzlu
din xadimlərinin əlində iri torpaq sahələri cəmləşmişdi. Kahinlər böyük torpaq sahibləri
idilər.
*natural təsərrüfat - bazarla əlaqəsi olmayan, zəruri malların malikanə daxilində
istehsal olunduğu təsərrüfat


İslahat sözünün mənası
nədir?
Ölkədə vergi sistemini qaydaya salmaq məqsədilə Sasani şahı I Xosrov (531—579)
islahat keçirdi. İslahatlar nəticəsində vergi sistemi nizama salındı.
Xalq ədalətli cəmiyyət istəyir. III əsrdə Mani öz
dini təlimini təbliğ etməyə başladı. Onun təlimi
zərdüştlük, xristianl ıq və buddizm dinlərinin əsas
müddəalarını özündə birləşdirmişdi. Mani təliminə
görə işıq və qaranlıq (nur və zülmət) arasında daim
mübarizə gedir. Manilik qısa müddətdə geniş ərazilərə
yayıldı. Sasani şahı mani- liyin hakimiyyət üçün
təhlükəli olduğunu görüb, Manini edam etdirdi,
manilərin təqibi gücləndirildi.
Dövlət nə üçün
manilərin təqibini
gücləndirdi?
481-ci ildə İranda yeni bir hərəkat — məzdəkilər
hərəkatı başladı. Hərəkatın rəhbəri ali maq Məzdək
idi. Məzdək Ktesifonda


çıxış edib, ədalətli cəmiyyət qurulmasını tələb etdi. O bütün nemətlərin insanlar
arasında bərabər bölüşdürülməsini təbliğ edirdi. Sasani şahı I Qubad (488—531)
mərkəzi hakimiyyəti möhkəmlətmək məqsədilə məzdəkilərin xalq arasındakı
nüfuzundan istifadə etdi. Az sonra hakimiyyətini möhkəmləndirən I Qubad
məzdəkilərin təqibinə başladı. 529-cu ildə Məzdək edam edildi, onun tərəfdarlarına
qanlı divan tutuldu. Məzdəkilər hərəkatı məğlub olsa da, ideyaları uzun müddət yaşadı.
Sasanilər dövlətinin
zəifləməsi hansı
amillərlə bağlı idi?
Sasanilər iflasa uğrayır. V əsrin ikinci yarısından Sasanilər dövləti Ağ Hun
imperatorlu- ğuna illik bac verirdi. VI əsrdə Sasani dövləti Göytürk imperatorluğu ilə
birləşib Ağ hunları məğlub etsə də, ölkə zəifləməkdə davam edirdi. Xüsusilə Bizansla
aparılan müharibələr Sasanilər dövlətinin bütün qüvvəsini tükəndirdi.
Bizans Xəzər xaqanlığının köməyi ilə Sasani dövlətini məğlub etdi. Sasanilər Bizansla
sülh bağlamağa məcbur oldu. VII əsrin 30-cu illərində Sasanilər dövləti yeni bir təhlükə
ilə — Ərəb dövlətinin hücumu ilə qarşılaşdı. Bizans və Xəzər xaqanlığı ilə müharibələr
nəticəsində zəifi əmiş Sasanilər dövləti ərəblərə qarşı ciddi müqavimət göstərə
bilmədi. 651-ci ildə Sasanilər dövləti süqut etdi.


 
Qafqazda hansı
xalqlar
yaşayırdı?
Qafqazda feodal dövlətləri. İşğallara məruz qalmış Qafqaz bu dövl ətlər üçün hərbi-
strateji və iqtisadi əhəmiyyət kəsb edirdi. Burada bir çox feodal dövlətlər vardı, çoxlu
xalqlar, etnik qruplar yaşayırdı. Feodal dağınıqlığı və dini müxtəliflik Qafqaz xalql arının
düşmənə qarşı müqavimətini zəiflədirdi.
Ərəb işğalları Qafqaz xalqlarının həyatını dəyişdi. Bir çox xalqlar İslam dinini qəbul
etdi. Onların mədəniyyətində mühüm dəyişikliklər baş verdi. Ərəb xilafəti iki əsrdən
artıq Qafqazı idarə etdi. Xilafət zəifləyib dağıldığı dövrdə burada bir neçə müstəqil
dövlət yarandı. Şimali Azərbaycanda (keçmiş Albaniya dövlətinin ərazisində)
Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Şəki hakimliyi, Tiflis əmirliyi,
Dərbənd əmirliyi kimi dövlətlər yarandı. İndiki Gürcüstan ərazisində isə Abxaziya,
Kartli-Kaxetiya çarlıqları, Tao-Klarceti knyazlığı yarandı. VIII əsrin 30-cu illərində
yaranmış Tiflis müsəlman əmirliyi də varlığını qoruyub saxladı.
Ərəb xilafətinin süqutundan sonra Azərbaycan torpaqları Sacilər sülaləsinin hakimiyyəti
dövründə vahid dövlət halında birləşdi.
XI əsrin əvvəllərində gürcü knyazları da vahid dövlətdə birləşdilər. Məhz bu dövrdə
səlcuq türklərinin axınları baş verdi. Cənubi Qafqaz və Dağıstan Böyük Səlcuq
imperatorluğuna qatıldı. Bu ərazilərin Böyük Səlcuq imperatorluğuna qatılmasının
böyük


 
1.  Azərbaycan ərazisində yaşayan Qafqazdilli xalqlar haqqında
məlumat toplayıb təqdimat hazırla.
2.  Manilik təlimi ilə məzdəkilik təlimini Venn diaqramında müqayisə et.
3.  «Qafqaz xalqlarının iqtisadiyyatına ərəb istilalarının təsiri» adlı esse yaz.
4.  Qafqazın hərbi-strateji əhəmiyyətini şərh et.
5.  Sasani dövlətinin Qafqaza təsirini müəyyənləşdir.
 
əhəmiyyəti var idi. Sonralar Səlcuq imperator- luğunun
zəifləməsindən istifadə edən gürcü çarı IV David (1089—
1125) təcavüzkar siyasətə başladı. Onun məqsədi
Azərbaycanın qərb torpaqlarını işğal etmək idi. Gürcü çarı
Bizansla ittifaqa nail olub səlcuqlara qarşı mübarizəyə
başladı. Nəticədə Tiflis, Dəbil və Ani kimi müsəlman şəhərləri
işğal edildi.
Bir qədər sonra monqol yürüşləri başladı. Qafqaz Hülakü
imperatorluğunun tərkibinə qatıldı. Şimali Qafqaz Hülakü və
Qızıl Ordu dövlətləri arasında bölüşdürüldü.
XIV əsrin 80-ci illərində Qafqaz Teymuri- lər tərəfindən işğal
olundu. Çox keçmədən Qızıl Ordu və Teymuri imperatorluqları
parçalandı, onların Qafqazda mövqeyi zəiflədi.
XV əsrin sonlarında Gürcüstanda Kartli, Kaxetiya və
Imeret çarlıqları kimi müstəqil feodal dövlətləri meydana
gəldi. Hücuml arın dayanması və siyasi sabitliyin yaranması
Qafqazda təsərrüfatın inkişafına müsbət təsir göstərdi. XV
əsrdə Qaraqoyunlu və Ağqoyun- lu sülalələrinin hakimiyyəti
dövründə Azərbaycan bütün Cənubi Qafqazın, Yaxın və Orta
Şərqin hərbi-siyasi tarixində mühüm rol oynadı. XV əsrin
sonlarında bütün Azərbaycan torpaqlarının vahid
mərkəzləşdirilmiş dövlət halında birləşdirilməsi üçün tarixi
şərait yetişdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə