Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   17   18   19   20   21   22   23   24   25

Səncə, Amerikanı kim
kəşf etdi: Kolumb, yoxsa
Vespuççi?
«Kəşfdən» sonra
Amerikanın həyatında
hansı dəyişikliklər baş
verdi?
indiki Kuba və Haiti adalarına çıxdı. Lakin nə qızıl, nə
də başqa qiymətli sərvət tapmadı. Salamat qalmış bir
gəmi ilə İspaniyaya qayıtdı. Kolumb həmin yolla daha
üç dəfə səfərə çıxdı. Kolumbun sərvət axtarışları
nəticəsiz qaldı. İspaniya hökuməti Kolumbu verdiyi
fəxri adlardan məhrum etdi. Kolumb ömrünün son
illərini yoxsulluq içərisində keçirdi.
Xristofor Kolumb ömrünün sonuna qədər bilmədi ki,
yeni qitə kəşf edib. Ona elə gəlmişdi ki, olduğu yerlər
Hindistandır. Buna görə də bu torpaqları «Hindistan»,
buradakı əhalini isə «hindilər» adlandırmışdı.
Amerikanın yerl i əhalisi indi də hindilər adlanır.
İtalyan səyyahı Ameriqo Vespuççi sonralar Kolumbun
kəşf etdiyi torpaqların yeni qitə olduğunu sübut etdi.
Yeni qitə onun adı ilə Amerika adlandırıldı.
XV əsrdə Avropada təsərrüfat və ticarətin inkişafı ilə
əlaqədar olaraq qızıla olan tələbat artdı. Qızıl əldə
etmək məqsədilə avropalılar müxtəlif yollar
axtarırdılar. O zaman qiymətli daş-qaş, qızıl ilə zəngin
olan Hindistanla ticarət ərəblərin əlində idi. Kiçik
Asiyadan və Suriyadan keçən yollara Osmanlılar
yiyələnmişdilər. Osmanl ı- ların fəthləri avropalıların
Asiyaya yeni yollar axtarışını sürətləndirdi. Bu
məqsədlə Portuqaliya kralları Atlantik okeanının qərb
sahill əri boyu gəmilər göndərirdilər. Portuqaliya
dənizçiləri Afrika sahilləri boyu zəncilərdən qızıl tozu,
fil sümüyü alırdılar.


Sonralar Afrikanın qərb sahilinin bəzi yerləri Qızıl sahili, Fil dişi sahili ad 1 andı. Elə o
zamandan avropalılar Afrikadan qul alverinə başladılar. Kölə sahilinin adı da bu
ticarətlə bağlıdır.
Portuqaliya dənizçisi Bartolomey Diaş ilk dəfə Afrika qitəsinin cənub qurtaracağını
keçib, Hind okeanına çıxdı. O, qitənin cənubundakı burnu Ümid burnu adlandırdı.
Sonralar Portu 1 qaliya kralı Vasko da Qamanın başçılığı altında Hindistana dəniz yolu
axtaran yeni ekspedisiya göndərdi.
Portuqaliya gəmiləri 1498-ci ilin mayında Hindistanın Kalikut şəhərinin yaxınlığında
lövbər saldılar. Gəmiləri ədviyyatla dolduran portuqaliyalılar vətənə döndülər.
Beləliklə, Hindistana dəniz yolu kəşf olundu.
Portuqaliya Hindistan, Ərəbistan, Şərqi Afrikanın ən mühüm liman-şəhərlərini işğal
etdi. Zond və Molukk adaları zəbt edildi. Bununla ilk müstəmləkə işğalları başlandı.
İşğala məruz qalmış və müstəqilliyini itirmiş ərazilər müstəmləkələr adlanırdı.
1519-cu ildə Fernando Magellanın başçılığı ilə ispanlar dünya səyahətinə başladılar.
Onlar At lantik okeanını keçib Cənubi Amerika sahilləri boyunca hərəkət etdilər. İndi
Magellanın adını


daşıyan boğazı keçib səyahəti davam etdirdilər. Üzdükləri böyük su hövzəsində heç bir
hadisə baş vermədiyindən, sular sakit olduğundan bu okeana Sakit okean adı verdilər.
Filippin adalarında yerli əhali ilə toqquşmada Magellan öldürüldü. Lakin səyahət
davam etdi və 1522-ci ildə başa çatdırıldı.
İlk dünya səyahəti Yerin kürə şəklində olmasını sübut etdi. Dənizçilər İspaniyadan
qərbə doğru üzərək yenidən İspaniyaya qayıtdılar. İspaniya Braziliyadan başqa bütün
Cənubi Amerikanı zəbt etdi. Braziliya portuqaliyalıların oldu. İspanlar Kuba və Karib
də- nizlərindəki adalarda hindiləri tamamilə qırıb məhv etdilər. Hindlilərin məhv
edilməsi işçi qüvvəsinə ehtiyac yaratdı. Ona görə də Afrikadan qullar gətirilməsinə
başlanıldı.
Böyük coğrafi kəşflərin nəticələri. Coğrafi kəşflər nəticəsində dünya ticarəti
yarandı. Ticarət yolları Aralıq dənizindən okeanlara keçdi. Müstəmləkələrlə ticarət
Portuqaliya, İngiltərə və Niderlandın limanlarında cəmləşdi.
Coğrafi kəşflər nəticəsində Avropada əmtəə istehsalı artdı. Bu kəşflər Amerika, Asiya
və Afrika xalqları üçün müstəmləkə əsarətinin başlanğıcı oldu.
1.  Dəniz səyahətlərini reallaşdıran, onu sürətləndirən amilləri sadala.
2.  Kolumbun Hindistana çatmaq üçün qərb istiqamətində yürüşə çıxmasının səbəbini
izah et.
3.  Müstəmləkə anlayışını izah et.
4.  Böyük coğrafi kəşflərin nəticələrini şərh et.
5.  Amerika xalqları haqqında məlumat topla və təqdimat hazırla.


23. DƏNİZ GÖZLƏRİNİN 
MÜBARİZƏSİ
Niderland Hersoq Alba meşə gözləri Oranlı Vilhelm «Milli şura» Amsterdam burjua
inqilabı
XVI əsrin ortalarında İspaniya ən geniş müs - təmləkəsi olan ölkə idi. Niderland xalqı
da İspaniyanın müstəmləkəsi altında yaşayırdı. Bu zaman Niderlandda protestantlıq
yayılmağa başladı. İspan ağalığına qarşı etiraz katolik kilsəsi əleyhinə çıxışlarla
qüvvətləndi və Niderlandda inqilab baş verdi. Bu inqilabın dünya əhəmiyyətli nəticələri
oldu.
Niderland inqilabı nəyə yol açdı?
Təsərrüfatın inkişafı. Niderland əlverişli coğrafi mövqeyə malik ölkə idi. Reyn, Maas
və Şelda çayları Niderlandı Fransa və Almaniya ilə birləşdirirdi. Niderland dəniz
vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə əlaqə saxlayırdı. Böyük coğrafi
kəşflərdən sonra Niderlandın dəniz ticarəti daha da yüksəldi. Antverpen Avropa
tarixində dünya ticarətinin birinci mərkəzi oldu.
Niderlandın şəhər və kəndlərində manufakturalar meydana gəlirdi. Balıqçılıq, dənizçilik
və kənd təsərrüfatı da inkişaf etməkdə idi.
Niderlandda yeni
iqtisadi
münasibətlərin
inkişafına hansı
amillər mane
olurdu?
«İspan zülmü»
özünü nədə
göstərirdi?
Niderlandda ispan zülmü. Niderland feodal İspaniyasının ən zəngin müstəmləkəsi
hesab edilirdi. Niderland əhalisi üzərinə çox ağır vergilər qoyulmuşdu. Ölkə tacirlərinə
İspaniyanın Amerikadakı müstəmləkələri ilə ticarət qadağan edilmişdi. İspaniyanın
İngiltərə ilə düşmənçiliyi ucbatından manufaktura sahibləri zərər çəkirdi. Niderlandı
İspaniya kra-ının canişini və onun yanında yaradılan gizli şura idarə edirdi.
Niderlandda ispan zülmünə qarşı qəzəb getdikcə artırdı. Xüsusilə katolik kilsəsi kəskin
narazılıq doğururdu. Əhali arasında kalvinçiliyə meyil güclənirdi. İspaniya kralı II Filipp
ölkənin hər yerində protestantlara qarşı kilsə məhkəmələri tətbiq edirdi. Kütləvi
təqiblər, edaml ar, tonqallarda yandırma cəzaları həyata keçirilirdi.


Beləliklə, Niderlandda ispan zülmü ilə katolik kilsəsinin zülmü birləşirdi. Hər ikisi
xalqda nifrət doğururdu.
Nə üçün 1566-cı ilin
hadisələri burjua
inqilabının
başlanğıcı hesab
olunur?
İnqilabın başlanması. 1566-cı ilin payızında böyük sənaye şəhərlərində katolik
kilsəsinə və ispan zülmünə qarşı xalq hərəkatı baş verdi. 1579-cu ildən bu hərəkat
inqilaba çevrildi. Niderlandda burjua* inqilabı başlandı. Bu elə bir inqilab idi ki,
feodalizm quruluşunu kapitalizm quruluşu ilə əvəz edəcəkdi.
Kral II Filipp hersoq Albanın başçılığı ilə Niderlanda seçmə qoşun göndərdi. Alba
Niderlanda gələn kimi «qiyam işlərinə baxan şura» yaratdı. Bu şuranı xalq «qanlı şura»
adlandırmışdı. «Qanlı şura», əslində, fövqəladə məhkəmə idi.
Göz (gyöz) Niderland dilində səfil
deməkdir. İspan müstəmləkəçiləri
onlara qarşı mübarizə aparan
Niderland zadəganlarını belə
adlandırmışdılar. Niderland zadəganları
da buna etiraz əlaməti olaraq özlərini
göz adlandırmağa başladılar. Onlar kül
rəngli rahib paltarı geyinir, yaxalarına
üzərində heybəyə uzanan iki əl təsvir
olunmuş nişan taxırdılar. Sonralar suda
və quruda mübarizə aparan xalq
partizanlarını da bu cür adlandırdılar.
İspan zülmündən qəzəblənmiş kəndlilər, sənətkarlar və fəhlələr meşələrə çəkilirdilər.
Onlar burada gizlicə kortəbii dəstələr yaradırdılar. Onlar özlərini meşə gözləri
adlandırırdılar. Dənizçilər və baı lıqçılar ispan gəmisi görən kimi ona hücum edirdilər.
Onları dəniz gözləri adlandırırdılar.
Xaricə qaçan niderland lı- lar da ispan zülmünə qarşı mübarizə aparan xalqa kömək
göstərirdilər. Onlar dəniz gözl ərinə yardım edirdilər. Bu yardım nəticəsində dəniz
gözləri o qədər qüvvətlənmişdi ki, 1572-ci ildə onlar Bril limanını tutdular. Bu hadisə
ölkənin şimalında üsyanın başlanması üçün işarə oldu. Bril şimaldakı üsyanın dayağına
çevrildi.
Kəndlilər kilsəyə onda bir vergisi verməyi dayandırdılar. Feodal mükəlləfiyyətlərini
yerinə yetirməkdən boyun qaçırdılar. Kilsə və monastırların torpaqları əllərindən alındı.
*burjua (burjuaziya) — öz müəssisəsində muzdlu əmək tətbiq edən və bu əməyin
çox hissəsini mənimsəyən təbəqəyə deyilir


Üsyana başçılıq edən burjuaziya şimalda hakimiyyəti ələ keçirdi. Oranlı Vilhelm şimal
əyalətlərinin hakimi elan edildi. O, zadəgan olsa da, Niderlandın azadlığı uğrunda
mübarizə aparırdı. Buna görə də burjuaziya Vilhelmi hakimiyyətə gətirmişdi.
Dəniz gözlərinin donanması mühasirədə olan Leyden şəhərinə sursat gətirirdi. Lakin
ölkəni dəniz sularından qoruyan bəndlər onlara şəhərə yaxınlaşmağa imkan vermirdi.
Odur ki, qərara alındı: «Torpağı itirmək- dənsə, suda batırmaq yaxşıdır». Sa - hildəki
bəndlər dağıdıldı. Suların onların üstünə gəldiyini görən ispanlar vahiməyə düşüb
qaçdı- ar. Dəniz göz- əri Leydeni ələ keçirdilər.
Uğursuzluqlara baxmayaraq, II Filipp müharibəni davam etdirirdi. İspan əsgərləri
1576-cı ildə zəngin Antverpen şəhəri üzərinə hücuma keçdilər və şəhəri darmadağın
etdilər.
Nə üçün Cənubi
Niderland
İspaniyanın
hakimiyyəti altında
qaldı?
İspanların Antverpendəki vəhşiliyindən qəzəblənən cənub əya- ətlərinin əhalisi də
üsyana qoşuldu. Lakin qorxuya düşmüş zadəganlar burada üsyanı yatırmaqda
ispanlara kömək etdilər. 1579-cu ildə bəzi cənub əyalətləri birləşib, İspaniya kralına
tabe olmağa razılaşdılar. Be- əliklə, Cənubi Niderland II Filippin hakimiyyəti altında
qaldı.
Hollandiya Respublikasının yaranması. Cənub əyalətlərindən fərqli olaraq, 1579-
cu ildə Utrext şəhərində Niderlandın yeddi şimal əyaləti vahid dövlət halında birləşdi.
Burjuaziya yeni dövlətin başında Oranlı Vilhelmin olmasını istəyirdi. Ancaq o, ispanların
tutduğu qatilin əli ilə öldürüldü. Döv-əti burjuaziya və əyanlardan ibarət «Milli şura»


idarə etməyə başladı.
Yeni dövlət Hollandiya Respublikası və ya sadəcə olaraq, Hollandiya adlandı.
(Hollandiya şimal əyalətləri içərisində ən böyük, ən zəngin və əha-isi ən çox olan
əyalət idi.) Hollandiya daha 30 il İspaniyaya qarşı mübarizə aparmalı oldu.




Burjua inqilabının
nəticələri Niderlandın
həyatını necə
dəyişdirdi?
Amsterdamın dünya
ticarət mərkəzinə
çevrilməsinin
səbəbləri nə idi?
1609-cu ildə İspaniya ilə Hollandiya arasında barışıq imzalandı. Beləliklə, Niderlandın
şimalında İspaniya ağalığına son qoyuldu.
Burjua inqilabının nəticələri. Hollandiya ispan zülmündən azad olduqdan sonra
onun təsərrüfatı uğurla inkişaf edirdi. Yeni manufakturalar meydana gəldi. To -
xuculuq sənayesi inkişaf etdi. Amsterdam, dünya ticarətinin mərkəzinə çevrildi.
Hollandiya tacirləri Çin və Yaponiya ilə ticarət əlaqəsinə girmişdilər. Çindən Avropaya
çay gətirilməsinə başlandı. Hollandiya Avropanın, demək olar ki, bütün ölkələri ilə
ticarət edir, öz gəmiləri ilə müxtəlif ölkələrin mallarını daşıyırdı.
Beləliklə, burjua inqilabının qələbəsi Hollandiyada kapitalizmin inkişafına yol açdı.
Niderland inqilabı ilk burjua inqilabı idi. Bu inqilab nəticəsində Qərbi Avropa ərazisinin
bir hissəsində feodalizm quruluşu dağıldı və dünyada birinci burjua respublikası
yarandı.
1.  Burjua inqilabı nəticəsində Niderlandın həyatında baş verən dəyişiklikləri cədvəl
şəklində tərtib et.
2.  Hollandiya Respublikasını müasir Azərbaycan Respublikası ilə müqayisə et.
3.  Niderland burjua inqilabının səbəblərini şaxələndir.
4.  Niderland burjua inqilabında baş verən hadisələrin xronoloji cədvəlini tərtib et.
5.  Niderland burjua inqilabı ilə Avropada feodalizm quruluşunun sona yetişdiyini
əsaslandır.


24. AVROPA VƏ AMERİKA XALQLARININ 
MƏDƏNİYYƏTİ
«Karolinq minuskulası» «Karolinq oyanışı» Oksford Universiteti Mikelancelo Leonardo
da Vinçi Şekspir Kopernik Cordano Bruno
Sən artıq orta əsrlərdə Şərqdə baş vermiş «Şərq intibahı» haqqında
çoxlu məlumat əldə etmisən. Şərqin ardınca Avropada da mədəni
oyanış oldu. Bunu tarixdə «Renessans dövrü» adlandırırlar.
Renessans dövründə Avropa mədəniyyətində böyük yüksəliş baş
verdi. Avropalılar bu mədəniyyəti Amerikaya da yaydılar.
Renessans dövrü Avropa ölkələrinin mədəni həyatında hansı izləri
qoydu?
Karolinq oyanışı. Orta əsrlərin ilk dövründə Qərbi Avropada savadlı adamlar çox az
idi. Hətta kralların çoxu oxuyub-yazmağı bacarmırdı. Savadlı adamlar, əsasən, kilsə
xadimlərindən ibarət idi. Xristian kilsəsi antik dünya mədəniyyətindən ancaq özünə
lazım olanları — məktəbi, yazını və bəzi bilikləri qoruyub saxladı.
Böyük Karl monastırların nəzdində məktəblər açdırdı. Kilsə məktəblərində uşaqlar
yazmağı, oxumağı, hesablamağı öyrənirdilər. Latın əlifbası əsasında yeni xüsusi şrift —
«Karolinq minuskulası» yaradılmışdı.
Böyük Karl təhsilə, elmə xüsusi diqqət verməyə məcbur idi. O, saraya İngiltərə,
İspaniya və İtaliyadan savadlı adamlar dəvət edirdi. Böyük Karl «saray akademiyası»
adını alan ədəbi dərnək yaratmışdı. Akademiyada təkcə kilsə ədəbiyyatı deyil, antik
dövr müəlliflərinin, dərnək üzvlərinin əsərləri oxunur və müzakirə edilirdi.
Böyük Karlın gördüyü tədbirlər nəticəsində mədəniyyət yüksəliş dövrünə qədəm


qoydu. Həmin dövrü «Karolinq oyanışı» adlandırırlar.


Bizans mədəniyyəti. Bizans mədəniyyəti yunan və Roma mədəniyyətindən
bəhrələnmişdi.
Ölkənin geniş ticarət əlaqələri coğrafiyaya və tarixə aid biliklərin inkişafına səbəb oldu.
1045-ci ildə Konstantinopolda universitet açıldı. Onun hüquq və fəlsəfə fakültələri
vardı. Konstantinopolda ali tibb məktəbi də fəaliyyət göstərirdi.
İmperator Yustinianın Konstantinopolda tikdirdiyi Müqəddəs Sofiya məbədi ən gözəl
memarlıq əsərlərindəndir. Osmanlı türkləri Konstantinopolu tutduqdan sonra bu binanı
məscidə çevirdilər.
Bizans mədəniyyətinə, eləcə də Avropa xalqlarının mədəniyyətinə İslam
mədəniyyətinin böyük təsiri danılmazdır. VII əsrdən XIII əsrə qədər islam ölkələri
Avropanın və Ön Asiyanın ən qabaqcıl ölkələri idi.
Avropa intibahı. Qərbi Avropada ali məktəblər meydana gəldi. İlk universitet 1158-ci
ildə Bolonyada açıldı. XIII əsrdə İngiltərədə Oksford Universiteti yaradıldı.
Məktəb və universitetlərin açılması kitaba olan tələbatı artırırdı. Alman alimi İohan
Quttenberq Avropada kitab çap üsulunu kəşf etdi. O, çap dəzgahı ilə 1445-ci ildə ilk
kitabını buraxdı.
«Mona Liza» əsəri
hansı muzeydə


saxlanılır? Araşdır.
Bəşəriyyət tarixində ən böyük kəşflərdən biri kitab çapıdır. Getdikcə böyüyən
şəhərlərin savadlı, bilikli adamlara ehtiyacı artırdı. Şəhərlərdə zehni əməklə məşğul
olan insanlar qrupu — ziyalılar meydana gəlir, mədəni yüksəliş baş verirdi. Yeni
mədəniyyətin nümayəndələrini din yox, insan, insanın əməli maraqlandırırdı. Buna
görə onları humanistlər adlandırırdılar.
Antik mədəniyyətə maraq onu yenidən canlandırdı. Buna görə yeni mədəniyyətin
yarandığı dövr İntibah dövrü adlanır. Leonardo da Vinçi, Mikelancelo, Rafael İtaliya
intibahının ən


görkəmli nümayəndələri idilər. Leonardo da Vinçinin «Mona Liza» («Cokonda») əsəri


bütün dünyada məşhurdur. Rəssam bu portretdə gənc qadının daxili aləmini, dəyişən
əhvali-ruhiy - yəsini onun zahiri görünüşündə ustalıqla vermişdir.
Mikelancelo dahi heykəltəraş idi. Onun «David» («Nəhəng») heykəli o vaxtdan
Florensiyanm himayədarı hesab olunur.
Rafael «Məryəm ana» əsərində öz doğma balasını insanların səadəti naminə qurban
verməyə hazır olan qadını təsvir etmişdir.
İntibah dövründə memarlıqda roma və qotik üsullar üstünlük


təşkil edirdi. Orta əsr rus memarlığının zirvəsi Moskvada Qızıl meydandakı Pokrov
kilsəsidir. Bu kilsə Vasili Blajennı məbədi adı ilə məşhurdur.
Qərbi Avropanın humanist yazıçıları feodal qaydalarına qarşı çıxır, ədalətli quruluş
arzulayırdılar. İngilis yazıçısı Tomas Mor çəpərləmə 1 əri, qanlı qanunları pisləyir və
özünün uydurduğu xoşbəxt ölkəni «Utopiya adası» adlandırırdı.
Bu dövrün böyük ingilis yazıçısı Vilyam Şekspir «Hamlet», «Otel- lo», «Kral Lir» və
başqa əsərlərində mübariz adamları qələmə alır.
Bu dövrdə Yer və
Günəş haqqında
biliklərə marağın
artması nə ilə bağlı
idi?
Avropada elmin, mədəniyyətin bəzi sahələrinin yaranmasında və inkişafında İslam
mədəniyyətinin təsiri olduqca böyükdür. İbn Sinanın, Əl-Biruninin və başqa müsəlman
alimlərinin əsərləri Avropada bəzi elm sahələrinin inkişafı üçün mənbə rolunu
oynamışdır. Polyak alimi Nikolay Kopernik səma cisimlərini müşahidə edərək belə
nəticəyə gəldi ki, Yer həm öz oxu, həm də Günəş ətrafında fırlanır. Cordano Bruno
kainatın sonsuz olduğunu söylədiyinə görə



1. 
Qarbi Avropada elmin va tahsüin inkişafını zaruri edan
amillari tahlil et.
2.  Qarbi Avropada elmin inkişafında Şarq alimlarinin roluna
aid esse yaz.
3.  «Humanizm» sözünün manasını izah et.
4.  Böyük Karlla Şah İsmayılın elma, adabiyyata qayğısını
müqayisa et.
5.  Amerika madaniyyatinin özünamaxsus xüsusiyyatlarina aid şaxalanma qur.
kilsə məhkəməsinin qərar ilə tonqalda yandırıldı.
İbn Sinanın «Tibbin qanunları» əsəri altı əsr Avropanın
bütün tibb fakültələrində öyrədilmişdir. Nəsirəddin
Tusinin «Zic Elxani» əsəri Kopernikin yeni
nəzəriyyəsinin yaranmasına kömək göstərmişdir.
Amerika xalqlarının mədəniyyəti. Mayya xalqı
mədəni səviyyəsinə görə Amerika xalqlarından öndə
idi. III əsrdən etibarən mayyalıların yazısı olmuşdur.
Bu yazı heroqliflərdən ibarət idi. Mayya təqvimi qədim
xalqların ən dəqiq təqvimlərindən sayılırdı. Mayyalılar
hindlilərdən əvvəl sıfır rəqəmindən istifadə edirdilər.
Kahinlər planetlərin Günəş ətrafında hərəkətini
hesablamışdılar. Onlar Ay və Günəş tutulmasını
əvvəlcədən xəbər verə bilirdilər. Riyaziyyatın, as -
tronomiyanın inkişafını onların tikdikləri ehramlar,
rəsədxanalar sübut edir. Çiçen—İtsada XII—XIII
əsrlərə aid ehramlar vardır. Mayyalılar əzəmətli
məbədlər, saraylar, pilləli ehramlar tikirdilər
Amerika xalqları Avropa və Asiya mədəniyyəti ilə heç
bir əlaqəsi olmayan orijinal bir mədəniyyət
yaratmışdılar.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.  Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989.
2.  Aslanov R., Axundova N., Məmmədova A. Yaxın və Orta Şərq ölkələrinin
tarixi. Bakı, 1999.
3.  Azərbaycan Sovet Ensiklopediyası. I—X cildlər. Bakı, 1976— 1978.
4.  Артамонов М.И. История хазар. Москва, 1962.
5.  Bakıxanov A.A. Hind əfsanələri. Bakı, 1991.
6.  Faruq Sumer. Oğuzlar. Bakı, 1992.
7.  Heyət S. Türklərin tarixi və mədəniyyətinə bir baxış. Bakı, 1993.
8.  Həbiboğlu V. Türk dünyasının qüdrətli hökmdarları. Bakı, 1995.
9.  Qüdrətov D.N. Türk xalqlarının tarixi. Bakı, 2000.
10.  Qumilyov L.N. Qədim türklər. Bakı, 1989.
11.  Mahmudlu Y.M. Azərbaycan diplomatiyası. Bakı, 2006.
12.  Mahmudlu Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı, 2012.
13.  Mahmudov Y.M. Odlar yurduna səyahət. Bakı, 1980.
14.  Mahmudov Y.M. Orta əsrlər tarixi. Avropa erkən orta əsrlərdə. Bakı, 2012.
15.  Mahmudov Y.M. Azərbaycan tarixi. Erkən intibah dövrü. Bakı, 2008.
16.  Mustafazadə T. Ümumi tarix. I cild. Bakı, 2009.
17.  Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər). Bakı, 2013.
18.  Rafiq Özbək. Türkün qızıl kitabı. I cild. Bakı, 1992.
19.  Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
20.  Oğuznamələr. Bakı, 1995.
21.  Rəşidəddin F. Oğuznamə. Bakı, 1996.
22.  Əmir Teymurun vəsiyyətləri. Bakı, 1991.
23.  Nizammülk Ə.N. Siyasətnamə. Bakı, 1987.
24.  Vamberi G. Əmir Teymur. Bakı, 1993.
25.  Yüz böyük türk. Bakı, 1991.
26.  Nəsirəddin Tusi. Əxlaqi-nasiri. Bakı, 1989.
27.  Kəlilə və Dimnə. Bakı, 1963.
28.  История средних веков. В 2-х т. Учебник под ред. С.П.Карпова. Москва, 2010.
29.  Махмудов Я.М. Азербайджан и Европа. Дипломатические отношения в
средние века. Москва, 2010.


İNTERNETDƏN İSTİFADƏ ÜÇÜN
1. 
www.history.az
2. 
www.history.ru
3. 
http://www.urokiistorii.ru
4. 
http://www.uroki.net
5. 
http://teachers.net/lessonplans/subjects/history
6. 
http://az.wikipedia.org/wiki/Portal:Tarix


Nəşriyyat redaktoru Aida Quliyeva 
Bədii və texniki redaktoru Abdulla Ələkbərov 
Kompüter tərtibatçıları Şəbinə Məmmədova, Təhmasib Mehdiyev,
Pərvin Məmmədov 
Korrektoru Natəvan Məmmədova
Çapa imzalanmışdır 09.08.2014. Kağız formatı 70x100 ı/16. 
Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru. Fiziki çap vərəqi 8,0. 
Uçot nəşr vərəqi 7,6. Sifariş 90. Tiraj 113450. Pulsuz.
«Aspoliqraf LTD» MMC 
Bakı, AZ 1052, F.Xoyski küç. 121  
e-mail: as_poliqraf@box.az
B


Yaqub Mikayıl oğlu Mahmudlu 
Sabir Əbdül Əziz oğlu Ağayev 
Babək Ələkbər oğlu Xubyarov 
Həcər Kamaləddin qızı Əlişova 
Leyla Əhliman qızı Hüseynova 
Sevil Şivəxan qızı Bəhrəmova 
ÜMUMİ TARİX 
(Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik) 
Bakı, «Aspoliqraf», 2014.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə