Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
  1   2   3   4   5   6   7   8   9   ...   25









Məktəbli dost!
VI  sinif  tarix  dərslərindən  bilirsən  ki,  odun  əldə  edilməsi,  metalın
kəşfi əmək alətlərinin təkmilləşməsinə səbəb oldu. Qədim insanların
təsərrüfat həyatı zaman keçdikcə dəyişdi. Cəmiyyət təbəqələrə: qul
sahiblərinə  və  qullara  ayrıldı. Bununla  da  ibtidai  icma  quruluşu
dağıldı.  Quldarlıq  quruluşu  ilə  quldar  dövlətlər  yarandı.  Quldarlıq
quruluşu  qul  sahibi  və  qul  arasındakı münasibətlərə  əsaslanırdı.
İmperiyaların  ərazisi  genişləndikcə  qulların  sayı  artır,  qul  əməyinin
məhsuldarlığı  isə  azalırdı.  Çünki  qulun  öz əməyinə  marağı  yox  idi.
Zaman  keçdikcə  qul  əməyi  cəmiyyətin  inkişafına  mane  olmağa
başladı.  Buna  görə  də  Qədim  dünyanın  quldar  dövlətləri bir-birinin
ardınca dağılırdı. Qul sahibləri öz qullarına müəyyən güzəştlər etməli
oldular.  Onların  öz  əməyinə  marağını  artırmaq  üçün  qullara  torpaq
payı ayırır, əmək alətləri saxlamağa və ailə qurmağa icazə verirdilər.
Zaman  keçdikcə  qul  əkinçi  kəndliyə,  ağa  isə  torpaq  sahibinə
çevrilirdi.  Kəndli  əldə  etdiyi  gəlirin  böyük  hissəsini  torpaq  sahibinə
verməli  idi. Məhsulun  bu  hissəsi  vergi  adlanırdı.  Kəndli  ilə  sahibkar
arasındakı münasibətlər vergi və torpaq münasibətlərinə əsaslanırdı.
III—V  əsrlərdə  şərq  ölkələrində  yeni  təsərrüfat  münasibətləri
yarandı. Quldarlıq quruluşunu feodalizm əvəz etdi.
Böyük  təsərrüfat  sahələri,  münbit  torpaqlar  şərq  xalqlarının
həyatının  sürətlə  dəyişməsinə  şərait  yaradırdı.  Çin,  Hindistan,
Azərbaycan  və  İranda  feodal  münasibətləri  formalaşdı.  Feodalizm
quruluşu torpaq sahibi olan feodallar və onların torpaqlarında çalışan
kəndlilərin iqtisadi münasibətləri üzərində yaranıb inkişaf edirdi.
Feodalizm  dövrü  şərti  olaraq erkən  (V—XI  əsrlər), inkişaf  etmiş  və
ya  klassik  (XI—XV  əsrlər)  və son  (XV—XVII  əsrlər)  feodalizm
dövrlərinə bölünür.
Əziz  dost,  sən  bu  dərslik  vasitəsilə  orta  əsrlərdə  mövcud  olmuş
feodal  dövlətlərin  təsərrüfatı  və  idarəetmə  formaları  barədə
məlumat  alacaqsan.  Bu  dövlətlərin  siyasi  həyatında  böyük  rol
oynamış  tarixi  şəxsiyyətləri  tanıyacaqsan.  Dünyanın  mədəni  irsinə
böyük töhfələr vermiş xalqlar və onların yetirdiyi görkəmli simalarla
yaxından  tanış  olacaqsan.  Ümid  edirik  ki,  bu  dərslik  sənin  üçün
yalnız  bilik  mənbəyi  olmayacaq,  həm  də  sənin  müstəqil
araşdırmalarında istiqamətverici rol oynayacaqdır.


FEODALİZM ŞƏRQDƏN BAŞLADI
1. XALQLARIN BÖYÜK KÖÇÜ
Bəs sonrakı hadisələr
necə inkişaf etdi? «Xalqların böyük köçü»nün başlanmasına səbəb olan hunlar tarixdə
nə kimi rol oynadılar?
«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının
yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman
keçdikcə bö - yüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş
etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial
səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların
köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi
düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etmişdir.
Sən VI sinifdən bilirsən ki, Qərbi Roma imperiyasının süqut
etməsi ilə Qədim dünya tarixi başa çatmışdır. Bəs necə oldu
ki, qüdrətli Roma imperiyası zəiflədi və parçalandı?
Yadındadırsa, Roma Papası hunların başçısı olan böyük türk
hökmdarı Atilladan Romanı dağıtmamağı xahiş etmiş, Atilla
da bu xahişi yerinə yetirmişdi.
Hunlar qərb
hunları Atilla
Katalaun döyüşü
Ağ hunlar
Eftallılar dövləti
Ağsuvar xan


«Xalqların böyük
köçü»- nün
başlanması nə üçün
hunlarla
əlaqələndirilir?
Hunların böyük bir qismi İdildən (Volqadan) qərbə doğru yayıldı. Onların təsiri altında
alanlar, qotlar və digər xalqlar da Mərkəzi və Qərbi Avropaya köç etdilər. Avropada
quldarlıq quruluşu feodal münasibətləri ilə əvəz olundu.
Hunların digər bir hissəsi Ön Asiya istiqamətində hərəkət edərək Qafqaz dağlarını aşdı.
Dərbənd keçidi vasitəsilə Azərbaycana, mənbələrdə deyildiyi kimi, «Odlar ölkəsinə»
gəldi və bizim xalqımızın tərkibinə daxil oldu. Böyük bir hun birliyi isə Qərbi Türküstan
ətrafına köçdü.
Qərbi Hun dövlətinin meydana gəlməsi. Qərbə doğru hərəkət edən hunlar Don
sahilində alanları məğlub etdilər. Sonra onlar Don çayını keçib Azov ətrafı əraziləri,
Şimali Qafqazı ələ keçirdilər. Krımda hunlar ostqot tayfaları ilə üzləşdilər.
Hal-hazırda hunların
adı hansı dövlətin
adında əksini
tapmışdır?
371-ci ildə baş vermiş bir neçə döyüş hunların qələbəsi ilə nəticələndi. Dunay çayının
sahillərinə gələn hunl ar burada məskunlaşmış digər qot tayfalarını da məğlub edərək
Pannoniyada (indiki Macarıstan ərazisinin qərbi) yerləşdilər. Bununla da Cənub-Şərqi
Avropanın bir hissəsi hunların tabeliyinə keçdi.


 
Atillanın hakimiyyəti dövründə Hun dövl
əti qüdrətli imperatorluğa çevrildi.
İmpe- ratorluğun sərhədləri şərqdə
Volqa çayından qərbdə Reyn çayına,
cənubda Balkan yarımadasından
şimalda Baltik sahillərinə qədər böyük
bir ərazini əhatə edirdi. Bu im ı
peratorluğun ərazisinə müasir
Rumıniya, Macarıstan, Avstriya, Çexiya,
Slovakiya, Cənubi Rusiya və
Almaniyanın bir hissəsi daxil idi.
Atillanın ordusunda hunlarla yanaşı, bir
çox tayfa və xalqların döyüşçüləri
vuruşurdular. Hər bir tayfanın Atillanın
yanında nümayəndəsi var idi. Qərb
dövlətlərində yaşayan əhal i bu
sərkərdəni «Tanrı qırmancı Atilla»
adlandırırdı.
Avropa mənbələrində Atillanın
şəxsiyyəti haqqında yazılır ki, Atil la
möhkəm iradə və xarakterə, iti ağıla
malik idi. O, düşməninə qarşı amansız,
silahdaşları ilə münasibətdə alicənab
və xeyirxah olmuşdur.
Bizansla münasibətlər. Bizans Qərbi Hun
imperatorluğu ilə bağl adığı barışıq şərt l ərini pozur,
illik vergini əskik ödəyir və gecikdirir, qaçqınları
himayə edirdi. 447-ci ildə Atilla yenicə təşkil olunmuş
ordusu ilə Bizansa yürüş etdi. Yolu üzərindəki bütün
şəhərləri ələ ke ı çirdi və Konstantinopolu mühasirəyə
aldı. Bizans imperatoru ölkəni xilas etmək üçün təcili
olaraq Atillanın yanına elçi göndərdi, Atillanın tələb
etdiyi bütün şərtlərə əməl edəcəyini bildirdi. Elçilər
çox ağır şərtlərlə sülh müqaviləsi imzaladılar.
Katalaun döyüşü. Atillanın əsas məqsədlərindən biri
Qərbi Roma imperiyasını tabe etmək idi.
«Tanrı qırmancı»
anlayışını açıqla.
Atillaya bu ad nə üçün
verilmişdi?
 
«Tanrı qırmancı»
anlayışını açıqla.
Atillaya bu ad nə üçün
verilmişdi?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə