Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   2   3   4   5   6   7   8   9   10   ...   25

6. XİLAFƏT—XƏLİFƏLƏRİN İDARƏ ETDİYİ DÖVLƏT
Ərəbistan
yarımadası hansı
qitədə yerləşir?
Ərəblərin nicat yolu. Asiya, Afrika və Aralıq dənizinin qovuşduğu ərazilərdə yerləşən
Ərəbistan səhralar və vahələrdən ibarətdir. Ölkənin cənubunda yağıntıların bolluğu
əkinçiliyə şərait yaradırdı. Buna görə də əhalinin sıxlığı burada daha çox idi. Şimalda
və Mərkəzdə maldarlıqla məşğul olur, əsasən, dəvə saxlayırdılar. Dəvə bədəvi*
adlanan ərəblərin yaxın dostu idi. Susuz səhralara davam gətirən dəvə ən yaxşı «Yük
gəmisi» idi. Ona görə də onu səhra gəmisi adlandırırlar.
Nə üçün ərəblər dəvəni səhra gəmisi
Ərəblər İslam dininin qəbulu sayəsində tərəqqiyə
qovuşdu. Onların həyatı tamamilə dəyişdi. İslam ərəb
xalqına cəmiyyət qanunlarını, dövlət qurmağı və onu
idarə etməyi öyrətdi. Bu dövlətin başçılarına xəlifə,
yəni Peyğəmbərin davamçısı deyirdilər. Ərəblər İslam
dəyərlərini qərbdə Atlantik okeanına, şərqdə Çinə
qədər geniş ərazidə yaydılar.
Ərəb dövləti necə yarandı? Necə oldu ki, ərəblər qısa
zamanda böyük əraziləri tutdular?
Bədəvi Məkkə
Məhəmməd,
peyğəmbər
xəlifə
Əməvilər
Puatye
Bağdad vəqf
icma mülk
iqta


adlandırırdılar?
Qəbilələri qəbilə başçısı idarə edirdi. Zaman keçdikcə qəbilələr tayfalar şəklində
birləşməyə başladılar.
*bədəvi - ərəbcə səhra adamı deməkdir


610-cu ildə İslam dini meydana gəldi. Bu dini qəbul edənlər müsəlman adlandirilirdi.
İslam dini sonuncu səmavi din idi. İslamın müqəddəs kitabı «Qurani-Kərim» özündə
əxlaqi, mənəvi dəyərləri yüksək səviyyədə cəmləşdirir.
O dövrdə ticarət mərkəzi olan Məkkədə təqib olunan Məhəmməd peyğəmbər öz
tərəfdarları ilə birgə Mədinəyə köçdü. İslamı qəbul edənləri bir icmada birləşdirdi. 630-
cu ildə öz tərəfdarları ilə birgə Məkkədə Ərəb dövlətini yaratdı. Onun vəfatından sonra
dövləti xəlifələr* idarə etməyə başladılar. 632-ci ildən başlayaraq ölkəni bir-birinin
ardınca idarə edən xəlifələr Əbu Bəkr, Ömər, Osman və Əli İslam dininin yayılmasına
rəhbərlik etdilər.
Ərəblərin hərbi
uğurlarının
səbəbi nə idi?
Bu dövrdə Bizansla Sasanilər (İran) arasında gedən müharibələr bu dövlətləri
zəiflətmişdi. Ərəblər qısa müddətdə Sasanilər dövlətinin varlığına son qoydular. Onlar
Bizansın bir çox ərazilərini ələ keçirib Şimali Afrikaya da yiyələndilər.
Ərəblər yürüşlərini Şərqdə Hind çayı vadisinə qədər davam etdirdilər. Ərəb xilafəti
Atlantik okeanından Hindistan və Çinədək olan geniş əraziləri birləşdirdi.
Qələbələrə baxmayaraq, Xilafətin daxilində vəziyyət heç də sabit deyildi. 661-ci ildə
hakimiyyətə Əməvilər sülaləsi gəldi. Əməvilər paytaxtı Dəməşqə köçürdülər. Əməvilər
dövründə Xilafət ordusu


*xəlifə — varis, davamçı


indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil
olub yürüşü davam etdirdi.
732-ci ildə Puatye adlı döyüşdə franklar ərəb yürüşlərinin qarşısını dayandıra bildilər.
Əməviləri əvəz edən Abbasilər sülaləsi (750—1258) işğalçılıq siyasətini davam etdirdi.
Paytaxtı Bağdada köçürən Abbasilər tarixdə Bağdad xilafəti kimi tanındı. Onların
dövründə əhalinin geniş çıxışları başladı. Bu üsyanlardan ən böyüyü Azərbaycanda baş
vermiş xürrəmi-ər hərəkatı idi. Bu hərəkat Azərbaycanın xalq qəhrəmanı Babəkin
dövründə Xilafəti zəiflədərək gücdən saldı.
İşğal olunmuş
ərazilərdə Ərəb
xilafətinə qarşı
çıxışların
səbəbləri nə idi?
Xilafətin idarə edilməsi. Dövlətin başçısı olan xəlifə həm də ali baş komandan idi.
Ölkədə ayrı-ayrı sahələri idarə etmək üçün divanlar yaradılmışdı. Xilafət ərazisi əmir-
ər tərəfindən idarə olunan vilayətlərə bölünürdü. Bütün ərazilərdə rəsmi danışıq və
yazı dili ərəb dili idi. Vergi ödəməyə borclu olan şəxslərdən vergi alınırdı. Varlılar daha
çox vergi ödəməyə məcbur idi. Xilafətə sadiq olan şəxslərə mükafat olaraq torpaqlar
verilirdi. Ümumilikdə Ərəb xilafətində torpaq sahibliyinin müxtəlif formaları vardı.



Ərəb xilafətinin
yaranması İslam
dininin yayılmasına
necə təsir göstərdi?
Əhali torpağa görə xərac ödəyirdi. İslam dinini qəbul etməyən əhali can vergisi —
cizyə verirdi. Müsəlman əhali öz gəlirindən zəkat və xüms adlı vergi verməli idi.
İşğal etdikləri ərazilərdə möhkəmlənmək naminə ərəblər köçürmə siyasətindən
istifadə etdilər. Onlar Ərəbistandan ərəb ailələrini Xilafətin işğal olunmuş ərazilərinə, o
cümlədən sərhəd bölgələrinə köçürürdülər.
Süquta doğru. Türklərlə qohumluq əlaqələri yaradan ərəb xəlifələri onların gücündən
istifadə edirdilər. IX əsrdən etibarən ərəb ordusuna türk sərkərdələri başçılıq etməyə
başladı. Xilafətdə siyasi hadisələrdə türklər mühüm rol oynayaraq xəlifələrin
seçilməsində iştirak edirdilər.
Ərəb xilafəti işğal etdiyi ərazilərdə başlayan azadlıq mübarizələri nəticəsində getdikcə
zəifləyirdi. Xilafət hakimiyyətindəki daxili çəkişmələr, işğal altında olan xalqların
azadlıq mübarizəsi müsəlman imperiyasının dayaqlarını sarsıdırdı. Feodal
münasibətlərinin güclənməsi nəticəsində vilayət əmirləri qüvvətlənərək müstəqil
idarəçiliyə can atırdılar. Sonralar səlcuqların yürüşləri Xilafətin süqutunu yaxınlaşdırdı.
Səlcuqların ardınca monqolların yürüşlərinə tab gətirməyən Ərəb xilafəti 1258-ci ildə
süquta uğradı.
1.  Feodal münasibətlərinin güclənməsinin Xilafətdə mərkəzi hakimiyyətə təsirini izah
et.
2.  İslam dininin yayılmasının xalqların həyatını necə dəyişdiyini nümunələrlə sübut
et.
3.  «Ərəblər İslam dinindən əvvəl» mövzusunda təqdimat hazırla.
4.  Ərəb xilafətinin süqutunun səbəblərini təhlil et.
5.  Xilafətdə türk amilinin güclənməsinin səbəblərini şərh et.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə