Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   2   3   4   5   6   7   8   9   ...   25

tayfalarının bir hissəsi də avarlardan asılı hala düşdü. Avar dövlətinin yaranmasında və
möhkəmlənməsində hunlar, sabirlər, oğuzlar və digər türk tayfaları yaxından iştirak
etmişdilər.
Avar xaqanlığı Bizansla qonşu olduqdan sonra onun Bizans üzərinə hücumları artdı.
Avarlar Sasanilərlə birlikdə iki dəfə Konstantinopolu mühasirəyə aldılar. Lakin hərbi
dəniz donanması olmadığına görə qələbə çala bilmədilər.
626-cı ildə Konstantinopola növbəti hücumdan sonra Avar dövlətinin qüdrəti sarsıldı.
Xaqanlığa tabe olan xalqların üsyanı və hakimiyyət uğrunda mübarizə onun
zəifləməsinə səbəb oldu. Bəzi türk tayfaları avarlardan ayrıldılar. Bu tayfaları Bulqar
dövlətinin başçısı Kubrat xan öz elinə birləşdirdi. O, avarları Qara dənizin şimal
sahillərindəki ərazilərdən və Dnepr çayının aşağı axarlarından sıxışdırıb çıxardı.
VIII əsrin sonlarında Avar xaqanlığı ilə Frank dövləti arasında uzunsürən müharibə
başlandı. 823-cü ildə franklar avarların Pannoniya ərazisini tutdular. Avar dövləti süqut
etdi.
Hazırda Şimal-Qərbi Azərbaycanda və Dağıstanda yaşayan avarlar qədim avar
türklərinin nəsilləri hesab olunur.
Cənub-Şərqi Avropada Bulqar türk dövləti. Qərbi Göytürk xaqanlığı süqut
etdikdən sonra Şərqi Avropa düzənliklərində iki dövlət formalaşmışdı. Bunlardan biri
Qara dəniz ətrafında yaranmış Böyük Bulqar dövləti, digəri Xəzərətrafı ərazilərdə
yaranan Xəzər xaqanlığı idi.
Bulqar dövləti yarandığı vaxtdan güclü siyasi qüvvəyə çevrilmişdi. Lakin dövlətin
əsasını qoymuş Kubrat xanın vəfatından sonra onun oğulları arasında yaranan
çəkişmədə Böyük Bulqar eli parçalandı. Bu zaman xəzərlər yaranmış fürsətdən istifadə
etdilər. 660-cı ildə xəzərlərlə bulqarlar toqquşdular. Xəzərlər qalib gəldilər. Bulqarların
bir hissəsi xəzərlərin hakimiyyətini qəbul edib burada qaldı.
Bulqarların digər bir hissəsi isə Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə Dunay


ətrafına çəkildi.


Asparux xan 679-cu ildə Bizans qoşunları üzərində qə 1 əbə qazanaraq Cənub-Şərqi
Avropa ərazisində müstəqil Bulqar türk dövlətinin əsasını qoydu. Bizans imperiyası
Asparux xan 1 a sülh müqaviləsi bağlamağa məcbur oldu. Bu müqaviləyə əsasən
Bizans Bulqar-türk dövlətinin müstəqilliyini tanıdı və ona xərac verməli oldu. Bulqar
türk dövlətinin paytaxtı əvvəllər Pliska, sonralar isə şəhəri olmuşdur.
Bulqar dövlətini bütün hakimiyyəti öz əlində cəmləşdirmiş xan idarə edirdi. Əhali,
əsasən, əkinçiliklə məşğul olurdu. Bağçılıq və maldarlıq inkişaf etmişdi. Ölkənin
şəhərləri bir sıra dövlətlərlə ticarət əlaqələri saxlayırdı. Bulqar türk dövlətinin xarici
siyasətində Bizans imperiyası ilə münasibətlər xüsusi yer tuturdu. Bizans imperatorları
öz ərazilərində müstəqil türk dövlətinin olması ilə razılaşmaq istəmirdilər.
 



 
IX əsrin birinci yarısı Bulqar türk dövlətinin ən parlaq dövrü idi. Bu dövrdə yeni şəhərlər
salındı, suvarma şəbəkələri yaradıldı. Şərqi Avropada olan yeganə duz mədənləri də
bulqarlara məxsus idi.
864-cü ildə xristianlıq dövlətin rəsmi dini elan edildi. Bu, dövlətin və xalqın həyat və
məişətinə təsir göstərdi. Ölkənin ərazisinə slavyanların çoxsaylı axınları daha da artdı.
Zaman keçdikcə türk xalqı olan bulqarlar slavyanlarla qaynayıb qarışdılar.
Xəzər xaqanlığı. Sabir, onoqur və altay türklərinin törəmələri olan xəzərlər VII əsrin
əvvəllərindən başlayaraq əvvəlcə Xəzər dənizinin qərb sahillərində, o cümlədən
Azərbaycan ərazisində yaşamış, sonralar qərbə və şərqə doğru yayılmışdılar. Xəzər
xaqanlığı Şərqi Avropanın ilk feodal dövlətlərindən biri idi. Bu dövlətin paytaxtı əvvəllər
Səməndər, bir müddət sonra isə İdil şəhəri olmuşdur.
VIII—IX əsrlərdə Xəzər xaqanlığı özünün ən qüdrətli dövrünü yaşayırdı. Bu zaman
onun ərazisinə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi daxil
idi. IX əsrin ikinci yarısında şərq slavyanlarının bir çox tayfaları xəzərlərə bac verirdi.


Ölkəni xaqan idarə edirdi. Xaqanın ətrafında böyük imtiyaz sahibi olan bəylər və
tarxanlar toplaşmışdı. Xəz ər dövlətinin güclü ordusu var idi. Xəzərlər burada və ətraf
ərazilərdə çox böyük nüfuza malik idilər.
Xəzər dənizinin adı xəzər tayfalarının adı ilə bağlıdır. Ölkənin ərazisindən şimala və
şərqə doğru uzanan ticarət yolları keçirdi. Geniş ticarət əlaqələri ölkənin iqtisadi və
mədəni inkişafına əlverişli şərait yaradırdı. Ərəblərlə aparılan uzunmüddətli
müharibələr və digər türk tayfası olan peçeneqlərlə mübarizə dövlətin zəifləməsinə
səbəb oldu. Zəifləmiş xaqanlıq X əsrin 60-cı illərində Kiyev dövləti tərəfindən işğal
olundu. Azərbaycan ərazisində yaşayan Xəzər türkləri xalqımızın tərkibinə daxil oldu.
Hazırda Azərbaycanın Abşeron yarımadasındakı ra - yonlardan biri xəzərlərin adını
daşıyır.


İdil Bulqar dövləti. Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını
özlərinə tabe etdilər. 965-ci ildə Volqa—Kama çayları ətrafında İdil Bulqar dövlətini
yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu.
Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onZ ara Volqanın cənubunda yaşayan
xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa


ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəz-dəri, sənətkarlıq
məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri
sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq
sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar
gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar. Bulqar xanlarının adından
pullar kəsilirdi.
Şərqi Avropaya monqolların yürüşü zamanı İdil (Volqa) Bulqar türk dövləti təhlükə
altına düşdü. 1236-cı ildə monqollar bu dövlətin varlığına son qoydular.
Volqa bulqarları İs 1 am dinini qəbul edən ilk türk xalqlarından biridir. Bulqar xanı
xəlifədən İslam dinini öyrədən alimlər göndərməyi xahiş etmişdi. Xəlifə İdil
bulqarlarına bir qrup alim göndərmişdi. Onların arasında qiymətli tarixi məlumatları
dövrümüzə qədər gəlib çatmış İbn Fədlan adlı ərəb səyyahı və alimi də var idi. İslam
dinini qəbul edən bulqarlar öz milli dəyərlərini İslam dəyərləri ilə birləşdirdilər. Onlar
İslam mədəniyyətinin yaranmasında böyük rol oynadılar.
1.  626-cı ildən sonra Avar dövlətinin qüdrətinin sarsılmasının səbəblərini əsaslandır.
2.  Xəzər xaqanlığının VIII-IX əsrlərdə qüdrətli dövlət olduğunu sübut et.
3.  Avar xaqanlığı və Bulqar türk dövlətinin Bizans imperiyası ilə münasibətlərinin
oxşar cəhətlərində bir qanunauyğunluq görürsənmi? Görürsənsə, açıqla, izah et.
4.  İslam dininin qəbulunun bulqarların həyatına nə kimi təsir göstərdiyini araşdır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə