Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

Sultan I Süleyman Qanuni təhsil ocaqlarının artmasına xüsusi diqqət yetirirdi. Türk
dünyası ölkə- ərində geniş təhsil ocaqları sisteminin qurulması elmin inkişafına təkan
verdi.


Astronomiyanın inkişafında xüsusi rol oynamış İsfahan, Marağa, Səmərqənd
rəsədxanaları tikilmişdi. Dövrün görkəmli alim və şairi Ömər Xəyyam İsfahan
rəsədxanasının başçısı olmuşdu. Onun tərtib etdiyi «Cəlali təqvimi» miladi təqvimindən
daha dəqiq hesablamalara əsaslanırdı. Digər görkəmli türk astronomu Mahmud
Qaşğari ulduz bürc - ərinin dövrü adını (siçan, öküz, bəbir, dovşan, timsah, ilan, at,
qoyun, meymun, toyuq, it, donuz) türk dillərində vermişdir.
Teymuri hökmdarı və görkəmli astronom Uluqbəy Günəş, Ay və ulduzların hərəkətlərini
göstərən cədvəl düzəldib Ay və Günəşin orbitlərini müəyyən etmişdi.
Tibb elminin inkişafına xüsusi diqqət yetirilirdi. Osmanlı dövlətinin Ədirnə və
Azərbaycanın Təbriz şəhərlərində darüşşəfa adlı xəstəxanaları açılmışdı. Görkəmli


Azərbaycan alimi Fəzlüllah Rə - şidəddinin tibbə aid əsərləri Şərqdə böyük şöhrət
qazanmışdı.
Məşhur türk admiralı Piri Rəis tərtib etdiyi dəniz atlasına Amerika qitəsini daxil etmişdi.
Bu onu göstərirdi ki, avropalı-ardan daha əvvəl türk coğrafiyaçıları, səyyahları Amerika
qitəsi haqqında məlumatlara malik idilər.
Böyük Moğol hökmdarı Əkbər şahın dövründəki Hindistan mədəniyyətini «Əkbər əsri»
adlandırırlar. Tarixçi Əbül Fəzl əsərlərində Əkbər şahın fəaliyyətini təsvir etmişdi.
Ədəbiyyat. Dövrün böyük alimi, ədəbiyyatşünası və folklorçusu Mahmud Qaşğarinin
«Divanü lüğat-it-türk» («Türk dillərinin divanı») əsəri yüksək bədii, elmi, ədəbi
səviyyədə yazılmışdır.


Əsərdə o dövrdə türk xalqlarının yaşadığı əraziləri təsvir edən ilk xəritə də verilmişdi.
Mahmud Qaşğari «Divan»ı ilə, həmçinin türkologiya elminin əsasını qoymuşdur.
Dövrün ən məşhur şairləri Cəlaləddin Rumi, Yunis İmrə, İmadəddin Nəsimi, Əlişir Nə -
vai, Məhəmməd Füzuli olmuşdur.
Şifahi xalq yaradıcılığının böyük nümayəndəsi Molla Nəsrəddin o zamanda yaşamışdır.
Molla Nəsrəddinin adı ilə bağlı Azərbaycanda da maraqlı məlumatlar vardır.
Memarlıq. Türk memar-ığı bu dövrdə çiçəklənmə mərhələsini yaşadı. Təbriz,
Səmərqənd, İstanbul, Buxara və başqa şə - hərlərdə memarlıq üslubu cəhətdən
fərqlənən möhtəşəm nümunələr yaradıldı.



Əmir Teymurun Sə - mərqənddə tikdirdiyi binalar bu gün də əhəmiyyətini itirməmişdir.
Teymurun qəbri üzərində inşa edilən günbəz Sə - mərqənd memarlığının şah əsəridir.
«Gur Əmir» (Əmir Teymur) türbəsi incəliklə möhtəşəmliyin simvolu kimi göz
oxşamaqdadır. Dövlət xadi - mi, astronom olmaqla yanaşı, Uluqbəy həm də dövrünün
görkəmli memarı sayılırdı. Səmərqənd rəsədxanasının, o cümlədən o dövrün bir sıra
tikililərinin memarı Uluqbəy olmuşdur.
Hindistanda türk imperatorluqları dövründə hind-müsəlman mədəniyyəti yüksəlişdə idi.
XIII əsrin əvvəlində Dehli sultanı Qütbəddin Aybək tərəfindən tikdirilən «Qütb minar»
adlandırılan minarə bu gün də möhtəşəmliyini saxlamaqdadır.
Bakıda inşa edilən Şirvanşahlar saray kompleksi isə sadəliklə incəliyin vəhdətini
özündə əks etdirir.
Sinan Xoca Osmanlı imperatorluğunun, o cümlədən dünyanın ən məhsuldar, ən
məşhur memarı hesab edilir. Onun inşa etdiyi Şahzadə, Süleymaniyyə və Səlimiyyə
cameləri nadir memarlıq inciləridir.
İstanbulda türk memarları tərəfindən tikilən Çinili köşk, Topqapı, Fənərbağça və başqa
sultan sarayları bu gün də möhtəşəmliyi ilə insanları valeh edir.
Çində elmi-texniki kəşflər və nailiyyətlər. Orta əsrlərdə Çin dünya mədəniyyətinə
bir sıra əhəmiyyətli töhfələr verdi. Ölkədə xüsusi gil növlərindən möhkəm, yarımşəffaf,
cingiltili qablar hazırlanırdı. Çində hazırlandığına görə onlara çini qablar deyilirdi.
Seysmoskop və spidometr kəşf edildi. Dünyada ilk «Farmakologiya» kitabı yazılaraq,
müxtəlif müalicə üsulları müəyyən


FEODALİZM AVROPADA
15. FRANK İMPERİYASI— 
MÜASİR AVROPA DÖVLƏTLƏRİNİN SƏLƏFİ
German tayfaları Xlodviq Böyük Karl Verden müqaviləsi feodal nərdivanı Karolinqlər
sülaləsi Müqəddəs Roma imperiyası
Eramızın I əsrində german tayfaları qərbdən və şərqdən Reyn və Visla çayları,
cənubdan Dunay çayı, şimaldan isə Baltik və Şimal dənizlərinə qədər uzanan geniş
ərazilərdə yayılmışdılar. Sonralar çoxsaylı işğallar nəticəsində germanlar digər
xalqlarla qarışaraq bir çox Avropa xalqlarının yaranmasında mühüm rol oynadılar.
Qərbi Avropa dövlətlərinin sələfi olan ilk feodal dövlətini hansı german tayfa başçısı
yaratdı?
Qərbi Roma
imperiyasına
hansı german
tayfaları hücum
etmişdi?
V əsrin sonlarında german tayfalarının işğalları nəticəsində Qərbi Avropada quldarlıq
quruluşu dağıldı. Qul əməyini xırda torpaq sahibi olan icma üzvləri — kəndlilərin əməyi
əvəz etdi.
Frank dövlətinin yaradılması. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək
üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalli- yanı keçmiş Roma canişini idarə
edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub
etdilər.
Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri
torpaq sahiblərinə çevrildilər.
Frank dövləti təxminən V əsrin sonlarında yarandı. Xlodviq bu dövlətin kralı oldu. İrsi
hakimiyyət — monarxiya rejimi quruldu. Xlodviq ölkəni vilayətlərə böldü. Vil ayətlərə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə